Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Dağ Tumas
Dağtumas — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun inzibati ərazi vahidində kənd.Tanınmış müəllimi: Rasta Hüseynova == Tarixi == 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 23 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. == Toponimikası == Dağ Tumas oyk, mür. Cəbrayıl rayonunun eyniadlı inzibati ərazi vahidində kənddir. Qarabağ silsiləsinin ətəyindədir. Keçmiş adı Tumas olmuşdur. Sonralar bu kənddən ayrılmış ailələr Tumaslı (Bərdə və Şərur r-nları), Çaytumas (Qubadlı rayonu) kəndlərini saldıqdan sonra, birini digərindən fərqləndirmək məqsədilə dağ yamacında yerləşən bu kənd Dağ Tumas adlandırılmışdır. Cəbrayılın ən yüksək zirvəsi Dağ Tumasdır (1580 m).
Tumas Tranströmer
Tumas Yosta Tranströmer (isv. Tomas Gösta Tranströmer; 15 aprel 1931[…], Stokholm – 26 mart 2015[…], Stokholm)) — İsveç şairi, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (2011). == Həyatı == Tumas Tranströmer 1931-ci ildə Stokholmda anadan olub. Ata və anası boşandıqdan sonra müəllim olan anası onu böyüdüb. Stokholm Universitetində "Şeir və psixologiya" fakültəsini bitirib. Şeirləri 60-dan çox dilə tərcümə olunub. 26 mart 2015-ci ildə 83 yaşında vəfat etmişdir.
İlham Tumas
İlham Tumas (tam adı: İlham Əli oğlu Ağayev; d. 1972, Sumqayıt, Azərbaycan SSR) — azərbaycanlı jurnalist, ssenari müəllifi, rejissor, 1-ci Qarabağ müharibəsi veteranı, Vətən Müharibəsi iştirakçısı. Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2021-ci il tarixli Sərəncamı ilə Füzuli rayonunun işğaldan azad olunması uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə, "Füzulinin azad olunmasına görə", Müdafiə Nazirinin 30.12.2020-ci il tarixli 0249t saylı əmri ilə "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalları ilə təltif edilib. == Həyatı == İlham Tumas 1972-ci il oktyabr ayının 19-da Azərbaycanın Sumqayıt şəhərində anadan olmuşdur. Bakı Dövlət Universitetinin fizika (1990–1992) və Sosial elmlər və psixologiya fakültəsində (1993–1996) təhsil alıb, ixtisasca filosofdur. 1992–1993-cü illərdə könüllü olaraq Qarabağ döyüşlərində iştirak edib , N saylı hərbi hissənin tərkibində əlahiddə "Qurtuluş" taborunda Tərtər ətrafında gedən döyüşlərdə iştirak edib. 1996–2000-ci illərdə zabit kimi N saylı hərbi hissədə taqım komandiri, kadrlar və nizami bölmə rəisinin müavini kimi hərbi xidmət keçib, ehtiyatda olan baş leytenantdır. Hərbidən sonra fasilələrlə Cəmşid Naxçıvanski adına Hərbi Litseydə, Azərbaycan Milli Məclisinin Aparatında işləyib. == Fəaliyyəti == Mətbuatda ilk yazısı 1992-ci ildə "Azərbaycan" qəzetində dərc olunub. Müxtəlif mətbu orqanlarda, o cümlədən, "Avrasiya", "Kino", "Ayna", "Panorama", "Hürriyyət", "Vətəndaş Həmrəyli", "Xural", "Ekspress" qəzetlərində çalışıb.
Tumaslı
Tumaslı (Bərdə) — Azərbaycanın Bərdə rayonunda kənd Tumaslı (Şərur) — Azərbaycanın Şərur rayonunda kənd. Tumaslı (dağ) — Cəbrayıl rayonu ərazisində dağ.
Tumaslı (Bərdə)
Tumaslı — Azərbaycan Respublikasının Bərdə rayonunun inzibati ərazi vahidində kənd.
