Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Cim Torpe
Cim Torpe (tam adı: Ceyms Frensis Torpe; 28 may 1888 – 28 mart 1953) — Amerikalı idmançı, müasir idman dünyasının çox istiqamətli atletlərindən biri sayılır. Olimpiadalarda "pentatlon" ve "dekatlon" (atletizmdə müsabiqə növləri) üzrə qızıl medal sahibi, eyni zamanda amerikan futbolunda kollec və peşəkar liqalarda ulduz oyunçu, Amerika milli beysbol liqasında oyunçu və basketbolda karyerası olan bir idmançıdır. Olimpiadalarda yarışmadan əvvəl ikinci beysbol liqasında iki mövsüm peşəkar olaraq oynadığı ortaya çıxanda həvəskar müsabiqə qaydalarına zidd olması səbəbindən medallarını itirmişdir. Ancaq ölümündən otuz il sonra 1983-cü ildə bu medallar ona təkrar verilmişdir. == İstinadlar == == Ədəbiyyat == The Best of the Athletic Boys: The White Man's Impact on Jim Thorpe, Jack Newcombe, 1975. Jim Thorpe, the Legend Remembered, Rosemary Kissinger Updyke, 1997 In the Matter of Jacobus Franciscus Thorpe, The 1912 Olympic Games - Results for All Competitors in All Events, with Commentary içinde, Bill Mallon and Ture Widlund, 2002. The Complete Book of the Summer Olympics (Sydney 2000 Edition) David Wallechinsky, 2000. Jim Thorpe: The World's Greatest Athlete Robert W. Wheeler, 2003 History Detectives: The Jim Thorpe Ticket PBS, 2005. == Həmçinin bax == Amerika futbolu Beysbol Atletika == Xarici keçidlər == Why Are Jim Thorpe's Olympic Records Still Not ...
Atropa
Xanımotu (lat. Atropa) — bitkilər aləminin quşüzümüçiçəklilər dəstəsinin quşüzümükimilər fəsiləsinə aid bitki cinsi. == Yayılması == Xanımotu cinsinin Azərbaycanda bir növünə — Qafqaz xanımotuna (Atropa caucasica Kr.) təsadüf edilir. Ona əsasən Böyük və Kiçik Qafqazın aşağı və orta dağ qurşaqlarında rast gəlinir. Meşələrdə, meşə açıqlıqlarında, yol və çayların kənarlarında bitir. == Növləri == Adi xanımotu (Atropa bella-donna L.) Qafqaz xanımotu (Atropa caucasica Kreyer) Sivri xanımotu (Atropa acuminata) - Hindistanda Himalay və Hindiquş dağlarında yayılıb. İspan xanımotu (Atropa baetica) - Piriney yarımadasında, Əndəlis və ya Bet dağlarında yayılıb Komarov xanımotu (Atropa komarovii) (= Atropa lutescens Blin. et Shal. (1944)) — Kopetdağda tapılıb. Sarı çiçəkləri və meyvələri ilə fərqlənir.
Krote
Krote (fr. Crottet) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Pon-de-Vel kantonuna daxildir. Kommunanın dairəsi — Burk-an-Bres. INSEE kodu — 01134. == Coğrafiyası == Kommuna Paris şəhərinin 350 km cənub-şərqində, Lion şəhərindən 60 km şimalda yerləşir və Burk-an-Bres şəhərindən 28 km qərbdə yerləşir. == Əhalisi == 2010-ci ildə əhalinin sayı 1722 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2010-cu ildə 1146 əmək qabiliyyətli (15-64 yaş) insan arasında 898 nəfər iqtisadi cəhətdən aktiv, 248 nəfər fəaliyyətsiz (fəaliyyət göstəricisi% 78.4, 1999-cu ildə 73.3% idi). 898 aktiv sakindən 841 nəfər işləyirdi (439 kişi və 402 qadın), 57 işsiz var (25 kişi və 32 qadın).
Qrole
Qrole (Val-d'Uaz)
Stripe
Stripe — San-Fransisko yerləşən Amerika texnologiya şirkətidir. Onun iş prinsipi fərdi şəxslərə və müəssisələrə İnternet üzərindən ödənişlər etmək və qəbul etmək imkanı verir .
