Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Western Union
Western Union, şirkəti ABŞ-də yerləşən beynəlxalq maliyyə xidmətləri və rabitə şirkətidir. Şirkət müxtəlif valyutalarda beynəlxalq pul köçürmələri və ödənişləri qəbul edir və dünyanın aparıcı maliyyə xidmətləri təminatçılarından biridir. Şirkətin baş ofisi ABŞ-ın Kolorado ştatının Denver şəhərində yerləşir. O, həmçinin 2006-cı ildə teleqraf xidmətini dayandırana qədər Amerikanın aparıcı teleqraf rabitəsi şirkəti idi.
Union Berlin FK
Union (Berlin) — Almaniyanın futbol klubu == Tarixi == == Avropa kuboklarında iştirak == 1 dəfə Avropa kuboklarında iştirak edib.
Union Lüksemburq FK
Union — Lüksemburqun futbol klubu. == Tarixi == == Avropa kuboklarında iştirak == 21 dəfə Avropa kuboklarında iştirak edib.
Union Properties PJSC
Union Properties (UP), Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində yerləşən daşınmaz əmlak inkişafı şirkətidir. Şirkət İndex göydələninin və Dubay Motor City-nin Usta Geliştiricisi kimi tanınır. Union Properties, Dubay Maliyyə Bazarında açıq bir səhmdar cəmiyyətidir. Şirkət BƏƏ-dəki filialları vasitəsi ilə istirahət və təyinat inkişafı, inteqrasiya edilmiş obyektlərin idarə edilməsi və xidmətləri, sahibkarlar dərnəyinin idarə edilməsi, daxili layihələrin hazırlanması, istilik, havalandırma və kondisioner (IHK) daxil olmaqla bir sıra xidmətlər göstərir. Törəmə şirkətlərə, həmçinin Dubay Avtodromu və Marriott İcra Mənzilləri və Marriott tərəfindən həyətyanı sahə daxildir. Union Properties 1987-ci ildə Union Property Xüsusi Məhdud Məsuliyyət Şirkət olaraq quruldu və 1993-cü ildə Dubay Maliyyə Bazarına qatıldıqda ictimai bir səhmdar cəmiyyət oldu. == Union Properties Layihələri Usta Geliştirici Olaraq == === Qonşuluq Layihələri === Dubai Motor City məhəlləsi, Dubay şəhərində yerləşir. Union Properties, məscidlər, Uptown-Motor City, Motor City-Yaşıl İcma, Ribbon və OIA Residence, Dubay Avtodromu, Grandstand pərakəndə Plaza, Motorsport Biznes Parkı, VIP Paddock qonaqpərvərlik sahəsi və əyləncə obyektləri də daxil olmaqla əlaqəli alt layihələrin hazırlanmasında iştirak etmişdir. Dubay Yaşıl İcması, DIP, Birlik Properties və Dubay İnvestisiyalar PJSC arasında Properties Investment LLC adlı ortaq bir müəssisə tərəfindən hazırlanmışdır. Bu layihəyə Marriott Yaşıl İcma, Yaşıl İcma Mərhələsi I, Yaşıl İcma Qərb, Faza II, Bazar və Yaşıl İcma Qərb, Faza III (2018-ci ilin İyulunda tamamlandı) tərəfindən həyətyanı sahənin inkişafı daxildir.
European Broadcasting Union
Avropa Yayım İttifaqı (AYİ) (ing. European Broadcasting Union; EBU, fr. Union Européenne de Radio-télévision; UER).12 fevral 1950-ci ildə qurulmuşdur. Azərbaycan 2007-ci ildən bəri iştirak edir.
