RUS

Tədqiqatçılardan Murad Aci yazır ki, bu söz ilk dəfə 839-cu ildə işlədilib. Bu cür adlandırılan əhali isveçlər imiş, onlara normanlar deyirlərmiş. Mənbələrdə rus və varyaq sözü bir müddət eyni mənada işlədilib. Finlər və estonlar İsveçə indi də Rossiya deyirlər. Slavyanlara venedlər deyiblər. Onlarla rusların heç bir əlaqəsi olmayıb. Qədim slavyanlar özlərini venedlər adlandırıblar. Bəs rus sözü haradan əmələ gəlib? M.Aci yazır: rus sözünün özü qədim varyaqcada (qədim island dia­lektində) “avarçılar”, “dənizçilər” mənasında olub. Skandinaviyalılar dəniz cən­ga­vərləri kimi tanınıblar. Rus sözü onlarla bağlıdır və sonradan indiki rusların adı­na çevrilib, yəni ruslar elə varyaqlar, “dənizçilər” deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

RURBANİZASİYA
RUS, BURAX!
OBASTAN VİKİ
Rus
Ruslar (rus. русские) — hind - avropa dil ailəsinin slavyan qrupunun şərqi-slavyan qoluna aid Avropanın ən çoxsaylı millətidir. Təxmini sayları 133 milyon nəfərdir. 2010-cu ilin siyahıyaalınmasına görə Rusiyada sayları 111 016 896 nəfərdir . Yayılma əraziləri əsasən Şərqi-Avropa düzənliyi, Volqaboyu ,Don və Kuban çayları hövzələri, Ural, Qərbi Sibir düzənliyi, Altay, Sayan, Orta Sibir yastı dağları, Verxoyansk sıra dağları, Baykal gölü ətrafı, Kamçatka yarımadası, Amur çayının aşağı axarı və Sixote-Alin sıra dağları. Şərqi-Avropa düzənliyini çıxmaqla əsasən şəhərlərdə və böyük qəsəbələrdə yaşayırlar. Bundan başqa çox sayda rus Ukrayna (9 mln.), Qazaxıstan (3,5 mln.), Özbəkistan (500 min.), ABŞ (3,5mln.), Kanada (500 min.), Belarus (800 min.), Azərbaycan (180 min.) və bir sıra başqa ölkələrin əsasən şəhərlərdə yaşayırlar. Dindarları əsasən pravoslav xristianlardır. Etnoqenezlərində birinci növbədə hindavropalı slavyanlar, eləcə də altaylı fin-uqor və türk-tatarlar iştirak ediblər.
Kösəli Rus
Kösəli Rus (qaq. Köseli Rus) Moldovanın Qaqauziya muxtariyyətində bir kənddir. Kənd 735 nəfərdən ibarətdir, həmçinin 185 qaqauzdan.
Rus (dəqiqləşdirmə)
Rus (xalq)
Rus (xalq)
Qədim ruslar – qədim xalq (və ya sosial qrup). Müasir rusların ilk əcdadları. Onlar skandinav, türk və slavyanların qarışmasından yaranmışlar Şərq slavyanlarının ilk dövləti olan Rus dövlətinın (müasir elmi ədəbiyyatda Kiyev Rus dövləti) adı bu xalq ilə bağlıdır. Qədim Rus dövlətinin qurucuları olmuşlar. Entnik mənsubiyyətləri mübahisəlidir. Tarixçilərin əksəriyyəti onların varyaqlar (vikinqlər) olduğunu düşünür. Bəzi rus tarixçilər isə slavyan xalqlarından biri hesab edirlər. Dəfələrlə peçeneqlər və başqa türk tayfaları ilə vuruşmuş, Bizansa, İdil bulqarlarına, Xəzər xaqanlığına və Qafqaz ərazisinə uzaq səfər yürüşləri etmişlər.
Rus Amerikası
Rus Amerikası (rus. Русская Америка, Russkaya Amerika) 1799-cu ildə ABŞ-nin Alyaska ştatının ərazisində yaradılan və Rusiya imperiyası tərəfindən idarə olunan tarixi dövlət. Rus Amerikasının idarə olunmasında Rusiya-Amerika şirkətinin (RAC) rolu daha böyük olub. Rusiya İmperiyasının keçirdiyi daxili böhran və xərclərin cox olması, ərazinin 1867-ci ildə ABŞ-yə 7.2 milyon dollara satılması ilə nəticələnmiş, bu şəkildə dövlət fəaliyyətini dayandırmışdır. Alyaskaya ilk dəfə ruslar gəlmişlər. 1648-ci ildə Semyon Dejnyov Sibirdə yerləşən Kolıma çayının mənsəbindən səfərə başlamış və 14 gün sonra Şimal Buzlu okeanda yerləşən Anadır çayının məsəbinə çatmışdır. Bir sıra ehtimallara görə ekipajda olan bəzi dənizçilər yolda azmış və Alyaskaya Semyon Dejnyovdan daha tez çatmışdır. Ancaq bunu sübut edə biləçək bir dəlilil yoxdur. 1741-ci ilin iyununda Kamçatkaya səfərə çıxan Vitus Berinqin Bosmanı olan Aleksey Çirkov indi ki Alyaska ilə Kanadanın yaxınlığında yerləşən ərazidən sahilə çıxmışdır. Alyaska ərazisinin kəşf olunması,xəbəri daha çox Rusiyada kürk ticarəti ilə məşğul olan tacirləri sevindirdi.
Rus Borisi
Rus Borisi — Azərbaycan Respublikasının Goranboy rayonunun Rus Borisi kənd inzibati ərazi dairəsində kənd. Kəndin əhalisi əhalisi 1893-cü ildə bura Rusiya çarı tərəfindən köçürülmüş rus kolonistlərindən ibarət olub. Sovet dövründə kənd xeyli böyümüş, kəndin əhalisi təxminən 2.000 nəfərə yaxın olub. Lakin Azərbaycan öz müstəqilliyini əldə etdikdən sonra rusların bir çoxu kimi, bu kəndin də əhalisi Azərbaycanı tərk etməyə başladılar. Boş qalmış evlərdə əsasən Xocalıdan olan azərbaycanlılar məskunlaşıb. Rus Borisi kəndi dağətəyi ərazidədir. Yaşayış məntəqəsini 1842-ci ildə Çar hökumətinin ucqarlara köçürdüyü Tambov və Saratov quberniyalarından olan duxobor və malakan ailələri salmışdır. Yaşayış məntəqəsi o zaman Paris adlanan kəndin yaxınlığında yerləşdiyinə görə Rus Parisi, sonralar təhrif olunaraq Rus Borisi adlandırılmışdır. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 251 nəfər əhali yaşayır.. Hal-hazırda kəndin 500 nəfərə yaxın əhalisi var, bunun 80%-ni azərbaycanlılar təşkil edir.
Rus Cəngavərləri
Rus Cəngavərləri (rus. Русские витязи) — Rusiya Hərbi Hava Qüvvələrinə məxsus aerobatika eskadronudur. Eskadron 1991-ci il 5 aprel tarixində yaradılmışdır. Tək və qrup halında pilotaj fiqurları yerinə yetmək üçün çoxməqsədli yüksək manevr qabiliyyətinə malik Su-27 təyyarələrindən istifadə olunurdu. 2016-cı ildə komanda Su-30 təyyarələri əldə etdi. 2019–2020-ci illərdə Su-35 təyyarlərləri komandanın ixtiyarına verildi. Hal-hazırda komanda hər 3 model təyyarəyə sahibdir. 1991-ci ilin əvvəllərində 6 təyyarədən ibarət komanda formalaşdı və həmin il aprelin 5-də "Rus Cəngavərləri" aerobatika komandası quruldu. Uçuşlar üçün istifadə olunan təyyarələr Rusiyanın dövlət bayrağının rənglərinə boyanıb. Əvvəlcə aviasiya qrupu "Mavi Şimşəklər" adlanırdı, lakin sonradan məlum oldu ki, Yaponiya Hərbi Hava Qüvvələrinin aerobatika komandası "Mavi İmpuls" adlanır.
