Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Tomarlı
Tomarlı — Qars ilinin Arpaçay ilçəsinin Mərkəz bucağında kənd. Kəndin keçmiş adı Vanazadır (erm. Վանազա). 1965-ci ildə Vanaza adı dəyişdirilərək kənd Tomarlı adlandırılmışdır. Arxeoloji qazıntılara əsaslanaraq kəndin ərazisinin qədim yaşayış yeri olması fikrini söyləmək münkündür. Vanaza kəndində XVIII əsrin 40-cı illərinə qədər ermənilər yaşamışdır. Kənd 1744-cü ildə Nadir şah Əfşarın bölgəyə hücumu zamanı dağıdılmış və XIX əsrin əvvəllərinə qədər təxminən 55 il boş qalmışdır. XIX əsrin əvvəllərində Rusiya imperiyasının Cənubi Qafqazın işğalına başlaması ilə 1801-1804-cü illərdə Borçalı mahalından və Naxçıvan qəzasından sıxışdırılaraq qovulan azərbaycanlılar bu kənddə məskunlaşmışdır. Kənd Qars ilinin inzibati mərkəzi Qars şəhərindən 47 km, Arpaçay ilçəsinin inzibati mərkəzi Arpaçay qəsəbəsindən 8 km uzaqlıqda yerləşir. 31 dekabr 2016-ci il tarixinə olan rəsmi məlumata əsasən kənddə 721 nəfər əhali yaşayır.
Güllü Eldar Tomarlı
Güllü Eldar Tomarlı (Güllü Eldar qızı Alıyeva; 13 iyul 1969, Rustavi) — Azərbaycan şairi, publisist. Azərbaycan Yazıçılar Birliyinin, Azərbaycan Aşıqlar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü. "Mirvarid Dilbazi Poeziya Məclisi" İctimai Birliyinin sədri, Aşıq Pəri Məclisinin sədr müavini (2015–2022). == Həyatı == Güllü Eldar Tomarlı 13 iyul 1969-cu ildə Gürcüstanın Rustavi şəhərində anadan olub. Əslən Qazax rayonunun Kəmərli kəndindəndir. 1986-cı ildə Rustavidə 7 saylı orta məktəbi bitirmiş, Rustavi Politexnik Texnikomuna daxil olmuşdur. Təhsili bitirdikdən sonra, uzun müddət Rustavi şəhər nəşriyyatında çalışmışdır. Rustavi Azərbaycanlılar Mədəniyyət Mərkəzi İdarə Heyətinin üzvü və Qadınlar şurasının sədri olmuşdur. Güllü Eldar Tomarlı Gürcüstanda, Azərbaycanda çap olunan qəzetlərdə şeirləri, publisistik məqalələri dərc edilib və Tiflis radiosunda səsləndirilmişdir. Tiflisdə nəşr olunan "Gürcüstan" qəzetinin Azərbaycan Respublikası üzrə xüsusi müxbiri, "Mirvarid Dilbazi Poeziya Məclisi" ictimai birliyinin sədridir.
Komanlı
Komanlı — Azərbaycan Respublikasının Cəlilabad rayonunun Komanlı kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == == Etimologiyası == Yaşayış məntəqəsi türk mənşəli koman/kuman tayfalarının Azərbaycanda məskunlaşması nəticəsində yaranmışdır. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 2831 nəfər əhali yaşayır. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Tamamlı
Tamamlı — Qərbi Azərbaycanın (indiki Ermənistan Respublikası) Qəmərli (Artaşat) rayonu ərazisində kənd. İrəvan quberniyasının İrəvan qəzasında, indi Qəmərli (Artaşat) rayonunda kənd.