International Union for Conservation of Nature
Beynəlxalq Təbiətin və Təbii Sərvətlərin Mühafizəsi Birliyi (ing. International Union for Conservation of Nature and Natural Resources), qısaca ing. IUCN) — 1948-ci ildə yaradılmışdır. Mərkəzi iqamətgahı İsveçrənin Qland şəhərində yerləşir. Qurum özündə aidiyətli 89 dövlət, 109 hökumət, 800 dən çox qeyri-hökumət təşkilatını və elmi tədqiqat institut ya mərkəzlərini birləşdirir. Məhvolma təhlükəsi == Tarixi == Ən yaşlı və müstəqil orqan olan Beynəlxalq Təbiətin Mühafizəsi İttifaqı (IUCN) 1948-ci ildən etibarən 77 il fəaliyyət göstərir. Birliyin fəaliyyət proqramı 1979-cu ildə qəbul edilmiş Dünya Ətraf Mühit Strategiyası tərəfindən tənzimlənir.UNESCO, ECOSOC və FAO-nun məsləhətçisi statusu olan IUCN, 78 ölkəni, 900-ə yaxın hökumət və ictimai təşkilatını, 181 dövlətdən 12000-dən çox alim və mütəxəssisdən ibarətdir. Birlik Qırmızı Kitab, məşhur elmi ədəbiyyat, serial və xüsusi məsələləri dərc edir. İsveçrə Cövhərində yerləşən birliyin qərargahı heç vaxt yerini dəyişdirməmişdir.1992-ci ildə Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilmiş ətraf mühit və inkişaf üzrə BMT konfransı "XXI əsrin gündəliyi", "Rio Bəyannaməsi" və digər sənədləri əhatə edən müasir cəmiyyətin Davamlı İnkişafa keçid konsepsiyasını qəbul etdi. Bu sənəd təkcə ətraf mühitin mühafizəsi məsələsi ilə məhdudlaşmır, eyni zamanda ayrı-ayrı ölkələrdə insanla ətraf mühitin ahəngdarlığına əsaslanan uzunmüddətli iqtisadi, sosial və ekoloji inkişaf strategiyasını nəzərdə tutur.
Senecio unionis
Senecio unionis (lat. Senecio unionis) — mürəkkəbçiçəklilər fəsiləsinin xaçgülü cinsinə aid biki növü.
.onion
.onion xüsusi istifadə üçün nəzərdə tutulmuş onion servisini təmsil edən yüksək səviyyəli domendir. Bu domenə keçid Tor şəbəkəsi vasitəsilə mümkündür. Bu tip adreslər nə əsl DNS adlarıdır, nə də .onion TLD İnternet DNS kökünə daxildir. Lakin müvafiq proksi tətbiqləri vasitəsilə Tor şəbəkəsindən tələblər göndərməklə .onion adresli saytlara giriş mümkündür. Bu sistemin əsas məqsədi informasiya ilə təmin edən və edilənin şəbəkə sahibi və ya kənar şəxs tərəfindən izlənilməsini çətinləşdirməkdir. EV HTTPS Certificates vasitəsilə xüsusi .onion adresləri ehtiva edən saytları əlavə kimlik təstiqləyici lay ilə təmin etmək mümkündür. HTTP sertifikatının bərqərar olması .onion saytlarının istifadəçiləri üçün bir sıra brauzer xüsusiyyətlərinə dair imkanlar yaradır. Bu həmçinin Tor şəbəkəsindəki zərərli çıxış qovşaqları tərəfindən həyata keçirilən "SSL stripping" hücumlarının da qarşısını qismən alır. == Format == .onion sonluqlu adreslər adətən anlaşılmayan, yadda qalmayan, 16 və ya 56 yarı hərf, yarı rəqəmlərdən ibarət sətirlər olur. Bu sətirlər avtomatik olaraq onion servisi konfiqurasiya edilən zaman istifadə edilmiş açıq açara əsaslanaraq yaradılır.
Anion
Anion — mənfi elektrik yükü daşıyan, elektroliz zamanı müsbət yüklənmiş elektroda - anoda doğru yönələn ion. Anion öz təsir dairəsində atom nüvəsinin müsbət yüklərini kompensasiya edən elektronlardan və bir və ya bir neçə artıq elektron saxlayan atom və ya atomlar qrupundan ibarətdir. Kristallik birləşmələrdə təkatomlu anion yükü vahiddən çox ola bilməz. == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press, 2006, 679 səh.
Unison
Unison (ital. unisono; lat. unus – bir, sonus – səs) – birsəslilik; iki və ya üç səsin eyni vaxtda bir ucalıqda səslənməsi; xalis prima intervalının səslənməsi; bir neçə ifaçının birlikdə eyni musiqini ifa etməsi.
Yunion Cek
Birləşmiş Krallıq bayrağı — Birləşmiş Krallığın dövlət bayrağı. Yunion Cek adlanır. Şotlandiya, Şimali İrlandiya və İngiltərənin bayraqlarının birləşməsindən Birləşmiş Krallıq bayrağı yaranıb. == Tarixi == Bu bayrağın tarixi 1603-cü il İngiltərə və Şotlandiyanın birləşməsindən başlayıb. İlk ortaq bayraq belə yaranıb: ağ fonda qırmızı xaç olan Müqəddəs Georqinin ingilis bayrağı və göy fonda ağ diaqonal xaç olan Müqəddəs Andreyin şotland bayrağı. 1801-ci ildə isə ölkəyə İrlandiya və onun ağ fonda qırmızı xaç olan Müqəddəs Patrik bayrağı da qoşulub. Beləcə indiki Birləşmiş Krallıq bayrağı yaranıb.
