Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Udi dili
Udi dili – Udilərin dili. Qafqazın qədim sakinlərindəndir, dilləri Qafqaz dilləri ailəsinin ləzgi yarımqrupuna məxsus olub, çoxlu qədim ünsürləri özündə qoruyub saxlaya bilmişdir. == Dialektlər == Udin dili iki dialektə — Nic və Vartaşen dialektinə bölünür. Nic dialekti də öz növbəsində 3 hissəyə bölünür: aşağı, aralıq və yuxarı. Vartaşen dialekti də öz növbəsində 2 hissəyə bölünür: vartaşen və oktomberi (zinobiani). Oktomberi danışıq tərzi çoxda Vartaşen dialektindən fərqlənmir,Belə ki Udinlər Vartaşendən Oktomberiyə 1922 ildə köçüblər Udi dilində 10.000 çox insan danışır. Amma Udi dili yazısız dil kimi tanınır, lakin son zamanlar yazılış formasını yaratmaq üçün işlər görünür. Udi dili yalnız məişətdə istifadə olunur. 13-22 aprel 2009-cu il rəsmi əhali siyahıyaalınmasına əsasən ana dili udin dili olan Azərbaycan vətəndaşlarının sayı 3.795 nəfərdir. == Udi əlifbası == Latın əlifbası əsasında yaradılmış Udi əlifbası 1934-cü ildə Fyodor Ceyrani və Mixail Ceyrani tərəfindən Suxumidə yayımlanmış "Samçi dəs" (Birinci dərs) kitabında tərtib olunmuşdur.Kiril əlifbası əsasında yaradılmış Udin dilinin əlifbası (1974-cü il):.
Udi təqvimi
Udi təqvimi (udi. tumargir) — Udilər tərəfindən istifadə olunan təqvim. Qriqorian təqviminə görə hazırlanıb Qafqaz Albaniyası təqvimindən götürülmüşdür. 2013-cü ildən Alban-Udi icması tərəfindən çap olunur və pulsuz paylanır.
Alban-udi xristian icması
Udi xalqı (film, 1993)
== Məzmun == Kinolent Azərbaycan Respublikası ərazisində yaşayan, öz adət-ənənəsini, dilini qoruyub saxlayan udin millətinin timsalında azsaylı xalqların etnogenezisinə həsr olunmuşdur. == Film haqqında == Film "Azərkinovideo" İB-nin sifarişi ilə çəkilmişdir.
Audi
Audi AG ([ɑʊdɪ]) — avtomobillər istehsalında ixtisaslaşan Volkswagen Group konsernində Audi markası altında Almaniya avtomobil istehsalçısı. Baş ofis Inqolştadtda (Almaniya) yerləşir. Sloqanı Vorsprung durch Technikdir ("Texnologiya ilə tərəqqi"). 2016-cı ildə istehsal həcmi 1,903,259 avtomobil təşkil edib. 2012-ci ildə Alman avtomobil mütəxəssisləri Audini ən yaxşı istifadə edilən avtomobil kimi qiymətləndirdi. == Tarixi == Audi DKW, Horch, Audi və Wanderer markaları altında avtomobil və motosiklet istehsal edən dörd şirkətin birləşməsi nəticəsində meydana gələn Auto Union birliyininin davamçısıdır. Dəyişikliklər nəticəsində yalnız Audi markası qalmışdır. İlk Wanderer avtomobili 1913-cü ildə çıxdı, ilk öz müəssisəsi isə (Horch & Co.) 1899-da təşkil edilən və kreditorlar işdən çıxdıqdan sonra 1909-cu ildə isə Audi ortaya çıxdı. 1910-cu ildə ilk avtomobil istehsal olundu. Almancadan tərcümədə Horx (Horch) "qulaq asmaq" deməkdir.
