ULAMAQ1

İki yozumu ola bilər:

1. Qurdun ulamasıitin hürməsi eyni sözdən əmələ gəlib: r-l əvəzlənməsi təbii haldır. Hürmək dönüb olub ülmək, o da ulamaq şəklində sabitləşib. 

2. Hürməkulamaq tamam başqa-başqa sözlərdir: it həm hürür, həm də ulaya bilir. Mələmək, böyürmək sözləri kimi, ulamaq kəlməsi də çıxarılan səslə bağlıdır, təqlidi sözdür. Məncə, hürmək sözü də “ham-ham” sözünün zəminində əmələ gəlib, ura kəlməsi ilə də bağlı ola bilər. İkinci ehtimal daha inandırıcıdır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

İçi iylənmiş qarpız haqqında qərb dialektlərində “içi ulayıb” deyirlər. İylənmək sözünün təhrifindən ibarətdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

ULAMA
ULDUZ

Digər lüğətlərdə