Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Torpedo
Torpedo və ya Torpeda sükanı və pəri olan, suyun üstündən və ya altından suya atılan, sükanı və pəri ilə hədəfə doğru hərəkət edən partlayıcı sualtı silahdır. Əsasən onlardan sualtı qayıqlarda və döyüş gəmilərində istifadə olunur. Torpedo sözü bir balıq növü olan torpedo balığından (Torpediniformes) götürülmüşdür. Latın dilindən tərcümədə torpere sözü uyuşdurmaq, çaşdırmaq deməkdir. Vertolyotun ixtirasına oxşar bir formada torpedonun da qədim zamanlarda mövcud olduğu hesab edilir. Torpeda adlandırıla bilinəcək ilk rəsmləri 1275-ci ildə Suriya alimi olan Həsən Əl-Ramah çəkmişdir. Ramahın tədqiqatlarında suyun səthində hərəkət edə bilən bir raket göstərilir. Bundan sonra isə torpedolar müasir Xorvatiyanın Riyeka şəhərində hazırlanmışdır. Hələ "torpedo" sözü mövcud olmamışdan əvvəl ilk sualtı qayıqlardan biri hesab olunan Turtle (1775) torpedalara çox oxşar olan bir raketlə hücum həyata keçirmişdir. Bununla belə, Tısbağanın qeydə alınmış yeganə hücum etdiyi gəmi hesab olunan HMS Eagle gəmisinə etdiyi hücum nəticəsində gəminin gövdəsi qırılmamış və beləliklə də gəmiyə heç bir zərər dəyməmişdir.
Tolpis
Tolpis (lat. Tolpis) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi.
Torpedo FK
Torpedo — Taqanroq şəhərində fəaliyyət göstərən sovet və rus futbol klubu. 1920-ci illərin əvvəlləri — Artyom adına klub 1936–1946 — "Zenit" 1946–1953 — "Traktor" 1953–2004 — "Torteqo" Klub ilk dəfə 1920-ci illərdə Artyom adına klub olaraq təsis edilmişdir. Sonradan "Zenit" (1936–1946) adı ilə fəaliyyət göstərir. Klub 1946–1953-cü illər "Traktor", 1953–2004-cü illər isə "Torpedo" adi ilə fəaliyyət göstərmişdir. Klub rəsmən öz fəaliyyətini 2004-cü ildə başa vurmuşdur. 1955-ci ildə Taqanroq kombayn zavodunun direktori Aleksandr Matveeviç Merkulov "Torpedo" klubuna Moskvadan Qeorqi Vasileviç Mazanovu məşqçi qismində dəvət edir. Artıq növbəti il 1956-cı ildə "B" dəstəsində ikinci yeri tutur. Onlar peşəkar liqaya düşməkdə 1 xal minsk klubuna uduzurlar. RSFSR çempionu (1955). RSFSR çempionatının gümüş medalçısı (1954).
Torpedo aparatı
Torpedo aparatı və ya Torpedo borusu üfüqi istiqamətdə torpedoları işə salmaq üçün işlədilən bir cihazdır. Torpedo borularının və ya aparatının iki əsas növü var: Sualtı gəmilərə və bəzi suüstü gəmilərə quraşdırıla bilən suyun səviyyəsindən aşağıda işləmək üçün hazırlanmış rampalar. Yalnız suüstü gəmilərdə göyərtəyə quraşdırıla bilən rampalar.
Torpedo gəmisi
Torpedo gəmisi — torpedoları döyüşdə daşımaq üçün hazırlanmış nisbətən kiçik və sürətli bir döyüş gəmisidir. Ən erkən dizaynlar bomba yüklü bir torpedonun gəmidə aparılaraq digər gəmiyə çırpılmasına əsaslanır. İkinci nəsil dizaynlar isə torpedo borularından özüyeriyən torpedaları işə sala biləcək sistemlərdir. (Bu növ torpedonu dünyada ilk dəfə istifadə edən sualtı qayıq Əbdülhəmid sualtı qayığı olub.) Torpedo gəmiləri sürət və çeviklik baxımından ondan daha ağır və yavaş döyüş gəmilərini məhv etmək üçün hazırlanmışdır. Bir sıra ucuz qayıq və gəmilərdən ibarət torpedo qayıqları, güclü silahlanmış və bahalı döyüş gəmilərinə qarşı uğur qazandı. Bu şəkildə ucuz bir torpedo gəmilərindən ibarət olan donanma özünün kiçik ölçüləri və məhdud yanacaq tutumuna görə yalnız kiçik sahilboyu əraziləri özündən çox daha böyük və daha bahalı donanmalara qarşı uğurla müdafiə edə bilirdi. 19-cu əsrin sonlarında sürətli torpedo gəmilərinin tətbiqi dövrün dəniz qüvvələri üçün ciddi narahatlıq yaratdı. Buna cavab olaraq böyük gəmilərdən ibarət donanmalar təhlükəyə qarşı kiçik gəmilərlə təchiz edilməyə başlanıldılar. Əslində bunlarda qarşılaşdıqları torpedo gəmilərinə bənzəyirdiləe, lakin torpedonun əvəzinə bunlarda yüngül silahlar quraşdırılmışdı. Dizaynlar və ehtiyaclar yaxşılaşdıqca "torpedo gəmisi destroyeri" istehsal edilməyə başlanıldı.
Torpedo Kutaisi FK
Torpedo — Gürcüstanın futbol klubu. 1946-cı ildə yaranmışdır.
Torpedo Taqanroq FK