Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Uzunbulaq (Nir)
Uzunbulaq (fars. اوزان بلاغ‎) — İranın Ərdəbil ostanının Nir şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 117 nəfər yaşayır (25 ailə).
Uzunbucaq
Uzunbucaq qoruğu (bolq. Узунбоджак) — Bolqarıstanın cənub-şərqindəki Stranca Təbiət Parkındakı beş qoruqdan biri olan UNESCO Biosfer Qoruğu. Qoruğu bəzən Lopuşna da adlandırırlar. Uzunbucaq 13 dekabr 1956-cı ildə təsis edilmiş və 1977-ci ilin martında YUNESKO-nun Biosfer Qoruğu Şəbəkəsinə daxil edilmişdir. Qoruq sahəsi 2529,6 hektardır (25.296 km²). Onun ərazisində bütün iqtisadi fəaliyyət növləri qadağandırи. Qoruq Sarevo ucmasına daxil olan Kostya kəndi ilə Malko Tarnovo icmasına Slivarovo kəndi arasında yerləşir. Rezovsk çay vadisində, mənsəbdən təxminən 20 km məsafədə yerləşir. Relyef qeyri-bərabərdir. Burada vadinin eni 50 ilə 300 m arasında dəyişir.
Uzunqulaq
Ulaq, uzunqulaq və ya eşşək (lat. Equus asinus asinus) — təkdırnaqlılar dəstəsinin atlar fəsiləsinə aid afrika eşşəyi növünün əhliləşdirilmiş yarımnövü. Təsərrüfatda mühüm əhəmiyyət kəsb etmişdir. Dünyada 40 milyondan çox uzunqulaq yaşayır və onların əksəriyyəti inkişaf etməmiş ölkələrdədir. Onlar tez-tez ağır yüklərin daşınması və ya arabaların çəkilməsi kimi işlərdə istifadə olunur və gücü və dözümlülüyü ilə tanınır. Uzunqulaqların ömrü təxminən 30 ilə yaxındır. Uzunqulaqlar ən çox istismara və pis rəftara məruz qalan heyvanlar sırasındadır. Uzunqularların hündürlükləri 1–1.4 metrə çatır. Onların iri başları və uzun yumşaq qulaqları olur. Vəhşi afrika eşşəkləri qırmızı dəniz sahillərində Somalidə, Eritreyadq və Şimali Efiopiyada yaşayırlar.
Uzuntala
Kəndlər Uzuntala (Qax) — Azərbaycan Respublikasının Qax rayonunun inzibati ərazi vahidində kənd. Uzuntala (Zaqatala) — Azərbaycan Respublikasının Zaqatala rayonunun inzibati ərazi vahidində kənd. Uzuntala (Qaraqoyunlu) — Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında, indi Karvansaray (İcevan) rayonunda kənd. Bələdiyyələr Uzuntala bələdiyyəsi — Azərbaycan Respublikasının Qax rayonunda bələdiyyə.
Uzunqulaq atlanqaç
Uzunqulaq atlanqaç (lat. Elephantulus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin atlanqaçlar dəstəsinin atlanqaçlar fəsiləsinə aid heyvan cinsi.
Uzunsaplaq palıd
Qafqaz (Gürcüstan) və Qərbi Avropada təbii halda yayılmışdır. Samur-Dəvəçi, Kür-Araz düzənliyi, Alazan-Əyriçay dərəsi, Lənkəran və Kür düzənliklərində rast gəlinir. Azərbaycanın nadir bitkisidir. LC. Dağ yamaclarında qarışıq meşələrdə çay sahillərindən kə¬narda rast gəlinir. Arealı genişdir, ancaq fərdərin populyasiyada yerləşməsi seyrəkdir. Hündürlüyü 40 m olan geniş çətirli ağacdır. Yar-paqları qalın dərivıarı, uzunsov olub, kənarları oyuqvarı qeyri-bərabər də¬rin dilimlidir. Zoğları çılpaq, bozumtul-qəhvəyi rəngdədir. Yarpaqlarının uzunluğu 5-15 sm, eni 5-9 sm, tərs yumurtavarı, uzun-sov olub, uc tərəfdən sıxılmış (daralmış), dərivarı, bərk, üst tərəfdən tünd-yaşıl, çılpaq və ya nazik sıx tüklərlə örtülmüş, oturacaqdan çox da iri olmayan qulaqcığa malik olub, ürəkvarı və ya zəif pazvarıdır. Kənarları oyuqvarı qeyri-bərabər dərin dilimlidir Üç tərəfdən enli, küt, gödək, dilimli, hər tərəfdən 3-7, enli, küt, gödək və ya uzun, forma və ölçücə bir-birinə oxşamayan dilimlərə malikdir.
