Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Tool
Tool Qremmi mükafatı almış alternativ metal qrupu. 1990-cı ildə Kaliforniya ştatının Los-Anceles şəhərində yaradılmışdır. Bu tarixdən bəri qrup üzvləri barabanda Denni Keri, gitarada Adam Cons və vokalda Meynerd Ceyms Kinendir. Hazırkı gitarist 1995-ci ildən bəri qrupda yer alan Castin Kanselordur. "Tool" qrupu sadəcə ABŞ-də təqribən 9.25 milyon albom satmağa nail olmuşdur. Tool ilk albomları olan Undertowda metal tərzində, treş metal tərzinin hegemon olduğu müddətdə, daha sonra 1996-cı ildə ikinci albomları olan Aenima ilə alternativ metalın zirvəsinə çatdılar. Qrup əsasən proqressiv rok və art rok tərzinin sərhədlərini keçmiş kimi tanınır.
Tort
Tort (it. torta, isp. tortilla) — dünya xalqlarının mətbəxində geniş yayılmış un məmulatı və şirniyyat növüdü == Tort müxtəlif ölkələrdə == Hər bir ölkənin mədəniyyətinə uyğun reseptlərdən yararlanaraq tortlar bişirilir. Tortları müxtəlif mərasimlərlə əlaqədar hazırladıqlarına görə onların forma və ölçüləri də kəskin surətdə fərqlənir. Tortla əlaqədar çoxsaylı faktlar və maraqlı məlumatlar verilmişdir. Bunların çox hissəsi hətta Ginnesin rekordlar kitabına daxil edilmişdir. Bunlara misal olaraq ABŞ–ın Miçiqan ştatında hazırlanmış tortu göstərmək olar. Bu tort stoldan 13 metr hündür idi və 100 pillədən təşkil edilmişdi. Həmçinin ən ağır tort da ABŞ–da yaradılıb, lakin bu tort Alabama ştatına aid edilir. 50 tondan ibarət olan tort ağırlığına görə seçilir.
Root
Rutinq — Rutinq Android ƏS-də çalışan telefon (planşet) sahibinə "superuser" hüquqları — sisteminə qoşulma və dəyişiklik etmə imkanı verir.
Tot
Tot (yun.Θόουτ, Θώθ, Thoth)- Qədim Misir mifologiyasına görə müdriklik və yazı tanrısı. == Haqqında == Qədim mənbələrda Tot "əlifbanı icad edən və magiyanın himayədarı kimi" tanıdılır. == Sitayiş yerləri == Tot Allahına əsas sitayiş mərkəzi Şmun və ya Eşmunen (Hermopol) şəhəri idi.. Məhz bu şəhərdə Tota sitayişlə bağlı əsas şəbəd yerləşirdi . Bundan başqa Baxe, Per-abe, Urite, Ta-ure, Talmise, Pselkete, Sene, Xate, İa-ca-Mutete Ta-seti (Takense), Rexue, Xeserte və Abidos çəhərlərində də Tot allahının şərəfinə inşa edilmiş məbədlər var idi.. == Xarici keçid == Молитва богу Тоту о ниспослании умения хорошо писать. Гимн Тоту. Папирус Anastasi III. == Mənbə == Тураев Б. Тот, древнееегипетский бог. Энциклопедический словарь Брокгауза и Ефрона : в 86 т. (82 т.
Fritz Todt
Fritz Todt (4 sentyabr 1891[…], Pforshaym, Karlsrue[d] – 8 fevral 1942[…]) — Almaniya dövlət və siyasi xadimi, silahlanma və sursat reyxsnaziri (1940-1942), SA oberqruppenfürerü, Lüftvaffe general-mayoru. == Həyatı == Münhen və Karlsruhe Ali Texniki Məktəbində təhsil alıb. Birinci Dünya Müharibəsində iştirak edib. 1923-cü ildən NSDAP üzvü olub. 1938 -ci ildə mühüm hərbi obyektlərin, dəmir yollarının və avtomobil yollarının tikintisi ilə məşğul olan təşkilata Todt rəhbərlik etmişdir. Eyni zamanda, 1940-cı ildə Reyxin Silahlanma və Sursat Naziri təyin edildi. Bu vəzifədə, məsələn, Aufbau Ost-da SSRİ -yə hücuma hazırlıq əməliyyatlarının əhatə olunmasında iştirak etmişdir.
