Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Teuşpa
Teuşpa — Eramızdan əvvəl 679 – 678-ci illərdə Assur mənbələrində Teuşpa kimi göstərilən çarın başçılığı ilə kimmerlər Assuriya ərazisinə girirlər. Lakin qanlı vuruşmada kimmerlər məğlub olurlar. Çar Teuşpa döyüşdə öldürülür. İranşünaslar bu çarın adını İran mənşəli hesab edərək, onun "tava aspa" sözlərindən olduğunu və "güclü (tablı) at" mənasını verdiyini yazırlar Rea'nın dediyinə görədə Teushpa'nın adı, Əhəmənlərin müasir Tişpiş (Teispes)(Chishpish) adını xatırladır, etimoloji baxımından əlaqəli görünmədiyinə baxmayaraq. Əslində isə bu ad ProtoTürk dillərindəki tuş "qızıldan düzəldilmiş bəzək" və ya "varlı" sözlərindən ibarətdir. Onda bu ad "qızıl bəzəkləri ilə varlı" mənasını verir; görünür, o, doğulanda valideynləri onun gələcəkdə çoxlu qızıl əşyalara malik olması arzusu ilə ona bu adı vermişlər. Demək, qədim Assur yazısındakı Teuşpa əslində Türk mənşəli Tuşbay adının fonetik şəklidir. Müqayisə üçün deyək ki, Türkdilli Kuban Bulqarlarını bir başçısı VIII əsrdə Batbay adlanırdı ki, bu da ProtoTürk dillərindəki Batu "qiymətli daş-qaş" və bay "varlı" sözlərindən olmaqla, "daşqaşla varlı" deməkdir. Oxucu yəqin ki, indi də Orta Asiyada yaşayan Türk xalqlarında "bay" sözü ilə bitən şəxs adlarının geniş yer tutduğunu bilir. Bəlkə də Teuşpa əslində Tuzbay adının fonetik şəklidir ki, bu da Qədim Türkdillərindəki tuz ("düz", "doğrucul") və bay ("bəy", "knyaz", "tayfa başçısı") sözlərindəndir.
Trepça
«Trepça» (alb. Miniera e Trepçës, serb. Рудник Трепча) — Kosovoda böyük sənaye kompleksi. Mitrovitada yerləşir. Zavodun mülkiyyət məsələsi Serbiya və Kosovo hakimiyyəti arasında mübahisə predmetidir. Yuqoslaviyanın dövründə Trepçada 23000 nəfərə qədər işçi çalışırdı. Bu isə onu ölkənin ən böyük sənaye müəssisələrindən birinə çevirdi. 1930-cu illərdə bir ingilis şirkəti Mitrovitsa yaxınlığındakı Stanterq mədənindən istifadə hüququnu əldə edir. İkinci Dünya müharibəsindən sonra, sosializm şəraitində şirkət genişlənməyə davam edir. Trepça müəssisəsi, əsasən Kosovoda, qismən Monteneqroda yerləşən 40 mədən və fabrikdən ibarət bir konqlomerat idi.
