Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Vauçer
Vauçer (ing. voucher — «qəbz, zamin») — yazılı sertifikat, qəbz, malların alınmasını təsdiqləyən sənəd, mal və ya xidmətlər üçün endirimlər. Rusiyada 1992-1994-cü illərdə vauçer özəlləşdirmə proqramı çərçivəsində əhaliyə verilən və özəlləşdirilən müəssisələrin varlıqları ilə mübadilə edilən özəlləşdirmə çek adlanırdı. == Turizmdə vauçer == Turizm fəaliyyətində vauçer turistin pullu turun bir hissəsi olan xidmətlər (transfer, otel, yemək və s.) almaq hüququnu təsbit edən sənəddir . Kupça tur operatoru tərəfindən fərdi turistlərə və ya qrup rəhbərinə ev sahibliyi etdiyi şirkətdə göstərilən xidmətləri almaq hüququnun təsdiqlənməsi kimi verilir. Təyinat yerinə çatdıqdan sonra çeki ev sahibinə təhvil verilir. == Ticarətdə vauçer == Ticarətdə vauçer sahibinə məhsul, xidmət və ya endirim almaq hüququ verən sənəddir. == İnnovasiyalı vauçer == İnnovasiyalı vauçerlər əvvəlcə tədqiqat çekləri deyilirdi. 1990-cı illərin sonlarında Hollandiyanın Limburg əyalətində ortaya çıxdılar. Tədqiqat vauçeri kiçik və orta sahibkarlığın rəqabət qabiliyyətini dəstəkləmək və təmin etmək üçün yaradılmışdır.
Valter Bauer
Valter Bauer (alm. Walter Bauer‎; 8 avqust 1877, Köniqsberq, Prussiya – 17 noyabr 1960, Göttingen, Aşağı Saksoniya) — Almaniya ilahiyyatçısı. O, Əhdi-cədid yunancasının lüğətşünası və erkən xristianlığın inkişafı üzrə alim olmuşdur. Bauer Şərqi Prussiyanın Köniqsberq şəhərində anadan olmuşdur. O, atasının professor olduğu Marburqda böyümüşdür.
Valser
Valser (fr. Valserres, oks. Vauserres) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Alplar. Kommunanın dairəsi — Qap. La-Bati-Nyov kantonuna daxildir. INSEE kodu — 05176. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 217 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 133 nəfərin (15-64 yaş arasında) 101-i iqtisadi cəhətdən, 32-i fəaliyyətsizdir (fəaliyyət göstəricisi 75.9%, 1999-cu ildə 76.8%). Fəal olan 101 nəfərdən 95 nəfər (56 kişi və 39 qadın) işləyir, 6 nəfər işsizdir (4 kişi və 2 qadın).
Vaqner
Vaqner — Almaniya soyadı.
Vaupes
Vaupes (isp. Vaupés) — Kolumbiyanın 32 departamentindən biri, ölkənin cənubi-şərq hissəsində Amazon ovalığı, şərqində Braziliya ilə həmsərhəddir. İnzibati mərkəzi Mitu şəhəridir.
Tauer
London qalası (ing. Her Majesty's Royal Palace and Fortress The Tower of London) — İngiltərənin paytaxtı London şəhərində inşa olunmuş tarixi qala. Qala Temza çayının şimal sahillərində yerləşir. London qalası daha çox 1078-ci ildə kral I Uliyam tərəfindən inşa olunmuş Ağ qala adlı inzibati binası ilə tanınır. Ancaq Ağ qala ilə yanaşı London qalasında bir çox inzibati binalar, qüllələr və müdafiə divarları mövcuddur. London qalası cinayətkarlar və əsirlərin saxlanılması üçün inşa edilmişdir. Bu səbəbdən qalada edam və işgəncə otaqları, cəbhəxana, dövlət xəzinəsi və əsgər yataqxanası vardı.
