Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Yozef Şumpeter
Yozef Aloiz Şumpeter (ing. Joseph Aloïs Schumpeter; 8 fevral 1883[…] – 8 yanvar 1950[…], Konnektikut) — amerikalı və avstriyalı siyasi iqtisadiyyatçı, Avstriya Maliyyə Naziri. Yozef Aloiz Şumpeter 8 fevral 1883-cü ildə Avstriyada anadan olmuşdur. 1930-cu illərdə ABŞ-yə mühacirətə getmişdi və həyatının sonuna kimi Harvard Universitetinin professoru olmuşdur. 1901-1906-cı illərdə Vyana Universitetində təhsil almışdır. 1909-1911-ci illərdə Çemovitsk Universitetində professor, 1919-1920-ci illərdə Avstriyanın maliyyə naziri, Reyn və Harvard Universitetlərinin professoru, 1940-1941-ci illərdə İqtisadi cəmiyyətin prezidenti, 1948-ci ildə Amerika İqtisadçılar Assosiasiyasının prezidenti olmuşdur. Şumpeter XX əsr iqtisad elminin dahilərindən biridir. Onun iqtisadi proseslərə möhtəşəm baxışı Adam Smit və Karl Marksın baxışları ilə müqayisə oluna bilər. Şumpeterin əsərləri mövzu dairəsinə görə xeyli genişliyi ilə fərqlənir. O, artım konyunkturası problemlərini, iqtisadi təlimlər tarixini və iqtisadi sistemləri tədqiq etmişdir.