Golden Foot
Beynəlxalq futbol mükafatı olan Qızıl Ayaq futbol liqalarında mövsüm ərzində ən parlaq çıxış etmiş və şəxsi keyfiyyətləri nəzərə alınaraq sahibinə təqdim edilən mükafatdır. Mükafatın təqdim olunduğu futbolçu ən azı 28 yaşında olmalıdır və bu ona yalnız bir dəfə təqdim edilə bilər.Mükafata namizəd 10 futbolçu ilk öncə 28 yaş kriteriyası və hələdə oynaması nəzərə alınmaqla beynəlxalq jurnalistlər tərəfindən seçilir. Daha sonra isə səsvermə internet üzərində səsvermə yolu ilə keçirilir ki, burada da hər kəs iştirak edə bilər. Mükafatın qalibi qəlib üzərində öz ayaq izini "The Champions Promenade" adlanan yerdə həkk edir. Bu məkan Monako knyazlığında yerləşir. 2009-cu ildən başlayaraq Qızıl Ayaq tədbirində xeyriyyə tədbiri təşkil edilməkdədir. Auksion tədbirin baş tutduğu Paris otelində keçirilir və burada QİÇS əleyhinə pul toplanır.
Praqa (tort)
Praqa — xüsusilə də, SSRİ dövründə Rusiya və digər postsovet ölkələrində məşhur olan şokoladlı tort. == Tarixi == Bu tortun adı Praqa olduğundan çoxumuz elə bilirik ki, Çexiya mətbəxinə aiddir. Lakin, "Praqa" tortunun Praqaya heç aidiyyatı yox imiş. Tortun müəllifi “Quş südü” kimi onlarla məşhur sovet reseptlərinin yaradıcısı olan rus kulinarı Vladimir Quralnikdir. == Hazırlanması == === Ərzaqlar === ==== Krem üçün: ==== Kərə yağı – 200 qr. Qatılaşdırılmış süd – 0,5 banka Kakao – 1 x.q. ==== Qlazur üçün ərzaqlar: ==== Kərə yağı – 50 qr. Şəkər tozu – 4 x.q. Süd – 3 x.q. Kakao – 1 x.q.
Praqa tort)
Praqa — xüsusilə də, SSRİ dövründə Rusiya və digər postsovet ölkələrində məşhur olan şokoladlı tort. == Tarixi == Bu tortun adı Praqa olduğundan çoxumuz elə bilirik ki, Çexiya mətbəxinə aiddir. Lakin, "Praqa" tortunun Praqaya heç aidiyyatı yox imiş. Tortun müəllifi “Quş südü” kimi onlarla məşhur sovet reseptlərinin yaradıcısı olan rus kulinarı Vladimir Quralnikdir. == Hazırlanması == === Ərzaqlar === ==== Krem üçün: ==== Kərə yağı – 200 qr. Qatılaşdırılmış süd – 0,5 banka Kakao – 1 x.q. ==== Qlazur üçün ərzaqlar: ==== Kərə yağı – 50 qr. Şəkər tozu – 4 x.q. Süd – 3 x.q. Kakao – 1 x.q.
Tobot şəlaləsi
Tobot (Xunzax) — Dağıstan Respublikasında, eyni adlı çayda yerləşən şəlalə. == Ümumi məlumat == Tobot şəlaləsi Xunzax yayalasında, Xunzax rayonunun Xunzax kəndindən 1 km şimal-şərqdə yerləşir. Şəlalənin 500 metrliyində Xunzax qalası var. Maqomed Eldarovun məlumatına görə Tobot şəlaləsinin hündürlüyü — 70 metrdir. Görkəmli azərbaycanlı alim, coğrafiyaçı Qasım Gülün fikirlərinə görə isə şəlalənin hündürlüyü 100 metrdir. 1985-ci ildə geodeziyaçılıarı kanyonda apardığı ölçmə işlərinə əsasən şəlalənin hündürlüyü 50 metr müəyyən olundu. Belə nəticəyə səbəb su damcısının ilk və son düşmə nöqtəsinin fərqli metodlarla müəyyənləşdirməsi idi.Tobot şəlaləsi eyni adlı Tobot çayı üzərində yerləşib Solotlin kanyonuna daxildir. Şəlalə yaxınlığında çayın orta illik su sərfi 1,05 kub.m/saniyədir. Çayın su toplayıcı sahəsi 63,1 km²-dir. Şəlalə il boyu bol sulu olmur.
