Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Tir
Tir bu mənalarda gələ bilər:
Tir (ay)
Tir (fars. تیر‎) — İran və Əfqanıstanın rəsmi təqviminin dördüncü ayı. Tir ayında 31 gün var. Bu ay iyun ayında başlayıb iyul ayında sona çatır. Tir yayın ilk ayıdır.
Tir (dəqiqləşdirmə)
Tir bu mənalarda gələ bilər:
Tir (şəhər)
Sur (ərəb. صور‎; finikiycə 𐤑𐤅𐤓 Tsor — daşlı ada; q.yun. Τύρος Túros) —Finikiyada qədim şəhər. Bəzən bu şəhərin adını "yeni şəhər" kimi yozurlar. == Tarixi == Finikiyalılar Aralıq dənizinin şərq sahillərində bir çox şəhərlər saldılar. Sonralar bu şəhərlərin hər biri ayrıca dövlətə çevrildi. Sayda, Sur, Kabil belə şəhərlərdən idi. Geniş ticarət Sur şəhər-dövlətinin yüksəlməsinə şərait yalatdı. Sur qaya ada üzərində tikilmişdi. Adaya torpaq və daş tökülmüş və genişləndirilmişdi.
Tir şəhəri
Sur (ərəb. صور‎; finikiycə 𐤑𐤅𐤓 Tsor — daşlı ada; q.yun. Τύρος Túros) —Finikiyada qədim şəhər. Bəzən bu şəhərin adını "yeni şəhər" kimi yozurlar. == Tarixi == Finikiyalılar Aralıq dənizinin şərq sahillərində bir çox şəhərlər saldılar. Sonralar bu şəhərlərin hər biri ayrıca dövlətə çevrildi. Sayda, Sur, Kabil belə şəhərlərdən idi. Geniş ticarət Sur şəhər-dövlətinin yüksəlməsinə şərait yalatdı. Sur qaya ada üzərində tikilmişdi. Adaya torpaq və daş tökülmüş və genişləndirilmişdi.
Həfte Tir terroru
28 iyun 1981-ci il tarixində (İran təqviminə görə 7 Tir 1360 (Haft-i Tir - هفت تیر)) İranın İslam Respublikası Partiyasının (İCP) liderləri partiyanın Tehrandakı qərargahında görüşərkən çox güclü bir partlayış baş verdi. Görkəmli partiya nümayəndələrindən 73-ü, o cümlədən İran məhkəmə sisteminin başında olan və Ayətullah Ruhullah Xomeynidən sonra İran İslam İnqilabının ən güclü şəxsiyyəti kimi göstərilən Ayətullah Məhəmməd Behişti də həmin hücum zamanı vəfat etmişdi. Hücuma görə məsuliyyətin İran Xalq Mücahidləri Təşkilatının üzərində olduğu düşünülür. İran İslam Respublikası hücuma görə əvvəlcə SAVAK və İraq rejimini günahlandırır, iki gün sonra isə Ayətullah Ruhullah Xomeyni tərəfindən bu hadisənin İran Xalq Mücahidləri Təşkilatı tərəfindən həyata keçirilirdiyi bildirilmişdir. == Arxa plan == İran İnqilabından sonra Ayətullah Xomeyninin başçılıq etdiyi yeni qurulmuş teokratik hökumət, digər müxalif qrupları bir-bir ləğv edərək bütün siyasi qüvvələri birləşdirirdi. Xalq Mücahidləri Təşkilatı (XMT) kimi İslam sosialist təşkilatları da aradan qaldırılmağa çalışılan qruplar arasında idi. Ayətullah Ruhullah Xomeyni XMT-ni ”eklektik”, “Qərb heyranı”, ”ikiüzlü” və “kafir” adı ilə günahlandırırdı. 1980-ci ilin fevral ayında Hizbullah yaraqlıları tərəfindən XMT tərəfdarlarına və digər solçu kitab mağazalarına, görüş yerlərinə və s. yerlərə güclü bir hücum başladıldı. Bu hücumlar nəticəsində İranın solçu təşkilatları yer altına çəkildi.
