Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Alfred Verner
Alfred Verner(alm. Alfred Werner‎; 12 dekabr 1866, Müluz — 15 noyabr 1919, Sürix) — İsveçrə kimyaçısı. Kimya üzrə Nobel mükafatı laureatı (1913). == Həyatı == Müluzda (Elzas, Fransa) (1866–1919), İsveçrə kimyaçısı Verner Alfred 1889- cu ildə Sürix Politexnik institutunu bitirmişdir. 1893–1915- ci illərdə Sürix Universitetində professor vəzifəsində çalışmış, 1909- cu ildə Universitetin nəzdindəki Kimya İnstitutunun direktoru olmuşdur. 1913- cü ildə molekulda atom rabitələrinin xarakterinin öyrənilməsi sahəsindəki işlərinə və qeyri- üzvi kimyanın yeni sahələrinin kəşfi ilə əlaqədar həyata keçirdiyi tədqiqatlara görə alimə Nobel mükafatı verilmişdir. Alfred Verner 15 noyabr 1919-cu ildə vəfat edib.
Timo Verner
Timo Verner (6 mart 1996-cı ildə anadan olub) — Bundesliqa təmsilçilərindən olan RB Leypziq klubunda və Almaniya milli futbol komandasında hücumçu kimi çıxış edən peşəkar Almaniya futbolçusudur. == Klub karyerası == === VfB Ştutqart === Verner Ştutqart klubu ilə debütünü 1 avqust 2013-cü ildə 2013-14 UEFA Avropa Liqası təsnifat mərhələsində Botev Plovdiv klubunaq qarşı oyunda etmişdir. 17 yaş, 4 ay və 25 günlüyündə meydana çıxan Verner rəsmi oyunlarda oyuna daxil olan ən gənc futbolçu kimi Bundesliqa klubu olan Ştutqart klubunun tarixinə düşmüşdür. O, Bundesliqada debütünü 17 avqust 2013-cü ildə Bayer Leverkuzen klubuna qarşı oyunda etmişdir. Verner Bundesliqada ilk qolunu 22 sentyabr 2013-cü ildə Ştutqart klubu ilə Ayntraxt Frankfurt klubuna qarşı oyunda vurmuşdur. 10 noyabr 2013-cü ildə Verner Frayburq klubuna qarşı oyunda iki qolla yadda qalmışdır. O, ikinci və üçüncü qolun müəllifi olmuş və komandası 3-1 hesabı ilə qalib gəlmişdir. Bu nəticə ilə Verner Bundesliqa tarixində bir oyunda iki qol vuran ən gənc futbolçu kimi tarixə düşmüşdür. Verner 18-ci ad günündə Ştutqart klubu ilə 2018-ci ilin iyun ayına qədər peşəkar müqavilə imzalamışdır. Amma Leypziq 2016-cı ilin yayında 10 milyon avro qarşılığında onu transfer etmişdir.
Verner Heyzenberq
Verner Karl Heyzenberq (alm. Werner Karl Heisenberg‎; 5 dekabr 1901[…], Vürtsburq, Bavariya Krallığı, Almaniya imperiyası – 1 fevral 1976[…], Münxen, Bavariya, Qərbi Almaniya) — alman fiziki, kvant mexanikasının əsas yaradıcılarından biri. 1925-ci ildə nəşr etdiyi məqaləsi ilə böyük şöhrət qazanmışdır. Maks Born və Paskual Yordan ilə sonrakı məqalələr seriyasında, eyni il ərzində onun kvant mexanikasının matris formalaşdırılması əsaslı şəkildə işlənib hazırlanmışdır. O, 1927-ci ildə nəşr etdirdiyi qeyri-müəyyənlik prinsipi ilə tanınır. Heyzenberq 1932-ci ildə "kvant fizikası yaradılmasına görə Fizika üzrə "Nobel" mükafatı layiq görülüb. Heyzenberq həmçinin turbulent axınların hidrodinamikasının, atom nüvəsinin, ferromaqnetizmin, kosmik şüaların və maddə və sahə zərrəcikləri nəzəriyyələrinə töhfələr vermişdir. O, İkinci Dünya müharibəsi zamanı Almaniyanın nüvə silahı proqramında əsas alim olub. O, həmçinin 1957-ci ildə Münhendəki tədqiqat reaktoru ilə birlikdə Karlsruedə ilk Qərbi Almaniya nüvə reaktorunun planlaşdırılmasında mühüm rol oynamışdır. İkinci Dünya müharibəsindən sonra o, Kayzer Vilhelm Fizika İnstitutunun (daha sonra Maks Plank Fizika İnstitutu) direktoru təyin edilmişdir.
