Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Unudulmaq hüququ
Unudulmaq hüququ — Avropa İttifaqında və 2006-cı ildən Argentinada tətbiq edilən konsepsiya. Müvafiq məsələnin gündəmə gəlməsi insanların "keçmişdə etdikləri hər hansı xüsusi hərəkətə və ya fəaliyyətə görə bütün ömrü boyu və ya zaman-zaman damğalanmadan, qınaq obyektinə çevrilmədən müstəqil şəkildə özünü inkişaf etdirmək və həyatına davam etmək" istəklərindən irəli gəlirdi.:231 Unudulmaq hüququna beynəlxalq insan hüquqları statusu verilməsinin praktikliyi ilə bağlı çoxsaylı mübahisələr mövcuddur: bu, bir tərəfdən informasiyaya çatımlılıq ilə bağlıdırsa, qismən də belə bir hüququn tətbiq edilməsi ilə əlaqədar hazırkı tənzimləmənin qeyri-müəyyənliyi ilə izah edilir. Bundan əlavə, qeyd edilən hüququn ifadə azadlığına təsiri, şəxsi həyata hörmət hüququ ilə əlaqəsi, eləcə də unudulmaq hüququnun yaradılmasının senzura və neqasionizm vasitəsilə internetin keyfiyyətini azaldıb-azaltmayacağı ilə bağlı narahatlıq yaradan suallar mövcuddur. Unudulmaq hüququnun tərəfdarları onun əhəmiyyətini bir sıra məsələlərlə əsaslandırırlar: məsələn, axtarış sistemində şəxsin adı üzrə axtarış edərkən pornoqisas saytlarının aşkarlanması; eləcə də şəxsin keçmişdə törətdiyi böyük ictimai təhlükə törətməyən cinayətlərlə bağlı məlumatların üzə çıxması və s. Əsas narahatlıq yaradan məsələ, silinmədiyi təqdirdə həmin məlumatların şəxsin onlayn nüfuzuna qeyri-müəyyən müddətə potensial olaraq təsir etmək ehtimalının olmasıdır. Avropada məlumatların mühafizəsi üzrə qanunvericilik fərdlər barədə şəxsi məlumatların potensial zərərdən müdafiəsi məqsədi daşıyır. "Unudulmaq hüququ" anlayışı Avropada daha əvvəl mövcud olan çoxsaylı fikirlərdən qaynaqlanır. Birləşmiş Krallıqda uzun müddət, xüsusilə də Cinayətkarların Reabilitasiyası haqqında qanunvericilikdə belə bir müddəa mövcud olmuşdur ki, müəyyən vaxtdan sonra cinayətə görə ittihamlar "ödənilmiş" olur; bu da o deməkdir ki, ittiham edilənlər haqqında məlumatlar onlar sığorta olunarkən və ya iş axtararkən nəzərə alınmamalıdır. Eynilə Fransada bu hüquqa (fr. le droit à l'oubli — unudulmaq hüququ) diqqət yetirilir və 2010-cu ildə Fransa qanunvericiliyində təsbit edilmişdir.
Unudulmaz (film, 2010)
Azərbaycan – unudulmaz ölkə (film, 2013)
Vəfasızlar Unudulmur
"Vəfasızlar Unudulmur" — Azərbaycan müğənnisi Aygün Kazımovanın 26 yanvar 2023-cü ildə yayımlanan sinqlı. Kazımovanın rəsmi YouTube kanalında yayımlanan mahnının klipi Rusiyanın paytaxı Moskva şəhərində çəkilmişdir. Sənətçi mahnısını doğum günü olan 26 yanvar 2023-cü ildə dinləyicilərinə təqdim etmişdir.
İkifotonlu udulma
İkifotonlu udulma — elektronlar yuxarı həyəcanlanmış haldan aşağı həyacanlanmış hala keçəndə enerjinin ayrılması əksinə aşağı həyəcanlaşma halından yuxarı həyəcanlaşma halına keçdikdə isə enerjinin udulması ilə baş verən proses. Maddələrin üzərinə düşən işığın udulma səbəbi də budur. Adətən udulma bir fotonla baş verir. Birfotonlu udulmanın baş vermə ehtimalı daha böyük olur. Ancaq təcrübələrdə müşahidə olunub və nəzəri olaraq da isbat olunub ki, birfotonlu udlmanın qadağan olunduğu hallarda çoxfotonlu udulmanın xüsusilə də ikifotonlu udulmanın ehtimalı böyüyür. Elektron iki foton udaraq daha yüksək həyacanlaşma halına keçir.
