Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Got to Be There
Got to Be There – Maykl Cekson ilk solo albomudur. Dünyada albom 5,2 milyon kopyadan çox satılıb.
Music to Be Murdered By
Music to Be Murdered By, Amerikalı repçi Eminem-in 11-ci studiya albomudur. Əvvəlki albomu Kamikaze ilə oxşar şəkildə əvvəlcədən tanıtımı edilmədən surpriz bir şəkildə 17 Yanvar 2020-de Aftermath Entertainment, Interscope Records və Shady Records tərəfindən yayınlandı. Albom Eminem və Dr. Dre prodüserliyi nəticəsində işıq üzü gördü.
.be
.be — Belçikanın internet kodu.
.to
.to — Tonqa krallığı üçün təyin olunmuş coğrafi domen. == Xarici keçidlər == Registration of .
To
Թ, թ — (Səslənməsi: to, erm. թո) — erməni əlifbasının doqquzuncu hərfi. Orta əsrlərdə «yerkatagir», «qraçagir», «notrgir», «şxagir» yazı üslublarında istifadə edilmişdir.
It's Okay to Not Be Okay
Psix, amma bu yaxşıdır (kor. 사이코지만 괜찮아; ing. It's Okay to Not Be Okay və ya Psycho But It's Okay) (Jo Yong) — Ço Yon tərəfindən yazılmış və Pak Şinvu tərəfindən idarə olunan Cənubi Koreya romantik dram televiziya serialı. Kim Su-Hyon, So Yoci, Oh Cun-se və Pak Gyu-yon serialın başrollarıdır. Serial fədakar bir psixoloji şöbənin baxıcısı və antisosial bir uşaq kitabı yazıçısından ibarətdir. Serial 20 iyun 2020-ci il tarixindən 9 avqust 2020-ci il tarixinə qədər TVN və Netflix-də 16 bölüm yayımlandı. Cənubi Koreyada Netflix-də romantik janrda 2020-ci ilin ən populyar şousu idi. New York Times filmi "2020-ci ilin Ən Yaxşı Beynəlxalq Şouları"-ndan biri olaraq adlandırmışdır. Bəzi şərhçilər serialın ikinci yarısında yazılanları tənqid etsələr də, bu hissə aktyor heyəti tərəfindən təriflənmişdir. Serial 57-ci Baeksang İncəsənət Mükafatında qatıldığı 8 nominasiyada iki qalibiyyət əldə etmişdir.
Ak-To
Ak-To (ing. Ahch-To) — "Ulduz müharibələri" kainatında uydurma planet. Planet xəritələnməyib, əkiz ulduzların orbitindədir və bir peyki var. Planetin nəfəs ala bilinəcək atmosferi və mülayim, lakin dəyişkən iqlimi var. Planetin səthi sadəcə dərin okeanlardan ibarət, lakin burada, yaşıl ağaclarla və otluqlarla örtülmüş qayalı ada arxipelaqları var. Adaların qayalıqlarında mamır, ot və qıjı da bitir. İlk ceday məbədi Məbəd adası adlanan adada inşa edilmişdir. Film ilk dəfə "Gücün oyanması" (2015), sonradan isə "Sonuncu ceday" (2017) və "Skayvolkerin yüksəlişi" (2019) filmlərində nümayiş olunmuşdur. == İstinadlar == == Xarici keçidlər == Exegol — Vukipediya saytında.
To (hərf)
Թ, թ — (Səslənməsi: to, erm. թո) — erməni əlifbasının doqquzuncu hərfi. Orta əsrlərdə «yerkatagir», «qraçagir», «notrgir», «şxagir» yazı üslublarında istifadə edilmişdir.
To Potami
To Potami (yun. Το Ποτάμι) - Yunanıstanda fəaliyyət göstərən mərkəzçi, sosial liberal və sosial demokrat meyilli siyasi partiya.
Something to Say to You
Something to Say to You — ABŞ musiqiçisi Cordananın ikinci studiya albomu. 4 dekabr 2020-ci ildə Grand Jury Music tərəfindən buraxılıb.