Vader
Vader — 1983-cü ildə Olştında yaradılan Polşa metal musiqi qrupu. == Haqqında == Adını "Ulduz müharibələri" filmindəki Darth Vaderdən almışdır. Qrupun üslubu daha çox sərt musiqi və vokaldan ibarətdir. 1989-cu ildə qrup özünün ikinci demo albomu "Necrolust" adlı albomu buraxaraq, 10.000 nüsxə buraxaraq metal üslubunda demo albom olaraq ən çox nüsxə satan Vader qrupu tarixə keçmişdir. Bu müvəffəqiyyət qrupa Earache Records albom şirkəti ilə müqavilə imzalayaraq, daha sonra qrup 1992-ci ildə ilk debüt "The Ultimate Incantation" adlı albomu buraxmışdır. 1995-ci ildə Impact Records albom şirkəti ilə müqavilə imzalayan qrup, həmin ildə De Profundis-i albomlarını buraxdılar, Future of the Past və Black to the Blind adlı albomları da buraxıldı. Daha sonra Vader qrupu əvvəlki demo albomlar olan Necrolust və Morbid Reich-in studio albomları buraxdı.1998-ci ildə Kingdom adlı EP albomlarını buraxaraq,həmən ildə Slayer qrupu ilə birgə Polşada konsertdə çıxış etmişdir. Bundan sonra qrup 2001-ci ildə albomlar və cover parçalar yazaraq Polşa, Ukrayna və Rusiya kimi ölkələr də albomları sürətlə satılmışdır.Avropa ölkələrin də konsertlər də çıxış edən Vader qrupu, Thrash'em All Festival-ında Krisun və Behemoth ilə yanaşı 10 polşalı death və black metal qrupları ilə konsert də çıxış etmişdir. 2011-ci ildə Welcome to the Morbid Reich adlı albomları son illərin ən yaxşı death metal albomlarından birinə imza atdı. == Qrup üzvləri == === İndiki üzvləri === Piotr "Peter" Wiwczarek: gitara, bas gitara, vokal (1983) Marek Pająk: gitara (2010) Tomasz "Hal" Halicki: bas gitara (2011) James Stewart: zərb alətləri (2011) === Turne musiqiçiləri === Marcin "Ząbek" Gołębiewski – zərb alətləri (1999) Marcin "Martin" Rygiel – bas gitara (2008) Wacław "Vogg" Kiełtyka – gitara (2008–2009) Tomasz "Reyash" Rejek – bas gitara (2008–2011) Marco Martell – gitaraçı (2010) === Sessiya musiqiçiləri === Jerzy "U." Głód – klavişli alətlər (2002) Krzysztof "Siegmar" Oloś – klavişli alətlər (2005, 2006, 2008, 2011) === Keçmiş üzvləri === Zbigniew "Vika" Wróblewski – gitara (1983–1986) Robert Bielak – vokal (1984–1985) Piotr Tomaszewski (vəfat edib) – vokal (1985) Robert "Astaroth" Struczewski (vəfat edib) – bas gitara (1986) Grzegorz "Belial" Jackowski – zərb alətləri (1986–1987) Robert "Czarny" Czarneta – vokal (1986–1988) Jacek "Jackie" Kalisz – bas gitara (1988–1991, 1993) Krzysztof "Docent" Raczkowski (vəfat edib) – zərb alətləri (1988–2005) Piotr "Berial" Kuzioła – bas gitara (1991–1992) Jarosław "China" Łabieniec – gitara (1991–1997) Leszek "Shambo" Rakowski – bas gitara (1993–2001) Maurycy "Mauser" Stefanowicz – gitara (1997–2008) Konrad "Saimon" Karchut – bas gitara (2002–2003) Marcin "Novy" Nowak – bas gitara (2003–2008) Dariusz "Daray" Brzozowski – zərb alətləri (2004–2008) Paweł "Paul" Jaroszewicz – zərb alətləri (2008–2011) == Diskoqrafiya == === Studiya albomları === The Ultimate Incantation (1992) De Profundis (1995) Black to the Blind (1997) Litany (2000) Revelations (2002) The Beast (2004) Impressions in Blood (2006) Necropolis (2009) Welcome to the Morbid Reich (2011) Tibi et igni (2014) The Empire (2016) Solitude In Madness (2020) === Demolar === Live in Decay (1986) Necrolust (1989) Morbid Reich (1990) === Mini və EP-lər === Sothis (1994) Kingdom (1998) Reign Forever World (2001) Blood (2003) Art Of War (2005) Lead Us !!!
