Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Ulubab
Ulubaba və ya Ulubab – Azərbaycan Respublikasının Xocalı rayonunun Seyidbəyli kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == 1992-ci ildən 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olub. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 Noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Ulubaba kəndi Rusiya Sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. == Toponimikası == Keçmiş adı Uroxaç olmuşdur. Ulubab kəndi Qarabağ silsiləsinin yamacındadır. Əsl adı Ulubabıdır. Yaşayış məntəqəsini XIX əsrin ortalarında Seyidbəyli kəndindən çixmiş ailələr salmışlar. Oykonimin birinci komponenti türk dillərindəki ulu sözündən olub, “böyük”, “əzəmətli”, “möhtərəm”, “müqəddəs”, “qədim” mənalarını bildirir. Babi isə qədim pirin adıdır. Gorünür, pir şiəliyin babi məzhəbinə mənsub olan bir şəxsə aiddir.
Uludağ
Uludağ (türk. Uludağ [uˈɫudaː]; antik dövrlərdə Kiçik Olimp adlanmış.) — Bursa ili daxilində yerləşən, Uludağ silsiləsinin ən yüksək zirvəsi. Uludağ həm də, Mərmərə regionunun ən yüksək zirvəsi hesab oilunur. Ümumi uzunluğu 40 km, eni 15–20 km arasında dəyişir. Dağın Bursaya baxan hissəsi az meyilli, digər cənub yamacı isə dikdir. Ərazinin ən yüksək nöqtəsi Uludağ təpə adlanır(2543 m). == Tarixi == Uludağın tarix səhnəsindəki ilk adı “Her zaman parıldayan” mənasını daşıyan "Olympos" olmuşdur. Tarixi mənbələrə görə E.ə. 2000-ci illərdə, Hititlər dövründə mövcud olan Luvilərdən üzü bu yana Uludağ, Olympos adını daşıyır. Antik dövrün ilk tarixçilərindən Herodot (E.ə.
Uludaş
Uludaş — Azərbaycan Respublikasının Qəbələ rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 sentyabr 2004-cü il tarixli, 727-IIQ saylı Qərarı ilə Qəbələ rayonunun Uludaş kəndi Tikanlı kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Uludaş kənd inzibati ərazi dairəsi yaradılmışdır. == Toponimikası == Kəndin adı yaxınlığındakı Uludaş adlı yüksəklikdən alınmışdır. Dağın adı isə "böyük daş" mənasındadır. Türkiyənin qərbində Ulu dağ adlı dağ silsiləsi var. "Ulu" və "daş" sözlərindən ibarət olan sözün açıqlamasını toponimiklər belə yozur: ulu "qədimlik, uca", daş isə qədimdə "dağ" anlamındadır. Kənd bu ərazidə nisbətən uca dağların yaxınlığında yerləşdiyindən "Ulu daş", yəni uca dağın ətəyində yerləşən kənd adlandırılmışdır. "Ulu" uca dağa yaxın olmasına işarədir. == Tarixi == Kənd 1999-cu ildə yaradılmışdır. == Coğrafiyası == Kənd Bumçayın sahilində, Alazan-Əyriçay vadisində yerləşir.
Jumak
Jumak (kor. 주막) - Alkoqollu içkilərin satıldığı və içildiyi restoran tipli məkan. Jumaklar Koreya sosial-kulturoloji mədəniyyətinin mühüm tərkib hissələlərindən biridir.
Lumar
Lumar — İranın İlam ostanının şəhərlərindən və Sirvan şəhristanının mərkəzidir. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 2,702 nəfərdən və 591 ailədən ibarət idi.
Ulama
Mitre Ulimaks
Mitre Ulimaks — futbol topu Bu top 1998-ci ildə istehsal olunub. Saatda 100 km sürətə malik olan bu top dünyanın ən sürətli topu kimi tarixə düşüb.