Be-200
Beriev Be-200 "Altair" — Rusiya istehsalı amfibiya təyyarə. Be-200, A-40 amfibiya təyyarəsində istifadə olunan idealardan ilhamlanaraq yaradılmışdır. Təyyarə yanğınların söndürülməsi üçün suyu həm aerodromda, həm də suyun səthində sürüşmə rejimində doldurula bilər. Əsas tətbiqlər: yanğınsöndürmə, axtarış-xilasetmə əməliyyatları, ekoloji missiyalar, sərnişinlərin və yüklərin (humanitar yardımların) daşınması. Bir sıra uçuş xüsusiyyətlərinə görə Be-200-ün dünyada analoqu yoxdur. Təyyarənin adı Qartal bürcündəki Əltair ulduzunun adına uyğun olaraq seçilmişdir. Həm də "Al" Beriev A-40 Albatrosu, "ta" Taqanroqu, "ir" təyyarənin hazırlandığı İrkutsk şəhərini təmsil edir. Azərbaycan Rusiyadan 2008-ci ildə BE-200ÇS təyyarəsi almışdır. == Tarixi == Amfibiya təyyarəsinin yaradılması üzrə işə başlamaq qərarı o vaxtkı hökumətin 17 iyul 1992-ci il tarixli 497 nömrəli qərarı ilə qəbul edilmişdir. Be-200ÇS prototipinin ilk uçuşu 24 sentyabr 1998-ci ildə baş tutub.
Be (En)
Be (fr. Bey) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Pon-de-Vel kantonuna daxildir. Kommunanın dairəsi — Burk-an-Bres. INSEE kodu — 01042. == Əhalisi == 2010-ci ildə əhalinin sayı 245 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2010-cu ildə əmək qabiliyyətli 171 nəfər (15-64 yaş) arasında 122 nəfər iqtisadi cəhətdən fəal, 49 nəfər hərəkətsizdir (fəaliyyət göstərici 71.3%, 1999-cu ildə bu 78.4%). Fəal olan 122 sakindən 111 nəfəri (60 kişi və 51 qadın), 11 nəfəri işsizdir (4 kişi və 7 qadın). Aktiv olmayan 14 nəfər arasında şagird və ya tələbə, 27 nəfər təqaüdçü, 8 nəfər digər səbəblərə görə hərəkətsizdir.
Be adası
Be adası — Cənubi Çin dənizinə daxil olan, Siam körfəzində yerləşən ada. Kambocanın Siankuvil şəhər-vilayətinə daxildir. Adanın səthi meşə ilə örtülüdür. Maksimal hündürlüyü 63 metrdir. Adada Kaoxtakiey adlı yaşayış məntəqəsi yerləşir. Ada rean Milli Parkından 1 km aralıda yerləşir. Sahil ərazilərində su altı daşlıqlar vardır. Yaxınlığında yerləşən adalar: Ryusse, Sramoat (Şenal).
To Beast or Not To Beast
To Beast or Not To Beast — Lordi studiya albomu.
Baby Be Mine
Baby Be Mine — Maykl Ceksonun "Thriller" albomundakı mahnılardan biri.
Be My Guest
Be My Guest — Ukraynanın 2012 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı. 65 balla 15-ci olub.
Be My Valentine
"Be My Valentine! (Anti-Crisis Girl)", (Azərbaycan dilində:Sevgilim ol) 2009 Avroviziya Mahnı Müsabiqəsində Ukraynanı təmsil edən Svetlana Lobodanın ifa etdiyi mahnıdır. Mahnının bəstəkarı Svetlana Lobodanın özüdür. Mahnını sözləri isə Yegeny Matyuşenkoya aiddir. Böyük Britaniyanın 2009 Avroviziya Mahnı Müsabiqəsi təmsilçisi Jade Ewen Svetlana Lobodanın bu mahnısının ailə içi şiddət ilə əlaqədar olduğunu və Svetlana Lobodanın bu mövzuda mesaj vermək istədiyini bildirdi. Mahnı üçün çəkilən video klipi xüsusi olaraq çəkmək yerinə Svetlana Loboda köhnə kliplərinin bir araya gətirərək klipi meydana gətirdi.
Be the Cowboy
Be the Cowboy — amerikalı müğənni Mitskinin beşinci studiya albomu. 17 avqust 2018-ci ildə Dead Oceans tərəfindən buraxılıb. Albom musiqi tənqdiçiləri tərəfindən 2018-ci ilin ən yaxşı albomları siyahısına daxil edilmişdir. Albomun "Nobody" və "Washing Machine Heart" trekləri 2021-ci ildə TikTok sosial şəbəkəsində populyarlıq qazanmışdır.