Timarlı
Timarlı (türk. timarlı) — orta əsr türk dövlətlərində hakimiyyət tərəfindən timar sahiblərindən yığılan nizamsız süvari milis. Timarlılar daimi orduda yürüşlər zamanı xidmət etməli, habelə dinc vaxtlarda timarlarından gələn gəlir qarşılığında cinayətlərə qarşı cəza tədbirlərində iştirak etməli idilər. Timar sistemi Bizans proniyasının bir çox xüsusiyyətlərini miras götürmüşdür. Bu sistem Osmanlı imperiyasında görkəmli əsgərlərə mükafatlar verən, 1326–1359-cu illərdə hakimiyyətdə olmuş Sultan I Orxanın dövründə meydana çıxmışdır. 1525-ci il siyahıyaalınmasına görə, 37,818 nəfər timarlı kimi siyahıya alınmışdır. Gwinn, Robert P, Charles E. Swanson, and Philip W. Goetz. The New Encyclopaedia Britannica.vol. 8, 11, 10. London: Encyclopaedia Britannica, Inc., 1986 Goffman, Daniel.
Toparlı
Toparlı — İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Düzkənd (Axuryan) rayonunda kənd. Rayon mərkəzindən 12 km şimalda, Şirak kanalının qırağında yerləşir. Erməni mənbələrində Taparlı kimi də qeyd edilir. 31 dekabr 1937-ci ilə qədər Leninakan rayonunun inzibati ərazi bölgüsünə daxil olmuşdur. Toponim "yığcam", "toplu" mənasında işlənən toparlı sözü əsasında əmələ gəlmişdir. Relyef əsasında yaranmışdır. Quruluşca sadə toponimdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 7. XII.1945-ci il fərmanı ilə adı dəyişdirilib Hatsik qoyulmuşdur.1945-ci ildə kənd ermənicə Hatsik adlandırılmışdır. Taparlı kəndin əsasını qoymuş tayfanın adıdır.
Tumaslı
Tumaslı (Bərdə) — Azərbaycanın Bərdə rayonunda kənd Tumaslı (Şərur) — Azərbaycanın Şərur rayonunda kənd. Tumaslı (dağ) — Cəbrayıl rayonu ərazisində dağ.
Omanlı
Omanlılar (ərəb. لشعب العماني‎) — Oman Sultanlığı ərazisində yaşayan ərəb xalqı, Oman vətəndaşları. Omanlılar hal-hazırda Oman olaraq bilinən ərazidə min illərdir ki, yaşayırlar. VIII əsrdə Maskat şəhərində tacirlər və hakimlər arasında formalaşan ittifaq şəhəri İran körfəzinin ən böyük limanlarından birinə çevirmişdir. Omanlılar etnik baxımdan müxtəlifdirlər. Onların əksəriyyəti ərəb mənşəli olsa da, onlar arasında çoxlu bəluclar, lurlar, farslar var. Omanda Pakistan, Hindistan və Şri-Lankadan gəlmə şəxslər də yaşayır. Omanlıların Omanın ümumi əhalisinin əksəriyyətini təşkil edir. Bir milyon yarımdan çox omanlı Orta Şərqin digər bölgələrində və Suahili sahili ərazisində yaşayır. == Din == Demək olar ki, omanlıların əksəriyyəti müsəlmandır, fəqət onlar İslamın üç fərqli məzhəbinə bölünürlər – ibadilər (Omanın dövlət dini), sünnilər və şiələr.
Tatlı
Kəndlər Tatlı (Samux) — Azərbaycanın Samux rayonunda kənd. Tatlı (Ağstafa) — Azərbaycanın Ağstafa rayonunda kənd.