Ulucay Akif
Ulucay Akif oğlu Məmmədov (14 may 1995; Bakı, Azərbaycan) — azərbaycanlı yazıçı, şair, publisist. Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü. == Həyatı == Ulucay Akif 1995-ci il mayın 14-də Bakı şəhərində anadan olub.Mərhum şair Akif Səmədin oğludur. == Təhsili == 2001–2012-ci illərdə E.Əliyev adına 162 saylı tam orta məktəbdə təhsil alıb. 2013–2017-ci illərdə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin Rus dili bölməsində bakalavriat pilləsi üzrə təhsil alıb. 2017–2019-cu illərdə həmin fakültədə "Publisistik Jurnalistika" ixtisası üzrə magistr təhsili alıb. == Fəaliyyəti == 2013-cü ildən Ulucay Akif imzasıyla mətbuatda dərc olunmağa başlayıb. 2016–2018-ci illərdə fəaliyət göstərən Azərbaycan Yazıçılar Birliyinin və Mədəniyyət Nazirliyinin birgə layihəsi olan III "Gənc Ədiblər Məktəbi"nin məzunudur.2016-cı ildən Azərbaycan Yazıçılar Birliyinin və Dünya Gənc Türk Yazarlar Birliyinin üzvüdür. Tələbəlik illərindən Ədalət qəzetində və bir sıra xəbər saytlarında fəaliyyət göstərib. 2021-ci ildə "Ulduz" jurnalının redaksiya heyətinə üzv seçilib.2021-ci ildə Kulis.az ədəbiyyat və mədəniyyət portalının baş redaktoru təyin olunub.
Uludaş bələdiyyəsi
Qəbələ bələdiyyələri — Qəbələ rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Unimak adası
Unimak (ing. Unimak Island) — Aleut adaları qrupuna daxil olan ən şərqdə yerləşən və ən iri adasıdır. Adanın sahəsi 4069,9 km² təşkil edir. Üstəlik ABŞ-yə məxsus olan 9-cu, dünyada isə 132-cidir. == Təsviri == Adada altı vulkan vardır. Üstəlik adada dünyanın ilk onluğuna daxil olan vulkandan biri burada yerləşir — Şişaldin vulkanı (aleutca adı — Xaqinak). İnzibati cəhətdən Amerikanın Alyaska ştatı ərazisinə daxildir. Əhalisi cəmi 64 (2000) nəfər təşkil edir. Yeganə yaşayış məntəqəsi Fels-Pass qəsəbəsidir. 1903-ci ildə adada mayak inşa edilmişdir.
Unimak boğazı
Unimak boğazı - Berinq dənizində yerləşir, Kreniçin və Unimak adalarını ayırır. Boğaz Aleut, Komandor adaları hövzəsinin şərqində yerləşir. Boğazın eni 19,6 km, dərinliyi isə 72 m təşkil edir. Ərazisi 1,18 km² təşkil edir. Boğazın suyunun temperaturu 3,5 °C-dən aşağı düşmür. Suyun duzluluğu isə 32‰ təşkil edir.
Naruto Uzumaki
Naruto Uzumaki (うずまき ナルト Uzumaki Naruto), Masaşi Kişimoto tərəfindən yazılmış və çəkilmiş, 1999-cu ildən etibarən yayımlanan Naruto adlı manqa seriyasının baş qəhrəmanıdır.Eyni zamanda 2002-ci ildən başlayaraq anime seriyası da yayımlanmışdır.
Kopi Luvak
Kopi Luvak (ind. Kopi luwak) - İndoneziyanın Sumatra adasında istehsal edilən qəhvə çeşidi. Kopi Luvak hazırlanma texnologiyası və az məhdud sayda istehsal edilməsi səbəbindən dünyanın ən bahalı qəhvəsi hesab olunur.
Liv Ulman
Liv Ulman (ing. Liv Johanne Ullmann; 16 dekabr 1938[…], Tokio) — Norveçli Aktrisa və kinorejissor. Tokioda dünyaya gələn aktrisa karyerasına 1957-ci ildə başlamışdır. Filmlərdə əllidən çox rol alan Liv, özünün rejissorluq etdiyi beş film var. Ulman hal-hazırda qızı və nəvələri ilə birgə Norveçdə yaşayır. == Həyatı və karyerası == Liv Ulman 16 dekabr 1939-cu ildə Tokio şəhərində norveç əsilli ailədə dünyaya göz açıb. Məktəb təhsilini bitirdikdən sonra sənədlərini Londondakı İncəsənət Dram məktəbinə verib. Oranı bitirdikdən sonra ailəsi ilə birlikdə Norveçə köçür. === Səhnədən "Persona"ya === Sənətə teatrdan gələn aktrisanın ilk rolu 1957-ci ildə Stavanqere şəhərində fəaliyyət göstərən "Roqaland" teatrında olur. Tamaşa zamanı Livi səhnədə görən rejissor İnqmar Berqman aktrisa ilə tanış olub onu çəkəcəyi "Persona" filminə dəvət edir.
Lopi Luvak
Kopi Luvak (ind. Kopi luwak) - İndoneziyanın Sumatra adasında istehsal edilən qəhvə çeşidi. Kopi Luvak hazırlanma texnologiyası və az məhdud sayda istehsal edilməsi səbəbindən dünyanın ən bahalı qəhvəsi hesab olunur.