Toto Kutunyo
Salvatore (Toto) Kutunyo (it. Toto Cutugno; Salvatore Cutugno; 7 iyul 1943 – 22 avqust 2023, Milan, İtaliya[…]) — İtaliya estrada müğənnisi və bəstəkarı, 1990 Avroviziya Mahnı Müsabiqəsinin qalibi. "L'Italiano" mahnısı ilə dünya şöhrəti qazanmışdır. == Həyatı == Toto Kutunyo 7 iyul 1943-cü ildə Fosdinovo şəhərində anadan olmuşdur. Bir neçə ay sonra onun ailəsi Spesiyaya köçür. Orada onun atası hərbi dənizçi işləyirdi. Hələ uşaqlıqdan Toto musiqiyə böyük həvəs göstərirdi. Toto gözəl boru çalan atasının yolu ilə gedərək bu aləti mənimsəyir. Sonra isə müstəqil şəkildə zərb alətlərində və akkordeonda çalmağı öyrənir. 13 yaşında Toto yerli musiqi müsabiqəsində üçüncü yeri tutmuşdu.
Toto Vonq
Toto Vonq (d. 15 noyabr 1999) — Honkonqlu üzgüçü. Toto Vonq Honkonqu 2017-ci ildə XXXVII Su idman növləri üzrə Dünya Çempionatında təmsil etdi. == Karyerası == Toto Vonq birinci dəfə Dünya Çempionatına 2017-ci ildə qatıldı. O, Budapeştdə baş tutan XXXVII Su idman növləri üzrə Dünya Çempionatında qadınlar 50 m arxası üstə stildə, təsnifat mərhələsində iştirak etdi. 29.27 saniyəlik nəticəsi ilə 63 üzgüçü arasında 37-ci oldu və yarımfinala vəsiqə qazana bilmədi.
Şokoladlı tort
Şokoladlı tort — şirniyyat növü. == Tərkibi == 400 qr tünd şokolad 3 xörək qaşığı su (lazım gələrsə çox da götürmək olar) 12 yumurta (sarısı ağından ayrılmalıdır) 2 stəkan (1 stəkan = 237 qr) xırdalanmış şəkər tozu 2 çay qaşığı qurudulmuş apelsin qabığı 340 qr + 4 xörək qaşığı yumşaldılmış kərə yağı 1 stəkan (237 qr) ələnmiş un şəkər pudrası == Hazırlanması == Sobanı 160˚С – yə qədər qızdırın. Diametri 25 sm olan qabın içərisini və divarlarını yağlayın. Tavaya şəkər tozu tökün. Yumurtaların sarısını içərisinə vurub, durmadan çalın. Ağ rəng alınana qədər bu prosesi davam etdirin. Daha sonra ayrıca bir qabda şokoladı yaxşıca əzin və 3 xörək qaşığı su əlavə edin. Əgər şokolad çox qurudursa bir az da su əlavə edə bilərsiniz. Müəyyən qədər yumşalmasına şərait yaradın. Bütün bunlardan sonra əldə olunmuş isti şokoladı əvvəlcədən qarışdırdığınız yumurtanın sarısı ilə şəkər tozunun üzərinə əlavə edin.
Şvarsvald (tort)
Şvarsvald tortu (alm. Schwarzwälder Kirschtorte‎) — alman mətbəxinə aid tort. == Tarixi == Şvarsvald tortu 1930-cu illərdə Almaniyada meydana gəlmişdir və hazırda bütün dünyada məşhurdur. Şvarsvald albalılı tortuna şokoladlı biskvitinə kirşvasser hopdurulmuş, içliyi albalıdan hazırlanmışdır. Bəzək üçün tortda albalı və şokolad yonqarından da istifadə edilir. Tortun mənşəyi dürüst məlum deyil və çox güman ki Almaniyanın eyniadlı regionu ilə əlaqəlidir. == İsveç şvarsvald tortu == Almaniya mətbəxi ilə yanaşı İsveç mətbəxində də şvarsvald tortu vardır. İsveç şvarsvaldı kremlə örtülmüş və şokoladla bəzədilmiş formada olur.