Cudi
İbrahim şah Ludi
İbrahim şah Ludi(puşt. ابراهیم لودي, urdu ابراہیم لودی; XV əsr, Dehli – 21 aprel 1526) — Ludilər sülaləsindən Hindistan hökmdarı. == Həyatı == Sultan İskəndər şah Ludinin böyük oğludur. Atasının ölümünə görə 22 noyabr 1517-ci ildə taxta çıxdı. Hökmdarlığını qəbul etmeyen müxalifləri, qardaşı Cəlal xanın ətrafında toplanıb onu Cavnpur hökmdarı elan edərək ölkəni ikiyə bölmək istədilər. İbrahim Ludi həmən qardaşının üzərinə bir ordu göndərdi. Məğlub olan Cəlal xan, Siqhlərin əlindəki Qevaliyara sığındı. İbrahim Qevaliyarı da mühasirə etdi və Cəlal xanı ələ keçirərək adamlarıyla bərabər həbsə atdı. Cəlal xan bir müddət sonra həbsxanada öldü. İbrahim şah daha sonra, dövlət adamlarının ona qarşı sadiq davranmadığı gərəkçəsiylə sərt bir idare tərzi menimsədi və bir çox irəli gələn əyan-ərkanı basqıya məruz qoyaraq özündən soyutdu.
Vudi Allen
Vudi Allen (tam adı: Allen Stüart Koniqsberq; 30 noyabr 1935, Bronks, Nyu-York, ABŞ və ya Nyu-York, Nyu-York ştatı) — Amerika kino rejissoru, ssenari müəllifi, aktyoru və prodüseri. Yəhudi ailəsində doğulmuşdur. İlk filmini ("Nə olub, pələng səhləbi?") 1966-cı ildə çəkib. Həmçinin pyeslərin ("Suyu içməyin", "Üzən kiçik lampa" və s.) və hekayələr məcmuələrinin müəllifidir. 1977-ci ildə "Enni Holl" çəkdiyi filmi üç Oskar mükafatı qazandı. 1985-ci ildə isə Allen Qızıl Qlobus aldı. Daha bir neçə mükafata layiq görülüb. Caz həvəskarı olan Allen həm də klarnet çalır.
Vudi Herman
Vudi Herman (ing. Woodrow Charles Thomas Herman, «Woody» Herman; 16 may 1913[…], Miluoki, Viskonsin – 29 oktyabr 1987[…], Los-Anceles, Kaliforniya) — Amerika cazmeni. == Həyatı == V.Herman 1913-cü il mayın 16-da Viskonsin ştatının Miluoki şəhərində dünyaya gəlib. 6 yaşı olanda kiçik məclislərdə çıxış etməyə başlayıb. Artıq 9 yaşında Vudi saksofonda ifa etməyi bacarırdı. 11 yaşında isə əlinə klarnet götürdü. Dörd ildən sonra Vudi yaxşı musiqiçilərdən sayılırdı. Lakin Vudi bununla kifayətlənmək istəmirdi və 1933-cü ildə öz şəxsi orkestrini yaratmağa cəhd elədi. Ancaq onun bu cəhdi uğursuz alındı. 20 yaşlı gənc musiqiçiləri ilə bacara bilmədi.
Ben Mudi
Ben Mudi - ABŞ-lı gitaraçı, Evanescence qrupunun qurucularından biri.
Ceyms Mudi
Ceyms Pol Mudi (ing. James Paul Moody; 21 avqust 1887, Skarboro, Nort-Yorkşir[d] – 15 aprel 1912) — Titanik gəmisinin altıncı zabiti.
Rudi Hiden
Rudolf Hiden — Avstriya futbolçu == "Praterin şiri" == 1931-ci il mayın 16-da Vyanada olmuş hadisəni o zaman idman aləmində görünməmiş sensasiya kimi qəbul etdilər. Həmin gün Avstriyanın milli futbol komandası Şotlandiya yığması ilə üz-üzə gəldi. Görüş başlamamışdan qabaq stadiona gələnlər arasında bir nəfər də olsun oyunun avstriyalıların qələbəsi ilə qurtaracağını ağlına gətirməmişdi. Çünki Britaniya adalarından gəlmiş rəqib çox güclü idi. Bununla belə, Avstriya komandası 5:0 hesabı ilə qalib gəldi. Həmin gün Avstriya yığmasının "Vundertim" - "möcüzə komanda" adını almış məşhur komandanın doğum günü sayılır. Doqquz gün sonra isə mayın 25-də təzəcə yaranmış möcüzə-komanda Berlində Almaniya yığmasını 6:0 hesabı ilə darmadağın etdi. === Paytaxt qəzeti gənc qapıçı haqqında === Vyana şəhərində nəşr olunan "Arbayter-tsaytunq" qəzeti matçdan sonra avstriyalıların qapçısı Rudi Xiden haqqında belə yazmışdı: "Qapıçı Xiden əsl möcüzə göstərdi. Onun oyunu sirkdə göstərilən tryukları xatırladırdı. Alman futbolçular avstriyalıların qapısına yaxınlaşanda Xiden onları cəsarətlə qarşılayırdı.