Vaçar
Vaçar — Qafqaz Albaniyasında şəhər tipli yaşayış məntəqəsi. Xarabalıqları Kəlbəcər rayonunun Bazarkənd kəndi yaxınlığında yerləşir. Yaşayış məntəqəsi ərazisində müxtəlif dövrlərə aid tarix-memarlıq abidələri dövrümüzə çatmışdır. == Tarixi == Vaçarın xarabalıqları Gəncəsərdən şərqdə, Bazarkənd kəndinin girişində, eyni adlı çayın sahilində yerləşir. Xarabalıqlar arasında çoxlu sayda yaşayış, ustehsalat və ticarət tikililərinin qalıqları, həmçinin bir neçə kilsə binasını görmək mümkündür. Bütün bunlar ərazidə şəhər tipli yaşayış məntəqəsinin olmasını söyləməyə imkan verir.Yaşayış məntəqəsinin əsasının nə vaxt qoyulması dəqiq bilinməsə də, XII-XIII əsrlərdə, xüsusilə Həsən Cəlalın hakimiyyəti dövründə Vaçarın çiçəklənmə dövrünü yaşadığı ehtimal edilir. Onun inşaat fəaliyyəti ilə bağlı ilk kitabədə də məhz burada – Cəlalyanlar sülaləsinə məxsus Vaçar ərazisində aşkar edilmişdir.Vaçar ərazisindəki kilsədən aşkarlanmış kitabədə deyilir: Hakimiyyəti dövründə Həsən Cəlal tərəfindən Vaçarda dünyəvi xarakter daşıdığına görə fövqəladə əhəmiyyətə malik zərif təsviri xüsusiyyətə malik xaçdaşlar da ucaldılmışdır. == Abidələri == === Mamakan xatun kilsəsi === Vaçar ərazisində çoxlu sayda məzar daşları və kilsə saxlanılmış böyük orta əsrlər qəbirsanlığı saxlanmışdır. Yaxşı yonulmuş bazalt daşlarından inşa edilmiş kilsənin cənub divarına bitişik kiçik ölçülü, iki mərtəbəli sovməə də bazalt daşlardan inşa edilmişdir.Planda düzbucaqlı formaya malik olan bu kilsə tağtavanlı damla örtülmüşdür. Vaçar kilsəsi iki inşaat kitabəsinə malikdir: onlardan biri portalın timpanında, digəri isə qərb fasadında yerləşir.Xaçın knyaginyası Mamakanın sifarişi ilə inşa edilmiş birnefli kilsə planda düzbucaqlı formaya malik olmaqla tağtavanla örtülmüşdür.
Vaşer
Vaşer (fr. Vachères, oks. Vachieras) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Provans Alpları. Reyan kantonuna daxildir. Kommunanın dairəsi — Forkalkye. INSEE kodu — 04227. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 305 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 178 nəfər arasında (15-64 yaş arasında) 128 nəfər iqtisadi fəal, 50 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 71.9%, 1999-cu ildə bu 69.7%). Fəal olan 128 nəfərdən 116 nəfəri (61 nəfər və 55 qadın), 12 nəfəri işsizdir (4 kişi və 8 qadın).
Dart Vayder
Ulduz müharibələri obrazı.
Erigeron pauper
Erigeron pauper (lat. Erigeron pauper) — mürəkkəbçiçəklilər fəsiləsinin xırdaləçək cinsinə aid bitki növü.
Eugenia pauper
Eugenia pauper (lat. Eugenia pauper) — mərsinkimilər fəsiləsinin evgeniya cinsinə aid bitki növü.