Dont be evil
"Don't be evil" (azərb. Pis olma‎) — "Google"-un qeyri-rəsmi korporativ şüarıdır. İclasların birində "Google"-un ilk mühəndislərindən olan Amit Pitel tərəfindən dilə gətirilmiş və bu fikir "Gmail"-in yaradıcısı Pol Bakeyt tərəfindən dəstəklənmişdir.
Free-to-play
Free-to-play, Free2play, F2P və ya FtP (ing. free – pulsuz və ing. play – oynamaq; hərfi tər. oynamaq pulsuzdu və ya pulsuz oynamaq) — məzmununlarının əhəmiyyətli bir hissəsini oyunçulara pulsuz verən videooyunlarına verilən ad. Free-to-play oyunlarının bir neçə növü var, lakin ən çox yayılmış fremium (ing. Freemium) proqram təminatı modelinə əsaslanır. Fremium videooyunlarında təqdim edilən məzmun tamamilə pulsuz olmur. Bu cür videooyunlarında, oyunçulara tam funksional bir videooyun verilir, ancaq əlavə məzmun üçün oyunçular mikroödənişlər ödəməlidirlər. Free-to-play oyunlarının əksi pay to play oyunlarıdır. Burada ödəniş oyun xidmətlərindən istifadə etməzdən əvvəl tələb olunur.
Hachimitsu to Clover
Honey and clover (ハチミツとクローバー, Haçimitsu to kuro:ba, Bal və yonca) — Çika Umino tərəfindən yaranmış manqa və onun əsasında J.C.Staff tərəfindən istehsal olunmuş anime serial. Anime 14 aprel 2006-cı ildə Fuji TV-də noitaminA blokunun ilk animesi kimi yayımlandı. == Məzmun == Kollecdən 10 dəqiqəlik məsafədə hamamsız altıotaqlı ev. 25 il bundan əvvəl tikilib, aylıq ödəmə haqqı - 38 000 yen. Heç bir səs izolyasiyası olmayan uçuq ev. Yaşayanların hamısı tələbədir. Pəncərələr şərqə baxdığından səhərlər işıqlı olur. Bədii kollecin tələbəsi Yuta Takemoto özbaşına tələbə həyatına qədəm qoyur. O, sempayları Şinobu Morita və Takumi Mayama ilə bir evdə otaq tutub və özünə həyatda yer tapmaq ümidləri ilə doludur. Günlərin bir günü kollecin cavan professorlarından biri Şüci Hanamoto onları qardaşıqızı Haqumi ilə tanış edir.
Minutes to Midnight
Minutes to Midnight – Linkin Parkın 3-cü studiya albomudur. Albom 14 may 2007-ci ildə çıxmışdır. Albomun prodüserləri Rik Rubin və Mayk Şinodadır. Linkin Park bu albom ilə Nu-Metal musiqi tərzindən uzaqlaşıb daha çox Alternativ roka üstünlük verdi. Bunun nəticəsi kimi, bu albom digər iki albomdan daha az satış gəliri əldə etdi. Linkin Park, Minutes to Midnight albomunun mahnılarını yazmağa 2003-cü ildə Meteoradan sonra başladı. Ancaq Mayk Şinodanın Fort Minor adı altında hip-hop albomu yaratması və Çester Benninqtonnun Dead by Sunrise mahnılarını yazmağa başlaması Minutes to Midnight albomunun hazırlanmasını bir qədər ləngitdi. Bir neçə açıqlanmayan səhvlərə görə albom bir qədər sonraya təxirə salındı. Bir qədər istirahətdən sonra aprel ayında Linkin Parkın üzvləri qərara gəldilər ki, What I've Done adlı bir sinqlı nümayiş etsinlər. Mayın 15-də albom Şimali Amerikada şatışa çıxarıldı.