Tir-i-Müjgan Üçüncü Qadın Əfəndi
Tirimüjgan Sultan (Osmanlı türkcəsi: موغان سلطان) (d. 16 avqust 1822 - ö. 3 oktyabr 1853) — 31-ci Osmanlı sultanı Əbdülməcidin xanımlarından biri və 34-cü Osmanlı sultanı II Əbdülhəmidin anası. == Həyatı == Tirimüjgan Sultan 1822-ci ildə Şimali Qafqazda Beyxan bəy və Almas xanımın qızı olaraq dünyaya gəlmişdir. Ailəsi əslən çərkəz olub, Şapsuqlar ailəsinə mənsubdu. Ancaq oğlu Sultan Əbdülhəmidin səltənətində anasının erməni əsilli olması barədə şayələr də yayılmışdı. Saraya necə alındığı bilinməsə də, sarayda mükəmməl tərbiyə almış və adı dəyişdirilək Tirimüjgan qoyulmuşdur. Sultan Əbdülhəmidin qızı Ayşə Sultanın öz xatiratında yazdığına görə, nənəsinin uzun incə belli, yaşıl gözləri və tünd sarı rəngli uzun saçları vardı. Yenə Ayşə Sultanın xatiratında qeyd olunur ki, bir gün Sultan Əbdülhəmid saraydakı bir qrup xidmətçi qıza baxaraq "Bunlar da çərkəz əsillidir, bizim validəmiz kimi" demişdir. Tirimüjgan Sultan Sultan Əbdülməcidlə taxta çıxdığı 1839-cu ildə Bəylərbəyi sarayında evləndi.
Bir-əl-Cir
Bir-əl-Cir (ərəb. بئر الجير‎) — Əlcəzairin şimal-qərbində, Vəhran vilayətində şəhər. Eyniadlı dairənin inzibati mərkəzidir. == Coğrafi mövqe == Şəhər vilayətin şimal hissəsində, Aralıq dənizi sahilinə yaxın yerdə yerləşir və Vəhran şəhərinin şərq ətrafıdır. Mütləq hündürlüyü dəniz səviyyəsindən 153 metrdir.Bir-əl-Cir ölkənin paytaxtı Əlcəzairdən təxminən 340 kilometr qərb-cənub-qərbdə yerləşir. == Demoqrafiya == 2008-ci ilin siyahıyaalınmasına əsasən, əhalinin sayı 152,151 nəfər nəfər idi. İllər üzrə şəhər əhalisinin dinamikası: == Nəqliyyat == Vəhran əs-Seniya hava limanı şəhərin cənubunda yerləşir.
Pir Miyan Mir
Mir Məhəmməd Muayyinul İslam (11 avqust 1550, Lahor – 11 avqust 1635, Lahor) – Qadiri təriqətinə məxsus sufi piri. == Həyatı == O Sevastan (Sind)-də 11 avqust 1550-ci ildə anadan olmuşdur. Ömrünü Lahor ətrafında yaşamışdır. Beşinci siqh qurusu Arcun Dev yaxın dostu kimi onu Harmandir Sahibin (Qızıl Məbədin) əsasını qoymağa dəvət edib (yanvar, 1588). O vaxtlar bütün Hindistanda məşhur sufi şeyxi kimi şöhrət qazanmışdır. Böyük Moğol imperatoru Cahan Miyan Mirə yaxın idi. O, 17 Rəbiulavvəl (fevral-mart) 1045 Hicri tarixində (1635-ci il) vəfat edib və Haşimpur kəndində dəfn edilmişdir. Onun ən məşhur şagirdi İmperator Şah Cahanın böyük oğlu Dara Şikuh idi. Onun istəyilə Miyan Mirin qəbrinin üzərində böyük türbə inşa olunub. == Miyan Mir və siqhizm == Miyan Mir siqhlər tərəfindən hələ də yüksək hörmətlə anılır.