Rus Gərgəri
Gərgər, Rus Gərgəri, Puşkino — Tiflis quberniyasının Borçalı qəzasında, indiki Cəlaloğlu (Stepanavan) rayonunda kənd. Rayon mərkəzindən 16 km məsafədə yerləşir. Kəndin adı erməni mənbələrində Rus Gərgəri (Gərgər rus) formasında qeyd edilir. XIX əsrin əvvəllərində ruslar bura köçürüləndən sonra toponimə rus sözü (etnonim) əlavə edilərək rəsmi sənədlərdə Rus Gərgəri kimi öz əksini tapmışdır. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 14.11.1937-ci il tarixli fərmanı ilə kəndin adı dəyişdirilərək rus şairi A.S.Puşkinin şərəfinə Puşkino qoyulmuşdur. 1937-ci ildə Puşkino adlandırılmışdır. 1988-ci ildə kəndin əhalisi Azərbaycana qovulmuşdur. Bеzabdal dağından axan çay da Gərgərçay adlanır. Əsli: Qarqar. Azərbaycan xalqının еtnik tarixində mühüm rol oynamış qarqar tayfasının adını əks еtdirir.
Rus Lavale
Rus Lavale (12 iyul 1974) — Avstraliyanı təmsil edən stolüstü tennisçi. Rus Lavale Avstraliyanı 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib və cüt turnirdə 25-ci pillənin sahibi olub. Daha sonra Rus Lavale Avstraliyanı 2000-ci ildə Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 49-cu pillənin sahibi olub. Rus Lavale Avstraliyanı 2004-cü ildə Afina şəhərində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 49-cu, cüt turnirdə isə 25-ci pillənin sahibi olub.
Rus Ordusu
Rusiya Silahlı Qüvvələri (rus. Вооружённые си́лы Росси́йской Федера́ции) — Rusiya Federasiyasının rəsmi ordusudur. Rusiya ordusu SSRİ dağıldıqdan sonra yaranıb. 7 may 1992-ci ildə prezident Boris Yeltsin Rusiya Müdafiə Nazirliyinin təsis olunması ilə bağlı sərəncam imzalayıb. Sərəncama uyğun olaraq keçmiş SSRİ-nin Rusiya ərazisində olan bütün ordusu Rusiya ordusu kimi formalaşdırılıb. Silahlı qüvvələrin ali baş komandanı prezidentdir. Rusiya ordusu 1992-ci ildə formalaşdırılsa da, onun qurulması Kiev Rus dövləti dövrünə gedib çıxır. Rusiya ordusunda təxminən 1 milyon əsgər və zabit xidmət edir, ordu əlavə olaraq 2 milyon nəfərlik ehtiyat qüvvəyə malikdir. 2011-ci ildə Rusiyanın hərbi büdcəsi 72 milyard dollar olub, lakin Rusiya dövləti ordunun təchizatını və büdcəsini qarşıdakı illərdə bir neçə dəfə artırmağa hazırlaşır. 31 dekabr 1991-ci ildə SSRİ-nin dağılması ilə Sovet ordusu başsız qaldı.
Rus Pişiyi
Rus Pişiyi dili — dil Çukot Muxtar Dairəsi ərazisində, Klinovstryon buxtasını Anadır limanından ayırır. Dil ilk dəfə 1651-ci ildə Semyon Dejnyov tərəfindən kəşf edilmiş bə adlandırılmışdır. Rus dənizçiləri Koşka sözünü dil mənasında işlədilirdi. Dil şimal-şərqdən cənub-qərbə 16 km məsafədə uzanır. Eni 2 km, hündürlüyü 2-3 metr arasında dəyişir. Dil ərazisinin böyük hissəsi bataqlıqlaşmışdır. Güçlü fırtınalar zamanı dalğalar onu bir sahiiindən digərinə keçirlər. Qabarmanın hündürlüyü bir metrdir. Sıldırımlı sahil hissəsində Klinovstrom körfəzi yerləşir. Dilin qutaracağına yaxın Protoçnoe gölü yerləşir.
Rus alçası
Qarağat (lat. Ribes) — bitkilər aləminin daşdələnçiçəklilər dəstəsinin motmotukimilər fəsiləsinə aid bitki cinsi. 25-30 dərəcə şaxtaya və 30-40 dərəcə istiyə dözən, bol və sabit məhsul, tez bar verən qiymətli çoxbudaqlı kol bitkisidir. Qarağat üzüm kimi çoxillik meyvədir. Xəstəlik və ziyanvericilərə qarşı çox dözümlüdür. Əsasən qələm və kök vasitəsi ilə çoxalır. Qarağat mayda çiçəkləyir. Xırda yaşılımtıl çiçəkləri şivlərdə tək saplaqda yerləşir. Meyvəsi iyul-avqustda yetişir. Meyvəsi yumru və ya oval formalıdır.
Rus alçasıkimilər
Motmotukimilər (lat. Grossulariaceae) — bitkilər aləminin daşdələnçiçəklilər dəstəsinə aid bitki fəsiləsi.
Rus boşnyakiyası
Rus dağçətiri
Rus dağçətiri (lat. Peucedanum ruthenicum) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinin dağçətiri cinsinə aid bitki növü. Çoxillik, hündürlüyü 50–80 (150) sm, ensiz, silindrvari, nazik qabırğalı, aşağı hissələri qəhvəyi liflərlə örtülmüş, yaşıl, çılpaq, yoğun köklü bitkidir. Kökyanı yarpaqları və aşağı gövdə yarpaqları uzun saplaqlıdır, 3–4 dəfə üç hissələrə bölünmüşdür. Yarpaqları enli üçkünc, iri, ucları uzun və dar xətli, 1,5–4 sm uzunluqda və 1–2 (3) mm endə, cod, iti ucludur. Orta yarpaqlar xırda, yuxarıdakılar uzunsovdur. Çətirlər 2,5–6 sm uzunluqda, 13–24 qeyri-bərabər şüalıdır. Sarğısı və sarğıcığının yarpaqları 5–7 sayda, xətvaribizvaridir. Kasacığın dişləri qısa, ləçəkləri 1–1,5 mm uzunluqda, açıq sarı rəngdədir. Yarım meyvəcikləri 6–7,5 mm uzunluqda və 3–4 mm enində, ellipsvari, beli qabırğalıdır.
Rus dili
Rus dili (rus. русский язык) — Hind-Avropa dillərinin Baltik-slavyan dilləri qrupuna aid şərqi slavyan dili. Dünyanın ən çoxyayılmış dillərindən biri — ümumi danışanların sayına görə beşinci, doğma dil kimi qəbul edənlər kimi sayca səkkizincidir. Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstanın rəsmi dili, Belarusun ikinci dövlət dili. Ən çox vətəni olan Rusiyada danışılır. SSRİ-nin rəsmi dili olduğundan bu birliyə daxil olan ölkələrdə hələ də çox işləkdir. Keçmiş SSRİ ölkələrinin bəzilərində rus dili rəsmi deyilsə də, hamısında rus dilli məktəblər var, yaxud rus dili tədris olunur. Rus dilində vurğunun yeri sabit deyildir. Rus əlifbasında 33 hərf 42 səs var. Kiril əlifbasından istifadə olunur.
Rus düzənliyi
Şərqi Avropa düzənliyi və ya Rus düzənliyi — Şərqi Avropada geniş düzənlik, Avropa düzənliyinin bir hissəsi. Düzənlik Baltik dənizi sahillərindən Ural dağlarına, Barens və Ağ dənizlərdən Qara, Azov və Xəzər dənizlərinə qədər uzanır. Şimal-qərbdə Skandinaviya dağları, cənub-qərbdə Sudet və Mərkəzi Avropanın digər dağları, cənub-şərqdə Qafqaz, qərbdə isə Visla çayı düzənliyin şərti sərhəddi rolunu daşıyır. Dünyanın ən böyük düzənliklərindən biridir. Şimaldan cənuba düzənliyin ümumi uzunluğu 2,5 min kilometrdən çox, qərbdən şərqə isə 1 min kilometrdir. Belarus, Latviya, Litva, Estoniya və Moldova tamamilə, Rusiya, Qazaxıstan, Ukrayna, Finlandiya, Polşa və Rumıniya isə qismən düzənlik ərazisində yerləşir. Şərqi Avropa düzənliyi platforma bünövrəsi üzərində qədim düzənlikdir. Şimal-qərbində qədim buzlaşma izləri qalmışdır. Şimalda tundra, cənub-şərqində səhra və yarımsəhra var. Meşə və çöl landşaftı üstündür.
