Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Nərgiz Umudova
Nərgiz Məmmədağa qızı Umudova (doğ. 20 iyun 1989, Bakı, Əmircan, Azərbaycan SSR, SSRİ) — azərbaycanlı şahmatçı, qadınlar arasında qrosmeyster (2015). == Həyatı == Nərgiz 1989-cu il iyunun 20-də Bakı şəhərinin Əmircan kəndində anadan olmuşdur. Orta təhsilini 1995-2006-cı illərdə əvvəlcə 87 nömrəli, sonra isə 226 nömrəli məktəblərdə almışdır. 2007-ci ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasına daxil olmuşdur. Daha sonra həmin akademiyanın Bədən tərbiyəsi və nəzəriyyəsi fakultəsinin magistr pilləsində təhsil almışdır. == Şahmat karyerası == Nərgiz şahmata təsadüfən gəlib. Qonşuluqdakı bir uşaq əvvəlcə ona gedişləri öyrədib. İki aydan sonra isə balaca Nərgiz "ilk müəllimi"nə qalib gəlib. İllərdir şahmata gedən dostuna qısa müddətdə qalib gələn qızının bu bacarığını görən atası onu şahmata yazdırır.Nərgiz 1996-cı ildən Suraxanı rayonunda yerləşən "Neftçi" İSM-də idmanın şahmat növü ilə məşğul olmağa başlamışdır.
Ülkər Umudova
Ülkər Umudova (3 noyabr 1985, Bakı) — azərbaycanlı şahmat üzrə beynəlxalq dərəcəli hakim (2009), məşqçi və keçmiş şahmatçı. O, FİDE-nin qadın komissiyasının üzvüdür. == Həyatı == Ülkər Umudova 3 noyabr 1985-ci ildə Bakı şəhərində ziyali ailəsində anadan olub. 2003-cü ildə 226 saylı orta məktəbi bitirib. 2003–2007-ci illərdə Bakı Dövlət Universitetində təhsil alıb. Məktəb illərindən şahmatla məşğul olub. Azərbaycanda və xarici ölkələrdə yerli və beynəlxalq turnirlərin qalibi olub. 2003-cü ildən məşqçilik fəaliyyəti ilə məşğuldur. Azərbaycan Respublikasının əməkdar məşqçisidir. 2009-cu ildə şahmat üzrə beynəlxalq dərəcəli hakim adına layiq görülmüş və bununla da bu adı almış ilk azərbaycanlı qadın kimi tarixə düşmüşdür.
Ümüdlər
Ümid — Arzu edilən bir şeyin ola biləcəyinə inanma və bu inamdan doğan daxili fərəh, xatircəmlik hissi; güman.