Bir rəssamın portreti - Mir Nadir
"Bir rəssamın portreti" sənədli filmi Azərbaycanın Xalq Rəssamı, unudulmaz Mir Nadir Zeynalovun xatirəsinə həsr olunmuşdur. == Məzmun == Bakı Abadlıq Xidmətinin maliyyə dəstəyi ilə istehsal olunmuş filmin çəkilişləri rəssamın ölümündən bir neçə ay əvvəl lentə alınıb.Film Mir Nadir Zeynalov haqqında çəkilmiş yeganə filmdir və mərhum sənətkar filmin ilkin versiyasını görə bildi.Filmdə rəssamın həyatının bir günü təsvir olunur. Ekranda göstərilən fotoları belə qəhrəman özü seçib. Tamaşaçı onun emalatxanasına daxil olur, iş prosesini müşahidə edir və onun xatirələrini, habelə həyat və sənət haqqındakı fikirlərini eşidir. O, uşaqlığından, gəncliyindən, məhəbbətindən, sənət dostlarından – Qorxmaz Əfəndiyev və Cavad Mircavadovdan danışır, gənclik arzusunun yerinə yetməsindən – Şimal Qütbünə səyahətindən söhbət açır, yaradıcılığında xüsusi yer tutan Qala kəndinin küçələri ilə gəzir. == Həmçinin bax == “Bir rəssamın portreti” - Mirnadir Zeynalovun xatirəsinə həsr olunan filminin təqdimatı [1] "Bir rəssamın portreti" [2] “Bir rəssamın portreti” sənədli filminin premyerası keçiriləcək [3] "Портрет художника" – фильм, снятый за несколько месяцев до кончины Мир Надира Зейналова [4] Yarat.
Bir
Bir — say sistemində rəqəm və eyni zamanda ədədlərdən biridir. Saymağa birdən başlayırıq. Bir ikidən əvvəl gəlir. == Riyaziyyatda == Bir ədədi riyaziyyatda bir çox hallarda vahid adlanır. Vahidin aşağıdakı xassələri var: İstənilən ədədi vahidə vurduqda həmin ədəd özü alınar. Vahidi istənilən ədədə vurduqda həmin ədəd özü alınar. İstənilən ədədi vahidə böldükdə həmin ədəd özü alınar. Vahid tək ədəd hesab edilir. 1 ədədi nə sadə ədəd, nə də ki, mürəkkəb ədəddir. == İnam və etiqadlarda == Mənəvi və maddi mədəniyyətin tərkib hissələrindən bilinən ümumsay kompleksində həm də "tək", "vahid" adları daşıyan çoxmənalı bir sayı mifoloji dünya modelində "Tanrı", "Kosmos" anlayışı ilə hər hansı hadisə və işin, əşyanın ilkliyi, başlanğıcı təsəvvürünü yaratmaqla düşüncəyə, məişətə daxil olmuşdur.
Hir
Hir— İranın Ərdəbil ostanının Ərdəbil şəhristanının Hir bəxşində şəhər və həmin bəxşin inzibati mərkəzi. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 2,588 nəfər və 663 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti azərbaycanlılardan ibarətdir və azərbaycan dilində danışırlar.
Mir
Mir (Rus: Dünya deməkdir: dünya və ya sülh), 1986 -cı ildən 2001 -ci ilə qədər aşağı Yer orbitində qalan Sovet İttifaqının və ardınca Rusiya tərəfindən idarə olunan kosmik stansiyası. İlk modul 19 fevral 1986 -cı ildə kosmosa göndərilib. Bəşəriyyətin uzun müddətli olaraq kosmosda, içində yaşayıb araşdırmalar apardığı ilk elmi-kosmik tədqiqat stansiyasıdır . Edilən beynəlxalq əməkdaşlıq sayəsində, müxtəlif millətlərin kosmik xadimlərinin istifadəsinə verildi. Orbitə 1986-ci il ilə 1996-cı illər arasında göndərilən bir çox modul ilə uğurlu birləşmələr həyata keçirdi. 23 mart 2001-ci ildə missiyası başa çatdı və atmosferə girərək yanması təmin edildi. == Tarixi == Mir, əvvəl Sovet İttifaqı tərəfindən göndərilmiş Salyut kosmik stansiyaları əsas alınaraq hazırlanmışdır(1971-ci ildən sonra yeddi Salyut kosmik stansiya göndərilmişdir). Əsasən Rusiya istehsalı insanlı "Soyuz" raketləri və Progress yük gəmiləri tərəfindən təmir edildimişdir, lakin bundan sonrakı uçuşlar Буран kosmik gəmisi üçün təyinat nöqtəsi olaraq planlanmışdır. Orbitdəki " Mir " -in əsas məqsədi geniş və yaşanıla biləcək elmi laboratoriya yataymaq idi. ABŞ özünə Mir-ə oxşar olaraq Space Station Freedom stansiyasını yaratmağı planlamış, amma bu layihə Sovet İttifaqının süqutundan sonra beynəlxalq əməkdaşlıq yolunun açılması məqsədilə dayandırılmışdır (bax.
