Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Talalar
Talalar — Azərbaycan Respublikasının Balakən rayonunun inzibati ərazi vahidində kənd.
Telavar
Telavar — Azərbaycan Respublikasının Yardımlı rayonunun inzibati ərazi vahidində kənd. Şovut, Jiy, Porsova və Ərsilə kəndləri ilə sərhəddaşdır. Hal hazırda kəndin əhalisi 1221 nəfərdən ibarətdir.[mənbə göstərin] == Adın kökü == Coğrafi ad ərəb dilində tel "təpə", "kurqan" və var qədim türk dillərində "kənd" komponentlərindən və "ə" (a) birləşdirici saitdən ibarətdir (Təpəkənd). == İqtisadiyyat == Əhalinin çoxu heyvandarlıq və bitkiçiliklə məşğuldur. == Tarix == Keçmişdə Şovut kəndi də Telavarın parçası idi 1886-cı ilin ailə siyahılarına əsasən Şovut ilə Porsova, Telavarın qəsəbələridir.1970-ci illərdə, Şovut Azərbaycan SSR, Yardımlı rayonunun, Telavar kənd sovetinə daxildir.Telavar ətrafındakı relyef dağlıqdır. Ən yaxın yaşayış məntəqəsi Telavardan 14,1 km güney-günbatanda yerləşən Yardımlı şəhəridir. == Tanınmış şəxsiyyətlər == Bəhruz Mənsurov — Azərbaycan Milli Qəhrəmanı.Mirmahmud Mirəlioğlu — Azərbaycan Respublikası Milli Məclisinin II çağırış deputatı; Klassik Xalq Cəbhəsi Partiyasının sədri. Babayev İdris Babakişi oğlu.. 12 iyul 1962 ci ilde Telavar kəndində anadan olub. Şair..
Tilakui
Tiləkui, Tiləkuy, Tiləku, Tilekuhi-İranın Kürdüstan ostanında yaşayan Kürdləşmiş Türk ellərindəndir.
Aqop Dilaçar
Aqop Dilaçar Martayan (22 may 1895, Konstantinopol, Osmanlı imperiyası – 12 sentyabr 1979, İstanbul) — Türk dili üzrə mütəxəssis, dilçi, Erməni əsilli Türkiyə vətəndaşıdır. Türk-dili əlaqəli apardığı araşdırmalara görə Mustafa Kamal Atatürk ona “Dilaçar” soyadını vermişdir. Erməni və Türk dillərindən əlavə ingilis, yunan, ispan, latın, alman, rus və bolqar dillərini bilirdi. == Həyatı == 1915-ci ildə Robert Kollecindən məzunu olmuşdur. Birinci Dünya müharibəsində Qafqaz Cəbhəsində ehtiyatda olan zabit kimi vəzifə almışdır. 1919-cu ildən Robert Kollecində ingilis dili müəllimi kimi işləməyə başlamışdlr. == Fəaliyyəti == Müharibədən sonra Beyrutda erməni məktəbində müdir vəzifəsində işləmiş və orada ermənicə çap edilən ilk qəzetin, yəni “Luys”-un baş redaktoru olmuşdur. Həyat yoldaşı Meline ilə birlikdə getdiyi Sofiyada Qədim Türk dili və Qədim Uyğur Türk dili dərslərini tədris etmiş və ilk kitabını çap etdirmişdi. 22 sentyabr 1932-ci ildə Mustafa Kamal Atatürkün sədrliyi ilə keçirilən I Türk Dili Konfransına Stepan Qurdikyan və Kevork Simşekyan ilə birlikdə dil mütəxəssisi kimi dəvət edilmişdir. 1934-cü ildə türk dilinin inkişaf etdirilməsindəki fəaliyyətinə görə Mustafa Kamal Atatürk tərəfindən Aqop Martayana “Dilaçar” soyadı verilmişdir.