Ojisan to Marshmallow
Ojisan and Marshmallow və ya Yaponiyada tanınan adı ilə Ojisan to Marshmallow (おじさんとマシュマロ, Ojisan to Mashumaro, azərb. Dayı və marşmellou‎) – Rekomaru Otoy tərəfindən yazılan və çəkilən manqa seriyası. Pixiv vasitəsilə onlayn şəkildə yayımlanır və indiyə qədər 20 milyon baxış əldə etmişdir. Daha sonra Ichijinsha tərəfindən 4 tankobon cildi buraxılmışdır. Creators in Pack tərəfindən 12 seriyalıq anime serialı çəkilmiş və 7 yanvardan 25 mart 2016-cı ilə kimi yayımlanmışdır. Habahiro Hiqe qırxa yaxın yaşı olan veb-şirkət işçisidir. Tabekko marşmelloularını çox sevir. Onun əməkdaşı İori Vakabayaşi tez-tez onu bu barədə əsəbləşdirir, onun qarşısında yeyir və mağazadan bütün marşmellouları alır. Dost olmalarına baxmayaraq əslində İorinin Habahirodan xoşu gəlir, onunla romantik əlaqələrinin olmasını arzulayır, onun diqqətini çəkmək istəyir. Habahiro isə onun nə etmək istədiyindən xəbərsizdir.
Ready to Die
Ready to Die — The Notorious B.I.G. repperin debüt albomudur. 1994-cü ilin sentyabrın 13-ü buraxılmışdı. Albom 1993 və 1994 illər arasında, Nyu-York şəhərin "The Hit Factory" və "D&D Studios" studiolarında yazılmışdı. Bu albom cavan repperin yaşadığı zaman yeganə buraxılmış albomudur. Ready to Die albomu, Dr. Dre, Snoop Dogg və digər tanınmış "west-coast hip-hop" repperlərin əksinə şöhrətini itirmiş "east-coast hip-hop" janrını təzədən canlandırdı. Bir neçə musiqi kritiklər tərəfindən bu albom ən yaxşı hip-hop albomlardan biri kimi qiymətləndirilib, 2003-cü ildə Rolling Stone jurnalının "500 Greatest Albums of All Time" siyahının 133-cü yeri tutub, 2006-da isə Time jurnalı bu albomu bütün zamanın 100 ən yaxşı albomlarının arasına əlavə edib.
Somebody to Love
Queen qrupunun "A Day at the Races" albomundan mahnısı. Freddi tərəfindən yazılıb. Əvvədən bu mahnının "Bohemian Rhapsody"-yə yaxın stildə yazılmağı planlaşdırılmışdı. Lakin bu mahnı eyni süjetə malikdir və Bohemian Rhapsody-dən daha zəif hesab olunur.Mahnıda eynı zamanda Brayan,Rodjer və Freddidən ibarət xor da iştirak edir.Həmçinin mahnıya Meyin gitara solosu da əlavə edilmişdir. Mahnının mövzusu belədir ki nəql edən Allahdan ona elə birin tapmasını xahiş edir ki onu sevsin.Nəql edən çox işləyir,həmişə yorulur,onun arxasınca gülürlər amma deyir ki bir vaxt bu vəziyyətdən çıxacaq. Kaver versiyalar Bu mahnını müxtəlif vaxtlarda Corc Maykl, Enn Xatauey,Brittani Mörfi,G4 qrupu və s ifa etmişdirlər. Mahnıya klip çəkilmişdir.
Co Bo-Ah
Co Bo-Ah (kor. 조보아; 22 avqust 1991, Tecon) — Cənubi Koreyalı aktrisa, model və radio aparıcısıdır. Karyerası 2011-ci ildə başlanıb. "Sus və Çal!", "Sevgi hərarəti" koreya teleseriallarında çəkilmişdir. == Həyatı == Co Bo-Ah Cənubi Koreyanın Tecon şəhərində anadan olmuşdur. Sonqyonqvan Universitetini bitirmişdir. == Bəzi çəkildiyi seriallar == Sus və Çal!
.bo
.bo — Boliviyanın internet kodu.
Bo
Bo (yap. 棒: ぼう), kun (Okinava), pang (Kantonca), bang (Mandarin) — ağacdan və ya bambukdan düzəldilmiş, bəzən metaldan hazırlanmış və ya metalla örtülmüş uzun çubuqdur. Döyüş sənətində silah kimi istifadə olunur. Onunla əlaqəli taxta silahlar jo və hanbo (yarım bo) hesab edilə bilər. Bo adətən təxminən 1,8 m uzunluğundadır və Okinava döyüş sənətlərində istifadə olunur, eyni zamanda Yapon sənətlərində belə xüsusi bojutsu qəbul edilir. Heyətlə əlaqəli digər silahlar 1,2 m uzunluğunda olan jo və 90 sm uzunluğunda olan hanbodur (yarım bo).