Tumaslı (dağ)
Tumaslı — Azərbaycan Respublikası Cəbrayıl rayonunun ərazisində, Qarabağ silsiləsinin cənub hissəsində yerləşən dağ. Hündürlüyü 1580 metrdir. Dağ Tumas kəndinin şimalındadır. Yerli əhali arasında Tumas dağı olaraq bilinir. Öz adını yaxınlığında yerləşən dağdan almışdır.
Tumaslı (Şərur)
Tumaslı — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda kənd. == Tarixi == Bu kəndin yaranma tarixi və adı tarixçilər tərəfindən araşdırılmamışdır. Lakin adının etimologiyası bu kəndin qədimliyinə sübutdur. Kəndin adının etimologiyasını iki variantda izah edilir. Birinci variantda, bunu Asiya qitəsinə adı verilmiş çox qədim "As/Az" tayfasının izləri (Tum/tüm+as/+lı) açıq göründüyü üçün bu kəndin "Tum (tüm/bütün?) + As tayfısının yaşadığı yer" mənasını verdiyini güman etmək olar. "-lı" isə yer, mənsubluq bildirən şəkilçidir. İkinci variantda, kəndin adının qədim türk dilində mövcud olan "Tumas" şəxs adı ilə bağlı ola bilməsi ehtimalıdır. Bu halda kəndin adının "Tumas ailəsinin (və ya qəbiləsinin) yaşadığı yer ("lı" isə yer, mənsubluq bildirən şəkilçidir) mənasını verdiyini iddia etmək olar. Bərdə rayonunda eynilə bu adda kənd mövcuddur. Oxşar ada Qubadlı rayonunun Çay Tumas və Cəbrayıl rayonunun Dağ Tumas kəndlərində də rast gəlinir.
Tumaslı mədrəsəsi
Tumaslı mədrəsəsi — Qarabağda yerləşən qədim mədrəsə. == Haqqında == Mədrəsə Dizaq mahalı,Tumaslı kəndində yerləşirdi.Dövrün görkəmli ədiblərindən olan Molla Vəli Vidadi müəyyən müddət bu mədrəsədə müəllimlik etmişdi. Mədrəsədə təhsil alan şagirdlərin əksəriyyətini sunnilər təşkil edirdi. XIX əsrin əvvəllərində mədrəsədə müəllim edən şəxslər arasında Mahmud əfəndi Tumaslı (1781–1842), Molla Mustafa Tumaslı və başqaları var idi. Mədrəsədə təhsil görmüş şagirdlərdən bəziləri İstanbula da göndərilmişdi. Mədrəsənin tələbələrindən biri kimi xəttat Omsan Tumalıni nümunə göstərmək olar. Mədrəsəyə hamilik edən şəxs Mikayıl sultan Həsən ağa oğlu Tumaslı (1781–1847) idi.
Tuman
Teoman xan (çin. - 頭曼 ; e. ə. III əsr) — Hunların bilinən ilk hökmdarı. Mete xaqanın atasıdır. E.ə. III əsr ərəfələrində yaşayan Teoman ilk böyük Hun hökmdarıdır. Fərqli Türk boyları arasında birliyi təmin edərək, mərkəzi bir idarə qurmuş və beləcə e.ə. 220-ci ildə ilk Hun xaqanı olaraq iş başına keçmişdir. Türk boyları o zamana qədər ən yaxınlıqdakı Çin İmperatorluğuna bir çox axın reallaşdırmışdı, hər nə qədər bu axınlar Çinlilər üçün təhdid kimi görünsə də, Türk boyları heç bir zaman birlikdə hərəkət etmədikləri üçün böyük bir Hun axını olmamışdı.