Rus görüşü
Rus görüşü — şahmatda e4, e5 Af3 Af6 gedişləri ilə başlanan debüt. Şahmat termini Bu debütü tətbiq edən A. Petrovun və təhlil edən K. Yanişin şərəfinə adlandırılmışdır.
Rus imperiyası
Rusiya İmperiyası (rus. Российская империя) — 1721-ci ildə Şimal müharibəsinin sona çatmasından 1917-ci il Fevral inqilabı nəticəsində hakimiyyətə gələn müvəqqəti hökumət tərəfindən Respublika qurulana qədər Avrasiya və Şimali Amerika boyunca mövcud olmuş imperiya. Dünya tarixində üçüncü böyük imperiya olmaqla, üç qitə boyunca uzanan Rus İmperiyası ərazi ölçüsünə görə yalnız Britaniya və Monqol İmperiyasından geri qalırdı. Rusiya imperiyasının yüksəlişi rəqib qonşularının — İsveç, Reç Pospolita, İran və Osmanlı imperiyalarının zəifləməsi sayəsində baş verdi. Bu, 1812–1814-cü illərdə Napoleonun Avropanı idarə etməklə qərbə və cənuba doğru genişlənmək istəyinin dəf edilməsində böyük rol oynadı. Rusiya İmperiyasını 1721-ci ildən 1762-ci ilə qədər Romanovlar ailəsi, 1762-ci ildən sonra bu ailənin alman əsilli qolu Holşteyn-Qottorp ailəsi idarə edirdi. 19-cu əsrin əvvəllərində Rusiya İmperiyası şimaldan Şimal Buzlu okeandan cənubda Qara dənizə, qərbdən Baltik dənizindən şərqdə Sakit okeana və 1867-ci ilə qədər Amerikada Alyaskaya qədər uzanırdı. 1897-ci ildə əhalinin siyahıya alınması ilə qeydiyyata alınan 125.6 milyon nəfər ilə həmin dövrdə Böyük Tzin və Hindistandan sonra dünyada əhalisinin sayına görə üçüncü yerdə idi. Rusiya bütün imperiyalar kimi iqtisadiyyat, etnik və dini mənsubiyyət fərqliliklərini özündə birləşdirirdi. İmperiyada çoxsaylı üsyan və sui-qəsd cəhdləri həyata keçirən müxalif qüvvələr var idi.
Rus mafiyası
Rus mafiyası – Rusiya Federasiyasındakı ən böyük etnik mütəşəkkil cinayətkar qrupu. Ruslardan ibarət əsasən Moskva, Sankt-Peterburq, Tümen, Surqut, Yekaterinburq, Omsk, Astraxan, Krasnoyarsk, Rostov-na-Donu, Samara, İrkutsk kimi böyük şəhərlərdə cinayətkar qruplar üçün istifadə olunan ümumi termindir. Rusiyadan kənarda bu qruplar keçmiş SSRİ, Avropa, ABŞ, Türkiyə Respublikasında əksəriyyətində fəaliyyət göstərir.
Rus marşı
Rus marşı — rus millətçi hərəkatlarının illik yürüşləri və nümayişləridir. İlk "Rus marşı" 2005 ildə, Xalq həmrəyliyi gününün təsis edilməsindən bir il sonra baş tutub. "Rus marşı" siyasi etiraz ayinidir. Altı il ərzində mütəmadi davam edən, millətçi təşkilatlarla dövlət təsisatlarının münasibətinin əks olunması baxımından olduqca maraqlı fenomendir."Rus marşı" həm də, hökümətyönlü "Naşi"(Bizimkilər) hərəkatının "Rus marşı" ilə eyni vaxtı təşkil etdiyi tədbirlərinin də adıdır. Son zamanlar KİV lərin dəyərləndirmələrinə görə "Naşi" hərəkatı bu yürüş üzərində inhisarı öz əlinə almağa çalışır. Bəsdir Qafqazı yedirdik şüarı ilə reklam olunan, və ildə bir dəfə keçirilən "Rus marşı", və 2010 ildə Manej meydanında baş verən iğtişaşlar bir vahid səciyə daşıyır:onlar demək olar ki ya tamamilə Şimali Qafqaz respublikaları , ya da Şimali Qafqaz milliyətinə mənsub olanlar üzərində cəmləşir. Şimali Qafqaza və onun xalqlarına qarşı olan bu əhval-ruhiyə kontekstində, Stavropol diyarı xüsusi yer tutur: bura - Şimali Qafqaz ərazisində olan yeganə yerdir ki, əhalisinin əksəriyyəti ruslardır"..."Baxmayaraq ki, "Rus marşı" Stavropol diyarında 2006 ildən sonra( ilk Moskvadaki nümayişindən bir il sonra) keçirilməyə başlandı, Şimali Qafqaza qarşı olan əhval-ruhiyə burada başqa nisbətlərdə təzahür edirdi. 2007 ilin may və iyun aylarında Stavropolda etnik-arası qarşıdurmalar nəticəsində (ikisi rus biri çeçen olmaqla)üç nəfər qətlə yetirildi. Məlumatlarda bildirilirdi ki, iğtişaşlarda, polisin xüsusi qüvvələri və yerli polislə birlikdə, qafqazlılara hucum edən, indi qadağan olan "Qeyri-leqal immiqrasiyaya qarşı hərəkatı" da daxil olmaqla, rus etno-millətçiləri də iştirak edirdilər. Bu iğtişaşlar, Kondopoqada(Kareliya) analoji hadisələrdən bir il keçməmiş baş vermişdi.[1] http://kavpolit.com/stavropol-liniya-fronta-mezhdu-rossiej-i-severnym-kavkazom/tərcümə.
Rus mətbəxi
Qədimdə rus mətbəxinin əsasını müxtəlif suplar, sıyıqlar, xəmir məmulatları təşkil edirdi. XVIII əsrdə Fransadan dəvət olunan aşpazlar rus mətbəxinə sosiska, omlet, kotlet, kompot gətirdilər. Ukraynadan Rusiya mətbəxinə donuz və dana əti bulyonunda hazırlanmış borş daxil olur və bu günə kimi əsas yeməklərdən biri sayılır. Kartofun hələ geniş yayılmadığı dövrlərdə əsas qarnir şalğam (turp) sayılırdı. Tərkibinə xama və kəsmik əlavə olunan yeməklər rus mətbəxinin əsas atributlarındandır. Xaricdə rus mətbəxi, əsasən blinləri, kürüsü və pelmenləri ilə tanınır. Balıqdan müxtəlif yeməklər hazırlanır. Ən nəfis balıq çökə hesab olunur. Balıq suda bişirilib dəfnə yarpağı əlavə olunaraq uxa adlanan sup halında, qızardılmış, sobada bişirilmiş, içinə göbələk və müxtəlif yarmalar doldurulmuş halda süfrəyə verilir. Həmçinin qurudulmuş, hisə verilmiş, duza qoyulmuş müxtəlif balıq növləri də əsas menyuya daxildir.
Rus nəfəsotu
Şərqi Sibirin quru çınqıllı sahələrində, Avropa, Qərbi Asiya, Şimali Afrika və Makroneziyada yayılmışdır. Qafqazda 6, Azərbaycanda isə 1 növü məlumdur. Hündürlüyü 1,5-2 m, dik qalxan budaqlara, üçər yarpaqlara malik olan koldur. Yarpaqcıqları tərs yumurtavari, oturaq, alt tərəfdən ipəkvari tükcüklüdür. May-iyun aylarında çiçəkləyir. Çiçəkləri qızılı-sarı rəngdə olub, tək-tək salxımlarda yerləşir. Meyvələri avqust ayında yetişir. Paxlası xətvari, qara rəngli, tükcüklü olub, 3 sm uzunluqdadır. Bu növ şaxtaya, quraqlığa dözümlü və işıqsevəndir. Mərkəzi Nəbatat bağında introduksiya edilmişdir.