Foot job
Footjob — kişi cinsindən olan şəxsin cinsiyyət orqanına başqa birinin ayağından istifadə edərək həyata keçirilən cinsi əlaqə növüdür. Hənd cobun ayaqlarla edilən formasıdır. Məqsədi edilən şəxsə orqazm həzzini yaşatmaq və həmin insanın boşalmasıdır. Fut cobu adətən qadınlar cinsi partnyorunun cinsiyyət orqanına edirlər. Gey kişilər tərəfindən də bir-birlərinə fut cob edilir. Ayaqların köməyi ilə birinin penisi sığallanır, oynanılır, masaj edilir və ya ayaqlar ilə sürtülür; bu formada cinsiyyət orqanı ilə oynanılan şəxsin cinsi həyəcan, oyanma və ya orqazm yaşaması təmin edilir. Boşalma da tez-tez ayağın yuxarı hissəsinə edilir. Bu, ayaq fetişinin mühüm bir hissəsidir. Müxtəlif hallarda fut cob termini həm də partnyorun döşlərini və ya vulvasını sığallamaq üçün kişinin ayaqlarından və ya ayaq barmaqlarından istifadə etməsi hərəkətinə də verilən ad ola bilər. Fut cob tələbi ilə əlaqədar olaraq, porno sənayesində fəaliyyət göstərən şirkətlər yalnız fut cob ehtiva edən xüsusi serialar və videolar çəkirlər.
Andrea Tot
Andrea Tot (d. 7 avqust 1981) — Macarıstanı təmsil edən su poloçusu. == Karyerası == Andrea Tot, Macarıstan yığmasının heyətində 2004-cü ildə Yunanıstanın Afina şəhərinin ev sahibliyində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Beşinci pillə uğrunda görüşdə Rusiya yığmasına 11:12 hesabı ilə məğlub olan Macarıstan yığması, Afina Olimpiadasını altıncı pillədə başa vurdu.
Arpad Tot
Arpad Tot (mac. Árpád Tóth; 14 aprel 1886, Arad – 7 noyabr 1928, Budapeşt) — Macarıstan şairi və tərcüməçisi. == Həyatı == Arpad Tot 1886-cı ildə Avstriya-Macarıstanın Arad şəhərində anadan olmuşdur. Debreçen gimnaziyasında təhsil almış və daha sonra isə Budapeşt Universitetində alman və macar dillərini öyrənmişdir. 1907-ci ildə onun poemaları A Hét və Vasárnapi Újság qəzetlərində, 1908-ci ildən isə Nyuqat jurnalında dərc edilməyə başladı. 1911-ci ildən Debreceni Nagy Újság qəzetində teatr oyunlarının tənqidçisi oldu. 1913-cü ildə varlı bir ailədə müəllim kimi işləməyə başladı və yazıçılıqdan bir az gəlir əldə etdi, lakin hələ də yoxsulluq şəraitində yaşayırdı. Vərəm xəstəliyindən əziyyət çəkdiyi üçün Tatra dağlarında Şvedler sanatoriyasında müalicə aldı. Birinci Dünya müharibəsindən sonra yaranan inqilabi hökumətin mövcudluğu dövründə o, Vöröşmarti Akademiyasında katib kimi işlədi, lakin tezliklə öz vəzifəsindən kənarlaşdırıldı və hökumətin süqutundan sonra özünə yeni iş tapa bilmədi. 1928-ci ildə Budapeştdə xəstəliyə tutulan Tot ömrünün qalanını yoxsul yaşayaraq keçirdi.
Kriztian Tot
Kriztian Tot (1 may 1994) — Macarıstanlı cüdoçu. Kriztian Tot Macarıstanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Kriztian Tot birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında kişilər 90 kq çəkidə, 1/16 final mərhələsində Keniyanın nümayəndəsi Kiplanqat Sanq ilə üz-üzə gəldi. Həmin görüşdə Kriztian Tot rəqibinə 100:0 hesabı ilə qalib gəldi. Daha sonra Kriztian Tot 1/8 final mərhələsində Çin təmsilçisi Çenq Xunjao ilə üz-üzə gəldi. Həmin görüşdə Kriztian Tot rəqibinə 0:100 hesabı ilə uduzdu.