Georgi Vayner
Georgi Aleksandroviç Vayner — Rusiya yazıçısı. == Həyatı == Georgi Vayner 10 fevral 1938-ci ildə Moskva şəhərində doğulub. O, qardaşı Arkadi ilə birlikdə bir çox detektiv romanı yazarıdır. Qardaşı ilə yazdığı 150-dən çox kitabın arasında "Ya sledovatel" ("Mən təhqiqatçıyam"), "Vizit k Minotavru", "Qonki po vertikali", "Çası dlya mistera Kelli" kimi ünlü əsərlər də var. 1979-cu ildə rejissor Stanislav Qovoruxin Vaynerlərin "Era miloserdiya" kitabı əsasında məşhur "Görüş yerini dəyişmək olmaz" filmini çəkib. 1990-cı ildən bəri ABŞ-də yaşayırdı. O, 11 iyun 2009-cu ildə vəfat edib. G. Vayner keçmiş SSRİ Yazıçılar İttifaqının və Daxili İşlər Nazirliyinin çoxsaylı mükafatlarına layiq görülüb.
Harry Kauper
Henry Alexis (Harry) Kauper (1888[…], Hotorn[d] – 22 aprel 1942, Riçmond[d]) — avstraliyalı aviasiya və radio mühəndisi olub, Sopwith-Kauper kəsici mexanizminin layihələndirilməsi və Avstraliyada radio yayımını inkişaf etdirdiyi işi ilə məşhurdur.
Karl Pauker
Karl Pauker( rus. Карл Викторович Паукер;12 yanvar 1893, Lvov, Sisleytaniya – 14 avqust 1937, Moskva) — Sovet xüsusi xidmət orqanlarının icra məmuru; İosif Stalinin təhlükəsizliyinin rəhbəri. 2-ci dərəcəli dövlət təhlükəsizlik komissarı (1935). Kütləvi repressiyaların təşkilatçısı. == Həyatı və təhsili == === Erkən illəri. I Dünya Müharibəsi. Əsirlik həyatı. === 1893-cü ilin yanvarında Lembergdə bərbər Benjamin Pauker ailəsində olduqca kasıb bir anadan olub. Yəhudi. İbtidai ev təhsili aldı.
Maks Vasmer
Maks Vasmer (28 fevral 1886, Sankt-Peterburq – 30 noyabr 1962[…], Qərbi Berlin, Berlin) — alman filoloq-slavyanşünası və balkanşünası, SSRİ Elmlər Akademiyasının əcnəbi müxbir üzvü. 1907–08-ci illərdə Yunanıstanda yunan dialektlərini və alban dilini araşdırmışdır. 1908–10-cu illərdə Krakov və Vyana universitetlərində təhsilini davam etdirmişdir. Bir sıra təhsil müəssisəsində dərs demiş, o cümlədən Ali qadın (Bestujev) kurslarının (1912), Saratov (1917–18), Tartu (1918–21), Leypsiq (1921–25), Berlin (1925–45), Stokholm (1947–49) universitetlərinin, Qərbi Berlində Azad universitetinin professoru olmuşdur. Slavyanların digər xalqlarla dil əlaqələrinə, slavyan, Baltika, İran, fin-uqor xalqlarının Şərqi Avropada məskunlaşması tarixinə, Şərqi Avropa antroponimiya və toponimiyasına, slavyan dillərinin alban dili və digər dillərə təsirinə dair əsərlərin müəllifidir.
Mauser C96
Mauser C96 — 1896-1937-ci illərdə Alman silah istehsalçısı Mauser tərəfindən istehsal edilmiş yarı avtomatik tapança. Silahın lisenziyasız nüsxələri XX əsrin birinci yarısında İspaniya və Çində istehsal edilmişdir.C96-nın fərqli xüsusiyyətləri tətiyin qarşısındakı ayrılmaz maqazin, uzun lülə, ona qısa lüləli tüfəngin dayanıqlığını təmin edən və qobur və ya daşıma qutusu kimi istifadə olunan taxta stokdur. Uzun lüləsi və yüksək sürətli patronu ilə Mauser C96 öz dövrünün digər tapançalarından daha üstün diapazona və daha yaxşı nüfuza malik idi. Mauser şirkəti təqribən bir milyon C96 tapançası istehsal etmişdi, İspaniya və Çində istehsal edilən tapançaların sayı çox olsa da, dəqiq say yoxdur.