Tumar
Tumar — türk, altay və orta asiya türk birlikləri xalq mədəniyyətində və xalq inancında tilsim. Tomar olaraq da deyilər. Bəzi xəstəlikləri, pislikləri və nəzəri uzaqlaşdırmaq üçün boya asılan və ya üstdə daşınan yazılı kağız. Ümumiyyətlə ola biləcək bir xəstəlikdən qorunmaq məqsədi ilə və ya müalicə üçün daşınar. Əksəriyyətlə üçbucaq formasındadır. Dəri, meşin, gümüş və qızıl örtüklər içinə qoyularaq boyuna asılır ya da qola ilişər. Dörd bucaqlı olan və xamaylı (xamayıl) adıyla bilinən növü bütün İslam dünyasında məşhur şəkildə istifadə edilir. Muskalara surə, ayə, hədis və ya bir dua yaxud da Allahın adları yazılar. Bundan başqa mələklərin, peyğəmbərlərin, hətta əfsanəvi şəxslərin adları və aydın olmaz sehrli sözlər, işarələr, ulduz işarələri, rəqəmlər, insan və heyvan şəkilləri ilə qəribə hərf şəkilləri belə yazılıb çəkilmişdir. İslam inancı isə köməyin yalnız Allahdan dilənməsi vurğulamışdır və tilsimlere çox da çox icazə verilməmişdir.
Ambruaz Tomas
Şarl Luis Ambruaz Tomas (fr. Charles Louis Ambroise Thomas; 5 avqust 1811, Meç — 12 fevral 1896, Paris) — fransız opera bəstəkarı, Fransa İnstitunun üzvü, 25 il Paris konservatoriyasının direktoru. Uşaqikən Tomas əla musiqi qabiliyyətinə malik olmuşdur. Atasının rəhbərliyo altında məşhurlaşır. Paris konservatoriyasında Durlenin (harmoniya), Leskürün (kompazisiya nəzəriyyəsi), Kalkbrennerin (fortopiano) tələbəsi olmuşdur. Daha sonra 3 il İtaliyada yaşadıqdan sonra 1866 cı ildə ilk Minyon və sonra 1868 ci ildə Hamlet operalarını yazır. Hər iki opera bütün məşhur opera səhnələrini dolaşmış olur. Daha sonra Qaraçı, Betti və Tufan, Raymon kimi operalarını yazır. 1852 ci ildən Paris konservatoriyasında dərs demiş 1871 ci ildən isə ona rəhbərlik etmişdir. Bəstəkar Jül Massne onun parlaq tələbələrindəndir.
Antonia Tomas
Antoniya Lora Tomas (ing. Antonia Laura Thomas; 3 noyabr 1986) — Böyük Britaniya aktrisası. "Misfits" serialında Alişia Beyli roluna görə tanınır. == Karyerası == Antonia Tomas London şəhərində anadan olub və böyüyüb. Uşaqlıqda Antonia Çelsi İncəsənət Kollecinə daxil olur. Lakin daha sonradan teatr dərnəklərinə yazılır və 2001-ci ildə Gənc Tamaşaçılar Teatrına daxil olur və qastrollarda iştirak edir. 2006-2009-cu illərdə Bristol şəhərində yaşayır və Old Vik teatr məktəbində təhsil alır. 2009-cu ildə televiziyada ilk rolunu Misfits teleserialında alır. Bu serialda Antonia Alişia Beyli rolunu ifa edir. Qısa zamanda serial böyük populyarlıq qazanır və 2010-cu ildə BAFTA (British Academy of Film and Television Arts) mükafatına layiq görülür.
Cennifer Tamas
Cennifer Tamas — keçmiş ABŞ voleybolçusu 1982-ci ildə Kaliforniya ştatında anadan olan voleybolçu 2001-ci ildən milli komandaya çağırılır. 191 sm boyu olan Cennifer Pekin-2008-in gümüş, dünya kubokunun və Panamerika Oyunlarının bürünc medalına sahib olub. Onun ən böyük uğuru bu il keçirilən Dünya Qran-prisinin finalına təsadüf edib və Tamas yığma ilə birlikdə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Amerikalı voleybolçu 2009/2010 mövsümünü Puerto-Riko çempionatında keçirib. O, "Llanares of Toa Baja" klubunun şərəfini qoruyub və komandası ölkə çempionatını 2-ci yerdə başa vurub. 2010-cu ildə Azərreyl Bakı komandasına transfer olub. Son komandası isə daha sonradan bu klubun əsas komandası çevrilən Azəryol olmuşdur. 2013-cü ildə bu klubda karyerasını başa vurmuşdur.