Matey Tot
Matey Tot (slovak. Matej Tóth; 10 fevral 1983, Nitrа) — Slovakiya yungül atletika idmançısı, idman yürüşündə çıxış edir. 50 km məsafədə 2015 dünya çempionu və 2016 Olimpiya çempionu. Dörd Olimpiya Oyunlarının iştirakçısı (2004, 2008, 2012, 2016). == Nailiyyətləri == 2004-cü il Olimpiya Oyunlarının iştirakçısı 20 kilometr məsafədə 32-ci yer, Pekin Olimpiadasında 20 kilometr məsafədə 26-cı yer, 2012-ci il Olimpiya Oyunlarında 50 kilometr məsafədə 7-ci yeri tutdu. 2015 Dudinska Patdesiatka yarışının 3:34.38 nəticəsi ilə qalibi oldu. Bu nəticə yarışın ən yaxşı 3-cü nəticəsi oldu, bu məsafəni ondan daha sürətli Robert Korjenevski və Denis Nijeqorodov qət etmişdilər. Podebrady Race Walk yarışında 20 kilometrlik yürüşdə 2-ci yeri tutmuşdur. 2006-cı ildə Slovakiyanın ən yaxşı idmançısı seçilmişdir. 2016-cı ildə Slovakiyada ilin idmançısı adını qazanmışdır.
Noemi Tot
Noemi Tot (d. 7 iyun 1976) — İtaliyanı təmsil edən su poloçusu. == Karyerası == Noemi Tot, İtaliya yığmasının heyətində 2004-cü ildə Yunanıstanın Afina şəhərinin ev sahibliyində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Final görüşündə Yunanıstan yığmasını 11:10 hesabı ilə məğlub edən İtaliya yığması, Afina Olimpiadasını qızıl medalına sahib oldu.
Too Shy
Too Shy — Kajagoogoo qrupunun 1983-cü ildə White Feathers albomundan çıxrdığı sinql.
Tot Matey
Matey Tot (slovak. Matej Tóth; 10 fevral 1983, Nitrа) — Slovakiya yungül atletika idmançısı, idman yürüşündə çıxış edir. 50 km məsafədə 2015 dünya çempionu və 2016 Olimpiya çempionu. Dörd Olimpiya Oyunlarının iştirakçısı (2004, 2008, 2012, 2016). == Nailiyyətləri == 2004-cü il Olimpiya Oyunlarının iştirakçısı 20 kilometr məsafədə 32-ci yer, Pekin Olimpiadasında 20 kilometr məsafədə 26-cı yer, 2012-ci il Olimpiya Oyunlarında 50 kilometr məsafədə 7-ci yeri tutdu. 2015 Dudinska Patdesiatka yarışının 3:34.38 nəticəsi ilə qalibi oldu. Bu nəticə yarışın ən yaxşı 3-cü nəticəsi oldu, bu məsafəni ondan daha sürətli Robert Korjenevski və Denis Nijeqorodov qət etmişdilər. Podebrady Race Walk yarışında 20 kilometrlik yürüşdə 2-ci yeri tutmuşdur. 2006-cı ildə Slovakiyanın ən yaxşı idmançısı seçilmişdir. 2016-cı ildə Slovakiyada ilin idmançısı adını qazanmışdır.
İldiko Tot
İldiko Tot (d. 23 aprel 1987) — Macarıstanı təmsil edən su poloçusu. == Karyerası == İldiko Tot, Macarıstan yığmasının heyətində 2012-ci ildə Birləşmiş Krallığın ev sahibliyində baş tutan XXX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Bürünc medal uğrunda görüşdə Avstraliya yığmasına 11:14 hesabı ilə məğlub olan Macarıstan yığması, London Olimpiadasını dördüncü pillədə başa vurdu. Daha sonra İldiko Tot, Macarıstan yığmasının heyətində 2016-cı ildə Braziliyanın ev sahibliyində baş tutan XXXI Yay Olimpiya Oyunlarında mübarizə apardı. Bürünc medal uğrunda görüşdə Rusiya yığmasına 18:20 hesabı ilə məğlub olan Macarıstan yığması, Rio-de-Janeyro Olimpiadasını dördüncü pillədə başa vurdu.
Kakşaal-Too
Kakşaal-Too və ya Kakşaltau (qırğ. Какшаал-Тоо) — Mərkəzi Tyanşan dağ sistemində, Qırğızıstan və Çin sərhədində dağ silsiləsi.Silsilənin uzunluğu təxminən 400 km, ən yüksək nöqtəsi Pobeda zirvəsidir (7,439 m). Ümumi buzlaşma sahəsi 983 km2 olan Alp relyefi üstünlük təşkil edir. Şimal yamacında çöllər, cənub yamacında çəmənliklər və alp çəmənləri var. == Tədqiqat tarixi == Rusiyanın Mərkəzi Asiyaya marağının artması ilə əlaqədar 1856-cı ildən başlayaraq oraya ekspedisiyalar getməyə başlamışdır. İlk ekspedisiyalara Pyotr Semyonov rəhbərlik etmişdir. Qərbi Kakşaal-Too regionu ilk dəfə 1869-cu ildə Narın çayının cənubundakı dağlıq regionu tədqiq edən ekspedisiyaya rəhbərlik edən Rusiya coğrafiyaçısı Aleksandr Kaulbars tərəfindən təsvir edilmişdir.