Gilavar (külək)
Gilavar — il ərzində Azərbaycan şərq ərazisində, xüsusən də Abşeron yarımadasının Bakı və Sumqayıt şəhərləri, Şamaxı rayonu ərazisində əsən isti cənub küləyinin adıdır. Xəzri ilə birlikdə Abşeron yarımadasında əsən iki əsas küləkdən biridir. Əsasən yay ayları müşahidə edilir. Bununla belə ilin digər mövsümlərində müşahidəsi mümkündür. Qurudan dəniz istiqamətində əsir. Yay ayları əsdikdə havanın tempuraturunu artırır, rütubəti azaldır, insanda tənəffüsü çətinləşdirir. Qış və yaz ayları havanın temperaturunu mülayimləşdirir. Gilavar sözünün etimologiyası Azərbaycanın şərqində danışılan Tat dili ilə bağlıdır. Bu söz Tat dilindəki gilə (gilə) və var (külək) sözlərinin birləşməsindən yaranmışdır.
Talalar bələdiyyəsi
Balakən bələdiyyələri — Balakən rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Talalar kilsəsi
Talalar kilsəsi və ya Nur kilsə — Balakən rayonu Talalar kəndi ərazisində yerləşən tarix-memarlıq abidəsi. Kilsə XII-XIII əsrlərdə inşa edilmişdir. Talalar kilsəsi tərəfləri 6.7x9.2 metr ölçüyə malik olan düzbucaqlı formasına malikdir. Qərb tərəfdən kilsə binasına bitişik inşa edilmiş iki mərtəbəli zəng qülləsi yerləşir. == Tarixi == Prof. G. Məmmədova qeyd edir ki, kilsə XII-XIII əsrlərə aiddir. Gürcüstanın müxtəlif ərazilərində bu tip kilsələrin yayıldığını qeyd edən Gürcüstan alimi İ. Adamiya anoloji tikili kimi çar Qurgen tərəfindən inşa etdirilmiş İşxani kilsəsini nümunə göstərir.G. Məmmədova qeyd edir ki, tağtavanlı zal kilsələri və ya birnefli bazilikalar xristian dini memarlığının ən geniş yayılmış bina tipi olmaqla, bütün xristian ölkələrində, o cümlədən Cənubi Qafqazdakı hər üç xristian ölkəsində inşa edilirdi.İ. Adamiyanın gətirdiyi anologiyanı uğursuz hesab edən G. Məmmədova qeyd edir ki, plan nisbətləri, altar hissəsinin tərtibi, qapı və pəncərələrinin yerləşdirilməsi, interyerlərinin işlənməsi ilə İşxani kilsəsindən fərqlənir. == Memarlıq xüsusiyyətləri == Kilsə, tərəfləri 6.7x9.2 metr ölçüyə malik olan düzbucaqlı formasına malikdir. Düzbucaqlı formaya malik altar apsidasında bir pəncərə yerləşir. Tağtavan formalı dam pilyastrlar üzərində duran tağlar bəndi ilə saxlanılır.
Xilaskar kilsəsi
Xilaskar kilsəsi (Ani) — Türkiyə Cümhuriyyətinin Qars ilində, Ani şəhər xarabalığında qədim erməni kilsəsi. Xilaskar kilsəsi (Kopenhagen) — Danimarkanın paytaxtı Kopenhagen şəhərinin Kristianshavn rayonunda yerləşən lüteran kilsəsi. Xilaskar kilsəsi (Bakı) — Azərbaycanın paytaxtı Bakı şəhərində yerləşən alman kilsəsi. Xilaskar kilsəsi (Yayıcı) — Kəlbəcər rayonunda kilsə.
Xilaskar (soyqırım)
Xilaskar — soyqırım zamanı soyqırım qurbanlarının sağ qalmasına kömək etməyə çalışan şəxs. Bir çox hallarda, bu, altruizm və/yaxud humanitarianizmdən irəli gəlir. Bu fenomenin ən yaxşı tədqiq edilmiş nümunəsi Holokost zamanı yəhudilərin xilas edilməsidir.
