Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Abgərm bəxşi
Abgərm bəxşi (fars. بخش آبگرم‎), (az-əbcəd. آبگرم بؤلومو‎), iranın Qəzvin ostanının Avəc şəhristanına daxil olan bəxş.
Aslandüz bəxşi
Aslandüz bəxşi (farsca: بخش اصلاندوز), İranın Ərdəbil ostanında olan Parsabad şəhristanının 3 bəxşindən biridir. Bəxşin 2006-cı il siyahıya almaya görə əhalisi 27,418 nəfər ve 5,220 evdir. Bəxşin mərkəzi Aslandüz şəhəridir.
Bəxşi Qələndərli
Qələndərli Bəxşi Həsən oğlu (20 iyul 1903, Xankəndi, Şuşa qəzası, Yelizavetpol quberniyası, Rusiya imperiyası – 14 sentyabr 1985, Naxçıvan, Naxçıvan MSSR, Azərbaycan SSR, SSRİ) – teatr rejissoru. Ermənistan SSR (1939) və Azərbaycan SSR (1974) əməkdar incəsənət xadimi. == Həyatı == Baxşı (əsl adı: Baxış) Həsən oğlu Qələndərli 20 iyul 1903-cü ildə Xankəndi şəhərində dünyaya göz açmışdır. İbtidai məktəbi bitirdikdən sonra Bakıya gəlmiş və burada orta təhsilini başa vurmuşdur. Teatra olan həvəsi 1926-cı ildə onu Bakı Teatr Texnikumuna gətirib çıxarmışdı. Təhsilini 1930-cu ildə müvəffəqiyyətlə bitirmişdir. O, sevdiyi sənət sahəsində ali təhsil almaq istəyirdi. Ona görə də Leninqrad (indiki Sankt-Peterburq) Səhnə Sənəti İnstitutunda təhsilini davam etdirir. 1934-cü ildə təhsilini bitirib İrəvan şəhərinə gedir. Cəfər Cabbarlı adına İrəvan Azərbaycan Dram Teatrında baş rejissor işinə götürülür.
Dəştabi bəxşi
Dəştabi bəxşi (fars. بخش دشتابی‎) , (az-əbcəd. دشتابی بؤلومو‎) iranın Qəzvin ostanının Buyinzəhra şəhristanının ərazisinə daxil olan bəxş.
Kuhin bəxşi
Kuhin bəxşi (fars. بخش کوهین‎; az-əbcəd. کوهین بؤلومو‎) — İranın Qəzvin ostanının Qəzvin şəhristanının ərazisinə daxil olan bəxş.
Laləcin bəxşi
Laləcin bəxşi (fars. بخش لالجین‎) — İranın Həmədan ostanının Bahar şəhristanında bəxş. Əhalisi 2006-cı il əhalinin sıyahıya alınmasına əsasən 10 635 ailədə 44 568 nəfərdir. Bəxşin iki şəhəri (Laləcin və Mühaciran), iki dehistanı (Mühaciran dehistanı və Sufalqaran dehistanı) var.
Ləvəndil bəxşi
Ləvəndəvil bəxşi (fars. بخش لوندویل‎) — İranda, Gilan ostanının Astara şəhristanında inzibati ərazi vahidi. İnzibati mərkəzi Ləvəndəvil şəhəridir. == Əhalisi == 24 oktyabr – 13 noyabr 2011–ci il siyahıyaalınması yekunlarına əsasən bəxşin əhalisi: == İnzibati bölgü == 2011–ci il siyahıyaalınmasına əsasən bəxş inzibati cəhətdən Ləvəndəvil şəhərini və 2 dehestanı əhatə edir. Dehestanlarda isə 18 kənd yerləşir və onlardan 2–sində əhali yaşamır.
