Talalar kilsəsi

Talalar kilsəsi və ya Nur kilsəBalakən rayonu Talalar kəndi ərazisində yerləşən tarix-memarlıq abidəsi. Kilsə XII-XIII əsrlərdə inşa edilmişdir.

Talalar kilsəsi
Ölkə  Azərbaycan
Şəhər Balakən
Yerləşir Talalar
Tikilmə tarixi XII-XIII əsrlər
Talalar kilsəsi (Azərbaycan)
Talalar kilsəsi

Talalar kilsəsi tərəfləri 6.7x9.2 metr ölçüyə malik olan düzbucaqlı formasına malikdir. Qərb tərəfdən kilsə binasına bitişik inşa edilmiş iki mərtəbəli zəng qülləsi yerləşir.

Prof. G. Məmmədova qeyd edir ki, kilsə XII-XIII əsrlərə aiddir.[1] Gürcüstanın müxtəlif ərazilərində bu tip kilsələrin yayıldığını qeyd edən Gürcüstan alimi İ. Adamiya anoloji tikili kimi çar Qurgen tərəfindən inşa etdirilmiş İşxani kilsəsini nümunə göstərir.[2]

G. Məmmədova qeyd edir ki, tağtavanlı zal kilsələri və ya birnefli bazilikalar xristian dini memarlığının ən geniş yayılmış bina tipi olmaqla, bütün xristian ölkələrində, o cümlədən Cənubi Qafqazdakı hər üç xristian ölkəsində inşa edilirdi.[1]

İ. Adamiyanın gətirdiyi anologiyanı uğursuz hesab edən G. Məmmədova qeyd edir ki, plan nisbətləri, altar hissəsinin tərtibi, qapı və pəncərələrinin yerləşdirilməsi, interyerlərinin işlənməsi ilə İşxani kilsəsindən fərqlənir.[1]

Memarlıq xüsusiyyətləri

[redaktə | mənbəni redaktə et]

Kilsə, tərəfləri 6.7x9.2 metr ölçüyə malik olan düzbucaqlı formasına malikdir. Düzbucaqlı formaya malik altar apsidasında bir pəncərə yerləşir.[1] Tağtavan formalı dam pilyastrlar üzərində duran tağlar bəndi ilə saxlanılır. Altarın qabağında olan ibadət zalı hissəsi cənub və şimal tərəfdən iki pəncərə ilə işıqlandırılmışdır.[1]

Qərb tərəfdən kilsə binasına bitişik inşa edilmiş iki mərtəbəli zəng qülləsi yerləşir.[1] İri künc dayaqlarına malik çahartağ formalı birinci mərtəbə parvis rolunu oynamaqla günbəzvari tavanı ilə kilsənin girişi üzərini örtür. Səkkizguşəli formaya malik olan ikinci mərtəbə isə dövrümüzə çatmamış zəng ilə tamamlanmışdı.[1]

Maraqlıdır ki, kilsə və zəng qülləsinin inşasında fərqli materiallardan ustufadə edilmişdir. Belə ki, kilsə binası yaxşı yonulmuş yerli daşlardan, sonradan ona əlavə edilmiş zəng qülləsi isə bişmiş qırmızı kərpicdən inşa edilmişdir.[1]

  1. 1 2 3 4 5 6 7 8 Мамедова, 2004. səh. 110
  2. Адамия, И. Грузинское народное зодчество. Саингило. Тбилиси: изд. Хеловнеба. 1979. səh. 258.
  • Мамедова, Гюльчохра, Зодчество Кавказской Албании, Баку: Чашыоглу, 2004

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]