Yunion Berlin FK
Union (Berlin) — Almaniyanın futbol klubu == Tarixi == == Avropa kuboklarında iştirak == 1 dəfə Avropa kuboklarında iştirak edib.
Dolfin və Yunion boğazı
Dolfin və Yunion boğazı ing. Dolphin and Union Strait- Viktoriya (ada)sını Şimali Amerika materikindən ayırır. Şimal-qərb yolunun üzərində yerləşir. Kanadanın şimal-qərbində, Nunavut və Şimal-Qərb əraziləri vilayətləri ərazisində yerləşir. Boğaz Koroneyşen körfəzi ilə Amudsen körfəzini birləşdirir. Eni qərbdə 90 km, şərqdə isə 24 km təşkil edir. Uzunluğu 161 km-dir. Şərq hissədə kiçik adalar və riflər vardır ki, bu səbəbdən boğazdan gündüz keçmək məsləhət görülür. 1824-ci ildə Con Riçard tərəfindən kəşf edilib. Adı isə Dolfin və Yunion qayıqlarının şərəfinə adlandırılıb.
Amnion
Amnion — sürünənlərdə, quşlarda, məməlilərdə və bəzi onurğasızlarda rüşeym pərdəsi. Onurğalılarda amnion, rüşeymin ətrafında ektodermadan xaric rüşeym büküşləri şəklində inkişaf edib onu əhatə edir. Kisənin içərisi maye ilə dolu dolu olur ki, bu da rüşeymi mexaniki təsirlərdən qoruyur. Doğuş zamanı amnion qopur. maye xaric olur, doğuşu asanlaşıdırır.Amnionun qalığı uşaq "köynəyi" adlanır. Ektoderma büküşü kimi rüşeym pərdəsinə, həmçinin, həşəratlarda, əqrəblərin və nemertinlərin sürfələrində təsadüf edir.
Andon
Andon (fr. Andon) — Provans-Alp-Kot-d'Azür regionunun, Fransanın cənub-şərqində yerləşən kommun, Dənizkənarı Alplar departamenti, Qrass dairəsi, Qrass-1 kantonu . Mart 2015-ci ilə qədər kommun inzibati olaraq ləğv edilmiş Sent-Oban kantonunun (Qrass dairəsi) bir hissəsi idi. Kommunanın sahəsi 54,3 km², əhalisi 504 nəfərdir (2006) artım tendensiyası ilə: 568 nəfər (2012), əhalinin sıxlığı 10,4604051565378 nəfər / km²-dir. == Əhalisi == 2011-ci ildə əhalinin sayı — 575 nəfər təşkil edirdi, 2012-ci ildə isə — 568 nəfər.
Anison
Anison (アニソン) – animelərdə istifadə olunan musiqi və mahnı janrı. Yaponiyaya xasdır. Termin "Anime" və "song" sözlərinin birləşməsindən yaranmışdır. Bir çox musiqi alətindən istifadə olunması, eləcə də, sözləri və mövzusu istifadə olunduğu animeyə uyğun olması ilə xarakterizə olunur. Anison 1970-ci illərdən etibarən populyarlıq əldə etməyə başlamışdır. == Haqqında == Anison daha çox J-pop janrı ilə xarakterizə olunur. Adətən anime seriallarının hər seriyası üçün iki cür mahnıdan istifadə olunur: açılış mahnısı və bağlanış mahnısı. Açılış və bağlanış mahnılarına həmin animelərin OVA buraxılışlarında da rast gəlinir. Yaponiyada bəzi müğənnilərin əsas fəaliyyəti məhz animelər üçün mahnı və musiqi bəstələməklə formalaşır. LiSA, Konomi Suzuki, Nana Mizuki, Eyr Aoy, Aymer, May'n, Kotoko, Yui, Asaka və s.
Ansion
Ansion — "Ulduz müharibələri" kainatında uydurma planet. Obi-Van Kenobi və Anakin Skayvolker "Klonların hücumu" (2002) filminin hadisələrindən əvvəl planeti ziyarət etmişdir. Ansion planetinin Qalaktik respublikadan çəkilərək separatçı hərəkata qoşulacağı haqqında dedi-qodular yayılmışdır və bu məsələni həll etmək cedaylara həvalə edilmişdir. == İstinadlar == == Xarici keçidlər == Ansion — Vukipediya saytında.
Anton
Anton — rus kişi adı. Anton Arenski — Anton Rubenşteyn — Anton Denikin — Anton Purseladze — Anton Yelçin — ABŞ aktyoru.