Aqop Dilaçar Martayan
Aqop Dilaçar Martayan (22 may 1895, Konstantinopol, Osmanlı imperiyası – 12 sentyabr 1979, İstanbul) — Türk dili üzrə mütəxəssis, dilçi, Erməni əsilli Türkiyə vətəndaşıdır. Türk-dili əlaqəli apardığı araşdırmalara görə Mustafa Kamal Atatürk ona “Dilaçar” soyadını vermişdir. Erməni və Türk dillərindən əlavə ingilis, yunan, ispan, latın, alman, rus və bolqar dillərini bilirdi. == Həyatı == 1915-ci ildə Robert Kollecindən məzunu olmuşdur. Birinci Dünya müharibəsində Qafqaz Cəbhəsində ehtiyatda olan zabit kimi vəzifə almışdır. 1919-cu ildən Robert Kollecində ingilis dili müəllimi kimi işləməyə başlamışdlr. == Fəaliyyəti == Müharibədən sonra Beyrutda erməni məktəbində müdir vəzifəsində işləmiş və orada ermənicə çap edilən ilk qəzetin, yəni “Luys”-un baş redaktoru olmuşdur. Həyat yoldaşı Meline ilə birlikdə getdiyi Sofiyada Qədim Türk dili və Qədim Uyğur Türk dili dərslərini tədris etmiş və ilk kitabını çap etdirmişdi. 22 sentyabr 1932-ci ildə Mustafa Kamal Atatürkün sədrliyi ilə keçirilən I Türk Dili Konfransına Stepan Qurdikyan və Kevork Simşekyan ilə birlikdə dil mütəxəssisi kimi dəvət edilmişdir. 1934-cü ildə türk dilinin inkişaf etdirilməsindəki fəaliyyətinə görə Mustafa Kamal Atatürk tərəfindən Aqop Martayana “Dilaçar” soyadı verilmişdir.
Tivadar Kostka Çontvari
Tivadar Kostka Çontvari (mac. Csontváry Kosztka Tivadar; 5 iyul 1853[…], Sabinov, Macarıstan krallığı – 20 iyun 1919[…], Budapeşt) — macar rəssamı == Həyatı == 1853-cü ildə kiçik macar kəndi Kişsebendə anadan olmuşdur.Onun atası Laslo Kostka həkim və əzcaçı olmuşdur. Tivadar və onun beş qardaşı atasının sənətini davam etdircəklərini bilirdilər. Farmakologiyanı öyrənməmişdən əvvəl Koskta Unqvar (indiki Ujqorod) şəhərində gimnaziyanı bitirmiş, bir müddət ticarətlə məşğul olmuş, sonra hüquq fakultəsinin mühazirələrini dinləmiş, sonra əzcaçı olmuş və 14 il ərzində bu peşə ilə məşğul olmuşdur. Onun yaradıcılıq yolu 1880-ci ildə başlamışdır. Belə ki, bir dəfə aptekdə çalışdığı zaman şüursuz şəkildə əlinə karandaş və resept kağızı götürərək çəkməyə başlayır. Kağızda aptekin yanından ötən araba təsvir edilmişdi. Sonralar öz avtobioqrafiyasında Tivadar bu hadisənin onda öncədəngörmə olduğunu bildirmişdir. Başlanğıc üçün Tivadar atasının ailə biznesindən uzaqlaşır və Macarıstanın şimalında yerləşən Qats şəhərində şəxsi aptekini açır. O, 10 il bu aptekdə çalışaraq özünün gələcək yaradıcılığı üçün kapitalını yaratmış olur.