Rus nərəsi
Rus nərəsi (lat. Acipenser gueldenstaedtii) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin nərəkimilər dəstəsinin nərələr fəsiləsinin nərə cinsinə aid heyvan növü. Xəzər dənizində nərə üç müstəqil populyasiya əmələ gətirir: a) Şimali Xəzər və ya Volqa; b) İran; v) Kür nərəsi. Onlar bir-birindən xarici görünüşünə, həyat tərzinə və bir çox bioloji xüsusiyyətlərinə görə fərqlənir. Kür nərəsi Volqa nərəsinə nisbətən iri olub, bədəni boz rəngdədir. Volqa nərəsinin bədəni sarımtıl rəngdədir. Xəzərin Azərbaycan sektorunda əsasən Kür nərəsinə təsadüf edilir. Kür nərəsi əsasən Cənubi Xəzərdə Orta Xəzərdə və az miqdarda Şimali Xəzərdə təsadüf olunur. İran nərəsi əsasən Xəzərin cənub-şərq hissəsində yaşayır. Azərbaycan sularında az təsadüf edilir.
Rus rublu
Rusiya rublu və ya рубль — Rusiya Federasiyasının valyutası. Həmçinin Abxaziya və Cənubi Osetiya ərazisində rəsmi valyuta kimi işlədilir. Rusiya rublunun ISO 4217 üzrə kodu — RUB, 1998-ci il denominasiyadək kodu RUR idi. Rusiya ərazisində XIII əsrdən işlədilir. Əvvəllər qrivnanın bir hissəsi idi. Информация о банкнотах и монетах на сайте Банка России (rus.) (ing.) РОССИЙСКИЙ РУБЛЬ И ПРИЗНАКИ ПОДЛИННОСТИ РОССИЙСКОГО РУБЛЯ Arxivləşdirilib 2012-02-03 at the Wayback Machine (rus.) Rusiyanın əskinasları keçmiş SSRİ əskinasları (alm.) (ing.) (fr.) Pul ilə əlaqədar olan bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
Azərbaycan-Rusiya Ali Təhsil Müəssisələri Assosiasiyası
Azərbaycan-Rusiya futbol matçlarının siyahısı
28.03.2009 Moskva DÇ Rusiya – Azərbaycan 2:0 14.10.2009 Bakı DÇ Azərbaycan – Rusiya 1:1 16.10.2012 Moskva DÇ Rusiya – Azərbaycan 1:0 15.10.2013 Bakı DÇ Azərbaycan – Rusiya 1:1 03.09.2014 Moskva DÇ Rusiya – Azərbaycan 4:0 17.11.2015 Bakı AÇSO Azərbaycan – Rusiya 3:0 24.03.2016 Rostov-na-Donu AÇSO Rusiya – Azərbaycan 2:2 29.09.2005 Berburq, Lüksemburq AÇSO Rusiya – Azərbaycan 3:0 07.01.2009 Sankt-Peterburq BT Rusiya – Azərbaycan 2:0 05.01.2012 Sankt-Peterburq BT Sankt-Peterburq – Azərbaycan 1:2 04.01.2015 Sankt-Peterburq, Rusiya BT Rusiya-2 – Azərbaycan 2:4 07.01.2015 Sankt-Peterburq BT Sankt-Peterburq – Azərbaycan 4:2 22.03.2018 Bakı, Azərbaycan YO Azərbaycan – Rusiya 0:4 25.03.2018 Bakı, Azərbaycan YO Azərbaycan – Rusiya 0:1 20.03.2019 Krasnodar, Rusiya AÇSO e.r., Rusiya – Azərbaycan 0:0 01.10.2000 AÇSO Rusiya – Azərbaycan 10:0 22.03.2018 Bakı, Azərbaycan YO Azərbaycan – Rusiya -:- ??.03.2018 Bakı, Azərbaycan YO Azərbaycan – Rusiya -:- 26.10.2005 Kfar-Sava, İsrail AÇSO Rusiya – Azərbaycan 1:1 01.10.2007 AÇSO Rusiya - Azərbaycan 1:1 23.09.2013 Volqoqrad, Rusiya AÇSO Rusiya – Azərbaycan 1:0 18.02.2015 Bakı, Azərbaycan YO Azərbaycan – Rusiya 1:2 20.02.2015 Bakı, Azərbaycan YO Azərbaycan – Rusiya 2:4 23.06.2015 Astana BT Rusiya-2 – Azərbaycan 0:1 23.02.2016 Bakı, Azərbaycan YO Azərbaycan – Rusiya 1:5 25.02.2016 Bakı, Azərbaycan YO Azərbaycan – Rusiya 1:0 11.08.2016 Çimkənd, Qazaxıstan BT Rusiya-2 – Azərbaycan 1:12 20.02.2010 Minsk BT Rusiya – Azərbaycan 1:0 27.03.2015 Matozinyuş, Portuqaliya BT Rusiya – Azərbaycan 1:0 27.01.1993 Moskva, Rusiya, Birlik Kuboku, Spartak M. – Neftçi 8:0 30.01.1995 Moskva, Rusiya, Birlik Kuboku, Spartak M. – Neftçi 5:0 25.01.1997 Moskva, Rusiya, Birlik Kuboku, Spartak M. – Neftçi 4:2 27.07.2004 Bakı, Azərbaycan, UEFA ÇL, Neftçi – ÇSKA 0:0 04.08.2004 Moskva, Rusiya, UEFA ÇL, ÇSKA – Neftçi 2:0 23.01.2005 Moskva, Rusiya, Birlik Kuboku, Lokomotiv – Neftçi 2:1 08.01.2009 Antalya, Türkiyə, YO, Spartak Nalçik – Xəzər Lənkəran 1:2 13.01.2009 Antalya, Türkiyə, YO, İnter Bakı – Tom 1:0 19.01.2010 Antalya, Türkiyə, YO, Xəzər Lənkəran – Vityaz 1:0 19.01.2011 Antalya, Türkiyə, YO, Neftçi – SKA-Energiya 1:1 21.01.2011 Sankt-Peterburq, Rusiya, Birlik Kuboku, Zenit - İnter Bakı 0:5 06.03.2011 Antalya, Türkiyə, YO, Qarabağ – SKA-Energiya 3:1 23.01.2011 Antalya, Türkiyə, YO, Spartak Moskva – Xəzər Lənkəran 3:1 18.01.2012 Sankt Peterburq, Rusiya BT Sozvezdiye (U-14) - Neftçi (U-14) 0:1 03.02.2012 Antalya, Türkiyə, BT, Terek – Neftçi 0:3 03.07.2012 Antalya, Türkiyə, YO, Kuban – Neftçi 2:0 25.10.2012 Kazan, Rusiya, UEFA AL QM, Rubin – Neftçi 1:0 08.11.2012 Bakı, Azərbaycan, UEFA AL QM, Neftçi – Rubin 0:1 19.01.2013 Antalya, Türkiyə, YO, Neftçi – Rotor Volqoqrad 1:0 19.01.2013 Antalya, Türkiyə, YO, Qarabağ – Ural 3:2 25.01.2013 Antalya, Türkiyə, YO, Qəbələ – Tom 1:1 22.06.2013 Tirol, Avstriya YO İnter Bakı – Krasnodar 0:0 24.06.2013 Qızılcahamam, Türkiyə YO Mordoviya – Qarabağ 3:1 27.06.2013 Qızılcahamam, Türkiyə YO Mordoviya – Qarabağ 1:1 27.06.2013 Leoqanq, Avstriya YO İnter Bakı – Anji 0:1 28.06.2013 Tirol, Avstriya