Trapez
Trapez — dənizçinin qayığı tarazlaşdırmaq üçün etdiyi bədənin çölə doğru uzanma hərəkəti. Dənizçi ayaqlarını trapez qayışlarına bağlayır, sükanı tutan şəxs əsas yelkənin şkotunu, kliverçi də kliverin şkotunu dartaraq qayığın kənarına doğru sallandırır. Külək sörfündə də istifadə edilən trapez, beli tutan qancanın çəngəl bumbanın üzərindəki trapez iplərinə asılması yolu ilə yelkəndəki qüvvəni tarazlaşdırmağa yarayar. Sərt hava şəraitində sörf taxtasının arxasındakı ayaq dayaqlarından alınan dəstəklə birlikdə istifadə edilir.
Trepel
Trepel — kövrək və ya zəif sementləşmiş, çox yüngül, incə məsaməli ağ, boz-qonur, qırmızı və qara çökmə opal süxur Fiziki-kimyəvi xassələrinə görə diatomitə uyğundur, lakin trepel üzvi qalıqlar az olur və ya tamamilə olmur. Əsasən kiçik sferik opal və bəzən xalsedon qloblalarından (0,01–0,02 mm) təşkil olunmuşdur. Diatomea skeletlərinin iştirakından asılı olaraq diatomealı və diatomeasız (qlobulyar) trepel fərqləndirilir. Adətən tərkibində az miqdarda gilli maddə, qlaukonit, kvars, çöl şpatları dənələri olur. Təbaşirin dəniz çöküntülərində, qismən kaynazoy çöküntülərində yataqları məlumdur. Biogeokimyəvi mənşəli olması ehtimal edilir. Trepel izolyasiya, cilalama, tikinti materialı, uducu, katalizator, doldurucu, adsorbent kimi və dinamit hazırlamaq üçün istifadə edilir. == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press. 2006.
Trofi
Trofi İsrail Müdafiə Qüvvələri tərəfindən istifadə edilən aktiv müdafiə sistemidir. Həm ağır, həm də yüngül zirehli maşınlara yaxınlaşan raketləri və ya döyüş raketlərini zərərsizləşdirmək üçün istehsal olunur. Trophy, RAFAEL və İsrailin Elta şirkəti ilə müştərək şəkildə hazırlanmışdır. İstehsalçılara görə, bu model silah texnologiyasında bir etalon olacaqdır. == Dizaynı == Bu sistem əvvəlcə İsrail istehsalı Merkava əsas müharibə tankını tamamlamaq üçün istehsal edilmişdir. Dizaynında F/G lent atışa nəzarət sistemi olan sistemin avtomobildə 4 düz polad panel antenası var. Bu antenalar 360° bucaq altında maşının ətrafını müşahidə altında saxlayır. Hər hansı bir silahdan atəş edildikdə, daxili kompüter gələn silahın yaxınlaşma bucağını tapır. Yaxınlaşan silah tam müəyyən edildikdən sonra, kompüter təxmini vaxtı və onu təsirsiz hala gətirmək üçün lazım olan bucağı hesablayır. Avtomobilin hər iki tərəfində növbə ilə işləyən rampalar var.
Troll
Troll — German-skandinav mifologiyasında personaj. Qərb, xüsusilə Danimarka mifologiyasında dağlarda və bataqlıqlarda yaşayan, insan əti ilə qidalanan məxluq. Mifologiya ilə əlaqədar olan bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
Tromb
Tromb — (r trombe, ital. tromba — hərfi mənada "boru" deməkdir) — atmosferin burulğanlı, diametri yüz metrədək çatan, çox güclü şaquli hərəkətidir. Tromb quru üzərində ilin isti dövründə tropik kontinental havada, atmosferin termik stratifikasiyası qeyri-sabit olan zaman baş verir. Trombda küləyin sürəti 50–100 m/saniyə olub, yüksək dağıcıdı qüvvəyə malikdir. Tromb ABŞ-də müşahidə edilən tornadoya oxşayır. == Metereoloji tromb == Metereoloji tromb- atmosferin burulğanlı çox güclü, şaquli hərəkətidir. Tromb qurunun üstündə ilin isti dövründə tropik kontinental, atmosferin stratifikasiyası qeyri-sabit olan zaman baş verir. Tromb kiçik ərazidə (diametri bir neçə 10 metr), iti sürətlə (tromb zamanı küləyin sürəti 50–100 m/san-yə çatır) və eni 100 m-ə qədər zolaqda böyük dağıdıcı qüvvəyə malik olur. Tromb ABŞ-də baş verən tornadoya oxşayır. Onun təkrarlanması son 10–35 ildə 8–10 dəfə artmışdır.
Tromp
Tromp (fr. Trompe - ov buynuzu, boru) ― konusun bir hissəsi şəklində konkav səthdir. Kvadrat kəsişməli və dörd dayaqlı tağlı çarpaz günbəzli bir tikilidən günbəzin silindrik tamburunun əsasına keçid təmin edən bir struktur elementidir. Kəsişmənin künclərindəki dörd tromp günbəzin və ya qüllənin ağırlığının yenidən bölüşdürülməsini təmin edir: fənər, künc dayaqlarında tiburium. Ərəb və İspan-Məğrib memarlığında tromplar pilləli niş şəklində əmələ gəlir və onlara “müqarnalar” və ya “stalaktitlər” deyilir. Tromplar ilk dəfə 8-6-cı əsrlərdə qədim İran memarlığında istifadə edilmişdir. E.ə. və eramızdan sonra Bizans və Zaqafqaziyada istifadə edilmişdirlər. Qədim rus memarlığında tromplar xüsusi bir forma almış və yelkən adlandırılmışdırlar.
Tronje
Tronje (fr. Tronget) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Le-Monte kantonuna daxildir. Kommunanın dairəsi — Mulen. INSEE kodu — 03292. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 933 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 592 nəfər (15-64 yaş) arasında 404 nəfər iqtisadi cəhətdən, 188 hərəkətsiz (fəaliyyət göstərici 68,2%, 1999-cu ildə 71.1%) olmuşdur. Fəal olan 404 nəfərdən 357 nəfəri (200 kişi və 157 qadın), 47 nəfəri işsiz (28 kişi və 19 qadın) idi. 188 hərəkətsiz 29 nəfər arasında şagird və ya tələbə, 92 nəfər təqaüdçü, 67 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Tropik
Tropiklər (q.yun. τροπικός(κύκλος) — döngə dairəsi) — Yerin iqlim qurşaqları. Tropik bölgələr üçün isti iqlim xarakterikdir.
Troya
Troya — Eradan 300 il əvvəl mövcud olmuş şəhər. Türkiyənin indiki Çanaqqala şəhəri yaxınlığında, Aralıq dənizi sahillərində möhkəm qala divarları ilə əhatə olunmuş Troya tarixin ən qədim şəhəridir. Onun haqqında məlumat ilk dəfə olaraq Homerin "İlliada" əsərində verilir. Lakin onun doğru olduğunu Almaniya səyyahları kəşf etmişlər. Ordakı informasiyalara əsasən Troya Yunanıstan xalqları, Aqamemnon başda olmaqla məhv edilib. Troyanın şahı Pryam, onun övladları Hektor və Paris də bu döyüşdə həlak olublar. == Tarixi == Troya daim qızılla zəngin bir şəhər olub. O həm də Asiyada ən strateji mövqedə – Bosfor boğazının girişində idi. Onlar gəmilərdən vergi toplayaraq zənginləşmişdi. Həm də burada tacirlər üçün gözəl ticarət şəraiti var idi.
Antye Traue
Antye Traue (alm. Antje Traue‎; 18 yanvar 1981) — alman aktrisa. == Həyatı == Traue keçmiş Qərbi Almaniyanın (ADR) Saksoniya vilayətinin Mitvayda şəhərində anadan olmuşdur. Anası rəqqas və müğənni idi. Traue rus dilində danışaraq böyümüşdür. İngilis və alman dilində axıcı danışır.
Atropa acuminata
Sivri xanımotu (lat. Atropa acuminata) — bitkilər aləminin quşüzümüçiçəklilər dəstəsinin quşüzümükimilər fəsiləsinin xanımotu cinsinə aid bitki növü.
Atropa baetica
İspan xanımotu (lat. Atropa baetica) — bitkilər aləminin quşüzümüçiçəklilər dəstəsinin quşüzümükimilər fəsiləsinin xanımotu cinsinə aid bitki növü.