Xilaskar Məsih monastırı
Xilaskar Məsih monastırı – Culfa rayonunun Qazançı kəndi ərazisində, Qədim Cuğa şəhər yeri yaxınlığında yerləşən monastır. Tikili Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən ölkə əhəmiyyətli tarix-memarlıq abidəsi kimi qeydiyyata alınmışdır.Sünik və Qafqaz Albaniyası kilsələrinin Erməni Qriqorian Kilsəsinə tabe edilməsindən sonra, həmin kilsələrin tabeliyində olan bütün dini tikililər kimi, Müqəddəs Məsih kilsəsi də erməni kilsəsi kimi inkişad etmiş, orta əsrlərdə isə şərqdə ən məşhur erməni monastırlarından birinə çevrilmişdir. Buna baxmayaraq IX-X əsrlərə aid edilən monastır başkilsəsi, VIII-X əsrlər Qafqaz Albaniyasının memarlığı üçün xarakterik olan xüsusiyyətləri daşımaqdadır. == Yerləşməsi == Cuğa nekropolunun şimal-qərb tərəfində yerləşən dərin vadi qədim dövrlərdən “Küləklər vadisi” adıyla tanınır. Xilaskar Məsih monastırı həmin vadinin sonundakı yüksək Əlincədağın ətəyində, Cuğa nekropolundan təxminən 3 km aralıda, tarixi Əlincəqala və Qazançı qalalarının yaxınlığında yerləşir. Monastırın cənub tərəfində Araz çayı, digər tərəfdə isə Əlincəçay axır. Monastırdan şərq tərəfdə tarixi Cuğa şəhərinin xarabalıqları və Gülüstan türbəsi yerləşir. == Tarixi == Mesrop Smbatyanın verdiyi məlumata görə, monastırın əsası 1271-ci ildə Vaqram adlı bir nəfər tərəfindən qoyulmuşdur. Lakin, yazılı mənbələrdə monastırın adı 1271-ci ildən əvvəl də çəkilir. 976-cı ildə erməni katolikosu I Xaçikin Culfadakı Müqəddəs Stepanos monastırına torpaq bağışlaması haqqında sənəddə Xilaskar Məsih monastırının da adı çəkilir.Abidənin ilk tədqiqatçısı olan İ. P. Şeblıkin onun başkilsəsini IX-X əsrərə aid edir.
Xilaskar kilsəsi (Ani)
Xilaskar kilsəsi – (və ya Surp Amenaprkıtch) Türkiyə Cümhuriyyətinin Qars ilində, Ani şəhər xarabalığında qədim erməni kilsəsi. Bu abidənin inşası 1035-ci ildə tamamlanıb. Kilsənin divarlarındakı yazılar təkcə kilsənin yox, eləcə də ermənilərin tarixini öyrənmək baxımından qiymətli mənbələrdir. Kilsənin kitabələrindən birində deyilir: "480-ci ildə (miladi təqvimlə 1035) mən Ablğarib mərzban Konstantinopolda Bizans imperatoru Mikaelə Şahənşah Smbatın adından bir təklif etdim və böyük zəhmət və xərc bahasına ondan Müqəddəs Xaçın bir parçasını ala bildim və qayıtdığımda bu məbədi inşa etdirdim..." Kitabədə daha sonra şahzadə Ablğarib Pahlavuninin bu məbədi məhz Müqəddəs Xaçın bir hissəsini qorumaq və saxlamaq üçün inşa etdirdiyi bildirilir. O, bu müqəddəs əmanəti Konstantinopola səfəri zamanı əldə edir və kilsəyə verərək burada qorunmasını, İsanın (ə.s.) zühuruna kimi isə hər gecə bu kilsədə gecə ayinlərinin təşkil olunmasını əmr edir. Başqa bir yazıda isə qonaqların dincəlməsi üçün iki jamatunun da əlavə edildiyi 1193 – cü il tarixində olmuş bərpadan bəhs edilir. Həmçinin 1291-ci ildə giriş qapısının üstünə zəng qülləsinin əlavə edildiyi də yazılmışdır. Bütün bu əlavələr fasaddakı bəzi beton izləri xaric tamamilə məhv olmuş və onlardan dövrümüzə bir şey çatmamışdır. Başqa bir kitabə isə 1342-ci ildə şahzadə Vahram Zakaridin memar Vasilə kilsənin qübbəsinin təmir edilməsini əmr etməsindən bəhs edilir. Kilsənin uçmamış digər hissəsi isə 1989 – cu ildə baş vermiş bir zəlzələdən sonra ciddi xəsarətlər alıb və uçmaq təhlükəsi var.