Ləvəndəvil bəxşi
Ləvəndəvil bəxşi (fars. بخش لوندویل‎) — İranda, Gilan ostanının Astara şəhristanında inzibati ərazi vahidi. İnzibati mərkəzi Ləvəndəvil şəhəridir. == Əhalisi == 24 oktyabr – 13 noyabr 2011–ci il siyahıyaalınması yekunlarına əsasən bəxşin əhalisi: == İnzibati bölgü == 2011–ci il siyahıyaalınmasına əsasən bəxş inzibati cəhətdən Ləvəndəvil şəhərini və 2 dehestanı əhatə edir. Dehestanlarda isə 18 kənd yerləşir və onlardan 2–sində əhali yaşamır.
Milacerd bəxşi
Milacerd bəxşi (fars. بخش میلاجرد‎) — İranda, Mərkəzi ostanının Komican şəhristanında inzibati-ərazi vahidi. İnzibati mərkəzi Komican şəhəridir. 2011–ci il siyahıyaalınmasına əsasən bəxşin əhalisi 4.442 ailədə 8.316 nəfəri kişilər və 8.125 nəfəri qadınlar olmaqla cəmi 16.441 nəfərdir. Bəxş inzibati cəhətdən Milacerd şəhərini, Milacerd və Xosro Beyg dehestanlarını əhatə edir.
Məhəmmədiyə bəxşi
Məhəmmədiyə (fars. بخش محمدیه‎) — İranın Qəzvin ostanının Əlburz şəhristanının Məhəmmədiyə bəxşində şəhər və bu bəxşin mərkəzi. Məhəmmədiyə şəhəri keçmiş Zibaşəhr və Bavers (indi bu adda şəhərin yaxınlığında başqa bir kənd mövcuddur) kəndlərinin birləşməsi ilə qurulub. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 41,766 nəfər və 10,904 ailədən ibarət idi. 2016-cı ilin məlumatına görə bəxşdə 138,093 nəfər yaşayır (43,898 ailə).
Qalaçay bəxşi
Qalaçay bəxşi (Farsca: بخش قلعه‌چای) — İranın Şərqi Azərbaycan ostanındaki Əcəbşir şəhristanının iki bəxşindan biridir.
Rüğeyvə bəxşi
Rüğeyvə bəxşi (fars. بخش رغیوه‎) — İranda, Xuzistan ostanının Həftkel şəhristanında inzibati-ərazi vahidi. 2011-ci il siyahıyaalınmasına əsasən bəxşin əhalisi 1.197 ailədə 2.598 nəfəri kişilər və 2.644 nəfəri qadınlar olmaqla cəmi 5.242 nəfərdir və bütünlüklə kənd əhalisidir. İnzibati cəhətdən Gəzin və Rüğeyvə dehestanlarını əhatə edir.
Sultaniyə bəxşi
Sultaniyə şəhristanı (fars. شهرستان سلطانیه‎) — İranda, Zəncan ostanında inzibati–ərazi vahidi. İnzibati mərkəzi Sultaniyə şəhəridir. 2014–cü ilədək Əbhər şəhristanının bir hissəsi olaraq bəxş statusu daşıyırdı idi və Sultaniyyə bəxşi adlanırdı. Həmin ildən inzibati cəhətdən statusu şəhristan olaraq yüksəlmişdi.
Sələfçegan bəxşi
Salafçeqan — İranın Qum şəhərinin bölmələrindən biri. 2016 -cı ildə Salafçeqan mahalının əhalisi və evlərinin ümumi siyahıya alınmasına görə 9 938 nəfərə bərabər olmuşdur.
Təzəkənd bəxşi
Təzəkənd bəxşi — (Farsca: بخش تازه‌کند), İranın Ərdəbil ostanında olan Parsabad şəhristanının 4 bəxşindən biri. Bəxşin 2006-cı ildə əhalinin siyahıya alınmasına görə əhali sayı 14,235 nəfər və ya 2,929 evdir. Bəxşin mərkəzi Təzəkənd şəhəridir.