Verner Kaskel
Verner Kaskel(alm. Werner Caskel‎, 5 mart 1896, Qdansk, Prussiya – 28 yanvar 1970, Köln, Şimali Reyn-Vestfaliya) — alman şərqşünası. == Həyatı == 5 mart 1896-cı il tarixində Danzik şəhərində doğuldu. 1914-cü ildə Tübingen Universitetində ilahiyat və Fars dili fakültəsində oxumağa başladı. Eyni ilin sonlarına doğru Berlinə gedib, təhsilinə orada davam etdi və məşhur Delitzschdən Quran üzərinə dərslər aldı. I Dünya Savaşında Anadolu, Fələstin, Suriya və Mesopotamiyadakı əsgəri xidmətləri sırasında Türk dilini öğrəndi. Savaşın ardından Berlində təhsilinə davam etdi. Daha sonra Leypsiqə gedip özəlliklə A. Fischer və R. Hartmannın rəhbərliyində Ərəbşünaslıq və İslamiyat mövzularında araşdırmalar apardı. 1924-cü ilin iyulunda dinlər tarixi sahəsində hazırladığı dissertasiya ilə doktor oldu. Eyni il, daha öncə xidmətinə daxil olduğu Alman diplomat və arxeoloqu Maks Freiherr von Oppenheimın araşdırma səfərlərinin nəticələrini elmi baxımdan dəyərləndirməyə başladı.
Verner Qreuter
Verner Qreuter (it. Werner Rodolfo Greuter; 27 fevral 1938, Genuya) – professor, İtaliya botaniki. == Həmçinin bax == 27 fevral 1938-ci ildə Genovada doğulub. == Mükafatları == OPTIMA Gold Medal, 1998. Distinguished Services Award, XVI International Botanical Congress, St Louis, Missouri Theophrastus Medal of Honour of the Hellenic Botanical Society, 2000 Honorary Professorship (Categoría Docente Especial de Profesor Invitado), Universidad de La Habana, 2004 == İstinadlar == == Xarici keçidlər == Prof.
Verner Zombart
Zombart (Sombart) Verner (19 yanvar 1863[…] – 18 may 1941[…], Berlin, Üçüncü Reyx) — alman iqtisadçısı, sosioloq və tarixçi. == Həyatı == Breslav və Berlin Universitetlərinin professoru Şmollerin şagirdi olub, bir çox fikirlərində siyasi iqtisadın tarix məktəbinin tərəfdarı idi. Lakin Zombart iqtisad elmində tarixi və abstrakt tədqiqat metodlarını birləşdirməyə cəhd edərək, tarix məktəbindən qabağa getmişdir. Və o, buna nail olmuşdur. Zombartın mühüm əsəri "Müasir kapitalizm"dir, birinci nəşri 1903-cü ildə olmuşdur. Sonralar bu əsər dəfələrlə nəşr olunmuş, yeni nəşrin son cildləri 1928-ci ildə buraxılmışdır. Zombart bu əsərdə kapitalizm tarixini erkən kapitalizm (XYIII əsrin ikinci yarısında sənaye inqilabına qədər), inkişaf etmiş kapitalizm (birinci dünya müharibəsinə qədər) və gecikmiş kapitalizm kimi inkişaf mərhələlərinə ayıraraq bütövlüklə təhlil etmişdir. Zombart kapitalizmin iqtisadi inkişaf perspektivlərini nəzərdən keçirərək, "sosial plüralizm" nəzəriyyəsini irəli sürmüşdür. Təsərrüfat formalarının inkişaf tarixindən Zombart belə bir nəticəyə gəlir ki, cəmiyyət inkişaf etdikcə təsərrüfat formaları da artır, belə ki, köhnə formalar itmir, əksinə, yenilərilə yanaşı fəaliyyətlərini davam etdirirlər. Məsələn, orta əsrlərdə Avropada həm kəndli təsərrüfatı, həm biyar – mülkədar təsərrüfatı, həm də şəhər sənətkarlığı paralel mövcud olmuşdur.