Demien Tomas
Demien Tomas (ing. Damien Thomas) - Böyük Britaniya aktyorudur.
Katolikos Tomas
Katolikos Tomas - Albanların LXX (70-ci) katolikosu. == Katolikosluğu == Haqqında heç bir məlumat yoxdur. Gəncəsər monastırında katolikos siyahısında göstərilir.
Klarens Tomas
Klarens Tomas (23 iyun 1948) — Amerikalı vəkil, 1991-ci ildən bəri ABŞ Ali Məhkəməsinin hakimi. Ali Məhkəmədəki ikinci Afrikalı Amerikalıdır. ABŞ Ali Məhkəməsinin onilliklərdəki ən mühafizəkar hakim hesab edildi. Atası ailəsini erkən tərk etdiyi üçün anası və babası tərəfindən böyüdülmüşdür. Gəncliyində zənci tələbələrin irqi ayrı-seçkiliyə qarşı etirazlarına qatıldı. Vusterdə Müqəddəs Xaç Kollecini və Yel Universiteti Hüquq Fakültəsini bitirib. 1974–1977-ci illərdə Missuri Baş Prokurorluğunda, 1979–1981-ci illərdə senator Con Denfortun köməkçisi olmuşdur. 1981-ci ildə ABŞ-nin İnsan Haqları üzrə Təhsil Katibinin köməkçisi oldu və 1982-ci ildə Məşğulluq Bərabərliyi Komissiyasının prezidenti seçildi. 1990-cı ildə Prezident Corc Buş onu Kolumbiya Bölgəsi Apellyasiya Məhkəməsinin hakimi təyin etdi. Ağır cinayətlər törətmiş əqli cəhətdən geri qalan insanlar üçün edam cəzasının tətbiqini dəstəkləmək də daxil olmaqla bir sıra məsələlərdə sərt fikirləri ilə tanınır.
Sen-Tomas
Sen-Tomas — ABŞ-nin Vircin adaları, Karib dənizində yerləşən Amerika Birləşmiş Ştatlarının birləşməmiş ərazisi. Ada, ərazinin paytaxtı — Şarlotta Amaliya limanı. Əhalisi (2010-cu ilin siyahıya alınması üzrə) 51 634 nəfərdir. ABŞ Vircin adalarının ümumi əhalisinin 48,5% . Ərazisi — 80,91 km². == Tarixi == Ada əvvəlcə təxminən 1500 il əvvəl Siboney qəbiləsinin hindilər tərəfindən məskunlaşmışdı. Onları avaraki qəbiləsi və sonra kariblər əvəz etdi. Sen-Tomas Amerikaya ikinci səfəri zamanı 1493-cü ildə Xristofor Kolumb tərəfindən aşkar edildi. Tezliklə adada olan hindilər Avropalıların gətirdiyi xəstəliklərdən öldülər və adanın bir yarım əsrdə quldurları tərəfindən istifadə edildi. 1917-ci ildə, Sen-Tomas Sen Con, Santa Kruz və kiçik olan adaları ilə birlikdə ABŞ Danimarkadan 25 milyon dollar almışdı.
Sent-Tomas
Sen-Tomas — ABŞ-nin Vircin adaları, Karib dənizində yerləşən Amerika Birləşmiş Ştatlarının birləşməmiş ərazisi. Ada, ərazinin paytaxtı — Şarlotta Amaliya limanı. Əhalisi (2010-cu ilin siyahıya alınması üzrə) 51 634 nəfərdir. ABŞ Vircin adalarının ümumi əhalisinin 48,5% . Ərazisi — 80,91 km². == Tarixi == Ada əvvəlcə təxminən 1500 il əvvəl Siboney qəbiləsinin hindilər tərəfindən məskunlaşmışdı. Onları avaraki qəbiləsi və sonra kariblər əvəz etdi. Sen-Tomas Amerikaya ikinci səfəri zamanı 1493-cü ildə Xristofor Kolumb tərəfindən aşkar edildi. Tezliklə adada olan hindilər Avropalıların gətirdiyi xəstəliklərdən öldülər və adanın bir yarım əsrdə quldurları tərəfindən istifadə edildi. 1917-ci ildə, Sen-Tomas Sen Con, Santa Kruz və kiçik olan adaları ilə birlikdə ABŞ Danimarkadan 25 milyon dollar almışdı.