Nir
Nir şəhəri, İranın Ərdəbil ostanında şəhər. Nir şəhristanının mərkəzidir.2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 4,848 nəfər və 1,264 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti azərbaycanlılardan ibarətdir və azərbaycan dilində danışırlar.
Pir
Pir (din) — Ocaq, müqəddəs yer, ziyarətgah. Pir (əsər) — Nəriman Nərimanovun əsəri.
Qir
Qir- İranın Fars ostanının şəhərlərindən və Qir və Karzin şəhristanının mərkəzidir.2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 16,839 nəfər və 3,722 ailədən ibarət idi.
Tar
== Söz açımı == Fars dilində tar (تار) "sim" deməkdir və mənsub olduğu musiqi aləti üçün dartılmış nazik "kəndir"-dir. Əsasən Abşeron zonasında işlənən "Tarım, tarum" (fel: taridən) sözü qədim Hind-avropa dilində tharagho – "dartmaq" sözündəndir. Həmçinin ilk hecasında olan uzanan saitə görə türk sözü deyil. Latın dilində də trahere – "dartmaq" feli olmuşdur və müasir dillərdə özünü italyan (tirare), fransız (tirer) və ispan (tirar) dillərində göstərir. Həmçinin altaist Sergey Starostin "Babil qülləsi" adlı etimologiya toplusunda "taram-/tera-" kökünün (saç, yun, yundan hazırlanmış sap) türk və altay dillərində, qırğız, qazax, noğay, başqırd və qaraqalpaq dillərində "taramış"; özbək, uyğur, şor və oyrat dillərində isə "taram" kimi mövcud olduğunu göstərib. "Tar" və "taram" sözləri "daramaq" (1. saç daramaq, 2. dağıtmaq) feilindən törəyib, necə ki "saç" sözü "saçmaq"dan (ətrafa yayılmaq, dağılmaq) əmələ gəlib. Mənasından belə bir nəticə çıxarmaq olar ki, "tar" sözü "daramaq" deyil, "dartmaq" feilinin törəməsidir. "Dütar" sözü farsca "ikitelli", "setar" — "üçtelli", "çahartar" — "dördtelli", "pənctar" — "beştelli", "şeştar" — "altıtelli" deməkdir.
Til
Til (En)
Tim
Tim - vəzifəsi yüz metrlik bir sahəsi atəş gücüylə idarə altına almaq olan iç təhlükəsizlik hərəkatında vəzifə yerinə yetirən ən kiçik əsgəri vahiddir. Komandiri ümumiyyətlə Çavuş olmaq üzrə ən az Kapral rütbəsindədir.
Tin
Tin—etrusk mifologiyasında baş tanrı. Baş tanrı Tin yalnız böyük tanrılar şurasına başçılıq edir, önəmli məsələlərin çözümü şura gənəşməsindən keçirdi . == İstinadlar == == Həmçinin bax == Etrusklar == Xarici keçidlər == Mifologiya ilə əlaqədar olan bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
Tire
Tire (—) (fr. tiret, tirer - çəkmək) durğu işarəsi. == Tire == Sintaktik konstruksiyaları bir-birindən ayırmaq, fərqləndirmək üçün istifadə olunur. == Uzun tire == Adətən, cümlədə fikrin istiqamətini (gedişini) dəyişdirmək və ya kəsmək, eləcə də aydınlaşdırıcı şərhi seçdirmək üçün istifadə olunan punktuasiya işarəsi (––). Bu ingilis terminində bəzi şriftlərdə baş M hərfinin eninə bərabər olan mətbəə ölçüsü vahidinin (em) adından istifadə olunub; eynienli (MONOSPACE) şriftlərdə uzun tireni göstərmək üçün çox zaman iki ardıcıl defisdən istifadə olunur.
Tit
Tit (imperator)
Tiri
Tiri — Azərbaycan Respublikasının Zəngilan rayonunun Cahangirbəyli kənd inzibati ərazi dairəsində kənd.1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 2020-ci ilin oktyabr ayının 22-də Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunmuşdur.