YO Neftçi – Volqa 0:1 30.06.2013 Antalya, Türkiyə YO Simurq – Spartak Nalçik 0:1 09.07.2013 Tirol, Avstriya YO Neftçi – Terek 0:0 22.01.2014 Antalya, Türkiyə YO Qəbələ – Volqa 0:0 28.06.2014 Xoxfilsen, Avstriya, YO, Qarabağ – Krasnodar 0:1 26.07.2014 Avstriya YO Amkar – Simurq 4:1 27.07.2014 Sloveniya YO Xəzər Lənkəran – Arsenal (Tula) 2:1 22.01.2015 Antalya YO Neftçi-2 – Rubin-2 1:4 23.01.2015 Antalya YO Qəbələ – Kuban 0:2 23.01.2015 Antalya YO Neftçi-2 – Dinamo Moskva-2 1:2 29.01.2015 Antalya YO Qarabağ – Mordoviya 0:0 07.07.2015 Avstriya YO Qarabağ – Lokomotiv Moskva 2:2 30.09.2015 Moskva, Rusiya UEFA GL Spartak Moskva (U-19) - Rəvan (U-19) 4:0 01.10.2015 Krasnodar, Rusiya UEFA AL Krasnodar - Qəbələ 2:1 14.10.2015 Krasnodar, Rusiya BT Puls Yakutsk (U-14) - Neftçi (U-14) 1:2 16.10.2015 Krasnodar, Rusiya BT Nadejda Krasnodar (U-14) - Neftçi (U-14) 2:3 21.10.2015 Bakı, Azərbaycan UEFA GL Rəvan (U-19) - Spartak Moskva (U-19) 0:0 10.12.2015 Bakı, Azərbaycan UEFA AL Qəbələ - Krasnodar 0:3 28.06.2016 Avstriya YO Zenit - Qarabağ 0:1 21.09.2016 Qəbələ UEFA GL Qəbələ (U-19) - Dinamo Moskva (U-19) 0:2 19.09.2016 Moskva UEFA GL Dinamo Moskva (U-19) - Qəbələ (U-19) 5:0 17.01.2017 Antalya, Türkiyə YO Neftçi – Tosno 2:2 21.01.2017 Antalya, Türkiyə YO İnter Bakı – Orenburq 1:1 15.06.2017 İnnsburk, Avstriya YO Axmat – Qəbələ 1:0 20.06.2017 İnnsburk, Avstriya YO Axmat – Qarabağ 1:0 28.06.2017 Tirol, Avstriya YO Dinamo Moskva – Qarabağ 1:0 17.01.2018 Antalya, Türkiyə YO Qarabağ – Kuban 2:2 22.01.2018 Antalya, Türkiyə YO Neftçi – SKA-Xabarovsk 1:8 27.01.2018 Antalya, Türkiyə YO Neftçi – Krılya Sovetov 0:2 27.01.2018 Antalya, Türkiyə YO Qəbələ – Arsenal Tula 3:3 30.01.2018 Antalya, Türkiyə, YO, Zirə – Avanqard 0:3 31.01.2018 Antalya, Türkiyə YO Sumqayıt – Anji 0:1 01.02.2018 Antalya, Türkiyə YO Keşlə – Yenisey 1:1 28.08.2018 Astana, Qazaxıstan BT Azərbaycan (U-17) – Krasnodar (U-17) 0:3 20.01.2019 Antalya, Türkiyə YO Qəbələ – Yenisey 2:2 22.01.2019 Antalya, Türkiyə YO Azərbaycan (U-19) – Krasnodar-3 1:1 24.01.2019 Antalya, Türkiyə YO Azərbaycan (U-21) – Spartak Moskva-2 0:0 25.01.2019 Antalya, Türkiyə YO Keşlə – Çertanovo 1:0 26.01.2019 Antalya, Türkiyə YO Zirə – Tambov 2:0 30.01.2019 Antalya, Türkiyə YO Azərbaycan (U-19) – Dinamo-2 -:- 20.06.2019 Topuk yaylası, Türkiyə YO Neftçi – SKA-Xabarovsk 3:1 28.06.2019 Avstriya YO Ufa - Qarabağ 1:2 25.07.2019 Tula, Rusiya UEFA AL Arsenal Tula - Neftçi 0:1 01.08.2019 Bakı, Azərbaycan UEFA AL Neftçi - Arsenal Tula 3:0 18.12.2019 Bakı, Azərbaycan YO Zirə (U-17) - Kazan (U-17) 1:1 18.01.2020 Antalya, Türkiyə YO Qəbələ – Çayka 3:0 21.01.2020 Antalya, Türkiyə YO Sabah – Spartak Moskva-2 2:2 22.01.2020 Antalya, Türkiyə YO Keşlə – Arsenal Tula 1:2 29.06.2021 Fillax, Avstriya YO Neftçi – Spartak Moskva 2:1 11.07.2021 Kirxdorf, Avstriya YO Qarabağ – Arsenal Tula 0:1 22.07.2021 Soçi, Rusiya UEFA KL Soçi - Keşlə 3:0 29.07.2021 Bakı, Azərbaycan UEFA KL Keşlə - Soçi 2:4 17.01.2023 Antalya, Türkiyə YO Sumqayıt – Krılya Sovetov 0:1 01.07.2023 Sankt-Peterburq, Rusiya BT Zenit - Neftçi 3:1 15.07.2023 Türkiyə YO Qəbələ - Orenburq 1:1 18.07.2023 Moskva, Rusiya YO Spartak Moskva - Neftçi 2:0 18.11.2023 Bakı, Azərbaycan YO Neftçi - Zenit 2:1 17.09.2021 Krımsk, Rusiya AÇSO Rusiya - Azərbaycan 2:0 25.11.2021 Bakı, Azərbaycan BT Azərbaycan - Rusiya 0:4 20.10.2012 Krımsk, Rusiya AÇSO Rusiya - Azərbaycan 5:0 11.03.2013 Soçi, Rusiya BT Rusiya - Azərbaycan 0:1 22.03.2014 Soçi, Rusiya BT Rusiya - Azərbaycan 3:0 20.03.2017 Soçi, Rusiya BT Rusiya - Azərbaycan 1:0 01.03.2019 Soçi, Rusiya BT Rusiya - Azərbaycan 7:0 16.05.2014 Bakı, Azərbaycan BT Azərbaycan - Rusiya 1:4 12.02.2014 Antalya, Türkiyə YO Azərbaycan - Rusiya 2:0 25.04.2018 Bakı, Azərbaycan YO Azərbaycan - Rusiya (U-16) 0:2 28.04.2018 Bakı, Azərbaycan YO Azərbaycan – Rusiya (U-16) 0:1 27.03.2012 Bakı, Azərbaycan DÇSO (p/o), Azərbaycan – Rusiya 2:3 09.04.2012 Tümen, Rusiya DÇSO (p/o), Rusiya - Azərbaycan 2:2 09.02.2016 Belqrad, Azərbaycan AÇ Rusiya – Azərbaycan 6:2 02.11.2017 Slovakiya YO Azərbaycan (U-17) – Rusiya (U-17) 0:20 04.12.2017 İsfahan, İran BT Azərbaycan – Rusiya 3:4 22.09.2019 Həştərxan, Rusiya BT, Rusiya - Azərbaycan 2:1 30.01.2020 Osiek, Xorvatiya DÇER, Azərbaycan – Rusiya 4:3 19.11.2014 Pardubiçe, Çexiya UK Dinamo Moskva - Araz Naxçıvan 5:4 24.11.2016 Zaqreb, Xorvatiya UK Qazprom-Yuqra - Araz Naxçıvan 4:0 12.05.2015 Moskva, Rusiya BT, Rusiya – Azərbaycan 9:5 13.05.2015 Moskva, Rusiya BT, Rusiya-2 – Azərbaycan 7:1 20.07.2018 Moskva, Rusiya BT, Rusiya – Azərbaycan 8:3 05.07.2019 Nazare, Portuqaliya BT, Rusiya – Azərbaycan 3:3 pen.
