Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Varyaqlar
Varyaqlar (yun. Βάραγγοι, qəd.skan. Vaeringjar rus. варяги) — Orta əsrlərdə Baltik dənizi zonasında yaşayan bir vikinq xalqıdır. Bizansda və Kiyev Knyazlığında muzdlu döyüşçü olaraq xidmət göstərən Varyaqlar bunun yanı sıra ticarətlə məşğul olurdular. Baltık dənizinin şərqinə məskunlaşan Varyaqlar, buradaki çaylar boyunca materikin içlərinə doğru yayıldılar. Dəniz və çay yaxınlarında yaşayış məskənləri qurdular və burada yaşayan Slavyanlar ilə ticarətə başladılar. Slavyanlar, daha yüksək bir mədəniyyətə sahib olan Varyaqlar ilə rahat şəkildə qaynaşdı. Varyaqların dənizçilikdəki təcrübəsi, bölgədəki çaylarda ticarətlə məşğul olmalarını asanlaşdırdı və qısa zamanda nəzarəti ələ almalarını sağladı. Bölgəyə yerləşən Varyaqlara verilən "Rus" ismi zamanla slavyanlarla sinonim halına gəldi.
Barmaqlar
Barmaqlar — Dördayaqlı onurğalıların ətraflarının sonunda yerləşən və əsasən lamisə eləcə də manipulyasiya zamanı (xüsusilə primatlarda) istifadə olunan bədən üzvü. Quşlarda ön ətraf barmaqları qanadların karkasınının bir hissəsini, yarasalarda isə əsas hissəsini təşkil edir.
Çardaqlar
Aşağı Çardaqlar — Azərbaycan Respublikasının Zaqatala rayonunun inzibati ərazi vahidində kənd. Yuxarı Çardaqlar — Azərbaycan Respublikasının Zaqatala rayonunun inzibati ərazi vahidində kənd.
Ayaqlar
Ayaq — bir çox onurğalıda olan orqandır. Ağırlıq daşıyan və hərəkəti təmin edən bədən üzvüdür. Bir çox heyvanda ayaq qıçın son hissəsində pəncələr və ya dırnaqlardan təşkil olunmuş, bir və ya daha çox seqment və ya sümükdən ibarət olan orqandır. == Quruluşu == İnsan ayağı 26 sümük, 33 oynaqdan (onlardan 20-si fəal şəkildə ifadə olunur) və yüzdən çox əzələ, vətər və liqamentdən ibarət olan güclü və mürəkkəb bir mexaniki quruluşdur. Şimali Amerikalı və avropoid irqindən olan 1197 yetkin kişinin (orta yaş 35.5) antropometrik tədqiqatında, insan ayağının uzunluğu 1,2 sm standard xəta ilə 26,3 sm olduğu müəyyən edilmişdir.Ayaq arxa ayaq, orta ayaq və ön ayaq olaraq 3 yerə bölünür: Arxa ayaq ayaq biləyi sümüyü və topuq sümüyündən ibarətdir. Qıçın qamış və incik sümükləri talus ilə birləşərək ayaq biləyini əmələ gətirir. Orta ayaqda olan 5 sümük və amortizator rolunu oynayan ayaqdarağını təşkil edir. Orta ayaq vasitəsilə arxa və ön ayağa bağlanır. Ön ayaq beş barmaqdan və beş proksimal uzun sümüyün əmələ gətirdiyi metatarsal sümüklərdən ibarətdir. Əl barmaqlarında olduğu kimi ayaq barmaqlarında da falanqalar var və baş barmaq iki falanqaya, digər dörd barmağın isə hər biri üç falanqaya malikdir.
