Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Topalaq
Topalaq (lat. Cyperus) — topalaqkimilər fəsiləsinə aid bitki cinsi. == Növləri == == Həmçinin bax == Cyperus bipartitus Cyperus erythrorhizos Cyperus polystachyos Cyperus tegetiformis == İstinadlar == Topalaq:The Plant List saytında takson barədə məlumat.
Girdə topalaq
Girdə topalaq (lat. Cyperus rotundus) - topalaq cinsinə aid bitki növü. == Sinonim == Chlorocyperus rotundus (L.) Palla Chlorocyperus salaamensis Palla Cyperus agrestis Willd. ex Spreng. & Link Cyperus arabicus Ehrenb. ex Boeckeler Cyperus badius var. inconspicuus (Nyman) Nyman Cyperus bicolor Vahl Cyperus bifax C.B.Clarke Cyperus bulbosostoloniferus Miq. Cyperus comosus Sm. Cyperus disruptus C.B.Clarke Cyperus elongatus Sieber ex Kunth Cyperus herbicavus Melliss Cyperus hexastachyos Rottb. Cyperus hildra Poir.
Qara topalaq
Qara topalaq (lat. Cyperus niger) — topalaqkimilər fəsiləsinin topalaq cinsinə aid bitki növü.
Qızılı topalaq
Uzun topalaq
Lölə salaməleyküm (lat. Cyperus longus) - topalaq cinsinə aid bitki növü.
Yeməli topalaq
Yeməli topalaq (lat. Cyperus esculentus) — topalaq cinsinə aid bitki növü.
Toplax iyesi
Tofalar
Tofalar — Altay xalqları türk qrupunun şərqi hun qoluna mənsub xalq. == Haqqında == Onlar özlərini tofa (tıfa, tına, toxa) adlandırırlar. Əvvəllər karakaslar da adlanmışlar. Altay dil ailəsinin türk qrupunun uyqur qoluna mənsub tofa dilində danışırlar. Antropoloji cəhətdən sarı (monqol) irqinin Şimali Asiya tipinə aiddirlər. 2002-ci ildə aparılmış siyahıya almaya əsasən Rusiya FR — da 723 nəfəri İrkutsk vilayətinin Aşağı Udin rayonunda yaşamaqla, cəmi 837 nəfər Tofa türkü yaşayır . Soyköklərində tuva-toçinlər dururlar. Tofalar tuvalılara çox yaxın olan xalqdır. Onlar 1957-ci ildə Tuvanın mancurlar tərəfindən tutulmasından sonra tuvalılardan ayrılmışlar. XIX əsrin II yarısında tofaların seok (sümük)adlanan aşağıdakı nəsilləri mövcud idi: urqe xaş (urqe xaaş), kara-xaş (qara-xaaş), sarıq-xaş (sarı-xaaş), menek-xaş (menek-xaaş), kara-yoqdu (qara-yoqdı), çoqdu (çoqdı), çepmey və s.
Toplar
Toplar — Azərbaycan Respublikasının Gədəbəy rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == == Toponimikası == Toplar oyk. Gədəbəy r-nunun Böyük Qaramurad i.ə.v.-də kənd. Kiçik Qafqaz dağlarının ətəyindədir. Yerli məlumata görə, yaşayış məntəqəsini Ataxan kəndindən Topu Məhəmmədhəsən adlı şəxs saldığı üçün onun ləqəbilə Topular adlanmışdır. Sonralar tələffüzdə ad təhrifə uğramış, “u” səsi adın tərkibindən düşmüş və kəndin adı Toplar şəklində qeydə alınmışdır. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 191 nəfər əhali yaşayır. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Murad Topalyan
Murad Topalyan (erm. Մուրադ Թոփալյան); ing. Mourad Topalian; 1943) — "Moose" (Maral) ləqəbli erməni terrorçu, "Amerika Ermənləri Milli Komitəsi"nin (ing. Armenian National Committee of America) keçmiş sədri. == Bioqrafiyası == Murad Topalyan 1943-cü ildə dünyaya gəlib. Amerikadakı erməni diasporasının tanınmış liderlərindən biri olub, Amerika Erməni Komitəsinin sədri olarkən bir neçə dəfə "Ağ evdə" olub və ABŞ prezidenti Bill Klintonla görüşlər keçirib. Bundan başqa dəfələrlə ABŞ Konqresində konqresmenlərlə görüşüb. "U.S. News & World Report" jurnalının verdiyi məlumata görə AEMK Daşnaksütyun partiyası ilə sıx əlagələrə malikdir. 1999-cu ildə Topalyan Klivlend şəhərinə köçüb və "Kayxodi" kollecinin vitse-prezidenti vəzifəsində çalışmağa başlayıb. Həmin il ona qarşı "ABŞ Murad Topalyana qarşı" (USA vs.
Stefani Topalyan
Stefani Nonoşita Topalyan (erm. Ստեֆանի Թոփալյան; 5 avqust 1987, Los-Anceles, Kaliforniya) və ya qısaca tanınan adı ilə Stefani (ステファニー, Sutefanī) – erməniəsilli Yaponiya müğənnisi. SME Records Japan ilə əməkdaşlıq edir. Yaponiyada iki albom buraxıb: 2008-ci ildə "Stephanie" və 2009-cu ildə "Colors of My Voice". 2007-ci ildə Yaponiya Musiqi Mükafatına layiq görülüb. Yaponiya filmlərində bir çox mahnısı səsləndirilib. Bəzi Yaponiya filmlərində ("Qürur", "Tokio qəbiləsi") rol alıb. 2015-ci ildə erməni superqrup layihəsi olan "Genealogy"-ə qoşulub və Ermənistanı 2015 Avroviziya Mahnı Müsabiqəsində "Face the Shadow" mahnısı ilə təmsil edib. == Həyatı == Kaliforniya ştatının Los-Anceles şəhərində yapon ananın və Amerika ermənisi atanın qızı kimi doğulub. Yaponiyada yaşasa da, erməni köklərinə əhəmiyyət verir.
Tofalar dili
Tofalar dili — tofaların dili. Tofalar Rusiyanın İrkutsk vilayətinin Nijneudin rayonunun iki kəndində - Tofalar və Nerxində yaşayan türkdilli xalqdır. Bu dildə danışanların sayı 93 nəfərdir. == Sayan qrupunun tayqa aeralı == Türkdilli sayan qrupunun tayqa aeralına tofalar dili ilə yanaşı aşağıdakı dil və dialektlər daxildir : tuva dilinin şimal-şərqi (tocin) və cənub-şərqi (Tuvanın Tocin və Piy-Xem rayonları) dialektləri, soyot-tsatan dili dili daxildir. Soyot-tsatan dili soyot (Buryatiya), tsatan və uyqur-uryaxan idomları (Monqolustan) dialektltinə ayrılır. Bu dialektlər həm bir dilin üç dialekti, həm də yaxın qohum dillr kimi xarakterizə edilir. Tsatan və uryan-uryaxan dilləri bir-birinə çox yaxındır. == Tofalarca söz nümunələri == мен :mən сен :sən оң (oŋ) :on (o) биъс :biz сілер :siz оларың :onların бо(bo):bu == Həmçinin bax == Kiril qrafikalı əlifbalı dillər siyahısı == Ədəbiyyat == Рассадин В. И., Шибкеев В. Н. Тоъфа букварь. Тофаларский букварь для первого класса тофаларских школ. Иркутск, 1989.