Ki Bo-Bae
Ki Bo-Bae (kor. 기보배; 20 fevral 1988, Anyan[d], Kyonqido) — Cənubi Koreyalı oxatan. Ki Bo-Bae 2012-ci ildə Londonda, 2016-cı ildə isə Rio-de-Janeyroda Olimpiya Oyunlarının çempionu olub. O, həmçinin üç dəfə Dünya Çempionatında, bir dəfə isə Asiya Oyunlarının qızıl medalını qazanıb. == Karyerası == Ki Bo-Bae birinci ciddi uğurunu 2011-ci ildə İtaliyanın Turin şəhərində qazandı. O, Dünya Çempionatında qarışıq komanda yarışlarında qızıl, komanda yarışlarında isə bürünc medal qazandı. Növbəti 2012-ci ildə isə Ki Bo-Bae XXX Yay Olimpiya Oyunlarında fərdi və komanda yarışlarında birinci yeri tutaraq qızıl medal qazandı. Ki Bo-Bae növbəti uğurunu 2013-cü ildə Antalya şəhərində qazandı. Ki Bo-Bae komanda və qarışıq komanda yarışlarında qızıl medal qazandı. 2 il sonra isə Ki Bo-Bae Danimarkanın paytaxtı Kopenhagen şəhərində fərdi və qarışıq komanda yarışlarında qızıl, komanda yarışlarında isə bürünc medala sahib çıxdı.
No Time to Die
"No Time to Die" — 2021-ci ildə buraxılmış Ceyms Bond filmi "Ölməyə vaxt yoxdur"un soundtreki. Mahnı amerikalı müğənni Billi Ayliş tərəfindən ifa olunmuşdur. O, mahnını qardaşı Finneas ilə birlikdə yazıb. Orkestr Hans Zimmer tərəfindən idarə olunub, prodüserliyi Finneas O'Konnell və Stiven Lipson tərəfindən edilib. Mahnı 13 fevral 2020-ci ildə Darkroom və Interscope Records tərəfindən buraxılıb. Billi Ayliş Ceyms Bond filmi üçün mahnı yazan ən gənc sənətçi olmuşdur. Billi mahnıya görə "Qremmi", "Qızıl Qlobus" və "Oskar" mükafatlarına layiq görülmüşdür.
Bo (En)
Bo (fr. Boz) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Pon-de-Vo kantonuna daxildir. Kommunanın dairəsi — Burk-an-Bres. INSEE kodu — 01057. == Əhalisi == 2010-ci ildə əhalinin sayı 496 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2010-cu ildə əmək qabiliyyətli 304 nəfər (15-64 yaş) arasında 240 nəfər iqtisadi cəhətdən fəal, 64 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 78.9%, 1999-cu ildə 74.1%). Aktiv olan 240 sakindən 219 nəfəri (115 kişi və 104 qadın), 21 nəfəri işsizdir (14 kişi və 7 qadın). Fəal olmayan 64 nəfər arasında 22 nəfər şagird və ya tələbə, 25 nəfər təqaüdçü, 17 nəfər digər səbəblərə görə hərəkətsizdir.
Bo Bayden
III Cozef Robinett „Bo“ Bayden (ing. Joseph Robinette "Beau" Biden III; 3 fevral 1969, Uilminqton[d], Delaver – 30 may 2015, Betesda, Merilend) — Amerikalı vəkil, hərbçi və siyasətçi. ABŞ Demokrat Partiyasının üzvü idi. == Ailəsi == Atası ABŞ-nin 46-ci vitse-prezidenti Co Baydendir. Anası ABŞ-nin ikinci xanımı Cil Baydendir. == Vəfatı == 2010-cu ildə insult keçirən Bo Bayden, həmin ilin may ayında müalicə olunmaq üçün xəstəxanaya yerləşdirilmişdi. 46 yaşında ikən – 30 may 2015-ci ildə beyin xərçəngindən vəfat etmışdir.