Komanlı bələdiyyəsi
Cəlilabad bələdiyyələri — Cəlilabad rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Toxmaqlı oymağı
Toxmaqlı oymağı — Cənubi Azərbaycanın Qaradağ vilayətində yerləşən Ustaclı elinin oymaqlarından biri və Qaradağ xanlarının mənsub olduğu oymaq. Toxmaqlılar əsas Qızılba tayfalarından biri olan Ustaclıların bir oymağıdırlar. Ustaclılar Bingöl yaylaqlarında İsmayıl Mirzənin ordusuna qatılmış, Cabanı zəfərindən sonra köçərək Diyabəkir və Qaradağda yerləşmişdirlər. Diyarbəkir Osmanlı imperiyası tərəfindən ələ keçirildikdən sonra oradakı Ustaclıların bir hissəsi Qaradağa və Xorasana yerləşdirilmişdir. Qaradağda yerləşən Ustaclılar tayfanın toxmaqlı oymağına mənsub olduqları üçün zamanla toxmaqlı deyə adlandırılmışlar. Nadir şahın ölümündən sonra yaradılan Qaradağ xanlığının xanları bu oymaqdan olmuş, sadəcə Qaradağlı nisbəsindən istifadə etmişdirlər. Toxmaqlı oymağının əsas qolu Qaradağda, Dizmar mahalında məskunlaşmışdı. Toxmaqlı oymağının başçıları sonralar Toxmaqlı soyadını tərk edib Qaradağlı kimi tanınmağa başladılar. Bu soya tarixi ədəbiyyatda bəzən Xəlifəli də deyilir. Toxmaqlı-Qaradağlı (Xəlifəli) oymağının məşhur simalarından I İlyas xəlifə, I Şəmsəddin xəlifə, II İlyas xəlifə, Bürhanəddin xəlifə, II Şəmsəddin xəlifə, Əhməd xəlifə, Mahmud sultan, Bayandur sultan, Məhəmmədqasım xan, Əbdürrəzzaq xan, Kazım xan (Məhəmmədkazım xan), Mustafaqulu xan, Nəcəfqulu xan, İsmayıl xan, Abbasqulu xan, Məhəmmədqulu xan, Hacı Sara xanım, Həsənəliağa Xanqaradağski (ata), Həsənəli xan Qaradaği, Aydın Qaradağlının adlarını çəkmək olar.
Tumaslı (Bərdə)
Tumaslı — Azərbaycan Respublikasının Bərdə rayonunun inzibati ərazi vahidində kənd.
Tumaslı (dağ)
Tumaslı — Azərbaycan Respublikası Cəbrayıl rayonunun ərazisində, Qarabağ silsiləsinin cənub hissəsində yerləşən dağ. Hündürlüyü 1580 metrdir. Dağ Tumas kəndinin şimalındadır. Yerli əhali arasında Tumas dağı olaraq bilinir.
Tumaslı (Şərur)
Tumaslı — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda kənd. Bu kəndin yaranma tarixi və adı tarixçilər tərəfindən araşdırılmamışdır. Lakin adının etimologiyası bu kəndin qədimliyinə sübutdur. Kəndin adının etimologiyasını iki variantda izah edilir. Birinci variantda, bunu Asiya qitəsinə adı verilmiş çox qədim "As/Az" tayfasının izləri (Tum/tüm+as/+lı) açıq göründüyü üçün bu kəndin "Tum (tüm/bütün?) + As tayfısının yaşadığı yer" mənasını verdiyini güman etmək olar. "-lı" isə yer, mənsubluq bildirən şəkilçidir. İkinci variantda, kəndin adının qədim türk dilində mövcud olan "Tumas" şəxs adı ilə bağlı ola bilməsi ehtimalıdır. Bu halda kəndin adının "Tumas ailəsinin (və ya qəbiləsinin) yaşadığı yer ("lı" isə yer, mənsubluq bildirən şəkilçidir) mənasını verdiyini iddia etmək olar. Bərdə rayonunda eynilə bu adda kənd mövcuddur. Oxşar ada Qubadlı rayonunun Çay Tumas və Cəbrayıl rayonunun Dağ Tumas kəndlərində də rast gəlinir.
Tumaslı mədrəsəsi
Tumaslı mədrəsəsi — Qarabağda yerləşən qədim mədrəsə. Mədrəsə Dizaq mahalı,Tumaslı kəndində yerləşirdi.Dövrün görkəmli ədiblərindən olan Molla Vəli Vidadi müəyyən müddət bu mədrəsədə müəllimlik etmişdi. Mədrəsədə təhsil alan şagirdlərin əksəriyyətini sunnilər təşkil edirdi. XIX əsrin əvvəllərində mədrəsədə müəllim edən şəxslər arasında Mahmud əfəndi Tumaslı (1781–1842), Molla Mustafa Tumaslı və başqaları var idi. Mədrəsədə təhsil görmüş şagirdlərdən bəziləri İstanbula da göndərilmişdi. Mədrəsənin tələbələrindən biri kimi xəttat Omsan Tumalıni nümunə göstərmək olar. Mədrəsəyə hamilik edən şəxs Mikayıl sultan Həsən ağa oğlu Tumaslı (1781–1847) idi.