Verner Şlyaqer
Verner Şlyaqer (28 sentyabr 1972) — Avstriyanı təmsil edən stolüstü tennisçi. == Karyerası == Verner Şlyaqer Avstriyanı 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 17-ci, cüt turnirdə isə 9-cu pillənin sahibi olub. Daha sonra Verner Şlyaqer Avstriyanı 2000-ci ildə Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 5-ci, cüt turnirdə isə 5-ci pillənin sahibi olub. Verner Şlyaqer Avstriyanı 2004-cü ildə Afina şəhərində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 9-cu, cüt turnirdə isə 9-cu pillənin sahibi olub. Daha sonra Verner Şlyaqer Avstriyanı 2008-ci ildə Pekin şəhərində baş tutan XXIX Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 9-cu, Komanda turnirində isə 4-cü pillənin sahibi olub. Verner Şlyaqer Avstriyanı 2012-ci ildə London şəhərində baş tutan XXX Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 17-ci, Komanda turnirində isə 5-ci pillənin sahibi olub.
Veryer (Averon)
Veryer (fr. Verrières, oks. Verièiras) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Sen-Bozeli kantonuna daxildir. Kommunanın dairəsi — Miyo. INSEE kodu — 12291. Kommuna təxminən Parisdən 520 km cənubda, Tuluza şəhərindən 150 km şimal-şərqdə, Rodezdən isə 45 km cənub-şərqdə yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 393 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 216 nəfər (15-64 yaş arasında) arasında 164 nəfər iqtisadi fəal, 52 hərəkətsiz (fəaliyyət göstərici 75.9%, 1999-cu ildə 71.1%) olmuşdur.
Anton fon Verner
Anton fon Verner (9 may 1843, Frankfurt — 4 yanvar 1915, Berlin) — Prussiya krallığında yaşamış alman rəssam. 1843-cü ildə Almaniyanın Frankfurt şəhərində anadan olmuşdur. Rəssamlığa 1857-ci ildə tələbə ikən başlamış və İncəsənət Akademiyasında davam etdirmişdir.
Anton von Verner
Anton fon Verner (9 may 1843, Frankfurt — 4 yanvar 1915, Berlin) — Prussiya krallığında yaşamış alman rəssam. 1843-cü ildə Almaniyanın Frankfurt şəhərində anadan olmuşdur. Rəssamlığa 1857-ci ildə tələbə ikən başlamış və İncəsənət Akademiyasında davam etdirmişdir.
Hans-Verner Gessmann
Hans-Verner Gessmann (24 mart 1950, Duysburq, Şimali Reyn-Vestfaliya) - alman psixoloqu, humanistik psixodramanın banisi və Rusiya Federasiyasında ali məktəb müəllimidir. == Həyatı və yaradıcılığı == Hans-Verner Gessmann 1976-cı ildə disleksiyaya səbəb olan amillər üzrə doktorluq elmi dərəcəsi almış və eyni ildə Nyu Yorkda Helen Singer Kaplan ilə tanışlıqdan sonra, cinsi disfunksiyanın müalicəsi zamanı həyata keçirilən hipnozlarla əlaqədar olaraq ilk dəfə onun tərəfindən əsası qoyulmuş Humanistik Psixodramaya müraciət etmiş və psixodramanı uşaq psixoterapiyası sahəsinə daxil etmişdir. Eyni zamanda elmi məzmunlu sənədli filmlərin çəkilişi, «Humanistik Psixodrama» adı altında toplu nəşrlər və humanistik psixodrama mövzusunda beynəlxalq dərginin dərc edilməsi ilə o, bu sahədə almandilli ölkələrdə qabaqcıl işlər həyata keçirmişdir. Psixodrama sahəsində az saylı empirik tədqiqatçılardan bir olan Gessmann indiyə qədər 160-dan artıq psixoloji məzmunlu məqalə nəşr etdirmişdir. Onun 1996-ci ildə ikiləşmə üsulu üzrə fəaliyyəti yeni standartlar yaratmışdır. 1973-cü ildə o, Dyusburq şəhərində Bergerhauzen Psixoterapevtik İnstitutunun, 1977-ci ildən 1989-cu ilə kimi isə 1500-dən çox psixoterapevt tərəfindən Humanistik Psixoterapiyanın və həmçinin inteqrativ sistem və ailə terapiyasının inkişafı üçün mərkəz kimi istifadə edilmiş Kerpendəki Vasserburq Bergerhausen institutunun əsasını qoymuşdur. Mülkiyyətçi Baron Klemens von Loenin qəfləti ölümündən sonra İnstitut yenidən Dyusburq şəhərində fəaliyyətinə davam etmişdir. Fəaliyyətinin əsas məqamı kimi Hans-Verner Gessmann 1979-cu ildən etibarən humanistik psixodramanı psixodramanın yeni bir forması kimi inkişaf etdirərək tədris etmişdir. Bu, 1960-cı ildə əsası qoyulmuş humanistik psixologiyanın ayriılmaz hissəsi olmuşdur. Gessmann insanların kollektiv davranış və təbiətini terapevtik etikanın əsası kimi müəyyən edirdi.