Rudi Matti
Rudolf P. Matti (ing. Rudolph P. Matthee) və ya Rudi Matti (ing. Rudi Matthee; 1953) — ABŞ tarixçisi. O, Delaver Universitetinin Tarix Departamentinin Con və Doroti Munro adına Görkəmli Tarix Professorudur. Matti Yaxın Şərq tarixindən dərs deyir və erkən müasir İran tarixi üzrə ixtisaslaşmışdır. O, 1991-ci ildə Kaliforniya Universitetində fəlsəfə doktoru dərəcəsini almışdır. Matti 2003–2005-ci və 2009–2011-ci illərdə iki dəfə prezidenti olduğu Farslaşmış Cəmiyyətlərin Tədqiqi Assosiasiyasının üzvüdür. Səfəvi və Qacar ​​dövlətləri ilə bağlı çoxsaylı kitab və məqalələrin müəllifidir. == Seçilmiş nəşrlər == A selection of Matthee's works: Matthee, Rudi. "The career of Mohammad Beg, grand vizier of Shah 'Abbas II (r.
Rudi Muller
Rudi Muller (d. 23 fevral 1942) — Lüksemburqlu keçmiş üzgüçü. Rudi Muller Lüksemburqu 1960-cı ildə XVII Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Rudi Muller birinci dəfə Olimpiya Oyunlarına 1960-cı ildə qatıldı. O, Romada baş tutan XVII Yay Olimpiya Oyunlarında kişilər 100 m arxası üstə stilində, təsnifat mərhələsində iştirak etdi. 1:12.3 saniyəlik nəticəsi ilə öz cığırında 7-ci yeri tutdu və yarımfinala vəsiqə qazana bilmədi.
Rudi Völler
Rudolf 'Rudi' Völler (13 aprel 1960[…], Hanau, Hessen) — almaniyalı keçmiş futbolçu, menecerdir. O, 80-ci illərin və 90-cı illərin birinci yarısının dünya və Avropa futbolunun bombardirlərindən biri olub.
Cudi Foster
Codi Foster (ing. Alicia Christian «Jodie» Foster; 19 noyabr 1962, Los-Anceles, Kaliforniya) — ABŞ aktrisası. == Həyatı == Hollywood-un məşhur aktrisalarından olan Alicia Christian Jodie Foster 1962-ci ilin 19 noyabrında ABŞ-nin Kaliforniya ştatında, Los-Anceles şəhərində dünyaya göz açıb. Jodie aktrisalıq fəliyyətinə hələ üç yaşında olarkən reklam çarxlarına və teleseriallara çəkilməklə başlayıb. 1970-ci illərdə isə “Walt Disney” studiyasının bir neçə filmlərində çəkilib. Aktrisanın böyük kinoda ilk rolu “Napoleon and Samantha” (1972) filmi ilə başlayır. 1974-cü ildə rejissor Martin Scorsesenin“Alice Doesn't Live Here Anymore” filmində rol alır. Daha sonra isə elə bu rejissorun “Taxi Driver” (1976) filmində yüngül həyat tərzli yeniyetməni canlandıran aktrisa 14 yaşında ilk dəfə Oscar-a nominant olur. Məhz bu filmdən sonra onu uzun müddət izləyən John Hinckley adlı bir şəxs sonradan 1981-ci ildə ABŞ prezidenti Ronald Reaganı öldürməyə cəhd etmişdir. O, bu addımıyla Jodie Fosterin xoşuna gəlmək istədiyini bildirmişdir.
Cudi Kornvell
Cudi Kornvell (ing. Judy Cornwell) - Böyük Britaniya aktrisasıdır. Müxtəlif filmlərdə və seriallarda iştirak etmişdir.