Şüalanmanın udulma dozası
Şüalanmanın udulma dozası — ionlaşdırıcı şüalanmanın E udulmuş enerjisinin şüalanan maddənin m kütləsinə nisbətinə deyilir, D=E/m. BS-də şüalanmanın udulma dozası vahidi Qrey (Qr)-dir və əsas vahidlərin siyahısına daxildir.Şüalanmanın udulma dozası vahidi 1Qr-1kq şüalanan maddə ionlaşdırıcı şüalanma ilə 1C enerji alan şüalanmadır,1Qr=1C/kq.Şüalanmanın təbii fonu norması-(kosmik şüalar, ətraf mühitin və insan bədəninin radioaktivliyi) hər adam üçün 1 ildə 2·10−3Qr şüalanma dozasına yaxındır.Şüalanmanın 1 ildə yol verilən limit dozası-Şüalanmadan beynəlxalq müdafiə komissiyasının təyin etdiyi normadır və0,05Qr-dir.Ölümcül şüalanma dozası-qısa müddətdə alınmış 3–10Qr-dir.Rentgen-şüalanmanın ionlaşdırıcı dozası üçün sistemdənkənar vahiddir. Bu vahid rentgen və qamma şüalanmanın ionlaşdırıcı qabiliyyətinin ölçüsüdür. Praktik dozimetriyada hesab etmək olar ki,1R, təxminən, şüalanmanın udulma dozasının 0,01Qr-yə ekvivalentdir.
Unudulmuş keçmiş (film, 1941)
Unudulmuş keçmiş — 1941-ci ildə istehsal olunmuş Misir filmi. Tanınmış müğənni Leyla Murad bu filmdə çəkilmişdir.
Unudulmuş ordu(serial, 2020)
"Unudulmuş ordu" — 24 yanvar 2020-ci ildə Amazon Prime Video internet kanalında başlayan tarixi serialdır.Serial Kabir Xan Films şirkətinin istehsalıdır.Serialın Rejissoru Kəbir Xan,Ssenari müəllifi isə dünyaca məşhur Aktyor Şahrux Xandır.Kəbir Xan bu mövzu barədə 1999-cu ildən düşünürdü.Həmin il eyniadlı sənədli film də çəkmişdi.21 il sonra bu mövzu barədə serial çəkildi.Serial Myanmada,Sinqapurda və Hindistanda çəkilib.Serialın Ssenari müəllifinin Şahrux Xan olmasına görə serial çox tanınır və baxılır.Şahrux Xan 1991-ci ildən bəri heç vaxt serialda çəkilməmiş və ya serial üzərində işləməmişdi.Bu,29 il sonra ilkdir.Serial hələ də davam edir.Müddəti 30-45 dəqiqədir. Unudulmuş ordu serialı ölkələrini İngiltərə hakimiyyətindən xilas etmək üçün Çalo Dilli müharibəsində döyüşən paytaxta çatan hind əsgərləri barədədir.İkinci Dünya müharibəsində İngiltərə Sinqapurda məğlub oldu.Hindistan Milli Ordusu o zamanlar yaranmışdı və rəhbər Çandra Bose idi.1917-1918-ci illərdə Rusiyada yaranmış ilk qadın piyadə alayı var idi.Bu əsgərlər Hindistanın azad olması üçün bütün çətinliklərə dözdülər.İngilislərlə mübarizə aparan tək mülki əhali idilər,lakin,yaddan çıxdılar.Necə deyərlər,"UNUDULMUŞ ORDU" oldular.Bu serial həm də,iki əsgər-Sodhi və Maya arasında baş verən sevgi hekayəsindən danışır.Burada suallar doğur:Vətən,yoxsa,sevdiyin insan,ailə?Təbii ki,Vətən!Azadlığı yaşatmaq üçün mübarizə,azadlıq əldə etmək üçün mübarizədən daha çətindir. Rejissor Kəbir Xan 1999-cu ildə eyniadlı sənədli film çəkib.21 il sonra belə bir serial çəkmək qərarına gəlib.Şahrux Xan 1991-ci ildən bəri heç vaxt serialda çəkilməmiş və ya serial üzərində işləməmişdi.Qeyd edək ki,Şahrux Xan bu serialın ssenari müəllifidir.
Unudulmuş ordu (serial, 2020)

Unudulmuş qəhrəman (film, 2005)
Kiyev, Minsk, Moskva, Tula… Bu qəhrəman şəhərlər sırasında təəssüf ki, bizim Bakının adı çəkilmir. Əslində Bakı neftçiləri müharibənin 1418 günü ərzində cəbhəni yanacaqla fasiləsiz təmin etmişdir. O dövrdə Sovet İttifaqında çıxarılan neftin 75 faizi Bakının payına düşürdü. Bu isə o deməkdir ki, hər 10 təyyarədən 7-i, hər 10 tankdan 7-i Bakı yanacağı ilə işləyirdi. Film İkinci Dünya müharibəsi illərində qəhrəman Bakının və Bakı neftinin müharibə üçün böyük əhəmiyyətindən danışır. Bakı müharibə zamanı neft çatdırıb verməsəydi müharibədə qalib gəlmək xəyal olardı. Bu səbəbdən Hitlerin ən ümdə planlarından biri Bakını tutmaq və neft daşlarını ələ keçirmək idi. Hətta bu plandan xəbər tutan Stalin 1942-ci ildə Bakı mədənlərini partlatmaq üçün hazırlıq görülməsini əmr edir… Filmdə Avropa bəstəkarların əsərlərindən istifadə edilmişdir.