Krupp
Krupp— Essendən 400 illik tarixə malik Alman sülaləsi olan tanınmış ailə. Krupp döyüş sursatı , silah və polad istehsalına görə daha çox məhşurlaşıb. Fridrix Krupp AG kimi tanınan ailə biznesi, 20-ci əsrin əvvəllərində Avropada ən böyük şirkət idi. 1999-ci ildə Krupp şirkəti Thyssen AG ilə birləşdi və Thyssenkrupp AG adlı böyük sənaye konqlomeratı formalaşdırdı. Fridrix Krupp (1787-1826) 1810-ci ildə Essen şəhərində ilk poladəritmə zavodunu tikdirir və ailə biznesini qurur. Onun “Top Kralı” və ya “Böyük Alfred “kimi tanınan oğlu Alfred polad çarxlar və dəmir yolu şinlərinin ən yaxşı istehsalçısı olmaq üçün yeni texnologiyaya xeyli vasait sərf edir. O, həmçinin mayeləşdirilmiş istixana texnologiyalarına sərmayə yatırır və Almaniya və Fransada çoxlu mina əldə edir. Dövr üçün qeyri-adi olsa da, o, onun işçilərinə maddi yardım göstərib sosial xidmətlərlə, güzəştli mənzil, səhiyyə və pensiya müavinətlərilə təmin edib. Şirkət 1840-cı illərdə xüsusilə Rusiya, Türkiyə və Almaniya orduları üçün polad toplar istehsal etməyə başladı. Qeyri-hərbi sahəyə tələbatın və dövlət subsidiyalarının az olması nəticəsində şirkət silah istehsalı sahəsində daha çox ixtisaslaşıb, belə ki, 1880-ci illərdə silah istehsalı Krupp şirkətinin ümumi məhsulunun 50%-ni təşkil edirdi.
Trump
Donald Con Tramp (ing. Donald John Trump; 14 iyun 1946[…], Kuins, Nyu-York ştatı) — ABŞ-nin 45-ci prezidenti (20 yanvar 2017–20 yanvar 2021). ABŞ biznesmeni və siyasi xadimi, ABŞ Respublikaçılar Partiyasının üzvü, mediamaqnat, yazıçı, "Trump Organization" tikinti konqlomeratının prezidenti, azartlı oyun və hotel biznesində ixtisaslaşan Trump Entertainment Resorts şirkətinin yaradıcısı. Tramp "Namizəd" realiti-şousunun icraçı prodüseri və aparıcısıdır. Ekstravaqant həyat tərzi və açıq ünsiyyəti ilə məşhurdur. 16 iyun 2015-ci ildə Donald Tramp 2016-cı ildə ABŞ-də Prezident postu uğrunda seçkilərə qoşulacağını bildirdi. 2016-cı ilin may ayında digər namizədləri ABŞ Respublikaçılar Partiyasının praymerizində qalib gələrək Tramp partiyanın faktiki namizədi oldu. Donald Tramp 14 iyun 1946-cı ildə Kuins şəhərində anadan olub (Nyu-York ştatı). Atası — Fred Krist Tramp (11. oktyabr 1905, Vudheyvn, Nyu-York, ABŞ — 25.
Anri Truaya
Anri Truaya (fr. Henri Troyat, doğularkən adı — Leon (rusca) Aslanoviç Tarasov) (1 noyabr 1911, Moskva — 2 mart 2007, Paris) — Fransa yazıçısı. Tanınmış müasir fransız yazıçısı Anri Truayanın əsl ad-familiyası Lev Tarasovdur. 1911-ci ildə Moskvada anadan olub. Vətəndaş müharibəsi dövründə, yeddi yaşında ikən o valideynləri ilə birgə Fransaya mühacirət edib, orda böyüyüb və fransız vətədaşlığını qəbul edib, Fransa ordusu sıralarında faşizmə qarşı vuruşub, sonralar fransız yazıçıcı kimi məşhurlaşıb. Sorbon Universitetinin hüquq fakültəsini bitirmiş Anri Truaya bir müddət Sena vilayəti prefekturasında işləyib sonra isə həyatını ədəbiyyata sərf eləməyi qərara alıb. Onun 1935-ci ildə nəşr olunmuş ilk romanı ("Yalançı sübh") "Populist roman" mükafatına layiq görülüb. 1938-ci ildə isə başqa bir romanı ("Hörümçək") Konkur mükafatını alıb. 1959-cu ildə Anri Truaya Fransa Akademiyasına üzv seçilib. Anri Truaya böyük həcmli əsərlərinin bir hissəsini Rusiya həyatına həsr eləyib.