Bo Xan
Bo Xan - monqol və buryat mifologiyasında Uryanxay boyunun atası olan adam. Böyük bir döyüşçüdür. Bir nur içində müqəddəs bir dağın təpəsinə enən ilk yoldaşı və torpaqdan çıxıb gələn ikinci yoldaşı nəsillərinin ortaya çıxmasını təmin edər. Bunlar Oğuz Kağanın iki yoldaşını tapmasını xatırlatmaqdadır. == Etimologiya == (Bog / Boğ) kökündən törəmişdir. Bolmaq (olmaq) və boğmaq mənası daşıyır. Monqol və kalmık dilində Bö (Böğö) şaman, Bogd / Bogdan isə övliya mənalarını verər, bu sözlərlə əlaqəli ola bilər. Yenə monqolcada Boh güləşçi deməkdir. Tunqus dilində "Buguca" totem deməkdir.
Li Bo
Li Bo (李白) (701-762) Tan sülaləsi dövündə yaşamış Çin şairidir. Təxminən 1100-ə qədər şeiri dövrümüzə kimi gəlib çatmışdır. Şerlərində Daosizmi tərənnüm etmişdir.
Bo qorxur
Bo qorxur (ing. Beau is Afraid) — Ari Asterin 2023-ci ildə işıq üzü görən sürrealist, faciəvi komediya, qorxu filmi. Filmin baş rolunda Xoakin Feniks çəkilib. Film anasının qəfildən vəfat etməsindən sonra evə qayıtmalı olan Bo adlı adam haqqındadır. == Rollarda == Xoakin Feniks — Beau Wassermann Armen Nahapetian — gənc Beau Patti LuPone — Mona Wassermann Zoe Lister-Jones — gənc Mona Amy Ryan — Grace Nathan Lane — Roger Kylie Rogers — Toni Denis Ménochet — Jeeves Parker Posey — Elaine Bray Julia Antonelli — gənc Elaine Stephen McKinley Henderson — terapist Richard Kind — Dr.
Hai to Gensou no Grimgar
Grimgar of Fantasy and Ash və ya Yaponiyada tanınan adı ilə Hai to Gensou no Grimgar (灰と幻想のグリムガル, Hai to Gensō no Gurimugaru, azərb. Fentezi və Kül Qrimqarı‎) – Eyri Şirayın rəssamlığı ilə Ao Cuumonci tərəfindən yazılan ranobe seriyası. Bir qrup insanın özlərini qəfildən Qrimqar adlı fentezi dünyasında tapmasından və bu dünyaya adaptasiya olub sağ qalmağa çalışmasından bəhs edir. Overlap Bunko tərəfindən 25 iyun 2013-cü ildən bu yana 21 cildi buraxılmışdır. Mutsumi Okubaşi tərəfindən yazılan manqa adaptasiyası 22 aprel 2015-ci ildən 22 iyun 2016-cı ilə kimi Square Enix nəşriyyatının "Gangan Joker" jurnalında serializasiya olunmuşdur. 2016-cı ildə ranobe əsasında A-1 Pictures studiyası tərəfindən 12 seriyalıq anime serialı adaptasiyası çəkilmişdir. Ranobe J-Novel Club və Seven Seas Entertainment, manqa adaptasiyası Yen Press tərəfindən Şimali Amerikada lisenziyalaşdırılmışdır. == Məzmun == Günlərin bir günü bir qrup gənc özlərini Qrimqar adlı fentezi dünyasında oyanmış halda tapırlar. Sadəcə adlarını xatırlayan bu insanlar bu dünyaya haradan gəldiyini bilmirlər, lakin buraya aid olmadıqlarını hiss edirlər. Oyunda ilişdiklərindən xəbərləri olmayan bu insanların tək çarəsi yeni dünyaya adaptasiya olub sağ qalmaqdır.
Po Beq
Po Beq xatun — Bilgə xaqanın xatunu və daha sonra Yollıq xaqan və Bilgə Qutluq xan dövründə anaxatunu. Tonyukukun qızı idi, Bilgə xaqan ilə hələ şahzadə ikən evlənmişdi. Bilgə xaqan zəhərləndikdən sonra Yollıq xaqan taxta keçmişdi. Po Beq isə qəyyum kimi fəaliyyət göstərirdi. Ölkə faktiki olaraq iki yerə bölünmüş, iki əyan tərəfindən idarə olunurdu. Qərbdəki əyanı edam edə bilsə də, şərqdəki əyan Pan Kül Teginin Bilgə Qutluq xanı öldürərək hakimiyyəti ələ keçirmişdi. Po Beq xatun Aşide sülaləsinin qalan üzvləri ilə Çinə qaçmış, imperator tərəfindən ona torpaqlar bəxş olunmuşdu. Lev Qumilyov (2002). Ahsen Batur, Ahsen, ed. Eski Türkler (in Turkish).