İma Sumak
İma Sumak (ing. Yma Sumac, Imma Sumack, əsl adı — Soila Auqusta İmperatris Kavarri del Kastilyo (Zoila Augusta Emperatriz Chavarri del Castillo); 10 sentyabr 1923 — 1 noyabr 2008) — dünya şöhrətli Peru opera müğənnisi və aktrisası, 7 alt oktavalı və iki səslə oxuya bilirdi == İstinadlar == == Mənbə == Vikianbarda İma Sumak ilə əlaqəli mediafayllar var.
Plumas qraflığı (Kaliforniya)
Plumas — Amerika Birləşmiş Ştatlarının Kaliforniya ştatında yerləşən qraflıq. Qraflığın əhalisi 2010-cu il hesablamasına görə 20,007 nəfər olmuşdur. Mərkəzi Kuinsi şəhəridir.
Uludağ Milli Parkı
Uludağ milli parkı — 1961-ci ildə Milli park elan edildi. 1961-ci ildə qoruma altına alınan sahə 12 762 hektardır.daha sonra milli park sahəsi 27,300 hektara çatdırılmışdır. Milli parkda nəqliyyat avtomobil yolu, teleferik və oturacaq qaldırıcı ilə həyata keçirilir. Dağın şimal və cənub yamaclarında çox sayda cığır ilə dərələr, təpələr arasında əlaqə mümkündür. Milli parkın yol və teleferik ilə əldə edilən sahələri ümumi sahəsinin çox kiçik bir hissəsidir. Həmçinin ikinci otellər zonasından Volfram yatağına uzanan yamaclardan sonrakı hissə "Toxunulmaz təbiət sahəsi kimi" qəbul edilir. 1963-cü ildən 1972-ci ilə qədər Uludağ milli parkı Meşə bölgə idarəsi olaraq 1500 metr hündürlükdəki Kirazlıyayladan idarə edilib. Yüksək meşə mühəndisi Orxan Şüşəçi milli parkın qurucu region müdiri olaraq 1972-ci ilə qədər infrastrukturun inkişaf etdirilməsi işlərinə rəhbərlik etmişdir. Bu dövrdə tamamlanan layihələr arasında Kirazlıyayla idarəetmə mərkəzinin inkişaf etdirilməsi, Sarıalan yolunun açılması, Birinci otellər bölgəsinin inkişaf etdirilməsi, Karabelen milli park giriş sahəsinin tənzimlənməsi, onlarca çesmənin tikintisi, Sarıalan düşərgə sahəsinin inşası və Çobanqaya düşərgə sahələrinin düzəldilməsidir. Orxan Şüşəçi milli park ərazisində verdiyi ən mühüm töhfələrdən biri də o dövrdə park idarə mərkəzi və təbiət tarixi muzeyi olaraq 1900 metr otellər bölgəsində keçirilən idarəetmə mərkəzi olmuşdur.
Ulak adası
Ulak adası ( aleutca : Yuulax̂ ) — Andreanof adalarında , xüsusən Aleut adalarında ( Alyaska ) Delarof adalarının ən qərb yarımqrupunda yaşayan kimsəsiz adadır . Ada Amatignak adasından 6 km şimal-qərbdə yerləşir . Ulak nisbətən dayaz suda yerləşir və sörf çox vaxt o qədər ağır olur ki, adaya qayıqların hərəkəti mümkün deyil. İqlim şimal enliklərində dənizə xasdır , sərin temperatur, güclü küləklər, çoxlu duman və yağış, tez-tez güclü tufanlar olur. Dəniz səviyyəsində orta sutkalıq temperatur yayda 8,8 °C , illik orta hesabla 4,8 °C-dir. İllik yağıntı 166 sm-dir. Dəniz səviyyəsində qar nadir hallarda ildə 0,5 m-dən çox olur. Permafrost torpaqları yoxdur . Bitki örtüyü dəniz və alp tundrası üçün səciyyəvidir və əsasən çəmənlər , çəmənlər , torf mamırları , likenlər və müxtəlif ot bitkilərindən ibarətdir . Ağaclar və kollar yoxdur.
Umak adası
Umak adası (ing. Umak Island, aleut. Uhmax̂) — Aleut adaları qrupuna, Andreyanov adalarına daxil olan ada. İnzibati baxımından Alyaska ştatı, Qərbi Aleut adaları rayonuna daxildir. == Coğrafiya == Kiçik tanaqa adasından şimal-şərqdə yerləşir. 11,7 metr uzunluğa, 7,8 km enə malikdir. İlk dəfə 1852-ci ildə Mixail Tebenkov tərəfindən xəritəyə salınmışdır.