Stafford Tomas
Tomas Patten Stafford (ing. Thomas Patten Stafford; 17 sentyabr 1930, Vezerford[d], Oklahoma) — ABŞ astronavtı, HHQ briqada generalı. == Fəaliyyəti == 1952-ci ildə ABŞ Hərbi Dəniz Akademiyasını bitirmişdir. 1962-ci ildə ABŞ Aeronavtika və Kosmik Tədqiqatlar üzrə Milli İdarəsinin (NASA) astronavtlar qrupuna daxil edilmişdir. 1965-ci il dekabrın 15–16-da "Cemini-6" kosmik gəmisinin 2. pilotu kimi kosmosa uçmuş (U. Şirra ilə birlikdə), 25 saat 51 dəqiqə ərzində Yer ətrafında 17 dövr etmişdilər. 1966-cı ilin iyulun 3–6-da "Cemini-9" kosmik gəmisinin komandiri kimi kosmosa uçmuş (Y. Sernanla birlikdə), 72 saat 21 dəqiqə ərzində Yer ətrafında 45 dövrə vurmuşdur (1.8 milyon kilometrdən çox). 1969-cu ilin mayın 18–26-da "Apollon-10" kosmik gəmisində Ayın süni peyki orbitinə çıxmış (C. Yanq və Y. Sernanla birlikdə), kosmik gəmidən ayrılan Ay kabinəsində Ayın səthinə 15 km yaxınlaşmışdır (Y. Sernanla). 8 saatdan sonra Ay kabinəsi təkrar kosmik gəmi ilə birləşmişdir. Uçuş 192 saat 3 dəqiqə davam etmişdir.
Sumas (Vaşinqton)
Sumas (ing. Sumas) — ABŞ-nin Uatkom əyaləti, Vaşinqton ştatında şəhər. 2010-cu il əhalinin siyahıyaalınması məlumatlarına əsasən şəhərin əhalisi 1307 nəfər olmuşdur. Kanada ilə həmsərhəsddir. Şəhər ərazisində 24 saat fəaliyyət göstərən sərhəd keçid məntəqəsi vardır. == Tarixi == Sumas sözünün mənası "ağaçsız torpaq" deməkdir. 1850-ci ildə əraziyə ağdərililər gəldikdə burada Nuksak qəbiləsindən olan hindular yaşayırdılar. 1872-ci ildə Robert Conson burada yaşamağa başlayan ilk ağdərili oldu. 1875-ci ilin sonunda Bellinqhamdan indiki Everson şəhərinin ərazisinə ilk yol çəkilsə də, hələ də bu ərazidən Sumasa getmək üçün yeganə vasitə su yolu idi. 1870-ci illərin axırlarında burada daimi yaşayış məskənləri əmələ gəlməyə başladı.
Tomas Addison
Tomas Addison (ing. Thomas Addison; 2 aprel 1793 – 29 iyun 1860[…], Brayton, Şərqi Susseks qraflığı[d]) — İngiltərə həkimi, klinisisti və patanatomu. == Həyatı == Tomas Addison 2 aprel 1793-ci ildə İngiltərədə anadan olmuşdur. O, Edinburq tibb məktəbini bitirmiş, London xəstəxanalarında işləmişdir. Ağciyərin patologiyasına aid qiymətli əsərləri var. Addison böyrəküstü vəzinin Addison xəstəliyini ilk dəfə təsvir etmişdir. O, 29 iyun 1860-cı ildə, 67 yaşında Brayton şəhərində vəfat etmişdir. == İstinadlar == == Əlavə ədəbiyyat == Benjamin, John. Addison, Thomas // Dictionary of Scientific Biography. 1.