Romalı Kalepodi
Romalı Kalepodi və ya Müqəddəs Kalepodi (it. San Calepodio; v. 232, Roma) — Roma xristian keşişi, əzabkeşi. O, Roma imperatoru Aleksandr Sever tərəfindən xristianların təqibləri zamanı öldürülmüşdür. Roma katakombalarından biri olan Kalepodi katakombası onun adını daşıyır. Onun agioqrafiyası xatırladır ki, Kalepodi işgəncələrə məruz qalmışdır. O, ardınca boynuna dəyirman daşı bağlanaraq Tiber çayına atılmışdır.
Romalı İppolit
Rómalı İppolít (Hippolitus) (170 - 236) - Xristian ilahiyyatçısı, hereslərlə qarşı mübarizə aparan Xristian ilahiyyatçısı, Xristianlığın birinci antipapası, Xristian kilsəsinin müqəddəs atası. Pomada yaşayıb yaratmışdır. Əsərlərini yunanca yazırdı. Ona görə ehtimal edirlər ki, onun əsli yunan olmuşdur. Rəsmi Xristian ehkamlarının möhkəmlənməsində böyük çabalar göstərmişdir. O zaman formalaşma dövrünü yaşayan rəsmi Kilsənin tərəfdarı olmuşdur. Formalaşan kilsənin ehkamlarını qəbul etməyən başqa Xristian təriqətlərinə, özəlliklə də qnostiklərə qarşı mübarizə aparmış, onlara qarşı çoxlu sayda rəddiyələr yazmışdır. Episkop rütbəsində idi. Roma papası Zeferinin (198-217) o təriqətlərin heresinə (küfrünə) meyl etməsinə görə. öz tərəfdarları ilə ondan imtina edib özünü papa elan etmiş və bununla da Roma kilsəsinin birinci antipapası olmuşdur.
İppolit Romalı
Rómalı İppolít (Hippolitus) (170 - 236) - Xristian ilahiyyatçısı, hereslərlə qarşı mübarizə aparan Xristian ilahiyyatçısı, Xristianlığın birinci antipapası, Xristian kilsəsinin müqəddəs atası. Pomada yaşayıb yaratmışdır. Əsərlərini yunanca yazırdı. Ona görə ehtimal edirlər ki, onun əsli yunan olmuşdur. Rəsmi Xristian ehkamlarının möhkəmlənməsində böyük çabalar göstərmişdir. O zaman formalaşma dövrünü yaşayan rəsmi Kilsənin tərəfdarı olmuşdur. Formalaşan kilsənin ehkamlarını qəbul etməyən başqa Xristian təriqətlərinə, özəlliklə də qnostiklərə qarşı mübarizə aparmış, onlara qarşı çoxlu sayda rəddiyələr yazmışdır. Episkop rütbəsində idi. Roma papası Zeferinin (198-217) o təriqətlərin heresinə (küfrünə) meyl etməsinə görə. öz tərəfdarları ilə ondan imtina edib özünü papa elan etmiş və bununla da Roma kilsəsinin birinci antipapası olmuşdur.
Comaqlı Şeyda (Qürvə)
Comaqlı Şeyda (fars. چمقلوشيدا‎) — İranın Kürdüstan ostanı Qürvə şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 173 nəfər yaşayır (42 ailə). Əhalisini kürdlər təşkil edir.