Maykl Valzer
Maykl Valzer (3 mart 1935, Nyu-York, Nyu-York ştatı) — Amerikalı yəhudi, siyasət filosofu. Valzer müharibə əxlaqı haqqındakı fikirləri xeyli zənginləşdirmişdir. "Haqlı müharibə Haqsız müharibə" (Just and Unjust wars) adlı əsərində, fərdlərin haqq və məsuliyyətləri ilə siyasi topluluqlarınkilər (dövlətlər olaraq başa düşülən) arasında paralelliklər quran Hüquqi paradiqma təməlində bir haqlı müharibə nəzəriyyəsini inkşaf etdirmişdir. Bunun mənası, dövlətlərin qabaqlayıcı hücum ehtimalı da daxil olmaqla, özlərini təcavüzkarlığa qarşı qoruya bilmələri (haqlı müharibə), amma eqoist çıxarlar uğruna hücumun (haqsız müharibə) rədd edilməsidir. Valzer eyni zamanda, "yüksək aktuallıq" (xalqa qarşı qısa vədədə həyata keçiriləbiləcək və ağır basan bir təhlükədən qaynaqlanan) vəziyyətin "qaydalarının bir kənara qoyulmasına" diqqət çəkərək insani bir müdaxiləni müdafiə etmişdir. Valzerin digər diqqət çəkən əsərləri arasında isə Müharibə haqqında müzakirə (arguing about war 2004) əsəri sayılabilər. == İstinadlar == == Xarici keçidlər == Dissent Quarterly magazine of politics and culture edited by Michael Walzer Walzer's biography at the Institute for Advanced Study "Arguing about War" Arxivləşdirilib 2006-03-26 at the Wayback Machine Review of Walzer's Arguing about War in n+1 magazine The Argument about Humanitarian Intervention By Michael Walzer Micha Odenheimer, A “Connected Critic” Arxivləşdirilib 2012-12-05 at Archive.today, Micha Odenheimer speaks with an individual who has carved out a space for himself as a left-wing supporter of Israel, Eretz Acheret Magazine Review of Thinking Politically Arxivləşdirilib 2011-10-07 at the Wayback Machine, Barcelona Metropolis, 2010. A Conversation with Michael Walzer Video interview, 2012.
Peter Maurer
Peter Maurer (20 noyabr 1956, Tun[d], Bern kantonu[d]) — İsveçrə diplomatı, Beynəlxalq Qızıl Xaç Komitəsinin sədri. O, bu vəzifəyə 1 iyul 2012-ci ildə təyin edilmişdir. == Həyatı == Peter Maurer Berndə tarix və beynəlxalq münasibətlər üzrə təhsil almış və tarix elmləri namizədi alimlik dərəcəsi almışdır. O, 1987-ci ildə İsveçrə diplomatik korpusuna qoşulmuş və Berndə, Pretoriyada müxtəlif vəzifələrdə çalışmışdır. Maurer nəhayət 1996-cı ildə Nyu-Yorka köçmüş və burada İsveçrənin Birləşmiş Millətlər Təşkilatındakı Nümayəndəliyinin rəhbərinin müavini təyin edilmişdir. O, 2000-ci ildə Berndə İsveçrə Xarici İşlər Nazirliyinin İnsan Təhlükəsizliyi İdarəsinin rəisi vəzifəsinə təyin edilmişdir.Maurer 2012-ci ildən Beynəlxalq Qızıl Xaç Komitəsinə rəhbərlik edir. Onun rəhbərliyi altında tarixi büdcə artımı yaşanmış, komitənin büdcəsi 1,1 milyarddan 2,4 milyard İsveçrə frankına qədər (2022-ci ilə qədər) yüksəlmişdir. == Titullar == 2014 – Fəxri doktor, Bazel Universiteti. 2018 – Fəxri doktor, Vaseda Universiteti.