Ofion
Ofion (Qədim Yunan dilində "ilan", Ὀφιονεύς) — Qədim yunan mifologiyasında Böyük İlan və ya Nəhənglərin Kralı Miflərin bəzilərinə görə, Ofion Olimpin ilk lordu, Evrinoma okeanidalarının oğlu və əridir. Digər versiyalara görə isə, Uran Ofionun və böyük Fetidanın oğludur.
Onqon
Scion
Scion – yapon Toyota firmasının yalnız ABŞ bazarında istifadə etdiyi bir alt markası. Toyota Motor Corporation tərəfindən 2003-cü ildə qurulmuşdur. Avtomobil istifadə etmə çağına yeni girən gənc istifadəçiləri hədəf alan marka, Toyotanın digər bənzər modellərindən daha aşağı qiymətlərə satılmaqdadır. Aşağı istifadə və baxım xərcləri ilə Scion avtomobilləri ABŞ bazarında əhəmiyyətli bir yer əldə etmişlər.
UNİKS
Unix (ing. Unix) — 1969-cu ildə Ken Tompson və Denis Ritçi tərəfindən Bell laboratoriyalarında yazılmış, eyni vaxtda bir çox istifadəçi ilə eyni zamanda müxtəlif əməliyyatları yerinə yetirən bir əməliyyat sistemidir. Yeni ƏS – UNICS (UNIplexed Information and Computing System) adlandırılmış, sonralar UNIX adına qısaldılmışdı. Bu əməliyyat sisteminin əsasıda Massaçusets Texnologiya İnstitutu (MİT), AT&T, Bell Labs və GE-nin bir yerdə istehsal etdikləri Multics və Unicse dayanır. Unix-in ilk versiyası Assembler dili ilə yazılmışdır və bu əməliyat sistemi sadəcə yazıldığı kompüterin özündə işləyirdi. Unix Əməliyyat Sistemi 1973-cü ildə C proqramlaşdırma dili ilə yenidən yazılmışdır. AT&T Bell Labs Unix-i Novell-ə satdı, 1994-cü ildə də Novell Unix markasını bugünkü sahibi The Open Group-a verdi. Unix çox prosesli və çox bahalı kompüterlərdən, ucuz və tək prosesli PC-lərə qədər bir çox kompüterdə işləyə bilir. Unix əməliyyat sisteminin sağlamlığı bir çox yerlərdə test edilmiş və davamlı bir sistem olduğu təsdiq edilmişdir. Unix çox istifadəçi eyni vaxtda birdən çox işi görəbildiyi üçün xüsusiylə çox prosesli serverlərdə istifadə olunur.
Unikorn
Təkbuynuz və ya Unikorn (lat. Unicornis, ing. Unicorn, latincadan unus 'tək' və cornis 'buynuz'), gözlərinin arasından tək buynuz çıxan, ata oxşar bir mifoloji məxluqdur. Qədim Yunan mifologiyasinda Təkbuynuz bakirə tanrı olan Artemida ilə əlaqələndirilir. Ələ keçirilməsi çətin bir iş olan bu məxluq tutulduğu zaman onu ancaq qızıl iplə bağlayaraq saxlamaq mümkündür. Həmçinin Təkbuynuzun buynuzundan hazırlanmış toz zəhər əleyhinə dərman hesab edilir. Orta əsrlərdə Təkbuynuz Şotlandiyanın gerbi olub. == İstinadlar == Mifologiya ilə əlaqədar olan bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
Unity
Unity - Canonical tərəfindən Ubuntu üçün yaradılan qrafik istifadəçi interfeysdir. KDE, GNOME, Xfce, LXDE qrafik interfeyslərindən fərqli olaraq, Unity proqramlar toplusu deyil, mövcud proqramları istifadə etmək üçün sistemdir.
Uniya
Uniya (lat. unio – birlik, təşkilat) — dövlətlər arasında ittifaqın, birliyin növü. == Haqqında == Uniyanın personal və real növləri mövcuddur. Personal uniyada iki və daha çox monarxiya quruluşlu dövlətlərin bir dövlətin tərkibində birləşir, lakin hər biri özünün hakimiyyət və idarəetmə orqanlarını saxlayır. Məsələn, Millətlər Birliyinin üzvü olan 54 ölkədən 15-i şəxsi uniya münasibəti vəziyyətindədir, yəni Böyük Britaniya və və Şimali İrlandiya krallıqlarına birləşmişlər və özlərinin monarxları yoxdur. (Avstraliya, Yeni Zelandiya, Kanada, Barbadas, Yamayka və b.) İngilis kraliçası eyni zamanda bu ölkələrin hər birinin kraliçasıdır. Lakin həmin ölkələrdə onun funksiyasını əsasən hər bir ölkənin hökuməti tərəfindən namizədliyi təqdim olunmuş və kraliça tərəfindən təsdiqlənmiş general-qubernator yerinə yetirir. Real uniya öz dövlət başçısı, öz pul sistemi, birləşmiş ordusu və digər xarici siyasəti həyata keçirən vacib dövlət orqanları olan monarxiya quruluşlu dövlətlərin daha sıx birliyidir. == İstinadlar == == Əlavə ədəbiyyat == Alberto Alesina and Enrico Spolaore. 2003.