Tirə
Tirə- (rus. гряда, ing. ridge) müxtəlif mən­şəli uzunsov, nisbətən alçaq, müs­bət relyef formalarının ümumi adı /mis: moren, oz, qum, sualtı, ada tirələri və s./.
Tor
Tor (internet) — internetdə senzuradan yayınma alətlərindən biridir
Trir
Trir (alm. Trier‎; lat. Augusta Treverorum) — "Şimali Roma", Reynland-Pfalts əyalətində yerləşən və Almaniyanın ən qədim şəhəri olan alman şəhəri. E.ə.15-ci ildə Roma imperatoru Oktavian Avqust tərəfindən əsası qoyulmuş şəhərin ilk adı "Avqusta Treverorum" olmuşdur. Şəhər Reynland-Pfaltsın qərbində, Lüksemburq ilə sərhədə yaxın ərazidə yerləşir. == Qardaşlaşmış şəhərlər == Qloster, Böyük Britaniya; Pula, Xorvatiya; Fort-Uort, ABŞ; Askoli-Piçeno, İtaliya; Veymar, Almaniya; Mets, Fransa; Naqaoka, Yaponiya; Hertoqenbos, Niderland.
Tır
Tırlar – qoşqulu və ya çəkicili yük çəkən yük maşınlarıdırlar. Tırlar əsasən güc, davamlılıq və səmərəlilik məqsədi ilə böyük həcmli dizel mühərriklərinə, çoxlu oxlara və çoxpilləli ötürmə sistemlərinə malik olurlar.
Tıs-tıs
Tıs-tıs (lat. Acantholimon) — qərənfilçiçəklilər sırasının plumbaqokimilər fəsiləsinə aid bitki cinsi.
Jır
Jır (tatar. җыр, qaz. жыр, qırğ. ыр, monq. ыр) — qazax, qaraqalpaq, qırğız və başqa türk xalqlarının folklorunda xalq şeir şəkli.Tatar və başqırdlar bu kəlməni “yır” şəklində, qırğızlar “ır” şəklində işlədir. Daha çox musiqi altında ifa edilir. Qopuz və dombradan jırların oxunuşunda istifadə edilir. Jırlar deklamasiya kimi də deyilir. Jırları ifa edənlər jırçılardır. Jırların ayrıca poetik qəlibi və konkret bənd forması yoxdur.
Qır
Qır - torpağın səthinə tökülən az qatranlı, metanlı və ya metanlı-naftenli neft məhsullarının (bitumlaşmış kütlənin) subaeral (havalı) şəraitdə dəyişilmiş formasıdır. Neftli torpaqların əmələ gəlməsinin genetik xəttinin bütumlaşma qolunun sonuncudan əvvəlki mərhələsini təşkil edir. Bitumlaşmanın bu xəttinə aid olmayan ağır və yüksək qatranlı neftdən və ya maltadan əmələ gələn qır şiddətli turş xassəli olması ilə səciyyələnir. Cavan qırın tərkibində bəzən az miqdarda parafin olur. Müəyyən zaman ərzində torpağın səthinə tökülən neft kütləsi bitumlaşdıqdan sonra aşınmaya məruz qalmaqla qatı yapışqan halından aşağıdakı sxem üzrə kip kövrək hala çevrilir: malta-»asfalt->asfaltenlər-> oksikerit->huminokerit (23). Tarixən qır məvhumu qırlaşmış bituma yox, qırlaşmış süxurlara aid edilmişdir. Lakin, bu sonralar özünü doğrultmamışdır. Nəhayət son zamanlar qır məvhumu bitum örtüyünün aşınması nəticəsində bərk, lakin kövrək halına keçən qırlaşmış bitum kimi qəbul olunmuşdur. == Qırlaşma == Torpağın səthinə bir neçə dəfə çoxlu miqdarda tökülərək axan neftin uzun çəkən dövr ərzində yaranmış bitum örtüyünün subaeral şəraitdə qır halına keçməsidir. Qırlaşma neftli torpaqların əmələ gəlməsinin genetik xəttinin qır örtüyünün deqradasiyası, pioner bitkilərlə məskunlaşması mərhələsindən əvvəlki mərhələni əhatə edir ki, bu da Azərbaycanın quru subtropik yarımsəhra iqlim zonasındakı neft mədəni yerlərində geniş müşahidə edilir.