Tomas Anders
Tomas Anders (alm. Thomas Anders‎, 1 mart 1963) — Alman pop ifaçısıdır, musiqi yazan və prodüseri, Modern Talking duetinin iştirakçısı. == Həyatı == Tomas Anders 1963-cü ildə alman və italyan əsilli ailədə Kolbens şəhərində anadan olmuşdur. Uşaqlıqda gitara və fortepianoda çalmağı öyrənmişdir. 1979-cu ildə "Radio-Lüksemburq" yarışmasının qalibi olmuşdur. Onun ilk sinqlı "Judy" 1980-ci ildə çıxır. 1984-cü ildə isə Anders Diter Bolen ilə tanış olur. Bu musiqiçilərin görüşməsinə əsas səbəkar "Hansa" Berlin səsyazma studiyası olmuşdur. Bəstəkar və prodüsser Diter Bolen özünün "Was macht das schon" adlı mahnısını ifa etmək üçün Tomas Andersi Hamburqa dəvət edir. Diterin təklifinı cavab olaraq Tomas dərhal Hamburqa uçur və mahnı üzərində çalışmalara başlayır.
Tomas Andreu
Tomas Andreu (ing. Thomas Andrews; 7 fevral 1873[…] – 15 aprel 1912[…], Titanik) — gəmi mühəndisi.
Tomas Arçer
Tomas Arçer (ing. Thomas Croxen Archer; 1817[…] – 19 fevral 1885) — Böyük Britaniya botaniki. == Elmi fəaliyyəti == Tomas Arçer toxumlu bitkilər üzrə ixtisaslaşmışdır. == Əsərləri == == Təsnif etdiyi taksonlar == Leopoldinia piassaba Wallace ex Archer Mauritia carana Wallace ex Archer Olearia fulvida Archer ex Kuntze Olearia rugosa Archer ex Kuntze == İstinadlar == == Ədəbiyyat == C.D. Waterston; A. Macmillan Shearer. 2006. Former Fellows of The Royal Society of Edinburgh, 1783–2002, Royal Society of Edinburgh (Edinburgo) : 1024 pp.
Tomas Bartolin
Tomas Bartolin (Böyük) (dan. Thomas Bartholin den ældre; 20 oktyabr 1616, Kopenhagen — 4 dekabr 1680, Kopenhagen) — danimarkalı həkim-anatomu və riyaziyyatçı alimi. O, insanın limfa sisteminin kəşfindən sonra məşhurlaşmışdır. Donma zamanı keyləşmənin ilk elmi izahını Tomas Bartolin vermişdir.
Tomas Bax
Tomas Bax (alm. Thomas Bach‎; d.29 dekabr 1953) — alman və beynəlxalq olimpiya hərəkatının nümayəndələrindən biri, 10 sentyabr 2013-cü ildən Beynəlxalq Olimpiya Komitəsinin 9-cu və hal-hazırkı prezidenti, əvvəllər Almaniya Olimpiya idman konfederasiyasının prezidenti (2006-2013), İdman arbitraj məhkəməsinin Apelyasiya komitəsinin sədri, qılıncoynatmanın rapira növü üzrə komanda yarışlarında 1976-cı il Yay Olimpiya Oyunlarının və 1977-ci il dünya çempionatının qalibi.
Tomas Bayes
Tomas Bayes (ing. Thomas Bayes; təxm. 1701, London – 7 aprel 1761, Tanbric-Uells) — ingilis riyaziyyatçısı, presviterian keşişi. London Kral Cəmiyyətinin üzvü (1742). == Həyatı == 1701-ci ildə Londonda anadan olub. Presviterian keşişi olan atası Coşua Bayes Şeffilddən olan tanınmış nonkonformist ailənin nümayəndəsi idi. Tomas evdə təhsil alırdı və 1719-cu ildə məntiq və ilahiyyat oxumaq üçün Edinburq Universitetinə daxil oldu. 1722-ci ildə evə qayıtdıqdan sonra, Bayes atasına kilsədə ayinlərin təşkilində kömək etməyə başladı və çox keçmədən 30-cu illərdə özü də presviterian kilsəsində keşiş oldu. 1734-cü ildə Kent qraflığındakı Tanbric-Uellsə köçdü. 1752-ci ildə təqaüdə çıxdı.