Verner fon Blomberq
Verner Eduard Frits fon Blomberq (alm. Werner Eduard Fritz von Blomberg‎; 2 sentyabr 1878[…] – 14 mart 1946[…], Nürnberq, Almaniyanın Amerika tərəfindən ələ keçirilmiş ərazisi[d]) — alman sərkərdəsi, Üçüncü Reyxin general-feldmarşalı (1936), 1933-1938-ci illərdə müdafiə naziri.
Verner fon Braun
Verner Maqnus Maksimilian Frayher fon Braun (alm. Wernher Magnus Maximilian Freiherr von Braun‎; 23 mart 1912[…] – 16 iyun 1977[…], Aleksandriya[d], Virciniya) — alman-amerika raket mütəxəssisi, kosmik uçuşların pioneri, ilk ballistik raketin yaradıcısı, ABŞ və SSRİ-nin kosmik yarışında Sergey Korolyovun əsas rəqibi. ABŞ-də amerikan kosmik proqramının banisi hesab olunur. == Həyatı == O, 23 mart 1912-ci ildə Almaniyanın Virsitç dairəsinin Posen provinsiyasında (indiki Virzisk, Polşa) anadan olmuşdur. Fau-2 adlı raketin hazırlanmasında alman faşistləri ilə əməkdaşlığına görə onun şəxsiyyəti mütəxəssislər tərəfindən mübahisəli sayılır. == Uşaqlığı, təhsili, və fəaliyyəti == Verner von Braun Posendə Maqnus von Braun və onun həyat yoldaşı Emminin ikinci ovladı kimi dünyaya gəlmişdir. Onun ana babası Prussiya dövlətinin mülkiyyətçisi və dövlətin zadəganlar evinin üzvü olmuşdur. Böyük qardaşı Ziqismund fon Braun alman diplomatı idi. Birinci dünya müharibəsi qurtardıqdan sonra Braunlar ailəsi Şlezienə köçürlər. Hələ uşaq vaxtlarında Braun musiqi və təbiət elmləri ilə maraqlanır.
Verner fon Frits
Verner fon Fritç (alm. Werner Freiherr von Fritsch‎, 4 avqust 1880; Benrath, Düsseldorf - 22 sentyabr 1939; Praqa, Varşava) — alman zabiti və Nasist Almaniyasının generalobersti. == Həyatı == 18 yaşında Almaniya İmperator Ordusuna (Reichsheer) daxil oldu və üstün hərbi keyfiyyətləri ilə Alman Baş Qərargahının diqqətini çəkdi. 1901-ci ildə, 21 yaşında olanda Prussiya Hərbi Akademiyasına (Preussische Kriegsakademie) göndərildi. 1911-ci ildə Baş Qərargah rəisi vəzifəsinə leytenant (Oberleutnant) rütbəsində təyin edildi. Birinci Dünya müharibəsi dövründə onun əhəmiyyəti tədricən artdı və aldığı digər mükafatları arasında 1-ci dərəcəli Dəmir Xaç medalı və qara yarıqlı döş nişanı medal daxildir. Müharibələrarası dövrdə fon Fritsch Veymar Respublikasının Silahlı Qüvvələrində (Reichswehr) xidmət etmişdir. 1932-ci ildə Kurt von Schleicher tərəfindən general-mayor rütbəsinə qaldırıldı. Özünü perspektivli gənc zabit hesab edirdi. Nasistlər 1933-cü ildə hakimiyyətə gəldikdən sonra fon Fritsch nasistləri radikal bir qüvvə olaraq gördü və yeni rejimin radikal bir tərəfdarı oldu.