Aşağı Çardaqlar
Aşağı Çardaxlar — Azərbaycan Respublikasının Zaqatala rayonunun inzibati-ərazi vahidində kənd. == Tarixi == Azərbaycan Respublikasının Zaqatala rayonunun şimal-qərb hissəsində yerləşir. Kənd şimaldan Balakən rayonu (İtitala kəndi) Qərbdən Gürcüstan Respublikası (Alazan çayı vasitəsilə ayrılır) ilə, Şərqdən və Cənubdan Danaçı (Dinçi) kəndi ilə həmsərhəddir. Kəndin tarixi haqqında bir çox mülahizələr vardır, kənddə yerləşən Dərbəs Tap (Təpəlik) adlanan ərazidə mövcud olan Qədim Alban kilsəsinin izləri kəndin qədim tarixə aid olduğunu göstərir, ancaq kəndin hal-hazırda bilinən məskunlaşma tarixi XVIII əsrin sonlarından başlayır. Beləki kəndin əsası XVIII əsrin sonlarında Yuxarı Çardaxlar kəndindən buraya köç edərək məskunlaşmış Avarlar tərəfindən salınmışdır. İnsanӀar ilk əvvəl kəndin Alazan çayına yaxın olan hissəsində məskunlaşmış sonralar isə sel basqınlarının çoxalması nəticəsində kənd əhalisinin hal-hazırda məskunlaşdığı əraziyə köç etmişdilər. == Mədəniyyəti == Kənddə 1 onbirillik tam orta məktəb, XӀX əsrə aid Cümə Məscidi, Kənd Kitabxanası və Kənd Mədəniyyət evi, Kənd Mərkəzi Stadionu, Kənd ATEİS-i, Poçtu və Tibb Məntəqəsi fəaliyyət göstərir. Kənddə XVII əsrdən qalma məscid binası və klub mövcuddur. == Coğrafiyası və iqlimi == Ərazisi əsasən düzənlikdir. == Əhalisi == Hal-hazırda kənddə 240-dan çox ev və 1300 nəfərə-ə yaxın əhali yaşayır.
Bardaqlar vadisi
Küplər vadisi — Laosun Xienq Kxuanq əyalətində məskunlaşmamış rayon Dəniz səviyyəsindən 1000 m hündürlükdə təpələrin zirvəsinə naməlum mənşəli, hündürlüyü 1–3,5 m, diametrləri isə təqribən 1 m olan nəhəng bardaqlar səpələnmişdir və onların ən irisinin çəkisi 6 tondur. Onlar daha çox küpəgirən qarının daş həvəngdəstəsinə oxşayırlar. Bardaqlar elə süxurların daşlarından hazırlanmışlar ki, onlara bu ərazidə rast gəlmək mümkün deyil. Bardaqlar haqda çox az şey məlumdur. Onları kimin və hansı məqsədlə hazırladığı və bura necə düşdükləri heç kimə məlum deyil. Güman olunur ki, bardaqlarda nəhəng putalarda olduğu kimi, qədimdə ölülərin cəsədlərini yandırırlarmış. Digər fərziyyəyə görə onlardan düyü, yaxud şərab saxlamaq məqsədi ilə istifadə edilib. Fərziyyələrin heç biri inandırıcı deyil. Bir şey dəqiqdir: nəhəng daşların ən azı 2500–3000 il yaşı var. Hind-Çində müharibələr zamanı bardaqların çoxu amerikan bombaları tərəfindən zədələnmişlər.
Rahat bayraqlar
Rahat bayraqlar— dövlət bayraqları. Vergilərə, əmək haqqına, sosial sığortaya və s. çəkilən xərcləri aşağı salmaq məqsədilə bir sıra inkişaf etmiş ölkələrin sahibkarları öz gəmi¬lərini dövlət bayraqları altında üzdürürlər. Məsələn, gəmilərin ingilis bayrağı altında üzməsi əlavə olaraq vergi güzəştləri əldə etmək deməkdir. Bundan ötrü gəmi şirkətlərinin gəmilərini Qibraltar, Men adası kimi Britaniya limanlarında qeydiy-yata salması kifayətdir.
Yuxarı Çardaqlar
Yuxarı Çardaxlar — Azərbaycan Respublikasının Zaqatala rayonunun inzibati ərazi vahidində kənd. Rayon mərkəzindən 14 km məsafədə, mərkəzə nəzərən şimal-şərq hissəsində, Böyük Qafqazın cənub ətəklərində yerləşir. == Mədəniyyəti == Kənddə orta məktəb, həkim məntəqəsi, mədəniyyət evi, uşaq bağçası, EATS, rabitə şöbəşi, məscid, futbol meydançası vardır. === Tarixi abidələr === XIII əsrə aid bürc, alban kilsəsi qalıqları, X1X əsrdə tikilmiş məscid, qədim qəbristanlıq, III-IV əsrlərə aid olan, el arasında "Qız qalası" mağarası adlanan Pəriqalası. Qala bir neçə otaqdan ibarətdir. Əvvəllər qalaya dağ ətəyi ilə pilləkən olub, sonralar isə təbii aşınma nəticəsində yol dağılmışdır. == Coğrafiyası və iqlimi == Yuxarı Çardaxlar kəndi, rayon mərkəzindən 16 km şimali-şərqdə yerləşir. Şimal tərəfdən Böyük Qafqaz sıra dağları, cənubdan Muxax kəndi ilə həmsərhəddir. Kəndin ərazisi 1293 hektardır. == Əhalisi == Əhalisi 2141 nəfər, əsasən avarlardan ibarətdir.
