1. Toza bulanmaq, toz basmaq, tozla örtülmək, tozlu olmaq.
2. Tozlama aparılmaq (bax tozlama 2-ci mənada).
Qırmızı yonca cır arıların vasitəsilə tozlanır.
3. Zəhərli tozla dərmanlamaq (bitkilər haqqında). Pambıq sahəsi tozlandı.
4. Toz halına gəlmək, toza dönmək.
İkicə günün ərzində günəş yolu o qədər qurutmuşdu ki, maşınların təkərinin altından boz torpaq tozlanıb havaya qalxırdı.