Topaşan qəbiristanlığı
Topaşan qəbiristanlığı — Şahbuz rayonunun Aşağı Qışlaq kəndindən ş.-də arxeoloji abidə. Ərazi xalq arasında Post adlandırılır. Qəbiristanlıq torpaq yolun alt tərəfində yerləşir. Qəbirlərin əksəriyyətinin başdaşları düşmüşdür. Baş daşlarının üzərində ərəb əlifbası ilə yazılmış kitabələr vardır. Başdaşlarında hicri təqvimi ilə 1017, 1191, 1300 və s. tarixli kitabələr vardır. Yerli əhalinin verdiyi məlumata görə, vaxtilə qəbiristanlıqda olan daş qoçlar aparılmışdır. Başdaşları üzərində olan tarixlər qəbiristanlığın 300 ildən artıq istifadə olunduğunu təsdiq edir. Topaşan nekropolunu XVII–XX əsrlərə aid etmək olar.
Ulduz topaları
== Ulduz topaları == Ulduzların bir qismi ulduz topaları adlanan qruplarda toplaşır. Hər bir ulduz topasındakı ulduzlar bir-birlərilə qarşılıqlı cazibədə olurlar və fəzada bir vahid obyekt kimi hərəkət edirlər. Ulduz topaları 3 növə bölünür: açıq ulduz topları, kürəvi ulduz topaları və ulduz assosiasiyaları. == Açıq ulduz topası == Açıq ulduz topası və ya sadəcə açıq topa – eyni molekulyar buluddan meydana gəlmiş bir neçə min ulduzdan əmələ gələn bir ulduz qrupuna verilən addır. Topalar dağınıqdır və bir mərkəz ətrafında deyil. Açıq topalar ancaq aktiv ulduz quruluşunun olduğu spiralvari və nizamsız qalaktikalarda olurlar. Ümumilikdə bir neçə yüz milyon ildən cavandırlar. Açıq ulduz topalarına misal olaraq Ülkər və Buğa ulduz topalarını göstərmək olar. == Kürəvi ulduz topaları == Kürəvi ulduz topaları- sferik və elliptik formada olurlar. Hər bir kürəvi topada yüz minlərlə, hətta milyonlarla ulduz olur.
Veselin Topalov
Veselin Topalov (bolq. Веселин Топалов, 15 mart 1975, Ruse) — bolqar şahmatçı, qrosmeyster, FİDE-nin versiyasına görə şahmat üzrə 2005-ci il Dünya Çempionu, 2005-ci Şahmat Oskarının sahibi. 1971-ci ildən FİDE-nin reytinq siyahısı nəşr olunur. Topalov Harri Kasparov, Anatoli Karpov, Bobbi Fişer, Maqnus Karlsendən sonra ən çox siyahının önündə yer alan şahmatçıdır. 1994-cü ildən bəri Bolqarıstan millisinin lideridir. Müxtəlif vaxtlarda FİDE Dünya Çempionatının fərqli mərhələrinə qədər mübarizəsini davam etdirib. Nəhayət, Argentinada keçirilən FİDE Dünya Çempionatının ilk dövründə 7 oyundan 6½ xal toplayaraq ikinci dövrdə sadəcə heç-heçələr edərək çempion adını qazandı. 2006-cı ilin mayında M-Tel Masters turnirində 10 oyundan 6½ xal toplayaraq birinci oldu. 2007-ci ildə 19-cu kateqoriyalı Corus Chess turnirində ilk yeri bölüşdürdü. 2007-ci ildə Dünya Kubokunu Qata Kamski qazandı və Topalovla matç keçirdilər.
İria topalağı
İria topalağı (lat. Cyperus iria) — topalaq cinsinə aid bitki növü.
Əhməd Topatan
Əhməd Topatan (əsl adı: Daniel) — aktyor, Türkiyə ermənisi. == Həyatı == Əhməd Topatan 1916-cı ildə Tarsusda anadan olub. Topatan 1975-ci il iyunun 26-da 59 yaşında xərçəng xəstəliyindən dünyasını dəyişib. Aktyor İstanbulda dəfn olunub. == Fəaliyyəti == Erməni mənşəli aktyor 1953-cü ildə “Drakula İstanbulda” filmi ilə diqqəti cəlb edib. İlk filmi isə 1950-ci ildə çəkilən “Çete” olub. Aktyorluğa gec yaşda başlayan Əhməd Topatan daha çox ciddi görkəmli, təmkinli caniləri canlandırıb. Amma onun müsbət obrazları da filmoqrafiyasında az deyil. 1964-cü ildə “Topqapı”, 1965-cui ildə “Son darbe”, 1967-ci ildə “Krallar ölmez” və 1971-ci ildəki “İntiqam kartallı” filmləri onun yaradıcılığına diqqəti daha da artırıb. 100-dən artıq filmdə rol alıb.