Rixard Vaqner
Rixard Vilhelm Vaqner (alm. Wilhelm Richard Wagner‎; 22 may 1813[…], Leypsiq, Saksoniya, Reyn Konfederasiyası[d] – 13 fevral 1883[…], Venesiya, İtaliya krallığı) — Alman bəstəkarı, dirijor, teatr xadimi, publisist, musiqi nəzəriyyəçisi, esseisti. Tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına daxil edilib. 1827-ci ilə qədər ögey atasının soyadı olan Heyer soyadını daşıyıb. İlk məktəb illərində musiqiyə həvəsi olmayıb və dram əsərlər yazıb. 1828-ci ildə, Leypsiqdəki "Nicolai Schule"yə daxil olur və müəllim heyəti ilə yola getməyib. == Bioqrafiyası == === Uşaqlıq illəri === Rixard Vilhelm Vaqnerin öz dediklərinə görə o, 1813-cü il mayın 22-sində, Leypsiqdə, Brüldə, "Qırmızı və Ağ şir" adlanan binanın ikinci mərtəbəsində dünyaya gəlib. İki gün sonra Müqəddəs Foma kilsəsində xaç suyuna salınıb. Atası Fridrix Vaqner elə həmin ilin oktyabrında, Napoleonun məşhur Leypsiq döyüşündən sonra tifdən dünyasını dəyişib. Vaqnerin anası İohanna Rozina (qızlıq soyadı Pets) ikinci dəfə ailə dostu, aktyor Lüdviq Heyerə ərə gedib ki, Heyer də qayğı və sevgisi ilə Vaqnerə demək olar atasını əvəz edib.
Riçard Vagner
Rixard Vilhelm Vaqner (alm. Wilhelm Richard Wagner‎; 22 may 1813[…], Leypsiq, Saksoniya, Reyn Konfederasiyası[d] – 13 fevral 1883[…], Venesiya, İtaliya krallığı) — Alman bəstəkarı, dirijor, teatr xadimi, publisist, musiqi nəzəriyyəçisi, esseisti. Tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına daxil edilib. 1827-ci ilə qədər ögey atasının soyadı olan Heyer soyadını daşıyıb. İlk məktəb illərində musiqiyə həvəsi olmayıb və dram əsərlər yazıb. 1828-ci ildə, Leypsiqdəki "Nicolai Schule"yə daxil olur və müəllim heyəti ilə yola getməyib. == Bioqrafiyası == === Uşaqlıq illəri === Rixard Vilhelm Vaqnerin öz dediklərinə görə o, 1813-cü il mayın 22-sində, Leypsiqdə, Brüldə, "Qırmızı və Ağ şir" adlanan binanın ikinci mərtəbəsində dünyaya gəlib. İki gün sonra Müqəddəs Foma kilsəsində xaç suyuna salınıb. Atası Fridrix Vaqner elə həmin ilin oktyabrında, Napoleonun məşhur Leypsiq döyüşündən sonra tifdən dünyasını dəyişib. Vaqnerin anası İohanna Rozina (qızlıq soyadı Pets) ikinci dəfə ailə dostu, aktyor Lüdviq Heyerə ərə gedib ki, Heyer də qayğı və sevgisi ilə Vaqnerə demək olar atasını əvəz edib.
Rişar Vaqner
Rişar Vaqner (ing. Richard Wagner; fr. Richard Wagner; 2 aprel 1957, Monreal, Kvebek) — Kanadanın hazırkı Baş hakimi və Baş inzibatçısı vəzifələrini icra edən kanadalı hüquqşünas. == Həyatı == Vaqner Kvebekin Monreal şəhərində anadan olub, Jizel və keçmiş Parlament üzvü və senator Klod Vaqnerin oğludur. Monrealda yerləşən Jan-de-Brebof Kollecindən 1978-ci ildə məzun oldu, daha sonra Ottava Universitetində siyasi elmlər üzrə təhsil aldı.Vaqner Roma katolikidir. Vaqnerin atası Klod hüquqşünas idi. Babası əslən Bavariyadan olan alman-yəhudi mühacir idi. Vaqnerin iki vəkil övladı var. == Fəaliyyəti == 1980-ci ildə Vaqner Kvebek Hüquq Evinə dəvət aldı və "Montreal Lavery, de Billy" hüquq şirkətinə fəaliyyətə başladı. Fəaliyyəti əmlak, ticarət məhkəməsi və peşə məsuliyyəti sığortası üzərində qurulmuşdu.24 sentyabr 2004-cü ildə Monreal bölgəsindən Kvebek Ali Məhkəməsinə təyin edildi.