Verner fon Heydenstam
Verner fon Heydenstam (isv. Verner von Heidenstam; 6 iyul 1859[…] – 20 may 1940[…]) — isveçli yazıçı, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1916). == Həyatı == İsveç şairi və romançısı Karl Qustav Verner fon Heydenstam qədim və zəngin zadəgan nəslindən idi. İsveçin cənubunda, Elshammar şəhərində doğulmuşdu. Xəstəhal, çəkingən və zəif uşaq olan Karl Qustav kiçik yaşlarından İsveç saqalarının sehrkar mühitinə düşmüş, çılğın ədəbiyyat həvəskarı kimi böyümüşdü. Səhhəti ilə əlaqədar valideynləri yeganə övladlarını Aralıq dənizi sahillərinə - İtaliya və Yunanıstana göndərmişdilər. Burada isə o, özünün etiraf etdiyi kimi "hər şeyi suçəkən kimi canına çəkdiyi bir zamanda" cənub ölkələrinin çoxmillətli və çoxmədəniyyətli mühitinə düşmüşdü. Təbii ki, zəngin və azad gənc əyalət universitetinin auditoriyalarında antik dövr haqqında cansıxıcı mühazirələrə qulaq asmaq əvəzinə Afina Akropolunu gəzib dolaşmağı, xristian mədəniyyətini mənimsəmək əvəzinə bütün varlığı ilə Şərq, daha doğrusu Aralıq dənizi sivilizasiyasını öyrənməyi daha üstün tutmuşdu. Karl Qustav ardıcıl təhsil almamışdı. Çox gənc yaşda isveçrəli Emiliya Uqqla ilə evlənmişdi.
Verner fon Simens
Ernst Verner fon Simens (alm. Ernst Werner von Siemens‎; 13 dekabr 1816[…] – 6 dekabr 1892[…]) — alman ixtiraçı, elektrotexnikanın yaradıcısı və sənayeçi (Siemens AGnin qurucusu). == Həyatı == Simens Qoslarda Kristian Ferdinand Simens (1787–1840) və onun həyat yoldaşı Elenore Henriette Dayhmanın (1792–1839) dördüncü uşağı kimi dünyaya gəlir. 1823-cü ildə onun ailəsi Lübekə köçdükdən sonra ailənin iqtisadi işləri yaxşı getmir. Simensə əvvəldə nənəsi, daha sonra atası təhsil verirlər. Sonralar o bir il Şöneberq vətəndaş məktəbində, uç il evdə və sonda üç il Katharineum qimnaziyasında dərs alaraq təhsilini başa çatdırır. Verner 1834-cü ildə qimnaziyanı vaxtından əvvəl tərk etmək məcburiyyətində qaldığından heç bir formal sənəd ala bilmir. Ailəsinin maddi vəziyyəti ona ali təhsil almağa imkan vermir. 1839-cu ildə anasının və 1840-cı ildə atasının vəfatından sonra Verner ən böyük oğul kimi bacı-qardaşlarının qayğısına qalmalı olur. Müəlliminin məsləhəti ilə o Berlində Prussiya mühəndislik qrupuna daxil olmaq üçün ərizə verir, oradan ancaq yox cavabı alır.
Fridrix-Verner fon Şulenburq
Fridrix-Verner fon Şulenburq (alm. Friedrich Werner von Schulenberg‎; 20 noyabr 1875 – 10 noyabr 1944, Plyötsenzee həbsxanası[d] və ya Berlin) – alman diplomatı, müqavimət hərəkatının iştirakçısı, qraf. == Həyatı == Lozanna, Berlin və Münxen universitetlərində təhsil almışdır. 1901-ci ildən xarici işlər nazirliyində çalışmış, 1911-ci ildən Tiflisdə konsul vəzifəsində işləmişdir. 1918-ci ilin mayından Qafqazda alman diplomatik missiyasının tərkibində olmuş, Batum konfransındakı Almaniya nümayəndəliyinin tərkibinə daxil edilmişdi. Şulenburq 1918-ci il avqustun 21-də Almaniyanın Baş qərargahında Qafqazla bağlı iqtisadi və nəqliyyat məsələlərinin müzakirə olunduğu konfransda iştirak etmiş, müşavirənin nəticələrini mövzular üzrə sistemləşdirib, qeydlər aparmışdır. Onun Bakı ilə bağlı qeydləri, əsasən, Bakı neftinin nəqli məsələsinə aiddir. Qeydlərdə deyilir: "… a) Bakı Rusiya ağalığı altında qalmaqdadır; b) Neft gəliri Almaniyanın nəzarətinə keçir; c) Bakıdan gələn dəmir yollan və boru kəmərləri alman nəzarəti altında olmalıdır". Şulenburqun yazdığına görə, Bakının tutulmasından sonra neft sahələrini Nobel firması ilə sıx əməkdaşlıq yolu ilə istismar etmək nəzərdə tutulurdu. Şulenburq 1919-cu ilin iyulundan Berlində xarici işlər nazirliyinin mərkəzi aparatında referent vəzifəsində çalışmışdır.