Toplak iyesi
Kürəvi ulduz topaları
Kürəvi ulduz topaları- sferik və elliptik formada olurlar. Hər bir kürəvi topada yüz minlərlə, hətta milyonlarla ulduz olur. Bu topaların orta diametrləri 30 ps-dir. Günəşətrafı fəzada hər 8 ps3 həcmcə bir ulduz düşdüyü halda kürəvi ulduz topasında, xüsusilə onun mərkəzi hissəsində bir kub parsek həcmə on minlərlə ulduz düşür. Kürəvi ulduz topaları parlaq olduqlarından onlar çox uzaq məsafədən görünürlər. İndiyədək Bizim Qalaktikada 130 kürəvi topa kəşf olunub. Kürəvi ulduz toplarında nəhəng ulduzlara o cümlədən RR Lira tipli dəyişənlərə çox rast gəlirik. == Yerləşməsi == Kürəvi ulduz topaları qalaktik ekvatordan hər iki tərəfə simmetrik paylanıblar. Qalaktika müstəvisində uducu qaz-toz mühiti sıx olduğundan kürəvi topalar burada az görünürlər. Kürəvi toplar əsasən Qalaktikanın mərkəzində toplanıblar.
Məhmət Topal
Mehmet Topal (d. 3 mart 1986, Malatya) Türkiyəli futbolçu. "Fənərbaxça"nın şərəfini qorumaqdadır.
Topla qız
Topla qız (ing. Girl with Ball) — Roy Lixtenşteynin 1961-ci ildə çəkdiyi rəsm əsəri. Yağlı boya texnikası ilə çəkilən pop-art rəsmi, illər boyu Filip Conson tərəfindən saxlanılmış və hazırda Nyu-York Müasir İncəsənət Muzeyinin kolleksiyasına daxildir. Rəsm Lixtenşteynin erkən pop-art işlərindən biridir və bilinən mənbəyə görə, bir neçə onillikdə nəşr olunan qəzet reklamın üzərində əsaslanıb. "Topla qız" Roy Lixtenşteynin ilk solo sərgisində və "Newsweek"in şou icmalında nümayiş olunmuşdur. Bu rəsm orijinal mənbəni əhəmiyyətli dərəcədə dəyişdirib, Lixtenşteynin işlərinin nümunəsi hesab olunur, baxmayaraq ki, bu rəsm əsərinin mexanik görünüşü şişirilib. Bu rəsm müasir gözəllik formasının davamlı təsviridir. == Tarixi == "Topla qız" 1961-ci ildə "Mount Airy Casino Resort"un Pokono dağlarında reklamı üzərində əsaslanıb. 1955-ci ildən nəşr olunan reklam Nyu-York regionunda xeyli yayılmış və "The New York Times" və "New York Daily News" kimi tanınmış qəzetlərdə nəşr olunmuşdur. Lixtenşteynin rəsminə baxmayaraq, reklam iyirmi ildən çox qəzetlərdə nəşr olunmuşdur.