Tomas Benoist
Tomas Benoist (ing. Thomas W. Benoist; 29 dekabr 1874, İrondale[d], Missuri – 14 iyun 1917, Sandaski[d], Ohayo) — Amerikalı aviator və təyyarə istehsalçısı idi. Yalnız on il aviasiya karyerasında dünyanın ilk aviasiya hissələri istehsal edən şirkət qurdu həmçinin ABŞ-nin qabaqcıl istehsalçılarından və müvəffəqiyyətli bir uçuş məktəbindən birini qurdu və 1914-cü ilin yanvar ayından etibarən dünyanın ilk hava yolu şirkətini qurdu. == Həyatı == Thomas Wesley Benoit Irondeyle, Missouridə 29 dekabr 1874 anadan olmuşdur. St Louis, Missuri ştatında ilk sənayeçilərdən biri, 1904-cü ilə avto sənayesində uğurlu bir iş adamı idi. == Aerosko şirkəti == 1907-ci ildə, Benoit, E. Percy Noel ilə əməkdaşlıqda Aerosco təyyarə üçün ehtiyat hissələrini istehsal etmək məqsədi ilə dünyanın ilk distribyutoru kimi tanınan “Aeronautic Supply Company” qurdu. Aerosco ilk növbədə özünü aviasiya təcrübələrində istifadə üçün xammal və hissələri ilə işləməyi məhdudlaşırdı, lakin tezliklə müştərilərə, Blériot monoplane, Curtiss biplanes və Wright Flyers kimi aparıcı istehsalçıları da daxil olmaqla, Təyyarələri tam yığmağa imkan verən dəstləri satmaq üçün genişləndi . Aviasiya mövzularında geniş məzmunda kitablar satdı. == Pilotluq təcrübəsi == Benoit tezliklə “Curtiss Howard Gill “ inşa təyyarə növü alıb və 18 sentyabr 1910-cu ildə “Kinloch Park Aero Club”da ilk uçuş edərək təcrübə toplamışdır.O Cənubi Amerika Birləşmiş Ştatlarında uçuş qəzası əsnasında yaşanan travma səbəbi ilə, oktyabr ayının ortalarında 1910 – cu ildə beynəlxalq aviasiya görüşdə iştirak edə bilməmişdir. == Aerosko uçuş məktəbi və Benoist Təyyarə Şirkəti == 1911-ci ilin martında Benoit Kinloch öz sahəsində aerokosmik uçuş məktəbi yaratdı və tezliklə ABŞ-dən tələbələri cəlb etdi.