Cudi Qarlend
Cudi Qarlend (ing. Judy Garland; 10 iyun 1922[…], Qrand-Rapids[d], Minnesota – 22 iyun 1969[…], Çelsi, London, Birləşmiş Krallıq[…]) — ABŞ aktrisası və müğənnisi. == Həyatı == Onun ən məşhur rolu Dorothy Gale filmində oynadığı roldur. Cudi Oskar mükafatına namizəd göstərilmişdir. Bundan başqa o, karyerası boyu bir çox başqa mükafatlara layiq görülmüşdür. O aktrisa və müğənni Liza Minnellinin anasıdır.1997-ci ildə Cudi Qarlend ölümündən sonra Grammy Lifetime Achievement mükafatına layiq görülmüşdür. 1999-cu ildə Amerika Film İnstitutunun məlumatına əsasən Cudi Qarlend yüzilliyin ən yaxşı 100 qadın aktirisadan biri seçilmişdir.
Cudi dağı
Cudi Dağı - Türkiyədə, cənub-şərqi Anadoluda, Şırnak və Silopi mahal mərkəzləri arasında ihündürlüyü 2 114 metr olan dağ. == Coğrafiyası == == Tarixi rəvayətlər == İslami inanclara görə, Tufandan sonra Nuhun Gəmisi bu dağın üzərinə oturmuşdur. Sözü keçən gəminin Ağrıda tapıldığı mövzusunda söz-söhbətlər vardır. Austen Henry Layard və L. King, bu dağın ətraflarında mismar yazısıyla hazırlanmış Asar kitabələrinə rast gəliblər. Quranda gəminin Cudi dağına oturduğu qey edilir. Hud Surəsində "Ey yer üzü! Ud suyunu. Ey göy! Tut suyunu" deyildi. Su çəkildi, iş bitdi.
Vudi Qatri
Vudi Qatri (tam adı: Vudro Vilson Vudi Qatri; d. 14 iyul 1912; ABŞ, Oklahoma; ö. 3 oktyabr 1967; ABŞ, Nyu-York) — amerikalı söz yazarı və xalq musiqisi sənətçisi. == Həyatı == Vudi Qatri üç dəfə ailə həyatı qurub və Amerika xalq musiqi sənətçisi Arlo Qatri də daxil olmaqla səkkiz övladı olmuşdur. Bundan başqa, Sarah Li Qatrinin babasıdır. Vudi Qatri 55 yaşında Huntington xəstəliyindən vəfat etmişdir. == Yaradıcılığı == Vudi Qatri karyerasında yüzlərlə mahnıya, balladaya imza atmış, siyasi mövzular ehtiva edən mahnılardan ənənəvi mahnılara, ənənəvi mahnılardan uşaq mahnılarına qədər bir çox fərqli janrda ekspromt işləri olmuşdur. Həyatı boyu canlı çıxışlarını davam etdirən sənətkar gitara ilə "bu alət faşistləri öldürər" şüarı ilə tamaşaçı qarşısına çıxmışdı. Amerika məktəblərində tez-tez ifa olunan "This land is your land" mahnısı ilə tanınmışdır. Oxuduğu mahnıların bir çoxu Konqres kitabxanasında arxivlənmişdir.V.Qatri Oklahomadan Kaliforniyaya qədər immiqrant işçilərlə səyahət etmiş, ənənəvi xalq mahnılarını öyrənmişdir.
Vudi adası
Vudi adası (çin. 永兴岛) — Cənubi Çin dənizində yerləşən Parasel adalarına daxildir. Adaya nəzarəti Çin tərəfi 1974-cü ildə Parasel adaları döyüşü sonrasında əldə etmişdir. Adaya Çin Respublikası və Vyetnam iddia edir. Ada Sanşa şəhər dairəsinə daxildir. Adada çinlilərə məxsus olan hərbi qarnizon yerləşir.. Burada xilasetmə məntəqəsi, hava limanı belə vardır. Uçuş-eniş zolağının uzunluğu 2350 metrdir. Adada tullatı zavodu inşa edilmişdir.