Vəhşi Pişik
Qara Pişiklər (ing. Black Cats) və ya Vəhşi Pişik (ing. Wildcat) — Krallıq donanmasına məxsus helikopter nümayiş komandasıdır. Şou üçün 2 ədəd Westland Lynx helikopteri istifadə olunurdu. Daha sonra bu helikopterlər AgustaWestland Wildcat ilə əvəz olundu. == Tarixi == Komanda 2001-ci ildə yaradılmışdır. İlk dövrlərdə komanda "Vaşaq cütlüyü" (ing. Lynx Pair) adı altında çıxış edirdi. 2004-cü ildən komandada ad dəyişikliyi baş verdi. Komanda 1992-ci ildə ləğv olunmuş, Kral Hərbi Hava Qüvvələrinə məxsus olmuş "Köpəkbalığları" (ing.
Vəhşi Qərb
Vəhşi Qərb (ing. Wild West) və ya Köhnə Qərb (Old West) — Şimali Amerikada Amerika ekspansiyasının irəli dalğası ilə əlaqədər coğrafiyanı, tarixi, folkloru və mədəniyyəti əhatə edən konsepsiya. Bu, XVII əsrin əvvəllərində Avropanın müstəmləkə məskənləri ilə başlamış və son bir neçə bitişik Qərb ərazilərinin dövlət kimi qəbul edilməsi ilə sona çatmışdır. Bu kütləvi miqrasiya və məskunlaşma dövrü Luiziana satınalmasından sonra prezident Tomas Cefferson tərəfindən xüsusilə təşviq edilmişdir. Vəhşi Qərbin əfsanələri, tarixi hadisələri və folkloru ABŞ mədəniyyətinə o qədər daxil olmuşdur ki, bu konsepsiya və xüsusilə Vestern media janrı ABŞ-nin milli kimliyinin müəyyənedici xüsusiyyətlərindən birinə çevrilmişdir.
Vəhşi at
Vəhşi at (lat. Equus ferus) — at cinsinə aid otyeyən təkdırnaqlı məməli heyvan növü. Vəhşi at müasir atların əcdadı hesab olunur. Vəhşi atların bir neçə yarımnövü mövcud olmuşdur. Onlardan yalnız 3-ü dövrümüzədək yaşamağı bacarmışdır. Ev atı (Equus ferus caballus). XVII-XVIII əsrlərdə xalq seleksiyası yolu ilə yaradılmış Qaradağ atları da bu yarımnövə aiddir. Tarpan və ya Avrasiya vəhşi atı (Equus ferus ferus). Avropa və Asiyada yaşamışlar. Tarpanın demək olar ki XIX əsrin sonlarında nəsli kəsilmişdir və sonuncu fərd 1918-19-cu illərdə Ukrayna zooparklarının birində ölmüşdür.
Vəhşi diviziya
Qafqaz Yerli Atlı Diviziyası (rus. Кавказская туземная конная дивизия) və ya Vəhşi diviziya (rus. Дикая дивизия — Birinci dünya müharibəsi (1914–1918) dövründə Qafqazın müsəlman əhalisindən təşkil edilmiş süvari diviziya. Çar Rusiyasında müsəlman əhali, o cümlədən Qafqaz müsəlmanları kütləvi şəkildə hərbi xidmətə cəlb olunmurdular, lakin müharibənin gedişində cəbhənin möhkəmləndirilməsi üçün Qafqaz müsəlmanlarının süvari qoşunda döyüşmək bacarıqlarını nəzərə alaraq, onlardan ibarət yeni atlı diviziyanın yaradılması qərara alındı. 3-cü süvari korpusun (Qərb cəbhəsi) tərkibində olan "Dikaya diviziya" (diviziyanın adı həm şəxsi heyətin şücaəti, həm də onların nizami döyüş hazırlığı keçməməsi ilə əlaqədar idi) 6 kiçik tərkibli alaydan — Dağıstan, Kabarda, Tatar (azərbaycanlı), Çeçen, İnquş və Çərkəz alaylarından ibarət idi. Diviziyanın tabeliyinə, həmçinin, Osetin piyada briqadası və 8-ci Don topçu divizionu verilmişdi. "Dikaya diviziya"nın komandiri general D. P. Baqration idi. Diviziyanın zabit heyətini, əsasən, rus qvardiya zabitləri, həmçinin, yerli zadəgan nümayəndələri təşkil edirdi. "Dikaya diviziya"nın ümumi sayı 1350 süvaridən ibarət idi. Xüsusi hərbi hazırlıq görmədiyinə və könüllülük əsasında yaradıldığına görə, diviziyanın şəxsi heyətinə müəyyən güzəştlər verilmişdi.
