TƏLTİF
TƏMAYÜL
OBASTAN VİKİ
Dağlıq Qarabağ təmas xətti
Dağlıq Qarabağ təmas xətti (erm. շփման գիծ) — Dağlıq Qarabağ münaqişəsində Azərbaycan Silahlı Qüvvələri ilə Ermənistan Silahlı Qüvvələrini (yəni Dağlıq Qarabağ Müdafiə Ordusu) bir-birindən ayırır. O, 1994-cü ilin mayında Qarabağ müharibəsinə (1988-94) son verən atəşkəsdən sonra quruldu. Murovdağ dağ silsiləsi təmas xəttinin şimal hissəsi sayılır və mahiyyət etibarilə iki qüvvə arasında təbii sərhəddir. Təmas xəttinin uzunluğu 180 kilometrdən (110 mil) 200 kilometrə (120 mil) qədərdir. Təmas xətti 27 sentyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən yarılmışdır. Prezident İlham Əliyev xalqa müraciəti zamanı da bunu bildirmişdir. == Terminologiya == "Təmas xətti" ifadəsi rəsmi sənədlərdə və bəyanatlarda, o cümlədən ATƏT-in Minsk qrupu tərəfindən geniş istifadə olunur.Azərbaycanda Dağlıq Qarabağın işğal olunmuş ərazi olduğunu vurğulamaq üçün "təmas xətti" tez-tez "işğal xətti" adlanır.Ara Papyan da daxil olmaqla bəzi erməni analitiklər, Ermənistan tərəfini "təmas xətti" ifadəsindən çəkinməyə və oranı Artsax ilə Azərbaycan arasında olan "dövlət sərhədi" adlandırmağa çağırırlar. == Təsviri == Tomas de Vaalın sözlərinə görə, atəşkəsdən dərhal sonra təmas xəttini "tikanlı məftillər və səngərlərdə oturan yüngül silahlı əsgərlərdən ibarət nisbətən sakit bir zona" kimi qeyd edir. Atəşkəsdən sonra bəzi yerlərdə bir neçə kilometr enində olan nisbətən böyük neytral zona da mövcud idi.
Azərbaycan–Ermənistan arasında təmas xəttində toqquşma (2016)
Aprel döyüşləri, Aprel müharibəsi və ya Dördgünlük müharibə — 2016-cı il aprelin 1-dən 2-nə keçən gecədən başlayaraq Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin Qondarma Dağlıq Qarabağ Respublikasının hərbi birləşmələri arasında baş vermiş hərbi münaqişə. Aprel döyüşləri Dağlıq Qarabağda 1994-cü ildə atəşkəs haqqında saziş imzalandıqdan bəri ən şiddətli döyüşlər idi. Döyüşlər Azərbaycan Silahlı Qüvvələrinin qələbəsi ilə nəticələnmiş, Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər, Cəbrayıl rayonunun Lələ təpə yüksəkliyi və Cocuq Mərcanlı, Goranboy rayonunun Gülüstan kəndi, Tərtər rayonunun Qazaxlar kəndi və Tərtər rayonunun Suqovuşan kəndi istiqamətində yollar düşməndən azad olunmuşdur.5 apreldə hər iki tərəfin razılığı və beynəlxalq qurumların müşahidəsi ilə yenidən atəşkəs müqaviləsi imzalanmışdır. Buna baxmayaraq, Ermənistan tərəfindən dəstəklənən seperatçı qüvvələr atəşkəs imzalanmazdan bir neçə saat sonra onu dəfələrlə pozmuşdur. Azərbaycan Respublikasının verdiyi rəsmi məlumata görə Azərbaycan Silahlı Qüvvələri 2,000 hektarlıq ərazini azad etmişdir, ancaq Ermənistan tərəfi bu ərazinin ölçüsünün sadəcə 800 hektar olduğunu və heç bir strateji əhəmiyyətə malik olmadığını iddia edir.Amerika Birləşmiş Ştatları Dövlət Departamentinin hesablamalarına görə, dörd gün davam edən döyüşlər zamanı həm hərbi, həm də mülki olmaqla təxminən 350 nəfərin həyatını itirdiyini açıqlamışdır. == Zəmin == Aprel döyüşləri özünün həcminə görə 12 may 1994-cü ildə razılaşdırılmış atəşkəs rejimindən sonra Azərbaycan qoşunların təmas xəttində baş vermiş ən böyük hərbi qarşıdurma idi. Aprel döyüşlərinin başlanması barədə müxtəlif fikirlər vardır. Bəzi siyasi şərhçilərə görə, döyüşlərin əsl təşəbbüskarı Rusiya və ya Türkiyə idi. Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyan 2019-cu ildə verdiyi açıqlamada Aprel döyüşlərinə hazırlıqla bağlı məlumatı hərbi birləşmənin kəşfiyyatı verdiyini, lakin konkret hansı günlər hücum ediləcəyi barədə məlumatın olmasını bilmədiyini bildirib. == Döyüşlər == Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sarkisyan aprelin 2-də erkən saatlarda Birləşmiş Ştatlarda Nüvə Təhlükəsizliyi Sammitindən evə qayıdırdılar, bu zaman təmas xəttinin şimal-şərq, şərq və cənub-şərq sahələrində genişmiqyaslı döyüşlər baş verdi.
Odla Təmasda (1972)
== Məzmunu == Film Azərbaycan xalqının bir çox ölkələrlə siyasi, iqtisadi və mədəni əlaqəsinə həsr olunmuşdur. Kinolentin ilk kadrlarından bəlli olur ki, Bakının yaşı min ildən çoxdur. Abşeron nefti hələ Makedoniyalı İsgəndərin zəmanəsində "odlu yağ" adı ilə məşhurmuş. Filmdən bu da məlum olur ki, Azərbaycanın xarici ölkələrlə əlaqəsi ta qədimdən bu günədək ardıcıl olaraq mövcud imiş. Və bu mövcudluq Azərbaycan, Hindistan neftçilərinin dostluğunda, Bakıda keçirilən Asiya, Afrika və Latın Amerikası yazıçılarının beynəlxalq konfransında, görkəmli balet ustası, SSRİ Xalq artisti Qəmər Almaszadənin Bağdad milli balet məktəbinə rəhbərliyini əks etdirən kinokadrlarda təzahür olunur. Eyni zamanda göstərilir ki, Azərbaycanın xarici ölkələrlə mədəni-iqtisadi əlaqəsi gündən-günə inkişaf edir.
Odla təmasda (film, 1972)
== Məzmunu == Film Azərbaycan xalqının bir çox ölkələrlə siyasi, iqtisadi və mədəni əlaqəsinə həsr olunmuşdur. Kinolentin ilk kadrlarından bəlli olur ki, Bakının yaşı min ildən çoxdur. Abşeron nefti hələ Makedoniyalı İsgəndərin zəmanəsində "odlu yağ" adı ilə məşhurmuş. Filmdən bu da məlum olur ki, Azərbaycanın xarici ölkələrlə əlaqəsi ta qədimdən bu günədək ardıcıl olaraq mövcud imiş. Və bu mövcudluq Azərbaycan, Hindistan neftçilərinin dostluğunda, Bakıda keçirilən Asiya, Afrika və Latın Amerikası yazıçılarının beynəlxalq konfransında, görkəmli balet ustası, SSRİ Xalq artisti Qəmər Almaszadənin Bağdad milli balet məktəbinə rəhbərliyini əks etdirən kinokadrlarda təzahür olunur. Eyni zamanda göstərilir ki, Azərbaycanın xarici ölkələrlə mədəni-iqtisadi əlaqəsi gündən-günə inkişaf edir.

Digər lüğətlərdə

би... вживля́ться диморфи́зм ка́мер-паж креп-жакка́рд очерня́ть перече́рчивание побеснова́ться сканда́лище же́лчь загаси́ть ко́мом неприе́млемый ame damnee bergamot tree bridle-wise Burgundy mixture excrement guzzler particularize party pooper scaler ангидрид освещаться семисотый