Qulaqsız varanlar
Qulaqsız varanlar (lat. Lanthanotidae) — heyvanlar aləminin xordalılar tipinin sürünənlər sinfinin pulcuqlular dəstəsinə aid heyvan fəsiləsi.
Əsl varanlar
Əsl varanlar (lat. Varanidae) — Pulcuqlular dəstəsinə aid fəsilə.
Qara ayaqlar
Qara ayaqlar (Qara ayaqca Niitsítapi "Original People"; İngiliscə Blackfoot, Blackfeet), daha çox Kanadada Alberta yaletində, çox az bir qismi də Amerika Birləşmiş Ştatlarında Montana əyalətinin şimal qərbində yaşayan Algonkinlərdən Hindu qəbiləsi. Ən yaxın qohumları Arapaholar, Atsinalar və Şayenlərdir. Düzənlik Hinduları mədəni grupuna daxildirlər. Atabasklardan fərqli bir dil danışan Tsutinalar keçmişdə Qara ayaq konfederasiyasına daxil idilər. Siyulardan Sihasapa (Qara ayaq) xalqının adı ilə dilləri Algonkin dillerinə girən Siksiká ᓱᖽᐧᖿ (Qara ayaq) xalqının adlarını qarışdırmamaq lazımdır.
Hibrid varlıqlar (folklorda)
Hibrid varlıqlar (folklorda) Hibrid / dimorf/ polimorf varlıqlar - müxtəlif canlıların xüsusiyyətlərini görünüşlərində birləşdirən miflərin, nağılların, əfsanələrin personajlarıdır; antropomorf və zoomorf xüsusiyyətlərin birləşməsi halında onlara yarıinsan deyilir. Demək olar ki, bütün qədim və ənənəvi mədəniyyətlərdə məlumdur. Polimorf obrazlarda, insan fantaziyası, gerçək heyvanların əsas xüsusiyyətlərini birləşdirərək, müxtəlif dərəcədə məşhur olan bir çox uydurma canlılar yaradıb. Bu cür canlıların yaşayış yeri olaraq çox vaxt sivilizasiyanın sonundakı əlçatmaz ərazilər - səhralar, dağların zirvələri, meşələr, dənizlər və s., eləcə də bu xalqın demək olar heç bir əlaqəsinin olmadığı uzaq ölkələr göstərilirdi. == Mifologiyada == Yarı insan-yarı heyvan şəkilləri əsasən ibtidai xalqların mədəniyyətində rast gəlinir. Mesopotamiyada çox sayda polimorf heyvanlar yaradılmışdır. Onları yaratmaq üçün əsasən aslanın başından və pəncələrindən, zəhərli ilanların başlarından və ya quyruqlarından, yırtıcı quşların müxtəlif atributlarından istifadə edirdilər. Mesopotamiya mifologiyasında aslanların yırtıcı quşlar, digər heyvanlar və insanlar olan hibridləri məlumdur: "Babil əjdahaları" Siruşi və ya Muxşuşi, insan başlı qanadlı öküzlər Karubu, qapıları qoruyan şedu (lammassu), savaş tanrısı Ninurta qanadlı aslan kimi təsvir olunur. İkiçayarasında, qanadlı kentavrların şəkilləri də var. İki və dörd ayaqda gəzən polimorf canlılar üçün termin bölgüsü var idi.