Azərbaycan-Rusiya sərhədi
Azərbaycan-Rusiya sərhədi — Azərbaycan və Rusiya arasında dövlətlərarası sərhəd. Sərhəddin uzunluğu 327,6 km (55,2 km çay, 272,4 km quru) quru sərhəddi, 22,4 km isə dəniz sərhəddidir. Sərhəddə Rusiya Federasiyasının ən ucqar cənub nöqtəsi yerləşir. 1991-ci ildə Rusiya ilə Azərbaycan haqqında bu sərhəd dəqiqləşib. Rusiya ilə Azərbaycan arasında avtomobil, dəmir və piyada keçidləri müxtəlif hissələrdə yerləşir. Onlardan biri dağlıq və dağətəyi zonadakı (Samurçay üzərindən), digəri isə aşağıdan (Samurçayın deltasının üzərindən) keçir. Keçmiş sərhəddə isə iki Rusiya eksklavası Xraxoba və Uryanobadır. Azərbaycan sərhəddi daxilində etnik qruplardan ləzgilər yaşayır. Sərhəd haqqında Azərbaycan və Rusiya ilə 2010-cu ildə müqavilə bağlanıb. Sərhəd çayı olan Samurçaydan suvarmada istifadə olunur.
Azərbaycan Rus Dram Teatrı
Səməd Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrı — Bakıda rus dilində fəaliyyət göstərən teatr. Teatr 1920-ci ildən Bakı Azad Tənqid-Təbliğ Teatrı (BATTT), 1923-cü ildən Bakı İşçi Teatrı (BİT) adı ilə fəaliyyət göstərmişdir. 1937-ci ildən Azərbaycan Dövlət Rus Dram Teatrı adlanır. 1956-cı ildə teatra Səməd Vurğunun adı verilmişdir. 1925–30 illərdə teatr "Lyubov Yarovaya" (K. Trenyov), "Qiyam" (B. Lavrenyov) və s. tamaşaları səhnələşdirmişdir. 1930–40-cı illərdə teatrın repertuarı "Don Karlos" (F. Şiller), "Romeo və Cülyetta" (V. Şekspir), "Canlı meyit" (L. Tolstoy) və s. əsərlərlə zənginləşmişdi. XX əsrin 50-ci illərdə səhnələşdirilən "Aydın" (C. Cabbarlı), "Hamam" (V. Mayakovski) və başqa tamaşalar teatrın yaradıcılıq nailiyyəti kimi qiymətləndirilməlidir. 5 mart 2019-cu ildə Azərbaycan Dövlət Rus Dram Teatrına "akademik" statusu verilməsi barədə sərəncam imzalanmışdır.
Azərbaycan məktəbində rus dili (film, 1976)
Azərbaycan rusları
Azərbaycanda ruslar – Azərbaycanda üçüncü böyük etnik qrup (azərbaycanlılardan və talışlardan sonra) və müasir Rusiyanın hüdudlarından kənarda rusların ən böyük diasporlarından biridir. Sayları 141,7 min nəfərdir (27 yanvar 1999-cu il siyahıyaalmasına əsasən). Əksəriyyəti ölkənin iri şəhərləri olan Bakı, Sumqayıt və Gəncə şəhərlərində yaşayır. Kompakt halda İsmayıllı rayonunun İvanovka kəndində, Gədəbəy rayonunun Novosaratovka, Novoivanovka, Qorelsk (indiki Daşbulaq) və Slavyanka kəndlərində, Lənkəran rayonunun Alekseyevka (indiki Bürcəli), Goranboy rayonunun Rus Borisi kəndində, Şamaxı rayonunun Çuxuryurd, Qızmeydan və Nağaraxana kəndlərində yaşayırlar. Ruslar Azərbaycanda 1830-cu illərdən məskunlaşmağa başlamışlar. Çar Rusiyası dövründə minlərlə rus ailəsi Azərbaycanda məqsədli surətdə məskunlaşdırılmışdır. İlk rus məskənləri sektantların yerləşdirilməsinə ehtiyac duyulduğu üçün yaranıb. Onların köçürülməsi 1838-ci ildən başlayıb. Köçürülməyə sanksiya verən ilk qanunvericilik aktı 20 oktyabr 1830-cu ildə raskolnik və sektantların "Zaqafqaziya əyalətləri"nə köçürülməsi barədə hökumət sərəncamının nəşri olub. Ruslar imperiyanın daxili quberniyalarından köçürülürdülər.
Ağ qvardiya (Rusiya)
Ağ qvardiya (rus. Бѣлая Армія/Белая гва́рдия) — Rusiyada vətəndaş müharibəsi və xarici hərbi müdaxilə illərində Rusiya dövlətinə bağlı hərbi hissələr. Bu hərbi hissələr bolşeviklərə bağlı Qızıl Orduya qarşı vuruşmuşdur. Osipov, Yury. White Armies. Moscow: Great Russian Encyclopedia. 2005. səh. 268. ISBN 5-85270-331-1.
Ağ rus toyuğu
Ağ rus toyuğu (rus. Русская белая) — yumurtalıq toyuq cinsi. SSRİ-də yerli toyuqların leqqornla cütləşdirilməsindən alınmışdır. Yerli şəraitdə yaxşı uyğunlaşır, tez kökəlir. Lələkləri ağ, pipiyi dik, dimdiyi və ayaqları sarıdır. Toyuqların diri çəkisi 2,2–2,4 kiloqram, xoruzlarınkı 2,9–3,2 kiloqram olur. 140–150 günlükdən yumurtalamağa başlayır. İldə 200 və ya daha çox yumurta verir. Yumurtası 58–65 qram gəlir. Postsovet məkanında geniş yayılmışdır.
Ağdam rus-tatar məktəbi
Rus-Azərbaycan məktəbləri və ya Rus-tatar məktəbləri— XIX əsrin sonu — XX əsrin əvvəllərində Qafqaz azərbaycanlıları arasında geniş yayılmış məktəblər. Daha çox rus-müsəlman məktəbləri adı ilə tanınırdılar. Əsası 1887-ci ildə Bakıda Həbib bəy Mahmudbəyov və Sultanməcid Qənizadə tərəfindən qoyulmuşdur. Xüsusi şəkildə açılmış ilk rus-Azərbaycan məktəbi dörd il şagirdlərdən toplanmış təhsil haqqı hesabına fəaliyyət göstərmişdir. 1891-ci ildə Bakı əhalisinin xahişi ilə ilk xüsusi rus-Azərbaycan məktəbinin işinə xitam verilmiş, onun yerində xalq məktəbləri direktorunun nəzarəti altında şəhər bələdiyyə idarəsinin vəsaiti hesabına iki ibtidai təhsil ocağı yaradılmışdır. Birinci məktəbə S.Qənizadə müdir təyin edilmişdi.Şəhər əhalisinin təhsilə olan ehtiyacını təmin etmək üçün rus-müsəlman məktəblərinin sayı ildən ilə artırılmış, birinci rus inqilabı ərəfəsində Bakıda 12 oğlan, 4 qız rus-Azərbaycan məktəbi açılmışdı. 1898-ci ildə S.Qənizadənin təşəbbüsü ilə onun müdir olduğu ikinci rus-Azərbaycan məktəbi natamam orta təhsil verən ikinci dərəcəli məktəbə çevrilmiş, Aleksey ali ibtidai məktəbi adı ilə tanınmışdır. Rus-Azərbaycan məktəbi xalqın təhsil maraqlarına cavab verən güclü təhsil hərəkatına çevrilmiş, onun nümunəsində Bakı, Tiflis, Gəncə, İrəvan quberniyalarında rus-Azərbaycan məktəbi açılmışdır. Rus-Azərbaycan məktəbinin təsiri ilə əski molla və məhəllə məktəblərində islahatlar aparılmış, onların böyük əksəriyyəti müasir tələblərə uyğunlaşdırılmışdır. Rus-Azərbaycan məktəbi Azərbaycanda siyasi müstəqillik və istiqlaliyyət, milli dirçəliş uğrunda mübarizə tarixində, xalq maarifınin və mədəniyyətin inkişafında misilsiz rol oynamışdır.