Bodi
Bodi (ing. Bodie) — Amerika Birləşmiş Ştatlarının Kaliforniya ştatında yerləşən kabus şəhər. 1880-ci ildə şəhərdə 2.800 nəfər yaşayırdı. Qızıl hərisliyi dövründə şəhərdə əhali sürətlə artmışdır. 1900-cu ildə qızıl bloklarından birində işin zəifləməsi ilə, şəhər əhalisinin artımı dayanmış, 1910-cu ildən etibarən azalmağa başlamışdır. 1962-ci ildə kabus şəhərin yerləşdiyi ərazi milli parka çevrilmişdir. Hər il Bodie şəhərini 200 min turist ziyarət edir.
BuBi
"BuBi" (rəsmi olaraq: MOL BuBi) — Macarıstanın Budapeşt şəhərində velosiped paylaşma şəbəkəsidir. Adı, Budapeşt və Bicikli (macar dilində velosiped) sözlərindən yaradılmış və "baloncuq" mənasını verir. 2019-cu ilin may ayına kimi şəbəkə 143 dok stansiyadan və 1846 velosipeddən ibarət idi. == Tarixi == BuBi layihəsi Budapeşt Bələdiyyəsi tərəfindən 2008-ci ildə yaradılmışdır. Bu layihə üçün kapital qoyuluşu təqribən 900 milyon HUF (təxminən 3 milyon €) təşkil edir. Bu məbləğin 85% -i Avropa Birliyi, qalan 15% -i isə yerli hökumət tərəfindən ödənilir. Təxminən 250 milyon HUF (təxminən 800.000 €) illik əməliyyat xərcləri ən böyük inteqrasiya edilmiş neft və qaz qrupu olan MOL tərəfindən ödənilir və Macarıstanda bir yanacaqdoldurma məntəqəsi şəbəkəsini idarə edir, buna görə də layihə "MOL Bubi" adlandırılmışdır. Təchizat və proqram təminatı və velosipedləri özündə birləşdirən Nextbike-nin velosiped paylaşma sisteminin həyata keçirildiyi hər yerdən fərqli olaraq Budapeştdə bu sistem Nextbike tərəfindən idarə edilmir. Budapeştdə bu sistem T-Systems və Csepel tərəfindən idarə olunur. Normalda nextbike-nin velosiped paylaşma sisteminin digər tətbiqlərində velosipedlər Nextbike-nin öz istehsal salonuna toplanaraq dünyaya çatdırılır, lakin Budapeştdə velosipedlər Macar velosiped istehsalçısı Csepel tərəfindən istehsal olunur və yığılır.
Buda
Buda (mac. Buda) - Macarıstan krallığının mərkəzi olmuş tarixi şəhər. Budin şəhərinin yerləşdiyi tarixi yer Budapeşt şəhərindən keçən Dunay çayının cənub tərəfi hesab olunur. Osmanlı imperiyası və Macarıstan krallığı arasında 1526-cı ildə baş vermiş Mohaç döyüşü nəticəsində şəhər Osmanlı imperiyasının nəzarəti altına keçmişdir.
Budin
Buda (mac. Buda) - Macarıstan krallığının mərkəzi olmuş tarixi şəhər. Budin şəhərinin yerləşdiyi tarixi yer Budapeşt şəhərindən keçən Dunay çayının cənub tərəfi hesab olunur. Osmanlı imperiyası və Macarıstan krallığı arasında 1526-cı ildə baş vermiş Mohaç döyüşü nəticəsində şəhər Osmanlı imperiyasının nəzarəti altına keçmişdir.
Bədi
Əl-Bədi, Allahın 99 adından biri
Vudi adası (ABŞ)
Vudi adası (ing. Woody Island) — Alyaskanın Kadyak adasından 4,2 kilometr şərqdə yerləşən ada. Ada Çinyak körfəzində yerləşir. Burada əvvəlcə özlərini Tanqirnarmiut adlandıran aleutlar yaşayırdı. Onların bu ərazidə mövcudluğu min il olaraq qiymətləndirilir. 1784-cü ildə rus qabaqcıl araşdırmaçıları Vudi adasında ticarət koloniyası qururlar. Bu koloniya 1894-cü ildə ABŞ Poçt Xidməti tərəfindən qeyd olunmuş və uzun illər əsas sahil ticarət məntəqəsi olmuşdur. Vudi adası tarixi və arxeoloji bölgəsi 2015-ci ildə ABŞ-nin Milli Tarixi Yerlər Reyestrinə daxil edilmişdir. == Təsvir == Vudi adası ABŞ-nin Alyaska ştatının cənubundakı Alyaska yarımadasının şərqində yerləşən Kodiak arxipelaqının bir hissəsidir. Sahəsi 13,1 km² olan ada uzun müddət balina ovu və balıqçılıq məhsulları ticarətini inkişaf etdirən Aleutlar tərəfindən məskunlaşılmışdır.