Never Say No to Panda
Never Say No to Panda (azərb. Pandaya heç vaxt yox deməyin‎) - "Panda Cheese" adlı pendir markasının istehsalçısı olan Arab Diary üçün "Advance Marketing" adlı şirkət tərəfindən hazırlanan və ilk dəfə 2010-cu ildə Misir televiziyalarında yayımlanan reklam seriyası. Hər bir reklam ona təklif olunan "Panda Cheese" markalı pendiri rədd edən şəxsin yer aldığı hissə ilə başlayır. Dərhal sonra arxa planda çalan, Baddi Holliyə məxsus olan "True love ways" mahnısının sədaları altında nəhəng bir panda peyda olur. Pendiri rədd edən şəxsə bir neçə saniyə baxan panda, sonra ətrafına zərər vurmağa başlayır. Yenidən gözlərini pendiri rədd edən şəxsə dikdikdən sonra məhsulun qısa reklamı gedir və "Never Say No to Panda" (pandaya heç vaxt yox deməyin) yazısı ilə birlikdə reklam bitir. Televiziyalarda yayımlanmasının ardından reklamlar internet mühitində olduqca populyar oldu. Bu günə qədər beş fərqli reklam yayımlandı. Ofisdə baş tutan ilk reklamda işçilərdən birinin düzəltdiyi pendirli sandviçi rədd edən işçinin masasını dağıdan panda, sonra kompüter klaviaturasını qırır. İkinci reklam xəstəxanada baş tutur.
Tı kto takoy? Davay, do svidaniya!
"Tı kto takoy? Davay, do svidaniya!" (rus. Ты кто такой? Давай, до свидания!) — İnternetdə bir neçə gün ərzində mem olmuş, Azərbaycan, rus və talış dillərdə ifa edilən meyxana. Bu meyxana talış meyxanaçı qardaşlar Ehtiram və İntiqam Rüstəmov tərəfindən yazılmışdır. Video 2011-ci il noyabrın 5-də Astara rayonunun Təngərüd kəndində toy zamanı çəkilib və 2012-ci il yanvarın 25-də Talış Mədəniyyət Mərkəzinin direktoru Hilal Məmmədov bu meyxana ilə bağlı videoroliki hazırlayıb "YouTube"-ə yerləşdirmişdir.
Danganronpa: Kibou no Gakuen to Zetsubou no Koukousei
Danganronpa: Trigger Happy Havoc (ダンガンロンパ 希望の学園と絶望の高校生, Danganronpa: Kibō no Gakuen to Zetsubō no Kōkōsei, azərb. Danqanronpa: Ümid akademiyası və ümidsizlik tələbələri‎) Spike (daha sonra Spike Chunsoft) şirkəti tərəfindən istehsal olunmuş cinayət, müəmma və macəra vizual romanı. "Danganronpa" seriyasının ilk oyunudur. Vizual roman Yaponiyada 25 noyabr 2010-cu ildə PlayStation Portable platforması üçün, 20 avqust 2012-ci ildə isə iOS və Android platformaları üçün buraxılmışdır. İki manqa adaptasiyası və iki spin-off ranobe adaptasiyası hazırlanmışdır. Lerche studiyası tərəfindən 13 seriyalıq anime serialı adaptasiyası istehsal olunmuş və Yaponiyada 4 iyul 2013-cü ildən 26 sentyabr 2013-cü ilə kimi yayımlanmışdır. Sikvel oyunu "Danganronpa 2: Goodbye Despair" 26 iyul 2012-ci ildə PlayStation Portable platforması üçün buraxılmışdır. Hər iki oyununun qarışığından ibarət "Danganronpa 1・2 Reload" 10 oktyabr 2013-cü ildə PlayStation Vita platforması üçün buraxılmışdır. NIS America birinci oyununun Vita remeykini 11 fevral 2014-cü ildə Şimali Amerikada, 14 fevral 2014-cü ildə Avropa və Avstraliyada buraxmışdır. Oyun 18 fevral 2016-cı ildə Steam platforması üçün buraxılmışdır.