Uzunayaq ssink
Uzunayaq ssink və ya Şneyder kərtənkələsi (lat. Eumeces schneideri) — Uzunayaqlar fəsiləsinə Uzunayaq ssink cinsinə aid kərtənkələ növüdür. Növün latın adı alman naturalisti Yohan Qotlob Şneyderin şərəfin adlandırılıb. İri kərtənkələ olaraq bədəni uzunluğu erkək fərdlərdə 165 mm-ə, dişilərdə 155 mm-ə çatır. Çəkisi 90 q-dır. Bədəni hamar pulcuqlarla örtülüdür. Bədəni üst tərəfdən qəhvəyi, qəhvəyi-boz və ya zeytunu-boz rəngdə olur. Bədənin yanları ilə narıncı, çəhrayı-qırmızı və ya qırmızı rəngli zolaq uzanır. Xalları olmayan, eynirəngli fərdlərə də rast gəlinir Qarın tərəfinin rəngi sarı və ya ağ olur. Onlar əsasən ön dağıq və yüksək dağlıq ərazilərdə yayılmışdır.
Uzunayaq sçink
Uzunayaq ssink və ya Şneyder kərtənkələsi (lat. Eumeces schneideri) — Uzunayaqlar fəsiləsinə Uzunayaq ssink cinsinə aid kərtənkələ növüdür. Növün latın adı alman naturalisti Yohan Qotlob Şneyderin şərəfin adlandırılıb. İri kərtənkələ olaraq bədəni uzunluğu erkək fərdlərdə 165 mm-ə, dişilərdə 155 mm-ə çatır. Çəkisi 90 q-dır. Bədəni hamar pulcuqlarla örtülüdür. Bədəni üst tərəfdən qəhvəyi, qəhvəyi-boz və ya zeytunu-boz rəngdə olur. Bədənin yanları ilə narıncı, çəhrayı-qırmızı və ya qırmızı rəngli zolaq uzanır. Xalları olmayan, eynirəngli fərdlərə də rast gəlinir Qarın tərəfinin rəngi sarı və ya ağ olur. Onlar əsasən ön dağıq və yüksək dağlıq ərazilərdə yayılmışdır.
Uzunayaq sçinklər
Uzunayaq sçinklər (lat. Eumeces) — Uzunayaqlar fəsiləsinə aid cins. Cinsə 4–5 növ daxildir. Onlar əsasən Şimali Afrika, Ön Asiya, Cənubi Qafqaz, Orta Asiya, Əfqanıstan, Pakistan və Hindistan ərazilərində yayılmışdır. Uzunayaq sçinklər orta ölçülərə və kifayət qədər iri olurlar. Pulcuqları hamar və gözəldir. Onlar təhlükə zamanı asanlıqla quyruğunu atır. Eumeces cinsinə aşağıdakı növlər daxildir: Eumeces algeriensis — Əlcəzair uzunayaq sçink Eumeces blythianus Eumeces indothalensis Eumeces schneideri — Uzunayaq sçink Plestiodon: A replacement name for most members of the genus Eumeces in North America. Arxivləşdirilib 2007-03-16 at the Wayback Machine Molecular studies on the genus Eumeces Wiegmann, 1834: phylogenetic relationships and taxonomic implications. Arxivləşdirilib 2011-05-18 at the Wayback Machine A cladistic evaluation of the cosmopolitan genus Eumeces Wiegmann (Reptilia, Squamata, Scincidae).
Uzuntala (Qaraqoyunlu)
Uzuntala (1969-cu ildən: Ayqeovit) — Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında, indi Karvansara (İcevan) rayonunda kənd. Rayon mərkəzindən 22 km məsafədə yerləşir. Toponim Azərbaycan dilində "böyük, geniş" mənasında işlənən uzun sözü ilə "meşə ortasında açıqlıq yer" mənasında işlənən tala sözünün birləşməsindən əmələ gəlmişdir. Relyeflə bağlı yaranan mürəkkəb quruluşlu toponimdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 25. V.1967-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Onut, 12. II.1969-cu il fərmanı ilə yenidən dəyişdirilib Aygehovit qoyulmuşdur.
Uzuntala (Qax)
Uzuntala — Azərbaycan Respublikasının Qax rayonunun inzibati ərazi vahidində kənd. 1 yanvar 2012-ci il tarixinə olan rəsmi məlumata əsasən kənddə 39 təsərrüfatda hər iki cinsdən toplam 140 nəfər əhali yaşayır.
Uzuntala (Zaqatala)
Uzuntala — Azərbaycan Respublikasının Zaqatala rayonunun inzibati ərazi vahidində kənd. Kənd rayon mərkəzindən 26 km cənubda, Katex çayının sağ sahilində yerləşir. Şimaldan Balakən rayonunun Qamış Tala, qərb tərəfdən Balakən rayonunun Püştətala, Qaracıl, Kortala, cənubdan və şərqdən Katex çayı ilə həmsərhəddir. Kəndin ərazisi 622 hektardır. 1 yanvar 2012-ci il tarixinə olan rəsmi təxminə əsasən əhalisi 657 nəfərdir, milli tərkibcə əsasən avarlardan ibarətdir. Dini etiqadına görə kənd əhalisi müsəlmanlardan təşkil olunub. Kənd, RİHB-nın ərazi İcra nümayəndəsi və Uzuntala Bələdiyyəsi tərəfindən idarə olunur. Əhalinin əsas məşğuliyyəti əkinçilik, tütünçülük, fındıqçılıq və maldarlıqdır. Kənddə 1 orta məktəb, feldşer-mama məntəqəsi, klub, məscid, futbol meydançası, poçt, ATS vardır. Kənd XIX əsrdə tikilmiş məscid vardır.
Uzuntala bələdiyyəsi
Qax bələdiyyələri — Qax rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Uzuntala məbədi
Uzuntala məbədi — Qazax-Şəmşəddil sultanlığı ərazisində, Karvansaray rayonunun Uzuntala (25 may 1967-ci ildən-Onut, 12 fevral 1969-cu ildən-Aygehovit) kəndi yaxınlığında, kənddən 3 km cənub-qərbdə meşənin dərinliyində alban məbədi. Vaxtilə daş hasar içində olan məbəd kompleksinə 2 kilsə və yardımçı tikililər daxildir. Həmin daş hasarın isə bu gün ancaq özülü qalmaqdadır. Kompleksin ətrafında həm də qədim yaşayış məskəninin xarabalıqları mövcuddur. Monastırın baş məbədi günbəzli zal formasındadır, yarımsütunlar çatma tağlarla birləşmiş və bu tağların üstündə 12 üzlü günbəz ucalmışdır. Məbəd bir neçə dəfə təmir olunmuş və əvvəlki görkəmi xeyli dəyişikliyə məruz qalmışdır. Hörgünün divar daşları bəzi yazılı daş və lövhələrlə əvəzlənmişdir ki, onlardan da birində "1201" tarixi qeyd olunmuşdur. Bu da həmin yerdə daha qədim bir məbədin mövcud olduğunu söyləməyə əsas verir. İstər Karvansara rayonu, istərsə də Uzuntala kəndi qədimdən Türk-Oğuz boylarının ana yurdu olmuş, bu əraziyə ermənilərin ilk kütləvi axını XIX əsrin əvvəllərində bölgənin Rusiya imperiyası tərəfindən işğalından sonra başlanmışdır.
Uzunbarmaq çay xərçəngi
Uzunbarmaq çay xərçəngi (lat. Astacus leptodactylus) — heyvanlar aləminin buğumayaqlılar tipinin ali xərçənglər sinfinin onayaqlılar dəstəsinin çay xərçəngləri fəsiləsinin çay xərçəngi cinsinə aid heyvan növü. Çay xərçənginin silindrvari baş-döşü 5 baş və 8 döş buğumundan ibarətdir. Ön antenalar 2 qamçılı və bığyanı pulcuqludur. Başın ön hissəsində 2 buğumdan ibarət saplaqlı, fasetli gözlər yerləşir. Rostrum iti ucluqla qurtarır. Döşün 8 heteronom buğumu başla hərəkətsiz birləşib ümumi xitin zirehlə (karapaks) örtülüb baş-döşü əmələ gətirmişdir. Qarın yaxşı inkişaf etmişdir və baş-döşün altına bükülmür. Zireh hamar və ya qırışıqlı, qabarıqlı ola bilər. Çay xərçəngində oynaqlı ətrafların ümumi sayı 19 cütə çatır.