Klüman
Klüman (fr. Clumanc, oks. Clumanc) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azür regionunda yerləşir. Departament — Yuxarı Provans Alpları. Barrem kantonuna daxildir. Kommunanın dairəsi — Din-le-Ben. INSEE kodu — 04059. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 169 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə 114 yaşında (15-64 yaş arasında) 81 nəfər iqtisadi fəal, 33 nəfər fəaliyyətsiz (fəaliyyət göstərici 71,1%, 1999-cu ildə 63.9%) idi. Fəal olan 81 nəfərdən 70 nəfər (43 kişi və 27 qadın), 11 nəfər işsiz (6 kişi və 5 qadın) idi.
Lünak
Lünak (fr. və oks. Lunac) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Najak kantonuna daxildir. Kommunanın dairəsi — Vilfranş-de-Ruerq. INSEE kodu — 12135. Kommuna təxminən Parisdən 520 km cənubda, Tuluza şəhərindən 90 km şimal-şərqdə, Rodezdən isə 39 km qərbdə yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 450 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 217 nəfər arasında (15-64 yaş arasında) 164 nəfər iqtisadi cəhətdən fəal, 53 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi - 75.6%, 1999-cu ildə 71.6%).
Üləma
Üləma (ərəb. علماء‎) — islamda dini biliklərin, o cümlədən islam doktrinasının və hüququnun qoruyucuları, ötürücüləri və tərcüməçiləri.Tarixi ənənəyə görə, üləmalar dini müəssisələrdə, yəni mədrəsələrdə təhsil alırlar. Quran və sünnə ənənvi islam hüququnun müqəddəs qaynaqlarıdır. == İstinadlar == == Əlavə ədəbiyyat == Guy Burak. The second formation of Islamic Law. The Hanafi School in the Early Modern Ottoman Empire. Cambridge, UK: Cambridge University Press. 2015. ISBN 978-1-107-09027-9. Robert W. Hefner; Muhammad Qasim Zaman, redaktorlarSchooling Islam: The culture and politics of modern Muslim education.
Üləma sultan Təkəli
Ulamə sultan Təkəli (?-?) — qızılbaş əmiri, 1531-ci ildə Osmanlı tərəfinə keçmişdi. == Həyatı == O, əvvəllər Osmanlı ordusunda sipahi olmuş, 1511-ci ildə Şahqulu üsyanında iştirak edərək, Azərbaycana gəlmiş, Səfəvilərin xidmətinə keçmiş, dövlət vəzifələrinə irəli çəkilmiş və I Şah Təhmasib zamanında Azərbaycan əmirülümərası təyin olunmuşdu.Tarixçi Əbdi bəy Şirazi yazır: "Pələng ilində (1530-cu ildə) Xorasana yürüş ortalığa çıxdıqda o (Cuhə Sultan), Azərbaycanın əmirül-ümərası idi. 300 nəfəri Xorasana cəza dəstəsi kimi göndərdi. Aləmi tutan ordu (Şah Təhmasibin ordusu) qışlamaq üçün İsfahanda olarkən, Sam mirzə və Hüseyn xan Şirazda ikən Ülamə Təbrizə gələrək, Təbrizin darğalığını ələ keçirmək istədi. Şahın Təbrizdə olan xüsusi atlarını ələ keçirdi. Bundan əlavə zərlə işləmək sənəti üçün alınıb, (M-233b) Təbriz zərlə işləyənlərinə tapşırılan şahın bəzi kənizlərini öz mülazimlərinə verdi. Təbriz fərraşxanasında olan şaha məxsus rəsmlər çəkilmiş çadırı çıxarıb öz başının [üstünə] vurdu. Şah Təhmasibin yaxın adamlarının Təbrizdə və o ətrafda qalmış sunukə mallarına yiyələndi. Bununla bərabər Özkəmər bəy Zülqədər ilə müxalifət barədə söhbət edib Təbrizdən çıxdı. Bir-birinin namusuna təcavüz etməkdə həddi-hüdudu aşan, buna təəssüflənməyən və bu səbəbdən parlər adlandırılan, dinsizlik və kafirlikdə məlum və məşhur olan Sarulu tayfasının adamlarından bəzilərinə seçmə əmirlik rütbələri verməklə hamısını öz tərəfinə çəkdi".1531-ci ildə Təbriz bəylərbəyi Üləma sultan Təkəli xəyanət edərək öz əsgərləriylə Osmanlıya qaçdı.