Ricinus krappa
Adi gənəgərçək (lat. Ricinus communis) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin südləyənkimilər fəsiləsinin gənəgərçək cinsinə aid bitki növü. Adi gənəgərçək birillik bitki olub, südləyən fəsiləsinə aiddir. Bu bitkidə zəhərli təsir göstərən iki maddə var. Hoksaalbumin, ribin və risinin alkaloididir. Hoksaalbumin qüvvətli zəhərdir. Yalnız toxumunun üst qatında olur (0,1 faizə qədər). Risin bitkinin bütün hissələrində mövcuddur (toxumunda 0,15%, yarpaqlarında 1,37 %-ə qədərdir. Bütün növ heyvanlar onun toxumunu və ya jımıxını yedikdə zəhərlənir. Bəzi məlumatlara görə onun toxumunun ölüm dozası atlara 30-50 qram, qaramala 350-400 qram, donuzlara 60 qram, qoyunlara 30 qram, buzovlara 20 qram həcmindədir.
Salmo trutta
Kumja (lat. Salmo trutta) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin qızılbalıqkimilər dəstəsinin qızılbalıqlar fəsiləsinin qızılbalıq cinsinə aid heyvan növü. Nəsli kəsilmək üzrədir, pərakəndə yayılmış yarımnövdür. Salmo trutta aralensis — Aral kumjası Salmo trutta labrax — Qara dəniz kumjası Salmo trutta fario — Qızılxallı kumja Salmo trutta ciscaucasicus — Önqafqaz kumjası Salmo trutta ezenami — Eyzenam kumjası ? Ancaq Dağıstandakı Eyzenam gölündə yaşayır.
Tupa
Firəngotu (lat. Lobelia) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin zəngçiçəyikimilər fəsiləsinə aid bitki cinsi.
Adris grupa
"Adris grupa d.d." ― mərkəzi Rovin şəhərində yerləşən Xorvatiya şirkəti.. Müəssisə 8,000-dən çox işçi qüvvəsinə sahib olmaqla yanaşı, həm də illik gəliri 5 milyard kunadan (təxminən 1 milyard dollar) çox olmaqla bölgənin aparıcı şirkətlərindən biridir. "Tvornica duhana Rovinj"-in (TDR) 2015-ci ilin sentyabr ayında "British American Tobacco"-ya satılmasından sonra əsas xidmət göstərdiyi sahələr "Maistra" (turizm və otellər), "Cromaris" (qida sənayesi) və Xorvatiya osiguranje (sığorta) oldu. Şirkətin fəaliyyət göstərdiyi digər sahələr siyahısına "Adrisdə gələcək" adlı dövlət təcrübə və məşğulluq proqramı daxildir, bundan başqa da şirkət təqaüd və ianələr verən "Adris" fondu ilə də aktiv işlər görür. adris.hr — Adris grupanın rəsmi saytı (xorv.) (ing.) "Adris grupa d.d." poslovni.hr (xorvatca). Poslovni dnevnik. İstifadə tarixi: 26 fevral 2016.
BLRT Grupp
BLRT Grupp — Estoniyanın ən böyük sənaye konsernlərindən biridir. Konsern gəmilərin bütün istismar müddəti boyunca texniki xidmət göstərir və eyni zamanda kompleks metal konstruksiyaların istehsalı, maşınqayırma, metalların emalı və satışı, qazların istehsalı və satışı, metal qırıntılarının işlənməsi, liman xidmətləri və nəqliyyat sahəsində etibarlı bir ortaqdır. BLRT Grupp Estoniyanın ən böyük ixracatçılarından biridir. Konsernin istehsalının yüzdə 84,2-si (2013) ixrac olunur. BLRT Grupp 8 dekabr 2001-ci ildə Baltik Gəmitəmiri Zavodunun bazasında qurulur. O vaxta qədər artıq zavod iri bir konsernə çevrilmişdi. bu səbəbdən şirkətin qurulması Rusiya-Baltik Gəmiqayırma fabrikinin qurulduğu 1912-ci il olaraq götürülür. Qrupun təşkili zamanı bura üç gəmi tərsanəsi və 30-dan çox törəmə müəssisə daxil idi [2]. 2015-ci ildən etibarən BLRT Grupp konserni Estoniya, Latviya, Litva, Ukrayna, Rusiya və Finlandiyada 54 törəmə şirkəti və 3 birgə müəssisəni birləşdirir. 2010 — qrupun dövrüyəsi 303,8 milyon avro təşkil etdi.
