ULUXAN

böyük xan, şöhrətli xan.
ULUĞBƏY
ULUQ
OBASTAN VİKİ
Nurəddin Uluxanlı
Uluxanlı
Uluxanlı / Masis — Qərbi Azərbaycanda, (indiki Ermənistanda) etnik Azərbaycan torpaqlarında, Zəngibasar mahalında qəsəbə. Hazırda Ermənistanda şəhər, Zəngibasar rayonunun (Masis rayonu) mərkəzi. Şəhər Uluxanlı, Nərimanlı və Zəngibasar kəndlərinin birləşməsiylə yaradılmışdır. Azərbaycanlıların qədim yaşayış yeri olan Uluxanlı, 1950-ci ildə "Masis" (Ağrı dağının erməni dilindəki adlarından biri) adıyla adlandırılmışdır. “İrəvan əyalətinin müfəssəl dəftəri”ndə (1590-ci il) kənd Karbi nahiyəsinin Uluxanbəyli qışlağı, “İrəvan əyalətinin icmal dəftəri”ndə (1728) isə Qırxbulaq nahiyəsinin Uluxanlı kəndi kimi qeydə alınmışdır. Sonrakı mənbələrdə də (1831, 1873, 1886 və s.) kəndin adı Uluxanlı göstərilmişdir. Rus ordusunun İrəvan şəhərinin ətraf bölgələrini işğal etdiyi zaman həmin ərazilərdən müsəlman əhalisinin didərgin edilməsi haqda Paskeviç 1827-ci il iyulun 27-də qraf Nesselorda göndərdiyi məktubunda bildirmişdi ki, qüvvətli Uluxanlı tayfasından 600 ailə Bəyazidə qaçmışlar. Ermənistan SSR Ali Sovetinin 19 sentyabr 1950-ci il fərmanı ilə Uluxanlı dəmir yolunun adını dəyişdirilərək Masis adlandırılmışdır. 1983-cü il aprelin 24-də ermənilər genosid gününü bəhanə edərək Masis (Zəngibasar) rayonunun mərkəzində (Uluxanlıda) azərbaycanlılar yaşayan evlərə basqınlar etmiş, qəsəbədəki qəbiristanlıqda qəbir daşlarını qırıb dağıtmışdılar. Müdafiəsiz əhali Türkiyə sərhədinə sığınmağa məcbur olmuşdu.
Uluxanlı (dəqiqləşdirmə)
Uluxanlı
Uluxanlı məktəbi
Uluxanlı məktəbi — İrəvan quberniyasında 1881-ci ildə Zəngibasar mahalının Uluxanlı kəndində yaradılmış Uluxanlı məktəbi İrəvanda fəaliyyətə başlayan ilk dünyəvi məktəblərdən biri. "Qafqaz təqvimi" (rus. "Кавказский календар") məcmuəsinin 1892-ci il tarixli nömrəsində İrəvan quberniyasında Uluxanlı məktəbinin ilk yeni tipli məktəblərdən biri olması və 1881-ci ildə fəaliyyətə başlaması barədə məlumat verilmişdir. Allahverdi Hacı Hüseyn oğlunun evində yerləşən bu məktəbin ilk müdiri o zamanın tanınmış maarifçisi Muxin olmuşdur. Tanınmış ədəbiyyatşünaslardan və tənqidçilərdən Əziz Şərifin "Molla Nəsrəddinin yaranması" və Qulam Məmmədlinin "Molla Nəsrəddin" kitabında qeyd olunur ki, "keçən əsrin 80-ci illərində (XIX əsr nəzərdə tutulur – Z. M.) Uluxanlı kəndində ilk dünyəvi məktəb açıldı. Əziz Şərif "Molla Nəsrəddinin yaranması" kitabında bu məktəb haqqında lazımi məlumatlar vermişdir. Mədəni irsimizə hörmət əlaməti olaraq respublikada yüksək səviyyədə həyata keçirilən tədbirlər sırasında Uluxanlı məktəbinin 125 illik yubileyinin qeyd olunması, məktəbin keçdiyi yol, məzunları və burada müəllim işləmiş böyük ədib və dramaturq Cəlil Məmmədquluzadənin anadan olmasının 140 illiyinə ithaf olunan "Zülmət səltənətində məşəl" adlı ensiklopedik toplu- kitabın 2006-cı ildə nəşr olunması təqdirəlayiq haldır. Kitab Uluxanlı məktəbinin keçmiş direktorlarından biri olmuş İsmayıl Abdulla oğlu İsmayılov və dünyasını çox cavan yaşlarında dəyişmiş Eldar Hüseyn oğlu Həsənovun birgə müəllifliyi ilə işıq üzü görmüşdür. Burada Azərbaycanın ictimai-siyasi və mədəni həyatında əvəzsiz xidmətləri olan məşhur ziyalıların tərcümeyi-hal – oçerkləri oxuculara təqdim edilmişdir. 1918-ci ildə ermənilərin İrəvanda törətdikləri qırğınlardan sonra məktəb bir müddət fəaliyyət göstərməmişdir.