Tatlı (Ağstafa)
Tatlı — Azərbaycan Respublikasının Ağstafa rayonunun Tatlı kənd inzibati ərazi dairəsində kənd. Ermənistanla sərhədə yaxın yerləşən Tatlı kəndinə Ermənistan silahlı qüvvələri bir neçə dəfə hücuma keçiblər. Həmin hücumların tarixi xronologiyası aşağıdakı kimidir. 10 may 1991-ci ildə Ağstafa rayonunun Tatlı kəndində xidmət aparan hərbi naryad (31747 saylı hərbi hissə) Ermənistanın Şəmşəddin rayonunun Pravakar kəndi istiqamətindən erməni silahlı qüvvələri tərəfindən qumbaraatan və avtomat silahlardan atəşə tutulmuş, nəticədə mayor V.Saqaydak və 8 əsgər ağır yaralanmış, 2 ədəd “ZİL-131” markalı avtomaşın yanmışdır 20 iyul 1992-ci ildə Ermənistanın Şəmşəddin rayonu istiqamətindən Ağstafa rayonunun Tatlı kəndi atəşə tutulmuş, nəticədə 1 vətəndaş həlak olmuş, 2 nəfər yaralanmışdır 29 dekabr 1992-ci ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən Ağstafa rayonunun Tatlı kəndi atəşə tutulmuş, nəticədə Milli Ordunun 2 əsgəri həlak olmuş, 2 əsgəri yaralanmışdır. 5 yanvar 1993-cü ildə Ermənistanın Silahlı Qüvvələri tərəfindən Ağstafa rayonunun Böyük Qışlaq və Tatlı kəndləri “Qrad” qurğularından atəşə tutulmuş, nəticədə Milli Ordunun 2 əsgəri həlak olmuş, 3 əsgəri yaralanmışdır. 13 yanvar 1993-cü ildə Ermənistanın Berd rayonu istiqamətindən Ağstafa rayonunun Tatlı kəndi müxtəlif növ silahlardan atəşə tutulmuş, nəticədə Milli Ordunun 1 əsgəri həlak olmuş, 6 əsgəri yaralanmışdır. Kəndin əsas iqtisadiyyatı kənd təsərrüfatı və das karxanalarıdır. Kənddə maldarlıq və əkincilik geniş yayılmışdır. Bununla yanaşı həmçinin kənddə olan tikinti daşı ehtiyatları əsasında daş karxanaları fəaliyyət gostərir.
Tatlı (Samux)
Tatlı — Azərbaycan Respublikasının Samux rayonunun inzibati ərazi vahidində kənd. Yaşayış məntəqəsi vaxtilə Cənubi Azərbaycandan gəl­miş ailələr tərəfindən salınmışdır. Tat komponentli toponimlər həmçinin Dağıstan və Gürcüstan ərazisində də mövcuddur: Tatlar kəndi, Tatavul kəndi (Dərbənd rayonu), Tatu- şağı (Kaspi rayonu). Kənd Gəncə-Qazax düzənliyində yerləşir. Əhalisinin sayı 1041 nəfərdir.
Tatlı bələdiyyəsi
Ağstafa bələdiyyələri — Ağstafa rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Tomat pastası
Tomat pastası — Pomidordan hazırlanan, ayrıca istifadə olunan və ya xörəyə əlavə edilən qida məhsulu. Nəmlik azaltmaq üçün pomidorlar bir neçə saat bişirilir, toxum və dərilərinin aradan qaldırılması üçün onlar sözülür və bir qalın və zəngin konsentrat ələ gəlmək üçün yenidən bişirilirlər.
İbrahim Tatlı
İbrahim Tatlısəs (türk. İbrahim Tatlıses; 1 yanvar 1952, Şanlıurfa) — ərəb və kürd əsilli Türkiyə müğənnisi, bəstəkar, aktyor, televiziya aparıcısı, iş adamı. İbrahim Tatlısəsin atası ərəb, anası kürddür. "Ayağında Kundura" türküsü ilə məşhurlaşan Tatlısəs günümüzə qədər qırxdan çox albom çıxarmış, bir çox filmlərdə rol almış, 19 ildən çox davam edən "İbo Show" televiziya proqramında çalışmışdır. İ.Tatlısəs Türkiyədən başqa bir çox ölkə və regionlarda — Qafqazda, Mərkəzi Asiyada, Cənub-Qərbi Asiyada, Avropada — xüsusi ilə Yunanıstan və Kosovoda tanınır. İbrahim Tatlisəs Kanal D televiziyasında yayımlanan proqramda "Özünüzü nə olaraq ifadə edərsiniz sualına" "Atam ərəb, anam kürd, mən də türkəm" deyə cavab vermişdir. 2005-ci ildəki Ərbil konsertində də eyni sözləri təkrarlamışdır. 2011-ci il mart ayının 14-də İbrahim Tatlısəs İstanbulda başından güllə yarası almışdır. "Nurol Plaza"da çəkilən bir proqrama qatılan Tatlısəs çəkilişlər başa çatandan sonra avtomobilinə minərkən həmin maşına yaxınlaşan avtomobildən Kalaşnikov avtomatı ilə ona atəş açılıb. Güllələrdən biri Tatlısəsin başına dəyib.