Donald Trump
Donald Con Tramp (ing. Donald John Trump; 14 iyun 1946[…], Kuins, Nyu-York ştatı) — ABŞ-nin 45-ci prezidenti (20 yanvar 2017–20 yanvar 2021). ABŞ biznesmeni və siyasi xadimi, ABŞ Respublikaçılar Partiyasının üzvü, mediamaqnat, yazıçı, "Trump Organization" tikinti konqlomeratının prezidenti, azartlı oyun və hotel biznesində ixtisaslaşan Trump Entertainment Resorts şirkətinin yaradıcısı. Tramp "Namizəd" realiti-şousunun icraçı prodüseri və aparıcısıdır. Ekstravaqant həyat tərzi və açıq ünsiyyəti ilə məşhurdur. 16 iyun 2015-ci ildə Donald Tramp 2016-cı ildə ABŞ-də Prezident postu uğrunda seçkilərə qoşulacağını bildirdi. 2016-cı ilin may ayında digər namizədləri ABŞ Respublikaçılar Partiyasının praymerizində qalib gələrək Tramp partiyanın faktiki namizədi oldu. Donald Tramp 14 iyun 1946-cı ildə Kuins şəhərində anadan olub (Nyu-York ştatı). Atası — Fred Krist Tramp (11. oktyabr 1905, Vudheyvn, Nyu-York, ABŞ — 25.
Kevin Trapp
Kevin Trapp (8 iyul 1990) — Almaniyalı futbolçu.
Trapp formasiyası
Trapp formasiyası — maqmatik formasiya Qırışıqlıq strukturların platforma inkişaf rejimi üçün səciyyəvi olub, çox vaxt qədim və cavan platformaların örtüyünün tərkibinə daxil olur. Trapp formasiyası əmələ gəlməsinə səbəb olan maqmatizmin miqyası olduqca geniş olub yer səthinə çıxarılan və ya litosferin üst qatlarına nüfuz edən maqmatik materialın həcmi 1mln.km3-ə çatır. Trapp formasiyası üçün süxurların effuziv örtük və intruziv (subvulkan) formalı horizontal yatım, qitə və laqun çöküntüləri, bəzən isə tuflarla assosiasiya yaratması səciyyəvidir. Trapp formasiyası süxurları ilkin toleit-bazalt maqmasından əmələ gəlir və yeknəsəq olması ilə fərqlənir. Trapp formasiyası effuziv süxurları adətən labrador və monoklinik piroksendən, az miqdarda filiz minerallarından və olivindən (bəzən olmur) ibarətdir. Süxurların çoxunda az miqdarda qalıq şüşə və ya kvars-çöl şpatı aqreqatları olur. Trapp formasiyası intruziv süxurları poykilit, ofit və ya intersertal (sillərin kənar hissələrində) quruluşlu olub labradordan və piroksendən (pijonit və ya avgit və rombik piroksendən) ibarətdir; bunlarda az miqdarda biotit, hornblend (buynuzdaşı), apatit, filiz mineralları (maqnetit, ilmenit və b.) iştirak edir. Trapp formasiyası süxurlarının müxtəlifliyinin əsas səbəbi kristallaşma diferensasiyasıdır və bunun da əsas nəticəsi kristallaşmanın gec məhsullarında Fe yüksək miqdarda olmasıdır. Trapp — (rus. трапп, ing.
Trump Tower
Tramp Tauer (Tramp qülləsi, ing. Trump Tower) — Nyu-Yorkda yerləşən və hündürlüyü 202 metr olan 68 mərtəbəli göydələn. Beşinci prospektdə, 56-cı küçə ilə kəsişmədə yerləşir. Qarışıq formatda istifadə olunur (ofislər, mağazalar, otellər, lüks mənzillər). Göydələn Donald Tramp və Equitable Life Assurance Company tərəfindən tikilib. Tikintisi 30 noyabr 1983-cü ildə başa çatdırılmışdır. 2006-cı ildə Forbes jurnalı Trump Tower-i 318 milyon dollar dəyərində qiymətləndirdi . 16 iyun 2015-ci ildə Donald Tramp öz qülləsində prezidentlik yarışına qatılacağını elan etmişdir. 9 noyabr 2016-cı ildə Donald Tramp Trump Towerdə ABŞ-də keçirilən prezident seçkilərində qalib gəldiyini elan etmişdir. 2017-ci il yanvarın 11-də Tramp ABŞ-ın seçilmiş prezidenti kimi ilk mətbuat konfransını keçirib.
Salmo trutta caspius
Xəzər qızılbalığı (lat. Salmo caspius) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin qızılbalıqkimilər dəstəsinin qızılbalıqlar fəsiləsinin qızılbalıq cinsinə aid heyvan növü. Nəsli kəsilmək üzrədir, pərakəndə yayılmış yarımnövdür. Bədənləri qara bozdur və bədənlərinin ön qisimi və başlarının üstündə olan tünd ləkələr göy rəngə çalan halqalarla sarılmışdır. Yan xəttləri boyunca və alt tərəflərində qırmızı xalları və qəlsəmə qapaqlarının ön tərəfi üzərində bir ləkə və kürək üzgəclərindədə ləkələr vardır. Yüngül girintili bir quyruq üzgəcləri vardır. Kür qızılbalığı qızılbalıqkimilərin ən irisidir. Əvvəllər onun bədəninin uzunluğu 133 sm-ə, kütləsi 51 kq-a çatırdı. İndi isə ovun 86.7%-ni 70-96 sm uzunluğunda fərdlər təşkil edir. Kür-Terek və Samur çaylarında, habelə Cənubi və Orta Xəzərin əsaən qərb və cənub sahillərinin kiçik çaylarında çoxalır.
Salmo trutta fario
Qızılxallı kumja (lat. Salmo trutta fario) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin qızılbalıqkimilər dəstəsinin qızılbalıqlar fəsiləsinin qızılbalıq cinsinin kumja növünə aid heyvan yarımnövü. Nəsli kəsilmək üzrədir, pərakəndə yayılmış yarımnövdür. Bədənin bel tərəfində tünd yaşıl rəngdə, yanlarında açıq rəngdə, qarın tərəfində isə qızılı rəngdə xallar olur. Ağızı böyük olub ucda yerləşir. Çənəsində dişlər olur, bu dişlər iri balıqlarda yaxşı, körpələrdə isə zəif inkişaf etmişdir. Bel üzgəcindən arxada piy üzgəci yerləşir. Bel üzgəcində 3-4 şaxəsiz, 7-12 şaxəli, anal üzgəcində 3 şaxəsiz, 7 - 10 şaxəli şüa vardır. Yan xətt pulcuqlarının sayı 111 - 128 arasında dəyişir. Qızılxallı kumja Azərbaycanın Kür hövzəsindəki dağ çaylarının çoxunda – Qanıxçay, Balakənçay, Silbançay, Katexçay, Əlcihançay, Turyançay, Dəyirmançay, Tərtərçay, Kurəkçay, Ağsuçay, Həkəri, Xaçınçay, Bazarçay, Qusarçay, Şəmkirçay, Xal-xalçay, Yalamaçay, Zabuxçay, Viləşçay, Lənkərançay, Astaraçay çaylarında, Quba-Xaçmaz düzənliyinin bulaq çaylarında (Qelçay, Nügədiçay, Qudyalçay, Vələmirçay, Dəvəçiçay), Göygöldə yayılmışdır.