Sauber F1
Sauber Motorsport — 1970-ci ildə Peter Sauber tərəfindən əsası qoyulan, idman avtomobillərinin istehsalı ilə məşğul olan İsveçrə kompaniyası və yarış komandası. Komandanın yarışlarda ən yaxşı nəticəsi 2012-ci ildə Serxio Perezin iki ikinci yeri (İtaliya və Malayziya) qazanması, və ilk cərgədən Jan Alezinin (A-1 Rinq, 1998) və Kamui Kobayaşinin (Spa, 2012) göstəriciləridir.
Sandro Vaqner
Sandro Vaqner (alm. Sandro Wagner‎; 29 noyabr 1987[…], Münhen) — Almaniya futbol meşqçisi və hücumcu mövqeyində çıxış etmiş keçmiş peşəkar futbolçusu. Hazırda Regionliqa Bavariya çempionatında çıxış edən "Unterhaxing" klubuna başçılıq edir.
Sauber Motorsport
Sauber Motorsport — 1970-ci ildə Peter Sauber tərəfindən əsası qoyulan, idman avtomobillərinin istehsalı ilə məşğul olan İsveçrə kompaniyası və yarış komandası. Komandanın yarışlarda ən yaxşı nəticəsi 2012-ci ildə Serxio Perezin iki ikinci yeri (İtaliya və Malayziya) qazanması, və ilk cərgədən Jan Alezinin (A-1 Rinq, 1998) və Kamui Kobayaşinin (Spa, 2012) göstəriciləridir.
Hacər
Hacər — İbrahim peyğəmbərin zövcəsi. == Tövratda Həcər == İbranicə Hagər olaraq adlandırılan bu sözün mənası “qaçmaq, qaçış” deməkdir. Həcər isə “getmək, hicrət etmək, şirkdən uzaq olmaq, yaşıdlarından üstün olmaq mənasını verən hecr kökünə aid ola bilər və Cənubi Ərəbistanda məskunlaşma mərkəzi olan Hecerlə əlaqəli olduğu güman edilir. Tövrata görə, Quranda adı çəkilməyən Həcər Misirli cariyədir. Tövratda açıq şəkildə bildirilməsə də, Həcər də Hz.İbrahimə verilən cariyələr arasında olmalıdır. Tövrata görə, uzun müddət övladı olmayan Sara dövrün qaydalarına uyğun olaraq Həcəri ərinə ikinci arvad kimi təqdim edir. Həcər hamilə qalanda Saraya münasibəti dəyişir; Sara onunla pis davranır və onu qaçmağa məcbur edir. == İslama görə == İslami mənbələrdə Həcərin Misir və Kıpt padşahlarından birinin qızı olduğu bildirilir. Atasının Menfis əhlindən olduğu və oranın şahı olduğu bildirildiyi kimi Həcərin Hz. İbrahimin Misirə gəldiyi zaman işdə olan fironun cariyələrindən olduğu da bildirilir.
Mitsubishi Lancer
Mitsubishi Lancer — Yapon avtomobil istehsalçısı Mitsubishi tərəfindən 1973-cü ildən bu günə kimi istehsal olunan sedan. Digər adları: Colt Lancer, Dodge/Plymouth Colt, Chrysler Valiant Lancer, Chrysler Lancer, Eagle Summit, Hindustan Lancer, Soueast Lioncel, Mitsubishi Carisma, Galant Fortis. Modelin adı "lance" (nizə, cida) adlanan döyüş alətindən istifadə edən əsgərlərdən irəli gəlir.