Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Toplanmış canavargiləsi
Toplanmış canavargiləsi (lat. Daphne glomerata) — bitkilər aləminin əməköməciçiçəklilər dəstəsinin timeleyakimilər fəsiləsinin canavargiləsi cinsinə aid bitki növü. Şərqi Qərbi Türkiyədə, Qafqazda təbii halda yayılmışdır. Həmişəyaşıl, hündürlüyü 30 sm-ə çatan, kökü üzdə olan koldur. Budaqları şaxələnmiş, çoxsaylı, cavan zoğları yuxarı qal xandır. Yarpaqları zoğların uclarında sıx yerləşmiş, uzunluğu 3–5 sm və eni 1,5 sm olan, əks-yumurtavari, uzunsovdan lansetvari və ya ellipsvari-lansetvariyədək dəyişir, bünövrəsinə tərəf daralmış, küt və ya ucu biz, iynəli, parlaq, çılpaq, dərili, sıx yaşıl, qısa saplaqlarda yerləşir. Çiçəkləri çox güclü şirin qoxulu, krem rəngli-ağ, 2–6 ədəd qoltuq salxımlarda yerləşərək iri, mürəkkəb, uc başcıqları formalaşdırır. Kasacığın borucuğunun uzunluğu 1,5 sm, nazik, çılpaq, bəzən çəhrayıtəhər, kasacığın əyrisinin diametri 1,5 sm-dək, hissələri uzunsov, kütdür. Çəyirdəkləri çəhrayı və ya qırmızı, ətlidir. İyun-iyul aylarında yarpaqlar açıldıqdan sonra çiçəkləyir.
Qafqaz arxeoqrafiya komissiyası tərəfindən toplanmış aktlar
Qafqaz Arxeoqrafiya Komissiyasının Aktları (QAKA) (rus. А́кты Кавка́зской археографи́ческой коми́ссии (АКАК)) — Qafqaz Canişini Baş İdarəsi arxivindən əldə edilmiş sənədlərin rəsmi nəşri. Aktlar 12 cilddən ibarətdir (VI cild 2 hissədə olmaqla).
Tozlanma
Tozlanma (bitkilərin tozlanması) – Yetişmiş erkəkciyin toz hüceyrələrinin örtülü toxumlularda dişiciyin, çılpaqtoxumlularda yumurtacığın ağızcığına düşməsi. Tozcuğun üst qatı boruya çevrilərək içərisindəki erkək hüceyrəsini (sperma) yumurta hüceyrəyə çatdırır və onu mayalayır, nəticədə ziqota (rüşeym) əmələ gəlir.
Korlanmış sektor
Korlanmış sektor (Bad sector) – zədələndiyinə və ya hər hansı səbəbdən korlandığına görə diskin (informasiya daşıyıcısının) verilənləri saxlamaq üçün yararsız olan sektordur. Əməliyyat sisteminin vəzifələrindən biri diskdə olan korlanmış sektorların tapılması, nişanlanması və istifadədən çıxarılmasıdır. Diskin formatlanması utilitidə korlanmış sektorları axtarıb-tapa və nişanlaya bilər. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
Öz-özünə tozlanma
Bir çiçəkdə olan erkəkcik tozcuğunun həmin çiçəkdəki dişicik ağızcığına düşməsi prosesi öz-özünə tozlanma adlanır. Öz-özünə tozlanan bitkilərdə həm dişiciyi, həm də erkəkciyi olan ikicinsli çiçəklər olur. Bu bitkilərin çiçəklərində erkəkcik və dişiciklərin yetişməsi eyni zamanda baş verir. Erkəkciklər, əsasən, dişicikdən yuxarıda yerləşir. Öz-özünə tozlanan bitkilərin çiçəkləri əsasən ətirsiz, görkəmsiz və nektarsız olur. Buğda, arpa, darı, çəltik, vələmir, noxud kimi öz-özünə tozlanan bitkilərdə tozlanma çiçək açılmazdan əvvəl — qapalı çiçəkdə gedir. Pambıq, çətənə, kətanda isə tozlanma çiçək açıldıqdan sonra baş verir.