The Trump Organization
The Trump Organization (azərb. "Tramp Orqanizeyşn"‎) — Donald Trampın sahib olduğu 500-ə yaxın biznesdən ibarət konqlomerat. Bu bizneslərdən təxminən 250-si Trampın adından istifadə edir. Konqlomerat 1923-cü ildə Donald Trampın nənəsi Elizabet Krist Tramp və atası Fred Krist Tramp tərəfindən "E.Trump & Son" olaraq quruldu. Konqlomerat müxtəlif təsis şirkətləri və ortaqlıqları sayəsində daşınmaz əmlakın inkişafı, sərmayə qoyuluşu, vasitəçilik, satış, marketinq və əmlak idarəçiliyində maraqlara sahib olmuşdur. Konqlomeratın subyektləri müxtəlif ölkələrdə yaşayış daşınmaz əmlakına, otellərə, kurortlara , yaşayış qüllələrinə və qolf sahələrinə sahiblik edir, sərmayə qoyur və inkişaf etdirirlər. Tramp adı altında inşaat, mehmanxana, qumarxana, əyləncə, kitab və jurnal nəşri, yayım mediası, model rəhbərliyi, pərakəndə satış, maliyyə xidmətləri, qida və içkilər, biznes təhsili, onlayn səyahət, ticarət, özəl aviasiya və gözəllik yarışmaları fəaliyyət göstərir. Konqlomeratın subyektləri, həmçinin "The Apprentice" canlı televiziya proqramının françayzinqini istehsal edən Nyu-York televiziya istehsal şirkətinə də sahibdirlər. Pərakəndə satış sahələrinə moda geyimləri, zərgərlik və aksesuarlar, kitablar, ev əşyaları, işıqlandırma məhsulları, vanna otağı aksesuarları, yataq dəstləri, ətir məhsulları, kiçik dəri məmulatları, araq, şərab, qab-qacaq, biftek, şokolad və qablaşdırılmış bulaq suyu daxildir. Donald Tramp Pensilvaniya Universitetində oxuyarkən atasının şirkətində təcrübə keçdi və 1968-ci ildə rəsmi olaraq şirkətə qoşuldu.
Truba (musiqi aləti)
Truba (rus. Труба, it. tromba) - ucunda ağızlıq olan nəfəsli mis musiqi aləti.
Trump Tower Baku
The Ritz-Carlton Baku – Bakı şəhəri, Nəsimi rayonu, Həsən Əliyev küçəsində yerləşən, 72 mənzil və 189 ayrı otel nömrəsindən ibarət çoxmərtəbəli bina. Hündürlüyü 130 metr olan bina 33 mərtəbədən ibarətdir. Azərbaycanın 10 ən yüksək binasından biri hesab olunur. İlk adı ilə Trump Tower Baku və ya sonrakı adı ilə Yelkən Hotel Tikintisinə 2008-ci ildə başlanılıb. 2009-cu ilin iyun ayında binanın bünövrəsi artıq tam hazır idi, həmin ilin iyulunda binanın birinci mərtəbəsinin tikintisinə başlanılıb. 2011-ci ilin sonuna kimi binanın beton karkası tikilmiş və eksteryerinin şüşələnməsinə başlanılmışdır. 2015-ci ildə fasadın bəzədilməsi üzrə bütün çöl işləri başa çatdırılmışdır. Binada 11 ədəd sürətli lift quraşdırılmışdır. Bina Bakıda, paytaxtın mərkəzi magistral yollarının kəsişməsində yerləşir (Heydər Əliyev prospekti, Babək prospekti, Yusif Səfərov küçəsi). Qüllədən 350 metr şimalda bu yaxınlarda tikilmiş Heydər Əliyev Mərkəzi yerləşir.