Baş Kəşfiyyat İdarəsi (Rusiya)
Baş Kəşfiyyat İdarəsi (rus. Главное разведывательное управление — ГРУ) — Rusiya Silahlı Qüvvələrinin hərbi kəşfiyyatının mərkəzi idarəetmə orqanı. Rəsmi adı — Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Baş Kəşfiyyat İdarəsi 44388 saylı hərbi hissəsi. BKİ Baş Qərargah rəisinə və müdafiə nazirinə tabedir. Suilahlı Qüvvələrin marağına uyğun bütün növ kəşfiyyatla məşğul olur — agentura şəbəkəsi, kosmik və radioelektronika kəşfiyyatı. XVI əsrdə Rusiyada kəşfiyyat aparan və təşkil edən ilk mərkəzi idarəetmə orqanları meydana çıxır ki, bu da dövlət rəhbərliyinin düşmənin niyyətləri və məqsədləri barədə məlumatlılığının artmasına səbəb olur. 1654-cü ildə çar Aleksey Mixayloviçin Fərmanı ilə kəşfiyyat idarəçiliyinin cəmləşdiyi gizli işlər əmri yaradılmışdır. I Pyotr 1716-cı ilin hərbi Nizamnaməsində ilk dəfə olaraq kəşfiyyat işi üçün qanunvericilik və hüquqi bazanı yaradır. XVIII əsrin sonu — XIX əsrin əvvəllərində hərbi əməliyyatların güclənməsi kəşfiyyat qarşısında yeni vəzifələr qoyur, onun səlahiyyətlərinə isə yeni qüvvə və vasitələr cəlb olunur. Rusiya hərbi kəşfiyyatının daimi fəaliyyət göstərən mərkəzi orqanının təşkilinə isə Rusiyanın 1805-ci ildən Napoleon Fransası ilə apardığı qanlı müharibələr həlledici təkan verib.
Baş Qərargah Rəisliyi (Rusiya)
Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi (rus. Начальник Генерального штаба Вооружённых сил Российской Федерации) - Rusiya Silahlı Qüvvələrində hərbi mövqe. Baş Qərargah rəisi eyni zamanda Rusiya Müdafiə Nazirinin Birinci müavini vəzifəsini tutur. Baş Qərargah rəisinin səlahiyyətləri: Silahlı Qüvvələrin əməliyyat rəhbərliyi; Silahlı Qüvvələrin döyüş vaxtının təşkili və onlardan istifadənin təşkili; Digər qoşunların və hərbi birləşmələrin qurulması və inkişafı planlarının həyata keçirilməsində digər qoşunların və hərbi birləşmələrin komandanlığı və nəzarəti ilə məşğul olan federal icra orqanlarının fəaliyyətini əlaqələndirmək; Silahlı Qüvvələrin döyüş və səfərbərlik hazırlığının yoxlanılmasının təşkili, habelə digər qoşunların, hərbi birləşmələrin və orqanların səfərbərlik vəziyyətinə nəzarət; Rusiya Federasiyasının hərbi məsələlər üzrə beynəlxalq müqavilələrinin bağlanması üçün təkliflərin verilməsi; Baş Qərargah strukturunun bölmələri haqqında əsasnamənin təsdiq edilməsi; Silahlı Qüvvələrdə yüksək rütbəli zabitlər tərəfindən idarə olunacaq hərbi vəzifələrə dair təklifin baxılması üçün Rusiya Federasiyasının Müdafiə Nazirinə təqdim edilməsi. Baş Qərargah rəisi federal konstitusiya qanunlarına, federal qanunlara, Rusiya Federasiyasının digər normativ hüquqi aktlarına, Rusiya Federasiyası Silahlı Qüvvələrinin Ali Baş Komandanı və Rusiya Federasiyasının Müdafiə Nazirinin əmr və göstərişlərinə uyğun olaraq digər səlahiyyətləri də həyata keçirir.
Brickellia rusbyi
Brickellia rusbyi (lat. Brickellia rusbyi) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin brickellia cinsinə aid bitki növü.
Bölünməz Rusiya
"Vahid, bölünməz Rusiya" — Paris Sülh Konfransında sülh danışıqlarının gedişatına təsir edən, yeni yaranmış bir çox dövlətlərin beynəlxalq ictimaiyyət tərəfindən tanınmasına mane olan əsas problem. Rusiyada bolşeviklərin hakimiyyəti ələ almasından sonra bir çox keçmiş çar generalı yeni hökuməti tanımadığını elan etdi. Nəticədə Rusiya vətəndaş müharibəsi başladı. Anton Denikin, Kolçak və s . kimi məşhur generalların başçılıq etdiyi bu müharibə müddətində 1919-cu ildə çar generalları mühüm qələbələr qazandılar. Avropada belə bir təsəvvür yarandı ki, Ağ qvardiyaçılar bolşevik hakimiyyətini devirəcəkdir. Bu səbəbdən də keçmiş Rusiya imperiyası ərazisində yaranmış yeni respublikalara qarşı münasibətlərini dəyişdilər. İngilis komandanı General Tomson Bakıya daxil olarkən bunu öz nitqində açıq-aşkar bildirmişdi: Lakin artıq 1920-ci ildə generalların bolşeviklərə qarşı uğur qazana bilməyəcəkləri bəlli oldu. Yalnız bundan sonra yeni yaranmış respublikaların tanınma prosesi başlandı. "Vahid, bölünməz Rusiya" problemindən əziyyət çəkən yeni yaranmış dövlətlərdən biri də Azərbaycan Xalq Cümhuriyyəti olmuşdur.
Böyük Rusiya Ensiklopediyası
"Böyük Rusiya Ensiklopediyası, BRE" (rus. Большая российская энциклопедия, БРЭ) — rus dilində çap olunan universal ensiklopediya. Nəşr 35 nömrəli cilddən və “Rusiya” cildindən ibarətdir həmçinin 80 mindən çox məqalədən ibarətdir. Ensiklopediya 2004-2017-ci illərdə “Böyük Rusiya Ensiklopediyası” elmi nəşriyyatı tərəfindən nəşr edilmişdir. 1 aprel 2016-cı il tarixindən etibarən ensiklopediyanın elektron versiyası mövcuddur, onun buraxılışı Rusiya Federasiyasının Mədəniyyət Nazirliyi tərəfindən dəstəklənir. 1979-cu ildə Böyük Sovet Ensiklopediyasının (BSE) üçüncü nəşrinin sonuncu, 30-cu cildi işıq üzü gördü. 1990-cı ilə qədər, o cümlədən, "Sovet Ensiklopediyası" nəşriyyatı hər il BSE-nin məqalələri üçün yenilənmiş məlumatları dərc edən "Böyük Sovet Ensiklopediyasının İlliyi"-ni nəşr etdirirdi. 1991-ci ildə "Sovet Ensiklopediyası" nəşriyyatı "Böyük Rusiya Ensiklopediyası" Elmi Nəşriyyatı adlandırıldı, baxmayaraq ki, bu adda ensiklopediya hələ mövcud deyildi. 1994-cü ildə Aleksandr Qorkin “Böyük Rus Ensiklopediyası” nəşriyyatının direktoru və baş redaktoru oldu, o, ölkə rəhbərliyinin diqqətini o zaman ağır maliyyə vəziyyətində olan nəşriyyatın problemlərinə yönəltməyə çalışdı. 1995-ci il yanvarın 13-də Rusiya Prezidenti B.N.Yeltsin hökumətə 1996-2001-ci illərdə Böyük Rus Ensiklopediyasının Rusiyada Federal Kitab Nəşriyyatı Proqramında prezident proqramı kimi nəşrini təmin etməyi tapşırdı .
Böyük Rusiya Ensiklopediyası (nəşriyyat)
"Böyük Rusiya Ensiklopediyası", 1991-ci ilə qədər "Sovet Ensiklopediyası" — əvvələr Sovet və müasir Rusiya elmi nəşriyyatı. 1925-ci ildə SSRİ-də ensiklopediyalar nəşri üçün Kommunist Akademiyası və SSRİ Mərkəzi İcra Komitəsində təsis edilmişdir. Hal hazırda səhmlərinin 100% Rusiya Federasiyasına məxsus olan açıq səhmdar cəmiyyəti statusuna malikdir. 1925 — "Sovet Ensiklopediyası" səhmdar cəmiyyəti olaraq quruldu və Böyük Sovet Ensiklopediyasının 1-ci nəşrini buraxmağa başladı. 1930—1935 — "Sovet Ensiklopediyası" Dövlət lüğəti və ensiklopedik nəşriyyatı. 1935—1949 — "Sovet Ensiklopediyası" Dövlət İnstitutu. 1939 — "Qranat" nəşriyyatının təşkilatla birləşməsi 1949—1959 — "Böyük Sovet Ensiklopediyası" Dövlət Elmi Nəşriyyatı. 1959—1963 — "Sovet Ensiklopediyası" Dövlət Elmi Nəşriyyatı. 1963 — Xarici və Milli Lüğətlərin Dövlət Nəşriyyat Evi və Fizmatgiz elmi və texniki lüğətlərinin redaktorları ilə birləşməsi. 1963—1991 — "Sovet Ensiklopediyası" nəşriyyatı.