Tomas Biçem
Tomas Biçem (29.4.1879, Liverpul yaxınlığında Sent-Helens – 8.3.1961, London) — ingilis dirijoru, impresario. == Həyatı == İri əczaçılıq fabrikinin sahibi və musiqi həvəskarı C. Biçemin oğludur. Sistemli musiqi təhsili almamış, kompozisiyanı Ç. Vud və M. Moşkovskidən öyrənmişdir. Dirijor kimi debütü Şekspir memorial teatrında (Klapem, 1905) olmuşdur. 1909-cu ildə öz simfonik orkestrini yaratmışdır. Londondakı “Kovent-Qarden” teatrının dirijoru (1910-cu ildən, 1932– 39-cu illərdə baş dirijor və bədii rəhbər; sonuncu çıxışı 1951-ci ildə olmuşdur). Böyük Britaniyada Dyagilevin rus baletinin (1911, 1913), çıxışlarını, M.P. Musorqski, N.A. Rimski-Korsakov və A.P. Borodinin operalarının London premyeralarını təşkil etmişdir. == Fəaliyyəti == London filarmonik (1932-ci ildən) və Kralfilarmonik (1946–60) orkestrlərinin yaradıcısı, rəhbəri və dirijoru olmuşdur. Ən böyük xarici orkestrlərlə qastrolda olmuşdur (o cümlədən Nyu-York, Boston, Berlin filarmonik orkestrləri ilə), məşhur opera teatrlarında (o cümlədən “Metropoliten-opera”, 1942–44) işləmişdir.Biçemin son çıxışı 1960-cı ildə olmuşdur. Repertuarı klassik və romantik operalardan ibarət idi (V.A. Mot sartın “Hamı belə edir” operasını səhnə üçün bərpa etmişdir), Barokko bəstəkarlarından G.F. Hendelə üstünlük verirdi, 20-ci əsr musiqisini özünün seçimi ilə ifa edirdi: R. Ştrausun “Salomeya” və “Elektra” (1910), “Qızıl gül kavaleri” və “Ariadna Naksosda” operalarının London premyeralarına (1913) dirijorluq etmiş, ömrüboyu dostu F. Diliusun musiqisini (onun ən gözəl ifaçısı sayılır) təbliğ etmişdir.
Tomas Bradvardin
Tomas Bradvardin (ing. Thomas Bradwardine; 1300 – 1349) — İngilis riyaziyyatçısı və ilahiyyatçısıdır; ən böyük maraq doğuran "Nəzəri həndəsə" əsərində o, ulduzşəkilli çoxbucaqlılar, izoperimetriya məsələlərinə baxmışdır; ilk dəfə riyazi mənada "irrasional" terminini işlətmişdir.
Tulaş
Tulaş və ya Tolaşt (fars. طولش‎) — İranın Ərdəbil ostanının Xalxal şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 1,372 nəfər yaşayır (306 ailə).
Tamaş Farkaş
Tamaş Farkaş (d. 18 oktyabr 1995) — Serbiyalı üzgüçü. Tamaş Farkaş Serbiyanı 2019-cu ildə XVIII Su idman növləri üzrə Dünya Çempionatında təmsil etdi. == Karyerası == Tamaş Farkaş birinci dəfə Dünya Çempionatına 2019-cu ildə qatıldı. O, Kvanjuda baş tutan XVIII Su idman növləri üzrə Dünya Çempionatında kişilər 5 km məsafəyə açıq hovuz üzgüçülüyü yarışlarında iştirak etdi. 53:44.5 saniyəlik nəticə ilə 27-ci yeri tutdu və yarışı başa vurdu.
Tamaş Koloşvari
Tamaş Koloşvari (mac. Kolozsvári Tamás, XIV əsr, bilinmir – XV əsr)— XIV əsrin II yarısı XV əsrin əvvəllərində yaşamış macar rəssam. Başlıca əsərləri: "İsanın çarmıxa çəkilməsi", "Diriliş", "Yüksəliş", "Müqəddəs Benedik", "Müqəddəs Egidius" ve "Müqəddəs Nikolas" və s.
Tomaş Pesyar
Tomaş Pesyar (d. 22 avqust 2002) — Slovakiyalı üzgüçü. Tomaş Pesyar Slovakiyanı 2019-cu ildə XVIII Su idman növləri üzrə Dünya Çempionatında təmsil etdi. == Karyerası == Tomaş Pesyar birinci dəfə Dünya Çempionatına 2019-cu ildə qatıldı. O, Kvanjuda baş tutan XVIII Su idman növləri üzrə Dünya Çempionatında kişilər 5 km məsafəyə açıq hovuz üzgüçülüyü yarışlarında iştirak etdi. 54:00.7 saniyəlik nəticə ilə 40-cı yeri tutdu və yarışı başa vurdu.
Tomaş Rositski
Tomaş Rositski (çex. Tomáš Rosický; d. 4.11.1980, Praqa, Çexiya) — çex futbolçu.