Tallinna Kaubamaja Grupp
Tallinna Kaubamaja Grupp — Estoniyanın ən böyük ticarət konserni. Konsernə daxil olan müəssisələrin əksəriyyətinin əsas fəaliyyəti pərakəndə və topdansatış ticarətdir. Konsernin rəsmi ünvanı: Tallinn, Kaubamaya k 1. / Gonsiori k 2. . Konsernin 679.000-dən çox müştərisi olan Partnerkaart loyallıq proqramı Estoniyada ən böyüyüdür. 1996-cı ildə konsernin sələfi olan Tallinna Kaubamaja şirkətinin səhmləri Tallin Fond Birjasında siyahıya alındı. Konsernin əsas şirkəti NG Investeeringud OÜ şirkətidir. Konsernin tarixi 1960-cı ildə Tallin Ticarət Evinin açıldığı vaxtdan başlayır. 1966-cı ildə Tartu Ticarət Evi Estoniya SSRİ-dən çıxdıqdan sonra RAS Tallinna Kaubamaja dövlət səhmdar cəmiyyəti olaraq adlandırılır. 1994-cü ildə səhmdar cəmiyyətə çevrilir, səhmlərin böyük hissəsi E-Investeeringugrupi AS (10.06.2004-cü ildə ləğv edilib) şirkətinə satılıb.
Lobelia tupa
Lobelia tupa (lat. Lobelia tupa) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin zəngçiçəyikimilər fəsiləsinin firəngotu cinsinə aid bitki növü. Dortmanna tupa (L.) Kuntze Lobelia feuillei (G.Don) G.Nicholson Rapuntium tupa (L.) Chaz.
Robert Rupp
Robert Rupp (alm. Robert Rupp‎; 9 fevral 1904 – 6 iyul 1979) — almaniyalı Yunan-Roma güləşçisi, Avropa çempionu. 1925-ci ildə Avropa Çempionatının gümüş medalını qazandı. 1926-cı ildə Avropa çempionu oldu. 1929-cu ildə yenidən Avropa Çempionatının gümüş medalını qazanmağı bacardı.
Trua(rayon)
Trua (fr. Troyes) — Fransanın Şampan-Ardenn regionun rayonlarından (fr. Arrondissement) biri. Departamenti — Ob (departament). Suprefektura — Trua. Rayon əhalisi 2006-cı ildə 217 625 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 62 nəf / km². Rayon sahəsi — 3534 km².
Trua (rayon)
Trua (fr. Troyes) — Fransanın Şampan-Ardenn regionun rayonlarından (fr. Arrondissement) biri. Departamenti — Ob (departament). Suprefektura — Trua. Rayon əhalisi 2006-cı ildə 217 625 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 62 nəf / km². Rayon sahəsi — 3534 km².
Trua FK
ES Trua AC ya da sadəcə "Trua" (fr. Espérance Sportive Troyes Aube Champagne) - 1900-cü ildə Trua şəhərində qurulan Fransa futbol klubu. Ev oyunları Stade de l'Ob Stadionunda keçirilir. Klubun ən yüksək nailiyyəti 2001-ci ildə UEFA İntertoto Kubokunda qələbədir. 2008/2009 mövsümünün sonunda klub Liqa 2-də 19-cu yeri titdu bə Liqa 3-ə düşdü. Ancaq 3 mövsümə komanda əhəmiyyətli bir sıçrayışını bacardı və Trua artıq, 2012-2013 mövsümünə Liqa 1-də başlamışdı, ancaq dərhalda oradan çıxdı. 2014/2015 mövsümündə komanda yenidən Liqa 1-ə doğru irəlilədi amma sonuncu yeri alaraq, Trua yenidən Liqa 2-yə getdi. 2016/2017 mövsümündə "Trua" Liqa 2-də 3-cü yer tutub pley-offa çıxdı. İlk matçda Loryanı 2:1 hesabı ilə məğlub etdi və ikinci oyunda onlar 0-0 oynadılar ki, bu da Truanın mövsümün sonunda Liqa 1-ə qayıtmasına imkan verdi.