Uludaş — Azərbaycan Respublikasının Qəbələ rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 sentyabr 2004-cü il tarixli, 727-IIQ saylı Qərarı ilə Qəbələ rayonunun Uludaş kəndi Tikanlı kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Uludaş kənd inzibati ərazi dairəsi yaradılmışdır.[1]
Uludaş | |
---|---|
40°59′ şm. e. 47°45′ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 650 m |
Saat qurşağı | |
Kəndin adı yaxınlığındakı Uludaş adlı yüksəklikdən alınmışdır. Dağın adı isə "böyük daş" mənasındadır. Türkiyənin qərbində Ulu dağ adlı dağ silsiləsi var.[2] "Ulu" və "daş" sözlərindən ibarət olan sözün açıqlamasını toponimiklər belə yozur: ulu "qədimlik, uca", daş isə qədimdə "dağ" anlamındadır. Kənd bu ərazidə nisbətən uca dağların yaxınlığında yerləşdiyindən "Ulu daş", yəni uca dağın ətəyində yerləşən kənd adlandırılmışdır. "Ulu" uca dağa yaxın olmasına işarədir.[3]
Kənd 1999-cu ildə yaradılmışdır.
Kənd Bumçayın sahilində, Alazan-Əyriçay vadisində yerləşir.
2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 1631 nəfər əhali yaşayır.[4]
Kənd əhalisi taxılçılıq, tərəvəzçilik, meyvəçiliklə, eləcə də iri və xırda buynuzlu heyvandarlıqla məşğul olur. Kənddə ATS mövcuddur. Elektrik enerjisi fasiləsiz olaraq verilir, ticarət müəssisələri fəaliyyət göstərir.
Qəbələ rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |