Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Uzunboyad
Uzunboyad — Azərbaycan Respublikasının Şabran rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 2 aprel 2010-cu il tarixli, 982-IIIQ saylı Qərarı ilə Dəvəçi rayonunun Uzunboyad kəndi Rəhimli kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Uzunboyad kənd inzibati ərazi dairəsi yaradılmış və Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrinə daxil edilmişdir. Uzunboyad keçmiş adı Boyat Uzunqışlaq olmuşdur. Oykonimin tərkibindəki uzun sözü qışlağın ərazisinin ensiz, dar zolaq şəklində olması nı bildirir. Sonralar qışlaq sözü atılmış və məntəqə Uzunboyat adlandırılmışdır. Oykonim "boyatlara məxsus uzun qışlaq" mənasındadır. Şabran rayonunun ərazisində iki Boyat kəndini bir-birindən fərqləndirmək üçün biri Uzunboyad, digəri isə Sincan kəndinin yaxınlığında yerləşdiyinə görə Sincanboyad adlandırılmışdır. Boyat (Bayat, Bəyat) – "Kitabi-Dədə Qorqud"da hadisələrin başlanğıc və cəryan etdiyi coğrafi adlardan biridir. Boyat coğrafi adına Ağcabədi, Salyan, Neftçala, Ucar, Şamaxı, Şabran, eləcə də Qədim Albaniyada – Arran-Şirvan ərazisində və digər yerlərdə təsadüf edilir. Boyat (Bayat, Bəyat) türkdilli qəbilələrdən birinin adı olub IX-X əsrlərdə qay tayfası ilə yanaşı Şimali Qazaxıstanın çöllərində oğuzlara başçılıq etmiş tayfalardandır.
Uzunburun
Uzunburun (lat. Acipenser stellatus) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin nərəkimilər dəstəsinin nərələr fəsiləsinin nərə cinsinə aid heyvan növü. Uzunburun Xəzər, Qara və Azov dənizlərində yaşayır. Nərəkimilər içərisində uzunburun ölçülərinə görə ən kiçiyidir. Xəzər dənizində onun iki populyasiyasi mövcuddur: Cənubi-Xəzər və Şimali-Xəzər populyasiyaları. Xəzərin Azərbaycan sektorunda əksəriyyət təşkil edən Cənubi-Xəzər populyasiyası çoxalmaq üçün Kür çayına girir. Kür populyasiyası Şimali-Xəzər populyasiyasından gec cinsi yetişkənliyi, zəif böyümə tempi və az törəyib artması ilə fərqlənir. Uzunburun balığın mühüm təsərrüfat əhəmiyyəti var. Ümumi nərə ovunda o sayının çoxluğuna görə birinci yerdədir. Azərbaycanda uzunburun ehtiyatı əsasən süni yolla nərə balıqartırma zavodlarında bərpa olunur, qismən isə təbii yolla Kür (Varvara su anbarı aşağıda) və Araz (Qaradonlu kəndində, Bəhramtəpədən aşağı hissədə) çoxalır.
Uzunboyad bələdiyyəsi
Şabran bələdiyyələri — Şabran rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis edilib. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Uzunburun delfin
Uzunburun delfin (lat. Stenella longirostris) — elədə böyük olmayan tropik delfin. Dünya okeanının tropiklər arası ərazisində yayılmışlar. Bu növün 4 yarımnövü məlumdur. Ancaq başqa yarımnövlərin olması istisna deyildir. Onlar arasında ibritlərin olması istisna deyildir. Rəngi boz və ya tünd rənglərdə olur. Ölçü baxımından öz cinsinin digər növlərindən elədə böyük deyildir. Nadir halda qrup təşkil edirlər. Akrobatik tullanışlar edirlər.
Uzunburun meymun
Uzunburun meymun, və ya Kахаu (lat. Nasalis larvatus) — Əntərmeymunlar fəsiləsinin Nazik bədən meymunlar yarımfəsiləsinə aid növ. Kalimantan adası ərazisindəki meşələrdə yaşayırlar. Uzunburun meymunları digər meymunlardan fərqləndirən əsas xüsusiyyət onların uzun burunlarıdır. Burunları xiyara bənzəyir, bu xüsusiyyət ancaq erkəklərə məxsusdur. Burnun yuxarı hissəsi sarı-qəhvəyi, aşağı hissəsi isə ağ xəzlə örtülü olur. Ayaqları, əlləri və quyruğu boz, tüksüz üzü isə qırmızı olur. Burnuları 66-75 sm olur. Quyruğu uzun olur. Erkəklər 16-22 kq arası çəkiyə malik olurlar.
Uzunburun pazdimdik
Uzunburun pazdimdik (lat. Mergus serrator) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinin pazdimdik cinsinə aid heyvan növü.
Uzunburun zirehli
Uzunburun zirehli (lat. Lepisosteus osseus) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin zirehlikimilər dəstəsinin zirehli durnabalıqları fəsiləsinin kayman balığı cinsinə aid heyvan növü.