Uluxanlı stansiyası
Uluxanlı stansiyası — İrəvan quberniyasının İrəvan qəzasında, indi Zəngibasar (Masis) rayonunda vağzal. 1931-ci ildə 5 nəfər azərbaycanlı yaşamışdır.
Yeni Uluxanlı
Yeni Uluxanlı (əvvəlki adı: Aydıngün) — Azərbaycan Respublikasının Salyan rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 12 fevral 2008-ci il tarixli, 548-IIIQ saylı Qərarı ilə Salyan rayonunun Yolüstü kənd inzibati ərazi dairəsi tərkibindəki Aydıngün kəndi Yeni Uluxanlı kəndi adlandırılmışdır. Aydıngün Salyan rayonunun Qaracala qəsəbə inzibati ərazi vahidində qəsəbə. Kür çayının sahilində, Şirvan düzündədir. Sovet hakimiyyəti illərində (1965) verilmiş adlardandır. Oykonim "Xoş gun; firavan həyat" mənasındadır. Kənddə ilkin yaşayış XIX əsrin ortalarına təsadüf etmişdir. Həmçinin Qərbi Azərbaycanda da eyniadlı yaşayış yeri mövcuddur. Ermənistan SSRİ-nin Masis rayonundan buraya köçürülmüşlər. Əhalisi 2013-cü il üzrə 3.000 nəfərdir.
Elşən Uluxanlı
Elşən Uluxanlı (15 dekabr 1975, Zəngibasar rayonu)- Azərbaycan yazıçısı. Azərbaycan Respublikası Milli Qəhrəmanlarını Tanıtma İctimai Birliyinin sədri. == Həyat və fəaliyyəti == Elşən Uluxanlı 1975-ci ilin dekabr ayının 15 də Ermənistan SSR-nin Masis rayonunun Sarcalar kəndində anadan olmuşdur. 1 sinifə Həbilkənd orta məktəbində gedib. 1988-ci ildə Azərbaycana köçmüşdür. 6–7-ci sinfi Mingəçevir şəhərində 10 nömrəli orta məktəbdə aldıqdan sonra 10-cu sinfi 39 nömrəli məktəbi bitirdikdən sonra 1993-cü ildə hərbi xidmətə gedərək 1997-ci ildə hərbi xidmət başa vuraraq geri dönüb. === Yaradıcılığı === Elşən Uluxanlı 2013-cü ildən etibarən Vətən qəhrəmanları haqqında bir sıra kitabları işıq üzü görmüşdür. 2013-cü ildə " Heydər Əliyev və Azərbaycanın Milli Qəhrəmanları", 2015-ci ildə "Milli Qəhrəmanlarımız" adlı, 2024-cü ildə isə Şəhid Vətən müharibəsi Qəhrəmanları adlı kitablar yazmışdır. == İctimai fəaliyyəti == 2001-ci ildə Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan Respublikası Milli Qəhrəmanlarını Tanıtma İctimai Birliyi təsis etmişdir. Birliyin İdarə heyətinin sədri vəzifəsində çalışır.