uzunboğazlı
uzunboylu
OBASTAN VİKİ
Uzunboyad
Uzunboyad — Azərbaycan Respublikasının Şabran rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 2 aprel 2010-cu il tarixli, 982-IIIQ saylı Qərarı ilə Dəvəçi rayonunun Uzunboyad kəndi Rəhimli kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Uzunboyad kənd inzibati ərazi dairəsi yaradılmış və Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrinə daxil edilmişdir. Uzunboyad keçmiş adı Boyat Uzunqışlaq olmuşdur. Oykonimin tərkibindəki uzun sözü qışlağın ərazisinin ensiz, dar zolaq şəklində olması nı bildirir. Sonralar qışlaq sözü atılmış və məntəqə Uzunboyat adlandırılmışdır. Oykonim "boyatlara məxsus uzun qışlaq" mənasındadır. Şabran rayonunun ərazisində iki Boyat kəndini bir-birindən fərqləndirmək üçün biri Uzunboyad, digəri isə Sincan kəndinin yaxınlığında yerləşdiyinə görə Sincanboyad adlandırılmışdır. Boyat (Bayat, Bəyat) – "Kitabi-Dədə Qorqud"da hadisələrin başlanğıc və cəryan etdiyi coğrafi adlardan biridir. Boyat coğrafi adına Ağcabədi, Salyan, Neftçala, Ucar, Şamaxı, Şabran, eləcə də Qədim Albaniyada – Arran-Şirvan ərazisində və digər yerlərdə təsadüf edilir. Boyat (Bayat, Bəyat) türkdilli qəbilələrdən birinin adı olub IX-X əsrlərdə qay tayfası ilə yanaşı Şimali Qazaxıstanın çöllərində oğuzlara başçılıq etmiş tayfalardandır.
Uzunboyad bələdiyyəsi
Şabran bələdiyyələri — Şabran rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis edilib. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.

Digər lüğətlərdə