Xilaskar kilsəsi (Bakı)
Xilaskar kilsəsi (alm. Erlöserkirche‎) — 28 may küçəsində (keçmiş Telefonnaya) yerləşən lüteran kilsəsidir. Kilsə 1896-1899-cu illərdə Adolf Eyxlerin layihəsi əsasında neoqotika üslubunda inşa edilmişdir. Kirxanın planında dartılmış düzbucaqlı formasında olan, dərin ajidonlu zal təqdim olunmuşdur. Təmiz divar fonunda qabarıq profillənmiş qotik tağ diqqətəlayiqdir. Ajido qübbə və yanlardakı tağşəkilli pəncərə yerləri ilə birgə zal interyerinin daxili fəzasının mərkəzi oxunu müəyyən edir. Kirxanın birqülləli şaquli kompozisiyası həyətin dərinliyindədir. Mütənasib proporsiyalar, inşaat qurğusunun əsas hissələrinin səlis bölümləri və qotik elementlərin dekoratic artıqlığına yol vermədən əldə olunmuş həcmi plastika binanı çox ifadəli edir. Ciddi, bir qədər irəli çıxan səciyyəvi pilonlar mərkəzi portalı daha çox nəzərə çatdırır. Portal dekorativ, dinamik frontonla tamamlanır.
Xilaskar kilsəsi (Kopenhagen)
Kopenhagen xilaskar kilsəsi (dan. Vor Frelsers Kirke) - Danimarkanın paytaxtı Kopenhagen şəhərinin Kristianshavn rayonunda yerləşən lüteran kilsəsi. Barokko üslubunda inşa olunmuş kilsənin burğuyabənzər şpili ona özünəməxsus görünüş verir. Şpilin xaricində yerləşən dolama pilləkənlərlə kilsənin ən yüksək zirvəsinə qalxaraq Kopenhagenin mərkəzi hissəsinə açılan möhtəşəm mənzərəni seyr etmək olar. O həmçinin zəng gülləsində yerləşən və səhər saat 8-dən gecə yarısına kimi hər saat melodiyalar çalan, Şimali Avropanın ən böyük karilyonları ilə də məşhurdur. == Tarix == Danimarka-Norveç kralı IV Kristian Amager adasında yaşayan müstəqil tacirlər üçün Kristianshavn adında yaşayış ərazisinin yaradılmasını plaşlaşdırır və bu zaman sakinlərin istifadəsi üçün yeni salınacaq rayonda kilsənin inşa olunması əsas məqsədlərdən birinə çevrilir. 1639-cu ildə yeni salınmış ərazidə müvəqqəti kilsə sakinlərin istifadəsinə verilir, lakin memar Lambert van Havenin layihəsi əsasında hazırlanmış bugünkü Xilaskar kilsənin inşa planları düz 1678-ci ilə kimi uzadılmışdır. Hazırkı kilsənin açılışı 14 il sonra, yəni 1695-ci ildə baş tutmuşdu, lakin o zaman interyerin mühüm elementlərindən sayılan altar müvəqqəti xarakter daşıyırdı, zəng gülləsi üzərində isə şpil hələ quraşdırılmamışdı. Özünün daimi altarını kilsə 1732-ci ildə qazanmışdır, ancaq şpilin tikintisi üçün hazırlanmış planlarda 1747-ci ildə V Frederikin hakimiyyəti dövrünə qədər heç bir canlanma hiss olunmurdu. Layihə üzrə yeni memar Lauritz de Tura seçilmişdi.
Xilaskar kilsəsi (Yayıcı)
Xilaskar kilsəsi — Kəlbəcər rayonunun Yayıcı kəndində yerləşən tarix-memarlıq abidəsi. Ehtimal ki, Xilaskar kilsəsi XI əsrin sonlarında inşa edilmiş, XIII əsrdə isə yenidənqurma işləri aparılmışdır.Xilaskar kilsəsi monastır kompleksindən dövrümüzə çatmış yeganə tikilidir. Kilsə xaçvari plana malikdir. Kilsənin divarları daxildən əhəng məhlulu ilə üzlənmişdir. Döşəmə kimi isə yonularaq düzləşdirilmiş qayadan istifadə edilmişdir. == Tarixi == Kilsənin giriş portalının timpanında onun sifarişçisinin adı qeyd edilmiş kitabə vardır: "…Həsənin oğlu Vaxtanqın hakimiyyəti dövründə biz, Arbasayrın oğlanları İohann, Sərkis, Qriqor və Serob öz hesabımıza Xilaskar kilsəsini inşa etdirdik."Kitabədə inşa tarixi qeyd edilməsə də, 1214-cü ildə vəfat etmiş Xaçın knyazı Vaxtanqın qeyd edilməsi abidənin inşa tarixini müəyyən etməyə imkan verir. Ehtimal ki, Xilaskar kilsəsi XI əsrin sonlarında inşa edilmiş, XIII əsrdə isə yenidənqurma işləri aparılmışdır. == Memarlıq xüsusiyyətləri == Xilaskar kilsəsi monastır kompleksindən dövrümüzə çatmış yeganə tikilidir. O, Tərtər çayının sağ sahilində, yerləşir. Kilsənin qərb tərəfi sıldırım qalayarla əhatə olunmuşdur.
Xilaskar monastırı (Badara)
Xilaskar monastırı — Xocalı rayonunun Badara kəndi ərazisində yerləşən tarix-memarlıq abidəsi. Kilsənin inşaat kitabəsi ciddi zədələndiyindən onun inşa tarixini müəyyənləşdirmək mümkün olmamışdır. == Tarixi == Kilsənin inşaat kitabəsi ciddi zədələndiyindən onun inşa tarixini müəyyənləşdirmək mümkün olmamışdır. Tarix adətən birinci sətirdə göstərilir, kitabənin birinci sətiri isə tamamilə silinmişdir. Lakin, kitabədə “darpas” (saray), "vaçar" (bazar) kimi sözlərin istifadəsi, İşxan Smpat, Katolikos Atanas kimi adların çəkilməsi kompleksin qədim dini mərkəz olduğunu sübut edir.Abidəni tədqiq etmiş K. Mkrtçyan ehtimal edir ki, Həsən Cəlalın öldürülməsindən sonra XIII əsrin II yarısında Xaçın knyazlığının mərkəzi Xanabert qalasından buraya köçürülmüşdür. == Memarlıq xüsusiyyətləri == Vaxtilə qədim yaşayış məskəninin əsas məbədi olmuş monastır xarabalıqlar arasında yeganə tikili kimi qalmışdır. Kilsənin ətrafındakı qədim məzarlıqda yüzlərlə xaçdaşlar vardır.Monastırın başkilsəsi planda üçnefli bazilika olmaqla, tərəfləri 11.3x9.7 metr ölçülərə malikdir. Altar ətrafındakı köməkçi otaqlar ibadət zalının yarısını tutur. Kilsənin şərq divarında olan üçbucaq formalı iki niş divar boyunca uzanır.Giriş qapıları olan cənub və qərb divarlarının hörgüsündə kobud yonulmuş, digər divarların hörgüsündə isə yonulmamış daşlar istifadə edilmişdir. Pilyastr və kapitellər zərif şəkildə yonulmuşdur.Ağımtıl kilsə binası yaşıllıqlar içində olduqca böyük təsir bağışlayır.
Xilaskar qan kilsəsi
İsa Peyğəmbərin Xilaskar Qanı Kilsəsi və ya sadəcə Xilaskar qan kilsəsi (rus. Собор Воскресения Христова на Крови, Спас-на-Крови) – Peterburqun mərkəzində memorial kilsə abidəsi. Kilsə 1 mart 1881-ci ildə təşkil olunan sui-qəsd nəticəsində ölümcül yaralanan imperator II Aleksandrın xatirəsinə ucaldılmışdır (Xilaskar qan ifadəsi imperatorun qanına işarə olunur). Kilsə bütün Rusiya ərazisindən toplanan vəsaitlə şəhid-çara ehtiram abidəsi kimi inşa olunmuşdur. Kilsə Peterburqun tarixi mərkəzi sayılan Qriboyedov kanalının sahilində, Mixaylov bağının və Mars sahəsi meydanının yaxınlığında yerləşir. Doqquz günbəzli kilsənin hündürlüyü 81 m, tutumu isə 1600 nəfərdir. Kilsə-muzey rus memarlığının ən görkəmli abidələrindən biridir. Məbəd 1883-1907-ci illərdə imperator III Aleksandrın sifarişi ilə memar Alfred Parland və arximandrit İqnatiusun (Malışev) birgə layihəsi üzrə inşa edilmişdir. Rusiya üslubunda inşa olunmuş bu layihə bir qədər Moskvadakı Vasili Blajennı kilsəsinə bənzəyir. Kilsənin tikintisi 24 il davam etmişdir.