Narahat ayaqlar sindromu
Narahat ayaqlar sindromu — yuxu ya da istirahət zamanı (oturarkən və ya yatarkən) ayaqlarda hiss edilən rahatsızlıq, uyuşma bəzən də tam olaraq ifadə olunmayan bir hissdir. Bu xoş olmuyan hissə görə insan ayaqlarını hərəkət etdirir ki bu zaman da əlamətlər aradan qalxır. İdiopatik və simptomatik olaraq iki qrupa bölünür. == Diaqnostik kriteriyalar == 1-Ayaqlarda xoş olmayan və rahatsızlıq verici hiss ilə birlikdə olan hərəkət etmə istəyi ( bəzən xoş olmayan hiss olmaya bilər və ya bəzən ayaqlardan əlavə olaraq qollar və ya digər bədən bölgələrində də olabilir) 2-Hərəkət etmək istəyi və ya xoş olmayan hiss, hərəkətsizlik və ya istirahat zamanı, yatma ve oturma zamanı artır. 3-Hərəkət etmək istəyi və ya xoş olmayan hiss harəkətlə qismən və ya tamamən rahatlar və ən azından hərəkət davam etdiyi müddətdə azalır. 4-Hərəkət etmək istəyi və ya xoş olmayan hiss axşam və ya gecə ortaya çıxar və ya gündüzlə müqayidədə artar. Simptomatik Narahat ayaqlar sindromu uremiya,neyropatiya və dəmir çatışmazlığı anemiyası zamanı çox müşahidə olunmaqla yanaşı, nadir olaraq revmatoid artrit, diabetus mellitus, hiper ve hipotiroizm, xronik ağciyər xəstəlikləri,leykoz, Isaacs sindromu zamanı rast gəlinir. Tourette sindromu və uşaqlarda diqqət pozulmalı hiperaktivlik sındromu ilə Narahat ayaqlar sindromunun birlikdə müşahidə olunması bildirilmişdir. == İstinadlar == == Xarici keçidlər == Narahat ayaqlar sindromu nədir ?
Fantastik varlıqlar və onların məskəni
Fantastik məxluqlar və onların yaşadıqları yer — kitab
Fantastik varlıqlar və onların məskəni (dəqiqləşdirmə)
Fantastik məxluqlar və onların yaşadıqları yer — kitab
Fantastik varlıqlar və onların məskəni (kitab)
Fantastik məxluqlar və onların yaşadıqları yer və ya Fantastik vəhşilər və onları harada tapmaq olar (ing. Fantastic Beasts and Where to Find Them) — ingilis yazıçı Coan Roulinq tərəfindən yazılmış kitab. 2001-ci ildə nəşr olunmuş əsər Harri Potterin sehrli dünyasında yaşayan fantastik heyvanlardan bəhs edir. Faktiki olaraq bu kitab Harri Potterin dərsliyidir və onun səhifələrində Harri, Ron və Hermiona tərəfindən edilmiş qeydləri tapmaq olar. == Qısa məlumat == Fantastik məxluqlar və onların yaşadıqları yer məşhur sehrli zooloq Nyut Skamender tərəfindən yazılmış və Harri Potterə məxsus olan kitabın surətidir. Kitabda sehrli zoologiyanın tarixi müzakirə olunub, fantastik heyvan və fantastik varlıq anlayışları müəyyən edilib, həmçinin onların arasında olan fərqlər göstərilib. Bundan əlavə, Sehr Nazirliyin tərəfindən qəbul olunmuş fantastik varlıqların təsnifatı və dünyada tapılmış 75 növlərin təsviri verilib. Kitabda olan məlumat illər ərzində qitələr üzrə səyahət edən Salamander tərəfindən toplanılıb. Hoqvarts məktəbinin birinci kursunda oxuyan şagirdlər üçün məcburi dərslikdir. Harri və Ron tərəfindən edilən qeydlər kitabın diqqətəlayiq cəhətlərdən biridir.
Fantastik varlıqlar və onların məskəni (film, 2016)
Fantastik məxluqlar və onların yaşadıqları yer (ing. Fantastic Beasts and Where to Find Them) — rejissor Devid Yeytsin Coan Roulinqin eyniadlı kitabın əsasında çəkdiyi film. Harri Potter haqqında seriyasının bir hissəsi olaraq, kinolent əsas əhvalatların başlanmasından 65 il əvvəl baş verən hadisələri əks etdirir. Filmin premyerası ABŞ-də 2016-cı il noyabrın 18-də, Rusiyada isə noyabrın 17-də keçirilmişdir. == Məzmun == 1926-cı ildə sehrli zooloq Nyut Skamender fantastik heyvanlar və canlıların təsnifatı ilə məşğul olur. O, mühüm dövlət rəsmisi ilə görüşmək üçün "Amerika Birləşmiş Ştatlarının Sehrli Konqresi" adlı yığıncağa gəlir. Özü ilə bir qədər təhlükəli sehrli varlıqların və onların təbii yaşayış mühitinin özündə yerləşdirmiş çamadanı götürür. Bu varlıqlar yoxa çıxandan sonra Amerikanın sehrli hakimiyyəti alimi təqib etməyə başlayır.