Tomat sousu
Pomidor sousu və ya tomat sousu əsasən pomidordan hazırlanan və yeməyin bir hissəsi kimi təqdim edilən sousdur. Tomat sousları ət və tərəvəzlər üçün geniş istifadə edilsə də, çox makaron yeməkləri ilə bərabər istehlak edilirlər. İtaliyada ona Napoletana sousu deyirlər.
Somali
Somali (somali: Soomaaliya; ərəb. الصومال‎), rəsmi adı Somali Federativ Respublikası — Şərqi Afrikada Afrika buynuzu deyilən coğrafi bölgədə olan bir ölkədir, faktiki olaraq vətəndaş müharibəsi və separatistlərin fəaliyyəti nəticəsində bir neçə hissəyə parçalanmışdır. Qərbində Cibuti, Efiopiya və Keniya, şərqində Hind okeanı vardır. Paytaxtı Mogadişu'dur. Sahə 637.657 km ², əhalisi 8.6 mln. nəfərdir. 20 sentyabr 1960-cı ildən BMT-nin üzvüdür. E.ə. III minilliyin ortalarında müasir Somalinin şimal sahillərinə dəniz vasitəsilə misirlilər gəldilər. Onlar bu ərazidən (Misirlilər bu ərazini Punt ölkəsi adlandırırdılar) öz ölkələrinə qızıl, qullar daşıyırdılar.
Timati
Timur Eldaroviç Yunusov, Timati (rus. Тимати; 15 avqust 1983, Moskva) — rus hip-hop sənətçisi, prodüser, aktyor və biznesmendir. YUNESKO-nun dəstəyi ilə Moskva Beynəlxalq Fondunun Qəyyumlar Şurasının üzvüdür. 15 avqust 1983-cü ildə Moskvada anadan olub. Valideynləri - atası İldar Vaxitoviç Yunusov (1960-cı il təvəllüdlü) - iş adamı; anası Simon Yakovlevna Yunusova (1959-cu il təvəllüdlü). Tatar və yəhudi köklərinə malikdir. Sənətkarın özü, "Moskovskiy Komsomolets" qəzetinə verdiyi müsahibədə: "Çox varlı valideynlərim var" deyərək dedi: "Atam məni elə bir şəkildə böyütdü ki, özüm hər şeyə nail olum." 1998-ci ildə 14-15 yaşlarında Timati (daha sonra Timotey) "VIP77" qrupunu təsis etdi. 2000-ci ildə Decl üçün MS kimi çalışdı. A. Puşkin adına Dövlət Muzeyində gənc sənətşünaslar klubunu bitirib. 2004-cü ildə "Ulduz Fabriki 4" layihəsində iştirak etmişdir.
Tomari
Tomari (rus. Томари) və ya köhnə adıyla Tomarioru (yap. 泊居) — Rusiya Federasiyasında yerləşən şəhər. Saxalin vilayətinə daxildir.
Qomati çayı
Qomati çayı (ing. Gomti, ing. Gomati, hind. गोमती) — Qanq çayının qolu olub. Hindistan çayıdır. İnduizmin ən müqəddəs çaylarından hesab edilir. İnduizmə görə çay müdrik Vasiştxinin qızının özəlləşdirilmiş formasıdır. Belə ki, Qomati çayının suları ilə yuyunmaq bütün günahlardan təmizlənmək kimi izah edilir. Belə ki, Bxaqavata-puranedə bu çayın adı Hindistanın müqəddəs çay kimi çəkilir. Çayın mənbəyi Hindistanın Pilibxite bölgəsində Himalay dağlarındadır.