Vəhşi göl
Vəhşi göl (sloven. Divje jezero) — Sloveniyanın qərbindəki İdri-Xribove (Dinar dağları) dağ massivində İdriya icmasında yerləşən kiçik bir karst gölü. Göl İdriya şəhərindən cənubda, dəniz səviyyəsindən 340 m yüksəklikdə yerləşir. 1967-ci ildə təbii bir abidə elan edilmişdir (sloven. narodny spomenik). Qorunma zonasının sahəsi 4.44 hektardır. 1972-ci ildə göl Sloveniyanın təbiətdə ilk muzeyi olur. Göl nəhəng bir karst bulağıdır. Su yeraltı bir mağaradan meylli bir tuneldən axır. Mağarada 1957-ci ildən bəri dalğıc speleloqlar 426 m dəhlizi araşdırmışlar.
Vəhşi heyvanlar
Vəhşi heyvanlar (lat. Theria) — məməlilər sinfinə aid yarımsinif. Müasir diri bala doğan məməliləri özündə cəmləşdirir. Belə ki, yarımsinfə aid olan nümayəndələr yumurta qoymadan bala doğmaqla çoxalırlar. Plasentalılar və kisəlilər bu yarımsinfi təşkil edirlər. Xarici qulağa və topuğa malikdirlər.
Vəhşi ov
Vəhşi ov — german-skandinav mifologiyasında sürü halında olan bir qrup xəyali atlı ovçu. Bu ovçular elflər, pərilər və ya ruhlar ola bilərlər. Ovun rəhbəri adətən Odin ilə bağlı adlı bir fiqur olur, ancaq bəzi hallarda Böyük Teodrix, Danimarka kralı IV Valdemar Atterdaq, Uels mifik tanrısı Qvin ap Nudd kimi tarixi və ya əfsanəvi şəxsiyyətlər, eləcə də İrod Antipa, Kabil, Cəbrayıl və Şeytan kimi Bibliyada olan varlıqlar da ola bilər. Vəhşi ov müharibə və vəba kimi faciələrin əlaməti hesab edilirdi. Ova şahid olan insanlar oğurlanaraq cəhənnəmə və ya pəri diyarına aparılırdı. Bəzi yerlərdə insanların ruhlarının kavalkada qoşulmaq üçün yatdıqları yerdə götürüləcəyinə inanılırdı. == Dəlil və terminologiya == Alman folkloru əsasında aparılan müqayisəli yanaşmaya əsaslanaraq, hadisəyə adətən "Wilde Jagd" (azərb. Vəhşi ov/təqib‎) və ya "Wildes Heer" (azərb. Vəhşi ordu‎) deyilir. Hadisənin "Vəhşi ordu" və ya "Qəzəbli ordu" adlandırıldığı Almaniyada onun liderinə müxtəlif kimliklər verilmişdi.
Vəhşi qaz
Vəhşi qaz (lat. Branta) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinə aid heyvan cinsi. == Ümumi xüsusiyyəyləri == Vəhşi qazlar ölçüsünə görə qazlardan kiçikdirlər. Onların boyunları və dimdikləri nisbətən qısa olur. Vəhçi qazların uzunluğu 60sm-ə, kütləsi isə 8 kq-a qədər olur. Vəhşi qazların hazırda 6 növü var. == Yayılması == Havay qazından başqa digər növləri Avrasiya və Şimali Amerikada yüvalayır..
