UZANMAQ I f. İstirahət etmək, yatmaq. İşığı söndürüb yatağa uzandı, amma yata bilmədi (D.Dəmirli).
UZANMAQ II f. Davam etmək. Uzanır məclisin, günəş doğana; Ellər aşiqinə “yenə çal!” – deyir (S.Vurğun).
UZANMAQ III f. Boy atmaq, böyümək. Gözlərinin qabağında Hədəflər gah uzanır dönür qara lentaya, gah kiçilir, toz olur (R.Rza).