1. Bir ayağı, ya bir qolu şikəst və ya o birindən qısa olan.
[Məmmədin] ayaq barmaqları yanmış və ayaqları da topal bir şəkil almışdı.
O gündən bir qolu topal (z.) yaşadı; “Topal Gəray” deyə, çağrıldı adı.
2. məc. Ayaqlarından biri sınıq olan. Topal stol.
◊ Topal olmuş – qarğış məqamında işlədilir.
[Əhməd:] …Onu mən tanıyıram, bax odur ey, topal olmuş gəlir, mən getdim.
Topal yulafca bot. – bax topalaq.