Rudi Xiden
Rudolf Hiden — Avstriya futbolçu == "Praterin şiri" == 1931-ci il mayın 16-da Vyanada olmuş hadisəni o zaman idman aləmində görünməmiş sensasiya kimi qəbul etdilər. Həmin gün Avstriyanın milli futbol komandası Şotlandiya yığması ilə üz-üzə gəldi. Görüş başlamamışdan qabaq stadiona gələnlər arasında bir nəfər də olsun oyunun avstriyalıların qələbəsi ilə qurtaracağını ağlına gətirməmişdi. Çünki Britaniya adalarından gəlmiş rəqib çox güclü idi. Bununla belə, Avstriya komandası 5:0 hesabı ilə qalib gəldi. Həmin gün Avstriya yığmasının "Vundertim" - "möcüzə komanda" adını almış məşhur komandanın doğum günü sayılır. Doqquz gün sonra isə mayın 25-də təzəcə yaranmış möcüzə-komanda Berlində Almaniya yığmasını 6:0 hesabı ilə darmadağın etdi. === Paytaxt qəzeti gənc qapıçı haqqında === Vyana şəhərində nəşr olunan "Arbayter-tsaytunq" qəzeti matçdan sonra avstriyalıların qapçısı Rudi Xiden haqqında belə yazmışdı: "Qapıçı Xiden əsl möcüzə göstərdi. Onun oyunu sirkdə göstərilən tryukları xatırladırdı. Alman futbolçular avstriyalıların qapısına yaxınlaşanda Xiden onları cəsarətlə qarşılayırdı.
Sebastian Rudi
Sebastian Rudi (28 fevral 1990-cı ildə anadan olub) — Bundesliqa təmsilçilərindən olan Bayern Münhen klubunda və Almaniya milli futbol komandasında yarımmüdafiəçi kimi çıxış edən peşəkar alman futbolçusu. == Klub karyerası == Rudi 2003-cü ildə Ştutqart klubunun gənclər akademiyasına qəbul olmuşdur. O, peşəkar karyerasına 2007-ci ildə klubun reserv komandası ilə yarıpeşəkar liqa sayılan Regionalliqa Süd liqasında başlamışdır. O, peşəkar karyerasında debütünü 2 avqust 2008-ci ildə 3. Liqada Yunion Berlin klubuna qarşı oyunda etmişdir. 2008-ci ilin yay fəsli ərzində Rudi Ştutqart klubunun əsas komandası ilə peşəkar müqavilə imzalamışdır. Rudi əsas komanda ilə debütünü 10 avqust 2008-ci ildə Almaniya Kubokunun ilk mərhələsində Hansa Lüneburq klubuna qarşı oyunda etmişdir. 15 yanvar 2017-ci ildə Rudi Bayern Münhen klubu ilə müqavilə imzalamışdır. O, 1 iyul 2017-ci ildə kluba qoşulmuşdur. == Milli karyerası == Rudi Almaniya milli futbol komandası ilə debütünü 13 may 2014-cü ildə Polşa millisinə qarşı oyunda etmişdir.
Sennıe Ludı
Sennıe Ludı — Barens dənizində daxil olan Ura körfəzində yerləşən 3 adacıqdan ibarət adalar qrupu. Onların uzunluqları 130 – 200 m arasında yerləşir. Şalim adasının cənub qutaraçağından 100–170 m aralıda qərarlaşırlar. Arxipelaqın ümumi uzunluğu 700 metrdir. Qrupa daxiil olan adalardan biri Şalim adasına dayazlıqla birləşir. Yay ayları adaların üzəri ot bitkiləri ilə örtülür. Görünür adaya adın verilməsi bununla əlaqədardır. Ağ dənizdə də Soloves arxipelaqına daxil olan Sennıe Ludı adlı ada vardır. == Ədəbiyyat == Сенные Луды // Кольская энциклопедия. В 5 т.