Vəhşi yak
Vəhşi yak (lat. bos mutus) — əsl öküz cinsinə aid heyvan növü. == Yayılması == Rusiyada ərazisində Tıva respublikasının kənd təsərrüfatında (2012-ci ildə təxminən 10 min baş), Buryatiya və Altay Respublikası zooparklarında saxlanılır. Tibetdən başqa digər ölkələrdə də Şimali Hindistan, Çin, Qazaxıstan, Tacikistan, Butan, Əfqanıstan, Pakistan, İran, Qırğızıstan, Özbəkistan, Nepal və Monqolustanın qonşu dağlıq bölgələrində yayılmışdır. Sovet İttifaqında Şimali Qafqaz, xüsusilə Kabardino-Balkar, Qaraçay-Çerkesiya, Dağıstan, Çeçen-İnquşetiya və Şimali Osetiya kimi ərazilərdə yak uyğunlaşdırılmışdır. Ermənistanda isə yakın uyğunlaşdırılması nəticə vermədi. == Xarici görünüşü == Yak uzun bir bədən, nisbətən qısa ayaqları, geniş, dairəvi tuluqları və ağır, aşağı əyilmiş başı olan böyük bir heyvandır. Ağırlığı 2 m-ə qədər, 1000 kq-a qədər çəki. Yaşlı bir erkəyin bədəninin uzunluğu 4,25 m-dir və ondan 0,75 m quyruğa düşür. Yakın dişisinin uzunluğu 2,8 m, hündürlüyü 1,6 m, çəkisi isə 325-360 kq-dır.
Vəhşi çöl
Vəhşi çöl (rus. Дикое поле) — Qara və Azov dənizi ətrafı tarixi çöl əraziləri. Qərbdən Dnestr çayı ilə, şərqdən isə Don və Xoper çayları ilə həmsərhəddir. Ərazi əhalinin az məskunlaşdığı bölgə hesab olunur. == Coğrafiyası == Reç Pospolitaya məxsus, Levasser de Boplanın (Guillaume Le Vasseur de Beauplan) tərtib etdiyi xəritədə ilk dəfə olaraq (1648) "Vəhşi çöl" (Dzike Polie) sözü istifadə edilmişdir. Ərazini məhsuldar olmayan torpaqlarına görə belə adlandırmışdılar. Bəzən sinonim kimi (lat.. Loca deserta) sözündən də istifadə olunurdu. Vəhşi çöl ümumi qəbul edilmiş dəqiq sərhədlərə malik deyildi. Müasir dövrdə bu bölgəyə Ukraynanın Luqansk, Donetsk, Zaporojiya, Dnepropetrovski, Kirovoqrad, Nikolayev, Odessa, Poltava, Sumı, Xarkov və Xerson vilayətləri, Dnestryanı və Rusiyanın Belqorod, Lipetsk, Tambov, Penza, Voronej, Saratov, Volqoqrad, Rostov vlayətləri daxildir.
Tər vəzsi
Tər vəziləri — orqanizmdə tərləmə prossesini yerinə yetirən vəzilərdir. Tər vəziləri uzunsov borucuq şəklindədir. İnsanın dəri örtüyündə təxminən 2 milyona qədər tər vəzisi yerləşmişdir. Onlar orqanizmin daxili mühitinin sabit saxlanılmasında, su-duz mübadiləsinin tənzim olunmasında və ifrazat funksiyasının yerinə yetirilməsində bilavasitə iştirak edir. Dəri örtüyünün müxtəlif sahələrində tər vəzilərinin miqdarı eyni deyildir. İnsan normal şəraitdə sutkada 500 ml tər ifraz edir. Tər vəzilərinin fəaliyyətini vegetativ sinir sistemi tənzim edir, ali tənzim mərkəzləri isə uzunsov beyində və hipotalamusda yerləşir. Burada temperatur tənzimi mərkəzi də yerləşir. Tər vəziləri dırnaq və saç kimi dərinin əlavələri qəbul edilir. Bu vəzilər fiziki quruluşları, orqanizmdə yaşayış yerləri və funksiyalarına görə 3 müxtəlif alt qrupda bölünürlər.