Bal Qandahar Tilak
Lokamanya Bal Qanqadhar Tilak (ing. Lokmanya Bal Gangadhar Tilak, marathi बाळ गंगाधर टिळक; 23 iyul 1856 – 1 sentyabr 1920, Bombey, Britaniya Hindistanı) — hind siyasi xadim, sosial reformator. Milliyyətcə maratxdır. Hindistanın azadlıq uğrunda hərəkatının liderlərindən biridir.
Bal Qandadhar Tilak
Lokamanya Bal Qanqadhar Tilak (ing. Lokmanya Bal Gangadhar Tilak, marathi बाळ गंगाधर टिळक; 23 iyul 1856 – 1 sentyabr 1920, Bombey, Britaniya Hindistanı) — hind siyasi xadim, sosial reformator. Milliyyətcə maratxdır. Hindistanın azadlıq uğrunda hərəkatının liderlərindən biridir.
Müqəddəs Xilaskar İsa Məsih kafedralı (Şuşa)
Müqəddəs Xilaskar Kafedralı (erm: Սուրբ Ամենափրկիչ մայր տաճար /Surb Amenaprkiç mayr taçar/) və ya Qazançetsots Kilsəsi (erm: Ղազանչեցոց Եկեղեցի /Ğazançetsots Yekeğetsi/) və ya bəzən Azərbaycan mənbələrində Qazançı Kilsəsi/Kafedralı adlandırılan, 8 noyabr 2020-ci ilə qədər Erməni Qriqorian Kilsəsinə bağlı fəaliyyət göstərən Qarabağ yeparxiyasının mərkəzi hesab edilən kilsə kompleksi. == Tarixi == Erməni mənbələrinin verdiyi məlumata görə, kilsənin hazırkı yerində Abidənin 1987-ci ildə hazırlanmış pasportunda "Qazançılar kilsəsi"nin qədim zərdüşt məbədinin üzərində inşa olunduğu qeyd olunub".1722-ci ildən bəri mövcud olmuş başqa bir kilsə yerləşmişdir. Həmin qaynaqlara görə daha köhnə kilsənin zəng qülləsi 1858-ci ildə Xandəmiryants ailəsinin vəsaiti hesabına inşa edilmişdir. Hazırkı kilsə isə, Culfanın Qazançı kəndindən Şuşaya köçmüş ermənilərin vəsaiti hesabına 1868–1887-ci illər arasında tikilmişdir. Bu səbəbdan də kilsəyə Qazançılı mənasına gələn Ğazançetsots (erm. Ղազանչեցոց) kilsəsi deyilməkdədir. 20 sentyabr 1888-ci ildə dualarla rəsmi açılış mərasimi ilə dindarların istifadəsinə verilmişdir. 1920-ci ildə Qarabağda ermənilərin Azərbaycan Xalq Cümhuriyyətinə qarşı üsyan hərəkatının yatırılması zamanı kilsə ciddi dağıntılara məruz qalmışdır. Sovet hakimiyyətinin Qafqazda bərqərar olmasından sonra, yeni rejimin din və dini obyektlərə münasibəti kəskin olduğundan, kilsə ibadət üçün bağlanmış və 1940-cı ildən etibarən anbar kimi istifadə edilmişdir. 1950-ci illərdə kompleksin ətrafındakı divarlar uçurulmuşdur.