Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Başmaq
Başmaq — dabanı açıq ayaqqabı növü. Adətən, qabarıq pəncəli və hündürdaban olurdu. Şərq xalqlarının, xüsusilə türk xalqlarının məişətində geniş istifadə edilmişdir. Qadın başmaqlarının (zənənə başmaq) üzlüyü, adətən, tumac və ya müşküdən, bəzən isə parçadan (məxmər, tirmə) tikilirdi. Başmağın üzlüyü parça olduqda, onu müxtəlif tikmələrlə (muncuq, güləbətin, təkəlduz) bəzəyirdilər (güllü başmaq, məxməri başmaq, güləbətinli başmaq və s.).
Uzanma
Uzanma (rus. простирание, ing. strike) — layın təbəqənin, damarın, qatın, qırılma müstəvisinin və s. üzərində üfqi xəttin meridiana nisbətən istiqaməti, dağ kompası ilə müəyyən edilir. Düşmə ilə birlikdə geoloji kütlələrin və struktur səthlərin yatım elementini təşkil edir.
Başmaq (Həştrud)
Başmaq (fars. باشماق‎) — İranın Şərqi Azərbaycan ostanının Həştrud şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 286 nəfər yaşayır (57 ailə).
Başmaq (Miyanə)
Başmaq (fars. اشماق‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 988 nəfər yaşayır (214 ailə).
Aşmaq (Həştrud)
Aşmaq (fars. اشمق‎) — İranın Şərqi Azərbaycan ostanının Həştrud şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 9 nəfər yaşayır (6 ailə).
Başmaq dimdikli leylək
Başmaq dimdikli leylək, Balinabaş və ya Kral leylək (lat. Balaeniceps rex) — leyləyə bənzər bir quş növü. Adını çox böyük və başmağa bənzəyən dimdiyinə görə almşdır. Forma etibarı ilə leyləyə oxşasa da leyləkkimilər (Ciconiiformes) fəsiləsindəki quşlarla qohumluq əlaqəsi güclü deyil. Bəzi alimlər onları Qutankimilərə (Pelecaniformes) aid edir. Yetkin quşlar ümumi olaraq boz tüklərə sahib olsalar da, cavan ikən tükləri qəhvəyi çalara sahib olur. == Yayılması == Afrikanın tropik şərq bölgəsində, Sudandan Zambiyaya qədər böyük bataqlıqlarda yaşayırlar. Mərkəzi Afrikanın Konqo Demokratik Respublikası, Uqanda, Keniya, Tanzaniya və Zambiya kimi ölkələrində rastlanılır. Onları bəzən Botsvanada belə görürlər. == Təsviri == Boyları 110–140 sm olsa da bəzi fərdlər 152 sm-ə qədər çata bilirlər.