Aqop Dilaçar
Aqop Dilaçar Martayan (22 may 1895, Konstantinopol – 12 sentyabr 1979, İstanbul) — Türk dili üzrə mütəxəssis, dilçi, Erməni əsilli Türkiyə vətəndaşıdır. Qədim türk dili ilə əlaqəli apardığı araşdırmalara görə Mustafa Kamal Atatürk ona “Dilaçar” soyadını vermişdir. Erməni və Türk dillərindən əlavə ingilis, yunan, ispan, latın, alman, rus və bolqar dillərini bilirdi.
== Həyatı ==
1915-ci ildə Robert Kollecindən məzunu olmuşdur. Birinci Dünya müharibəsində Qafqaz Cəbhəsində ehtiyatda olan zabit kimi vəzifə almışdır. 1919-cu ildən Robert Kollecində ingilis dili müəllimi kimi işləməyə başlamışdlr.
== Fəaliyyəti ==
Müharibədən sonra Beyrutda erməni məktəbində müdir vəzifəsində işləmiş və orada ermənicə çap edilən ilk qəzetin, yəni “Luys”-un baş redaktoru olmuşdur. Həyat yoldaşı Meline ilə birlikdə getdiyi Sofiyada qədim türk dili və qədim uyğur türk dili dərslərini tədris etmiş və ilk kitabını çap etdirmişdi. 22 sentyabr 1932-ci ildə Mustafa Kamal Atatürkün sədrliyi ilə keçirilən I Türk Dili Konfransına Stepan Qurdikyan və Kevork Simşekyan ilə birlikdə dil mütəxəssisi kimi dəvət edilmişdir. 1934-cü ildə qədim türk dili araşdırma fəaliyyətlərinə görə Mustafa Kamal Atatürk tərəfindən Aqop Martayana “Dilaçar” soyadı verilmişdir.