Atropa belladonna
Adi xanımotu (lat. Atropa belladonna) — bitkilər aləminin quşüzümüçiçəklilər dəstəsinin quşüzümükimilər fəsiləsinin xanımotu cinsinə aid bitki növü. Adi xanımotu yaxşı inkişaf etmiş yoğun və ətli köklərə, qısa çoxşaxəli kökümsova malik çoxillik ot bitkisidir. Gövdəsi silindrik formalı, yaşıl rəngli olub, hündürlüyü 100-180 sm-ə çatır. Yarpaqları tünd yaşıl rəngli, yumurtavari formalı, zirvəsi bir qədər sivri və tam kənarlıdırlar. Gövdənin aşağı yarpaqları tək-tək yerləşərək növbəli düzülürlər, yuxarı yarpaqları isə qoşa yerləşirlər. Qoşa yarpaqların biri böyük, digəri kiçik ölçülü olur. Çiçəkləri yarpaqların qoltuğunda tək-tək inkişaf edir. Çiçək saplağı tükcüklü olub, bir qədər sallaqdır. Çiçək saplağının ucunda bir, bəzən də iki çiçək yerləşir.
Atropa caucasica
Qafqaz xanımotu (lat. Atropa caucasica) — bitkilər aləminin quşüzümüçiçəklilər dəstəsinin quşüzümükimilər fəsiləsinin xanımotu cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir – VU B1b (i, iii). Azərbaycanın nadir, Qafqazın endemik növüdür. == Qısa morfoloji təsviri == Hündürlüyü 1-1,5 (2) m, gövdəsi düz, budaqlanmış, yaşıl, bəzən qırmızımtıl rəngli, çılpaq və ya demək olar ki, yuxarı hissəsi vəzili-tüklü olan çoxillik ot bitkisidir. Kökümsovu qalın, çoxgünbəzlidir, iri şaxələnmiş kökləri vardır. Çoxillik ot bitkisidir. Yarpaqları iri, yumurtaşəkilli və ya uzunsov-ellipsvaridir, tamkənarlıdır. Sivri və ya az sivriləşmişdir, qaidə hissəsində qısa saplağa (1-3 sm uzunluqda) daralmışdır,çılpaqdır və yaxud alt tərəfdən damarın üzəri tüklüdür. Hər iki tərəfdən çox az bozumtul nöqtəlidir (oturaq vəziciklər), yuxarı yarpaqlar cüt-cüt düzülmüş və eyni böyüklükdə deyil, uzunluğu 10-20 sm, eni 4-9 sm-dir.
Atropa komarovii
Komarov xanımotu (lat. Atropa komarovii) — bitkilər aləminin quşüzümüçiçəklilər dəstəsinin quşüzümükimilər fəsiləsinin xanımotu cinsinə aid bitki növü.
Atropa lutescens
Komarov xanımotu (lat. Atropa komarovii) — bitkilər aləminin quşüzümüçiçəklilər dəstəsinin quşüzümükimilər fəsiləsinin xanımotu cinsinə aid bitki növü.
Badminton Europe
Badminton Europe (BE) — Avropada badminton üzrə rəhbər orqandır. Təşkilat Ümumdünya Badminton Federasiyasına (BWF) tabe olan beş qitə təşkilatından biridir. Hal-hazırda təşkilatın 51 üzvü var. Təşkilat 27 sentyabr 1967-ci ildə Almaniyanın Frankfurt şəhərində qurulmuşdur.8 aprel 2006-ci ildə keçirilən təşkilatın illik iclasında təşkilatın üzvləri Avropa Badminton İttifaqının adı dəyişmək qərarına gəlmiş və Badminton Europe olaraq dəyişilmişdir.
Benedetto Kroçe
Benedetto Kroçe (it. Benedetto Croce; 25 fevral 1866[…], Peskasseroli[d], Abruttso – 20 noyabr 1952[…], Neapol) — İtalyan filosof, idealist, tarixçi. Adı tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına daxil edilib.
Bulbophyllum turpe
Bulbophyllum turpe (lat. Bulbophyllum turpe) — səhləbkimilər fəsiləsinin bulbofillium cinsinə aid bitki növü.
CNBC Europe
"CNBC" (Si-en-bi-si Yurop) — biznes və maliyyə sahəsində xəbərlər telekanalı. CNBC Amerika telekanalının Avropa filialıdır və Avropa, Yaxın Şərq və Afrikada yayımlanır. Kanalın qərargahı — London. Auditoriyası — 3.1 mil.
Körpə
Körpə — dişi və erkək insanın (qadın və kişinin) rəsmi və ya qeyri-rəsmi nikahından sonra anadan olur. Körpələr anadan olmazdan əvvəl dişi insan 9 aylıq bir dövr keçirir. Bu, hamiləlikdir. Körpələr dünyaya gələn zaman çox zəif dəriyə malik olurlar. Onlar 3 aylıq olanadək ətrafı ağ-qara görürlər.