Yan Palax
Yan Palax (çex. Jan Palach; 11 avqust 1948, Praqa — 19 yanvar 1969, oradaca) — Praqa şəhərinin Karlov Universitetinin fəlsəfə fakültəsinin tələbəsi. SSRİ və Varşava Müqaviləsi Təşkilatınin qoşunlarının Çexoslovakiyanı işğal etməsinə etiraz olaraq 16 yanvar 1969-cu ildə Vaclav meydanında özünü yandırmışdır. 1991-ci ildə Palax ölümündən sonra Çexiyada demokratiya, humanizm və insan hüquqlarının inkişafında töhfələrə görə verilən birinci dərəcəli Tomaş Qarrik Masarik ordeni ilə təltif olunmuşdur. == Həyatı == Yan Palax 1948-ci ildə Praqada anadan olmuşdur, uşaqlığı Orta Çexiya diyarının Melnik rayonunda keçmişdir. Melnik şəhərində gimnaziyanı bitirmişdir. 1966-cı ildə Karlov Universitetinin fəlsəfə fakültəsinə qəbu olmağa çalışırdı və imtahanı uğurlu versə də, sosial mənşə səbəbindən qəbul olunmamışdır. Həmin ildə Praqa İqtisad Universitetinə daxil oldu. 1968-ci ildə Palax fəlsəfə fakültəsi girmək üçün yenə cəhd göstərdi, və bu dəfə onu qəbul etdilər. 1968-ci ilin avqustunda Varşava Müqaviləsi Təşkilatına üzv olan ölkələr Çexoslavakiyaya qoşun yeritdikdən sonra, Yan Palax işğala qarşı etiraz aksiyalarının çoxunda iştirak etmişdir.
Mehmet Topal
Mehmet Topal (d. 3 mart 1986, Malatya) Türkiyəli futbolçu. "Fənərbaxça"nın şərəfini qorumaqdadır.
Topal Teymur
Teymur (çağatay. تیمور‎; 9 aprel 1336[…], Şəhrisəbz, Cığatay xanlığı – 19 fevral 1405, Otrar, Teymurilər dövləti) — türk sərkərdə, Mərkəzi, Qərbi və Şərqi Asiyanın, habelə Qafqazın, Rusun və Volqaətrafı bölgələrin tarixində böyük rol oynamış şəxsiyyət, Teymurilər dövlətinin banisi. 1370-ci ildə Əmir titulu almış Teymurun adı Azərbaycan dilində olan tarixi ədəbiyyatlarda daha çox Əmir Teymur kimi qeyd olunur. == Adı və şəxsiyyəti == === Teymurun adı === Ərəb ad qoymasına əsasən Teymurun tam adı Teymur ibn Tarağay Barlas (Tīmūr ibn Taraġay Barlas — Barlaslı Tarağayın oğlu Teymur) olub. Çağatay və monqol dilində Temür və ya Temir sözləri "dəmir" mənasını verir. Orta əsr rus mənbələrində Teymurun adı "Topal Teymur" kimi də qeyd olunub. Çingizlilər sülaləsindən olmadığı üçün Teymur formal olaraq böyük xan titulu daşıya bilməzdi. Elə buna görə də o, özünə əmir (tayfa başçısı) titulunu götürür. 1370-ci ildə Çingizlilər sülaləsi ilə qohumlaşan Teymur özünə Gürkan (fars. Timūr Gurkānī, تيموﺭ گوركانی‎) titulunu götürür.
Topal ördək
Topal ördək və ya gethagetdəki siyasətçi — xələfi artıq seçilmiş və ya seçilmək ərəfəsində olan vəzifəli şəxs. Gethagetdəki siyasətçi çox vaxt digər siyasətçilərlə müqayisədə daha az təsir bağışlayır, çünki onların səlahiyyət müddəti bitmək üzrədir. Ancaq onlar icra sərəncamları, əfv fərmanları və ya digər mübahisəli fərmanlar verməkdə daha sərbəst davrana bilirlər. Bu siyasətçilər müddət məhdudiyyətləri, planlaşdırılan təqaüdə çıxma və ya seçki itkiləri nəticəsində ortaya çıxır və siyasi sistemlər nəticələrin elan edilməsi ilə seçki qaliblərinin inauqurasiyası arasında gecikmə yaratdıqda xüsusilə nəzərə çarpır. == İstinadlar == == Xarici keçidlər == "Topal ördək ovu" mövsümü: seçkidən sonra Bayden impiçmentlə üzləşə bilər?