Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
HMS Vanguard (1787)
Əlahəzrətin gəmisi Avanqard ing. HMS — Her or His Majesty’s Ship Vanguard (1787) — üçdorlu, 84 döyüş topuna malik Böyük Britaniya Kral Donanmasına məxsus III ranq xətt gəmisi, Horatsio Nelsonun bayraqdarı.
The Vanguard Group
The Vanguard Group ― 2023-cü ilin aprelinə olan məlumata görə idarə olunan qlobal aktivləri təxminən 7,7 trilyon dollar olan, Pensilvaniya ştatının Malvern şəhərində yerləşən ABŞ qeydiyyatlı investisiya məsləhətçisi.
Avanqard
Avanqard (ing. Vanguard, fr. avant-garde, hərfi: avant — irəlidə; garde — gözətçi; öncül və baş gözətçi) — öndə gedən, qoşunun irəliləməsinə imkan yaratmaq üçün göznənilməz düşmən həmləsini, diversiyasını dəf edən, donamaya sipər olan hərbi qüvvə, qoşun və ya donama.
Avanqard (dəqiqləşdirmə)
Avanqard
Avanqard (incəsənət)
Avanqard (fr. avant-garde, hərfi mənası: avant — qabaq, irəli; garde — qorumaq, mühafizə etmək) XIX əsrin sonu, XX əsrdə qabaqcıl Avropa incəsənəti. == Yaranması, yayılması == "Avanqard" (fr.avant-garde) sözü Bodler dövründə, yəni XIX əsrin ortalarında yaranmış və öz epoxasının zövqünü qabaqlayan sənətkarlara şamil olunmuşdur. Musiqi kontekstində bu termin yalnız İkinci dünya müharibəsindən sonra, Bulez, Ştokhauzen, Berio, Nono, Ksenakis və XX əsrin ikinci yarısında fəaliyyət göstərən digər bəstəkarların musiqisi ilə əlaqədar istifadə olunmağa başladı. Tanınmış ingilis musiqişünası P. Qriffitsin təbirincə, eyni zaman kəsimində çalışan Amerika bəstəkarlarının yaradıcılığını səciyyələndirərkən adətən başqa terminlər tətbiq olunur. Məsələn, Con Keyc və onun ardıcıllarının yaradıcılığına bir qayda olaraq "eksperimental musiqi" termini şamil edilir. Karter və Bebbittə gəldikdə isə, Qriffitsin təbirincə, onları "avanqardın məftunedici xassəsi çətin ki, cəlb edir". == Rusiyada avanqard musiqi == Sovet (rus) musiqişünasığında avanqardın iki fazası, iki dalğası ayırd edilir. Y. Xolopovun təklif etdiyi dövrləşdirilməyə görə birinci dalğa 1908–1925-ci, ikinci dalğa 1946–1968-ci illəri əhatə edir. Birinci avanqard musiqiyə yeni tonallıq (Messian), mikroxromatika (Vışneqradski, Haba), yeni ritm (Stravinski, Berq), azad atonallıq (Yeni Vyana məktəbi), seriya və dodekafoniya (Şönberq, Vebern) ideyasını gətirmişdir.
Avanqard (kinematoqrafiya)
Avanqard (fr. avant-garde; fr. avant – əvvəl və fr. gard – keşikçi, mühafizəçi) — 1920-ci illərdə Fransada kommersiya kinematoqrafiyasından fərqli olaraq yaranan kinematoqrafiyanın inkişaf istiqaməti. "Avanqard" termini bəzən "eksperimental kinematoqrafiya" anlayışının sinonimi kimi istifadə olunur. Kino avanqardı innovativ ifadə vasitələrindən istifadə, bədii yaradıcılığa eksperimental yanaşma, çox vaxt klassik kino estetikasından kənara çıxmaqla xarakterizə olunur. Bu, Fransa, Almaniya və Rusiyada teatr, rəssamlıq və ədəbiyyatda ümumən innovativ cərəyanlarla sıx bağlıdır. Kino avanqard sənətkarlarının fəaliyyəti digər sənət növlərinin nəzəriyyəsinə əsaslanan kinematoqrafiya nəzəriyyəsinin inkişafı ilə bağlıdır. Avanqard kinoya tez-tez distribusiya baxımından art haus deyilir. == İstinadlar == == Əlavə ədəbiyyat == Ежи Тёплиц.
Avanqard (İşembay)
Avanqard (başq. Авангард, rus. Авангард) — Başqırdıstan Respublikasının İşembay rayonunda yerləşən kənd. Kənd Etkol kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (İşembay): 30 km, kənd sovetliyindən (Urqe Etkol): 8 km. ən yaxın dəmiryol stansiyasından (Salavat stansiyası): 47 km.
Avanqard (Odessa vilayəti)
Avanqard (ukr. Авангард) — Ukraynanın Odessa vilayətinin Ovidiopol rayonunda yerləşən şəhər tipli qəsəbə. == Coğrafiyası == Qəsəbə Ovidiopol rayonunun şimal-şərq hissəsində, Suxolimanskaya çayının yuxarı hissəsində yerləşir. Qəsəbə rayon mərkəzindən 30 km, Odessa şəhərindən isə 10 km uzaqlıqda yerləşir.. == Tarixi == Avanqard qəsəbəsi Ovidiopol rayonunun ən gənc yaşayış məntəqəsidir. Rəsmi olaraq, qəsəbə 22 may 1995-ci ildə qurulmuşdur. Ətraf sahələrdə tapılan kurqanlar qəsəbinin yerləşdiyi ərazinin tarixi olduğunu sübut edir. Qəsəbənin əsası XIX əsrin birinci rübündə qoyulmuşdur. Yerli sakinlər əkinçilik və heyvandarlıqla məşğul olurdu. Bu ənənələr regionun gələcəkdəki iqtisadi inkişaf istiqamətlərini müəyyənləşdirmişdir.
Avanqard Kursk FK
Avanqard Kursk FK — Rusiya futbol klubu 1946-cı ildə "Spartak" adı altında yaradılan klub 1973-cü ildən "Avanqard" adı ilə çıxış edir. 2007-ci ildə komanda Rusiya çempionatının 1-ci divizionunda çıxış edib. Həmin mövsümü 18-ci pillədə başa vuraraq, yenidən ikinci diviziona yuvarlanıb. 2009-cu ildə ikinci divizionun mərkəz zonasında mübarizə aparan "Avanqard" 2008 mövsümünü ikinci pillədə başa vurub.
Yozef Mari Yaquard
Yozef Mari Yaquard (fr. Joseph Marie Jacquard) — Fransız ixtiraçı. 7 iyul 1752-ci ildə fransız ixtiraçı, proqramla idarə olunan toxucu dəzgahının (Jakkard maşını) müəllifi Jozef Mari Jakkard (Joseph Marie Jacquard) anadan olmuşdur. O, ilk dəfə informasiyanın daxil edilməsi yolu ilə idarə olunan maşının nümunəsini yaratmışdır. Napoleon Bonapart, Jakkarda hər işləyən dəzgaha görə 50 frank mükafat almaq hüququnu vermişdi. 1812-ci ildə artıq 18 min Jakkard dəzgahı istifadə edilirdi. 1840-cı ildə doğulduğu Lion şəhərində Jakkardın abidəsi ucaldılmışdır. Yozef Mari gənc yaşlarından etibarən toxuçuluq ilə maraqlanmağa başlamışdır. 38 yaşı olarkən, üzərində uzun illərdir işlədiyi mexaniki toxucu dəzgahını tamamladı. Dövrünə görə olduqca mühüm bir ixtira olmasına baxmayaraq, Yozef Marinin bu kəşfi Böyük Fransa inqilabı ilə eyni vaxtda düşdüyündən bir o qədər də diqqəti cəlb etməmişdir.