Xizer Mudi
Xizer Mudi (d. 21 avqust 1973) — Birləşmiş Ştatları təmsil edən su poloçusu. == Karyerası == Xizer Mudi, ABŞ yığmasının heyətində 2000-ci ildə Avstraliyanın Sidney şəhərinin ev sahibliyində baş tutan XXVII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Final görüşündə Avstraliya yığmasına 4:5 hesabı ilə məğlub olan ABŞ yığması, Sidney Olimpiadasının gümüş medalına sahib oldu. Daha sonra Xizer Mudi, ABŞ yığmasının heyətində 2004-cü ildə Yunanıstanın Afina şəhərinin ev sahibliyində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Bürünc medal uğrunda görüşdə Avstraliya yığmasını 6:5 hesabı ilə məğlub edən ABŞ yığması, Afina Olimpiadasının bürünc medalına sahib oldu.
Audi R8
Audi R8 Almaniya mənşəli avtomobil istehsalçısı Audi şirkəti tərəfindən istehsal edilən orta yerləşən mühərrikli idman avtomobilidir. 2005-ci ildə Audi müvəffəqiyyətli yarış modeli Audi R8 adını daşıyan bir modelin yol versiyasını satışa çıxarılacağını elan etdi və 2006-cı ildə 2003-cü ildə Genuya avtosalonunda nümayiş etdirilən Audi Le Mans Quattro konsept modelindən hazırlanmış yeni model R8-i təqdim etdi.
Rudi Van Dantsiq
Rudi Van Dantsiq (4 avqust 1933[…], Amsterdam – 19 yanvar 2012, Amsterdam) — Niderland balet artisti, xoreoqraf. == Həyatı == Rəqs dərslərini S. Qaskelldən almışdır. 1952–59-cu illərdə onun "Balleri saytl" truppasında (1954-cü ildən Niderland baleti, Amsterdam) işləmişdir. 1959-cu ildə Niderland rəqs teatrının (Haaqa) yaradılmasında iştirak etmişdir. 1960-cı ildə Qaskellin truppasına qayıtmışdır; 1961-ci il də truppa Niderland Milli Baleti adını almışdır (1967–94-cü illərdə Dantsiq teatrın bədii rəhbəri, 1971–91-ci illərdə direktoru olmuşdur). "Balle Ramber" və Kral baletində (Böyük Britaniya); "Xarkness balle" və "Amerikan Balle Tietr"də (ABŞ), Paris operasında, Danimarka Kral Baletində, "Bat-Dor" (İsrail) və s. truppalardada tamaşalar hazırlamışdır. == Fəaliyyəti == Xoreoqraf öz tamaşalarında klassik leksika ilə modern rəqsi, o cümlədən M. Qrehemin texnikasından istifadə etməklə birləşdirmişdir Tamaşaları: B. Bartokun musiqisi əsasın da "Ailə dairəsi" (1958), "Ölmüş gəncə heykəl" (1965, xoreoqrafa dünya şöhrəti gətirmişdir), Y. Burmanın musiqisi əsasında "Zamanın buxovları" (1970, xüsusi olaraq R. X. Nuriyev üçün) "Son dörd nəğmə" (R. Ştrausun musiqisinə, 1977), S. Barberin musiqisinə "Payız dumanı" (1984). H. Berliozun musiqisinə "Vətəndaşlar, silahsız" (1987), G. Kançelinin musiqisi əsasında "Mələklər göyləri amansızlıqla qırmızı edirlər" (1990) və s. Dantsiqin "İtkin düşmüş əsgərin xatirəsinə" (1991) kitabı 1992-ci ildə ekranlaşdırılmışdır.
Bodi (ada)
Bodi yarımadası — Sədd yarımadası olaraq, Şimali Karolina ştatının şimalında yerləşir. Bodiyə ada sözü onun hələ materikə birləşməsindən önçə adlandırılıb. Materiklə arasında olan boğaz bağlanmışdır və yarımadanın bir hissəsinə çevrilir. Burada Bodi yarımadası vardır. Mühüm şəhərləri: Naqs-Hed, Kill-Devil-Hillz, Kitti-Houk, Dak, Korolla, Keyrova-Biç və Sauzern-Şoorz. == Mənbə == Bodi yarımadası.