Andrey Lunin
Andrey Alekseyoviç Lunin (ukr. Андрій Олексійович Лунін, 11 fevral 1999, Krasnoqrad[d], Xarkov vilayəti) — İspaniyanın Real Madrid klubunda və Ukrayna millisində qapıçı mövqeyində çıxış edən oynayan ukraynalı peşəkar futbolçudur. == Klub karyerası == Andrey xarkov futbolunun yetirməsidir. 2005–2010-cu illərdə Krasnoqrad UGİM-ində, 2007-ci ildən həm də paralel olaraq həftə sonlarından etibarən Xarkov Arsenalında oynayırdı. 2010–2014-cü illərdə isə Xarkovun digər təmsilçisi Metallistin akademiyasında futbolun sirrlərinə yiyələndi. === Dnepr === 2016-cı ilin yayında gənclər idman məktəbini bitirdikdən sonra Dneprin eyniadlı klubunun ehtiyat komandasında oynadı. İlk dəfə əsas komandanın heyətində Lunin 17 yaşında start heyət oyunçusu olaraq 16 oktyabr 2016-cı il tarixində Ukrayna Premyer Liqasında Lvovun Karpatı klubu ilə matçda çıxdı. Mövsümün qalan hissəsində klubun liqada və klub yarışlarında cəmi 25 matçda oynamasına baxmayaraq ilk seçim qapıçısı idi, lakin mövsümün sonunda maliyyə pozuntuları səbəbindən Dnepr birbaşa Ukrayna İkinci liqasına (futbolun üçüncü səviyyəsi) düşdü və Luninin də daxil olduğu bir çox oyunçunun klubdan ayrılmasına icazə verildi.
Anson arxipelaqı
Anson arxipelaqı (ing. Anson Archipelago) — Sakit okaenda, Yaponiya ilə Havay adaları arasında sahəni əhtə edən edir. Qrupa Ueyk rifi, Minamitori və bir neçə Kabus ada daxildir. Kabus adalar: Los Hardines (Los Jardines) — Marşall adalarından şərqdə, iki kabus ada. Adalar 1528-ci ildə Alavaro de Saavedra və 1542-ci ildə isə Lopes de Vilyalobes ziyarət etmişdir Nakanotorişima, həmcinin Qanqnes adı ilə (ing. Ganges Island) tanınır. — kabus ada 30°45′ şm. e. 154°25′ ş. u.
Anton Muxlinski
Anton Osipoviç Muxlinski (rus. Антон Осипович Мухлинский; 1808 - 1877)—polyak Rusiya türkoloqu. == Həyatı == Anton Osipoviç Muxlinski 1808-ci ildə anadan olmuşdur. 1828-ci ildə Vilnus Universitetini bitirmişdir. Daha sonra şərq dillərini araşdırmaq üçün Sankt-Peterburq Universitetinə daxil olmuş və 1836-1839-cu illərdə orada ərəb dilindən dərs vermişdir. 1839-cu ildə isə türk dilləri üzrə professor adını qazanmışdır. 1849-1866 illərdə Peterburq Universitetinin şərq dilləri kafedrasında çalışmışdır. Öz dövrünün türkoloqları arasında xüsusi yer tutmuş Muxlinski 1858-ci ildə «Zrodloslownik wyrazöw ktöre przeszly do naszej mowy z jçzyköw wschodnich» elmi əsərində polyak dilindəki türk alınmaları araşdırmışdır. Müəllifin 1857-ci ildə nəşr edilmiş «Issledovanie o proishozdenii i sostojanii Litevskih tatar» adlı çalışması türkologiya üçün dəyərli bir əsərdir. Anton Muxlinski 13 oktyabr 1877-ci ildə Varşavada 69 yaşında vəfat etmişdir.
Ünvan
Poçt ünvanı, ünvan — şəxsin yaşadığı və ya müəssisə və ya idarənin yerləşdiyi yer. Coğrafi mənada — Yer səthində nəyinsə yerləşmə koordinatları.