Cochlearia rusticana
Adi qıtıqotu (lat. Armoracia rusticana) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinin qıtıqotu cinsinə aid bitki növü. Armoracia amoracia (L.) Cockerell, Fl. Boulder Colorado 130. 1911, orth. var. Armoracia armoracia (L.) Cockerell ex Daniels, Univ. Missouri Studies, Sc. Ser., 2. No.
Con Ruskin
Con Raskin (ing. John Ruskin; 8 fevral 1819[…], London – 20 yanvar 1900[…]) — yazıçı, incəsənət tənqidçisi, sənətşünas, filosof, rəssam, sosioloq, universitet müəllimi, şair, ədəbiyyat tənqidçisi, memar, jurnalist.
Con Russo
Con A. Russo (ing. John A. Russo; 1939) — ABŞ aktyoru, yazıçısı və rejissorudur. Ən uğurlu filmi "Yaşayan ölülərin gecəsi" adlı filmdir. Russo "Yaşayan ölülər" ilə əlaqədar çəkilən bir çox filmlərdə iştirak etmişdir. Con Russo 1939-cu il tarixində anadan olmuşdur. 1968-ci ildə "Yaşayan ölülərin gecəsi" adlı filmdə zombi iştırakçılarından biri kimi iştirak etmişdir. Bu filmin ssenarisini Con Romero ilə birlikdə yazmışdır. Həmçinin, Romeronun "Canlı ölünün qayıdışı" adlı filminə parodiya kitabının müəllifidir. Con Russo — Internet Movie Database saytında.
Corc Russell
Corc Uilyam Russell (ing. George Russell; 15 fevral 1998) — Britaniyalı Formula 1 sürücüsüdür. 2017-ci ildə GP3 və 2018-ci ildə Formula 2 çempionu olduqdan sonra 2019-cu ildə Williams komandası ilə Formula 1 yarışlarına başladı. O, 2022 mövsümündə Mercedes komandası üçün yarışacaq . Russell Norfolk ştatının King's Lynn şəhərində atası Stiv və anası Alisonun iki bacısı ilə birlikdə ən kiçiyi olub: bacısı Cara və böyük qardaşı Benjy. Russel 7 yaşında kartinqlə məşğul olub, vaxtının çox hissəsini kartinq treklərində və həm də rəqabətli kartinqlə məşğul olan qardaşı Benji ətrafında keçirib. Wisbech, Cambridgeshire-də böyüyən Russell, yarış komandalarına daha yaxın olmaq üçün 18 yaşında Milton Keynsə köçməzdən əvvəl Wisbech Grammar School-da təhsil almışdır. Atası kimi o da Wolverhampton Wanderers Futbol Klubunun azarkeşidir.
Demis Russos
Demis Russos (yun. Ντέμης Ρούσος, əsl adı Artemios Venturis Russos, yun. Αρτέμιος Βεντούρης Ρούσος; 15 iyun 1946, İsgəndəriyyə, Misir – 25 yanvar 2015, Afina, Yunanıstan) — yunan müğənnisi. 15 iyun 1946-cı ildə Misirin İsgəndəriyyə şəhərində yunan əsilli ailədə dünyaya gəlmiş, 1956-cı il Süveyş böhranından sonra ailəsi ilə birlikdə Yunanıstana köçmüşdür. Russos 1963-cü ildə Vangelis və Lukas Sideras ilə birlikdə "Aphrodite's Child" qrupunun əsasını qoymuşdur. 1968-ci ildə Yunanıstandakı hərbi çevrilişdən sonra qrup üzvləri Parisə köçdülər və burada özlərinin "Rain & Tears" mahnısı ilə məşhurluq qazandılar. 1971-ci ildə Russos qrupu tərk etdi və solo karyerasına başladı, amma keçmiş qrup üzvü Vangelislə əməkdaşlığını davam etdirdi və bu əməkdaşlığın nəticəsi olaraq 1977-ci ildə "Magic together" albomunu çıxardı. Onların ən məşhur birgə işi isə Oskar mükafatına layiq görülmüş "Alovlu döyüş arabaları" ("Chariots of Fire") filminin musiqisi — "Race to the End" və onun ispan dilindəki versiyası "Tu Libertad" oldu. Russos həmçinin Vangelisin 1982-ci ildə Filip Dikin əsəri əsasında çəkilmiş "Ülgücün üzəri ilə qaçan" ("Blade Runner") filminə yazdığı "Tales of the Future" mahnısını da səsləndirmişdir. 1974-cü ildə Russos "Forever & Ever" albomu ilə uğur qazandı.
Discovery Channel Russia
Discovery Channel Russia — Rusiya və MDB ölkələrində yayımlanan telekanal. İzləmə üzrə aparılan bir araşdırmaya görə 2009-cu ilin əvvəlində "Discovery" ən böyük yayım sahəsinə malik ikinci qeyri-ümumdünya telekanal idi. 2007-ci ilin axırlarında "Discovery" bütün Rusiyada, eləcə də Mərkəzi Asiya dövlətlərində yayım edən ABS 1 süni peykindən istifadə etməyə başlamışdır. 1 dekabr 2007-ci ildən telekanalın reklamları yayımlanmağa başlamışdır. "Discovery" telekanalının Rusiyadakı reklam satışlarının məsulu "Video International" idi. 2006-cı ilə qədər "Discovery" telekanalı Rusiya və MDB ölkələrində Zone Vision tərəfindən təmsil olunurdu. Bu əməkdaşlıq "Discovery" "Media Broadcasting Group Limited" şirkətini öz nümyandəsinə çevirəndən sonra sona çatmışdır. "MBG" Rusiyadakı bütün 7 "Discovery" yayımlanmasından məsuldur. Discovery Channel – MBG saytında.
Don (çay, Rusiya)
Don çayı — uzunluğu 1870 km-dir, Şərqi Avropada yerləşir. Azov dənizinə tökülür, mənbəyini İvan gölündən alır. Çayın adı iskit (yəni qədim iran dillərindən) "su", "çay" deməkdir və qədim hindi dil ilə "damca" bağlıdır. [1] Uzunluğu 1870 km olan don çayı Orta Rusiya yüksəkliyinin 180 metr hündürlüyündən başlayaraq Azov dənizinə tökülür. Çaya bu adı XVII əsrdə Don kazakları vermişdilər. Don düzənlik çayıdır. Orta meyilliyi 0,1%o-ə bərabərdir, enli dərə əmələ gətirir. Dərənin eni aşağı axarında 12–15 km-a çata bilir. Çayın mənsəbi Azov dənizində olan Taqanroq körfəzidir. Mənsəbdə delta əmələ gətirir.
Donetsk (Rusiya)
Donetsk — Rusiya Federasiyasının Rostov vilayətində yerləşən şəhər.
Dostluq ordeni (Rusiya)
Dostluq ordeni — Rusiya ordeni.
Dövlət Rus muzeyinin nəzdindəki Rusiya gimnaziyası
Dövlət Rus muzeyinin nəzdindəki Rusiya gimnaziyası (rus. Российская гимназия при Государственном Русском музее) — Rusiyanın Sankt-Peterburq şəhərində yerləşən orta ümumtəhsil müəssisəsi. Burada şagirdlər həm orta, həm də tam orta təhsil alırlar. Gimnaziya 1989-cu ildən Dövlət Rus muzeyinin nəzdindədir.

Digər lüğətlərdə