Advanced Packaging Tool
apt (advanced packaging tool) — Debian və onun üzərində hazırlanmış əməliyyat sistemlərində (məsələn: Ubuntu, Kubuntu, Edubuntu və sair) proqramların yazılması, yenilənməsi və silinməsi üçün istifadə olunan proqramdır. UNIX-tipli əməliyyat sistemləri üçün komplir olunmuş paketlərlə bərabər, mənbə kodları ilə də kökləmək olur. Paketlər internetdən alınır və ya hazır daşıyıcılardan yüklənir. Paketlərin mənbəsi /etc/apt/sources.list faylında və /etc/apt/sources.list.d/ kataloqunda saxlanılır. apt üçün qrafik qabıqlar yeni mənbələri rahat əlavə etmək, lazımsızları isə silməyə imkan verir. apt (apt-get) proqramların əmr rejimində yazılması prosesini olduqca asanlaşdırır. Qrafik interfeysi sevən istifadəçilər üçün daha rahat proqramlar – front-end və Synaptic ilə Adept daha uyğundur. Mətn-qrafik interaktiv paketi də mövcuddur (ncurses) — aptitudeistifadə edir). GNU General Public License istifadəçi razılaşması şərtlərinə uyğun olaraq pulsuz yayılır. == İmkanlar == Müxtəlif proqramlara paketlərlə işləmək üçün imkan yaradan kitabxananı ifadə edir.
Dunay dalğaları (tort)
Dunay dalğaları (alm. Donauwelle‎) — albalılı yağlı xəmirdən və kərə yağ kremindən tort. Tort ikiqatlıdır: üst qat — qəhvəyidir, kakao əlavə olunur, aşağı qat — parlaqdır. Şirniyyat üçün formada olan iki qat xəmirin üstündə albalı (konservləşdirilmiş) qoyulur. Albanının ağırlığı altında, xəmir qatları qarışdırılır və "dalğalar" forması təşkil edir. Bişirildikdən sonra, tort krem və ya pudinq yağı ilə örtülür, sonra dalğaların imitasiyası ilə şokolad şirəsi (bəzən albalı suyu) əlavə olunur. == Qalereya == == Ədəbiyyat == Рецепт торта "Дунайские волны" (rus.) Nikolai Buroh: Das Teubner Buch- deutsche Küche. Gräfe Und Unzer, 2008, ISBN 978–3833804649, S. 488 (alm.) Гудрун Рушицка. Пироги и торты. Несложно и вкусно.
Tötö kanalı
Tötö Kanalı' — Orta Asiyanın Fərqanə vadisində hunlar tərəfindən qurulan və göytürklər tərəfindən də istifadə olunmuş tarixi suvarma kanalı. == Haqqında == Kanal Orta Asiyada suvarılan torpaqların sahəsini artırmaqla daha çox məhsul əldə etmək üçün qazılmışdı. Sovet arxeoloqlar Tötö kanalının çox çətin ərazidə, güclü mühəndislik səyləriylə reallaşdırıldığını bildirmişdir. Kanal qazılması son dərəcə çətin olan qayalıq ərazidə açılaraq, iki vadini birləşdirmişdir. Kanalın mövcud olduğu bölgədə suvarma kanalı inşa etmək istəyən ruslar daha yaxşısını edə bilməyəcəkərini başa düşmüş və mövcud kanalı bərpa etməklə yenidən ondan istifadə etməyə başlamışdırlar. Bu kanal bəzilərinə görə, göytürklərin sadəcə döyüşçü sivilizasiya deyil, eyni zamanda müdrik və proqressiv elmlərdə bacarıq sahibi olan topluluq olduğunun sübutu hesab edilir.Əsasən, köçəri maldarlıqla məşğul olan göytürklərin bir qismi çox ehtimal oturaq həyata keçmiş və bu kanaldan istifadə etmişdir.10 km uzunluğundakı Tötö kanalı 1935-ci ildən bəri suvarma məqsədiylə yenidən istifadə edilməkdədir.