Sandro Tonali
Sandro Tonali (it. Sandro Tonali ; 8 may 2000, Lodi, Lombardiya) — İtaliyalı peşəkar futbolçu. Orta xətt oyunçusudur. İngiltərə Premyer Liqasında çıxış edən "Nyukasl Yunayted" klubunun və İtaliya milli komandasının yarımmüdafiəçisi. Sandro Tonali "Pyaçentsa" və "Breşiya" klublarının yetirməsidir. O, 26 avqust 2017-ci ildə "Breşiya"nın səfərdə "Avellino" klubu ilə oyununda peşəkar karyerasında debüt edir. 28 aprel 2018-ci il tarixində "Salerintana" klubuna qarşı oyunda Sandro Tonali ilk qolunu vurur. 25 avqust 2019-cu ildə "Breşiya"nın heyətində "Kalyari" klubuna qarşı oyunda meydana çıxmaqla İtaliya A Seriyasında debüt edir. 9 sentyabr 2020-ci il tarixində Tonali "Milan" klubunun oyunçusu kimi təqdim edilir. Müqaviləyə görə futbolçu ilk mövsümu 10 milyon avro qarşılığında icarə əsasında "Milan"da oynayacaq, sonra isə "Milan" klubu daha 10 milyon avro ödəyərək futbolçunun transfer hüququnu alacaq.
Somali bayrağı
Somali bayrağı — Somalinin Dövlət bayrağı
Somali cərəyanı
Somali cərəyanı — Hind Okeanın qərbində Somali və Oman sahillərində hərəkət edən və Atlantik okeanındakı Qolfstrim cərəyanına bənzəyən soyuq okean cərəyanıdır. Somali cərəyanına mussonlar tərəfindən çox təsir göstərilir və okeanın qərb sərhəddində baş verən yeganə böyük yüksəliş sistemidir. Axım tərəfindən yüksəldilən su başqa bir yüksəlmə sistemi ilə birləşir və okeanda ən məhsuldar ekosistemlərdən birini yaradır. Somali cərəyanı cənub-qərb musson və şimal-şərq mussonları təsirlənən mövsümi dəyişikliklər ilə xarakterizə olunur. İyun-sentyabr aylarında isti cənub-qərb mussonları sahil sularını şimal-şərqə doğru hərəkət etdirərək, sahil sularını yüksəldir. Yüksəlmiş su Ekman nəqliyyatı ilə dənizdən keçirilir və açıq dənizdəki yuxarıya doğru səthə gətirilən su ilə birləşir. Dar aşağı səviyyəli olan Findlater atmosfer hava axını, həmçinin, cənub-qərbi musson dövründə inkişaf edir və Somali ve Oman sahillərinə paralel olaraq Hind okeanı boyunca diaqonal zərbələrə səbəb olur. Nəticədə, küləyin sağında Ekman nəqliyyatı yaradılır. Hava axınının mərkəzində su nəqli maksimaldır, sağa və sola doğru azalır. Hava axınının solunda mərkəzə doğru axına nəzərən daha az su hərəkəti var, üst qatda divergensiya yaranır və yüksəliş hadisəsinə baş verir.
Somali dili
Somali dili (somali. Afsoomaali; ərəb. الصومالية‎) Afro-Asiya dillərinin şərqi kuş qrupuna aid olan dildir.Onun yaxın qohumları Afar və Oromo dilləridir.Somali dili,1900 tarixindən əvvəl başlayan akademik tədqiqatları ilə,Kuşit dillərinin ən yaxşı sənədləşdirilmişidir. Somalini idarə olunma forması RESPUBLİKA,inzibati ərazi quruluşu FEDERATİVDİR. Somali dili Somali, Cibuti, Efiopiya, Yəmən və Keniya da etnik Somalilər və Somali diasporu tərəfindən danışılır.