Vernyus
Vernüs (fr. Vernusse) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Monmaro kantonuna daxildir. Kommunanın dairəsi — Monlyuson. INSEE kodu — 03308. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 161 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 105 nəfər (15–64 yaş) arasında 70 nəfər iqtisadi fəal, 35 nəfər fəaliyyətsiz (fəaliyyət göstərici 66,7%, 1999-cu ildə 57,9%) idi. Fəal olan 70 nəfərdən 63 nəfər (35 kişi və 28 qadın), 7 nəfər işsiz (5 kişi və 2 qadın) idi. Aktiv olmayan 35 nəfər arasında şagird və ya tələbə, 10 nəfər təqaüdçü, 15 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
La-Verpiyer
La-Verpiyer (fr. La Verpillière) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. La-Verpiyer kantonuna daxildir. Kommunanın dairəsi — La-Tur-dyu-Pen. INSEE kodu — 38537. Kommunanın 2012-ci il üçün əhalisi 6528 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 405 ilə 700 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 460 km cənub-şərqdə, Liondan 28 km cənub-şərqdə, Qrenobldan 70 km şimal-qərbdə yerləşir.
Lez-Avenyer
Lez-Avenyer (fr. Les Avenières) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Morstel kantonuna daxildir. Kommunanın dairəsi — La-Tur-dyu-Pen. INSEE kodu — 38022. Kommunanın 2008-ci il üçün əhalisi 5095 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 200 ilə 260 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 440 km cənub-şərqdə, Liondan 55 km cənub-şərqdə, Qrenobldan 50 km şimal-qərbdə yerləşir.
Yan Vermeer
Yohannes və ya Yan Vermeer (oktyabr 1632[…], Delft, Hollandiya qraflığı, Yeddi Birləşmiş Əyalət Respublikası[…] – 15 dekabr 1675[…], Delft, Hollandiya qraflığı, Yeddi Birləşmiş Əyalət Respublikası[…]) — gündəlik həyatı təsvir edən tabloları ilə tanınan hollandiyalı barokko rəssamı, holland rəssamlığının qızıl dövrünün nümayəndəsi. Vermeer həyatı boyunca müvəfəqiyyətli rəssam kimi tanındı. Nisbətən çox az tablo çəkdiyi və ölümündən sonra arvadı və uşaqlarına borc qoyduğu üçün zəngin bir adam kimi xatırlanmır.
Abba Lerner
Abba Ptaxiya Lerner (ing. Abba Lerner,İngiltərədən ABŞ-yə mühacirət etməzdən əvvəl — Abram (Aba) Psaxiya Lerner, ing. Abraham (Abba) Psachia Lerner; 28 oktyabr 1903[…], Bessarabiya quberniyası[d] – 27 oktyabr 1982[…], Tallahassi[d]) — amerikalı iqtisadçı, Lerner əmsalı, Marşall-Lerner şərtləri, Lerner-Samuelson teoreminin yaradıcısı. == Bioqrafiyası == 28 oktyabr 1903-cü ildə Bessarabiya vilayətinin Novoselitsa şəhərində papaqçı Moişe (Morris) İsaak Lerner və Sofiya (Sura Abovna) Buxmanın (1867-?) ailəsində anadan olmuşdur. Üç yaşında valideynləri ilə birlikdə İngiltərəyə mühacirət etdi (1906). Londonda İst End-dəki Betnal Qrində böyüdü; Ümumilikdə ailənin 8 övladı var idi, onlardan ən böyüyü Abba idi və valideynlərinin mühacirətindən əvvəl doğulmuş yeganə uşaq idi. On altı yaşından papaq fabrikində maşinist işləmiş, gecə məktəbində, sonra ravvinlər akademiyasında oxumuş və özü də yəhudi məktəbində dərs demişdir. 1932-ci ildə London İqtisadiyyat Məktəbində bakalavr, 1943-cü ildə isə iqtisad elmləri doktoru dərəcəsi alıb. Müəllimlik fəaliyyətinə 1936–1937-ci illərdə LSE-də dosent kimi başlamışdır. 1933-cü ildə Lernerin köməyi ilə İqtisadi Tədqiqatların İcmalı jurnalı təsis edildi[en], o, 1937-ci ilə qədər redaktorlarından biri olub.
Arsen Venger
Arsen Venger (22 oktyabr 1949, Strasburq) — fransalı baş məşqçi
Bernar Verber
Bernar Verber (fr. Bernard Werber; d. 18 sentyabr 1961, Tuluza, Fransa) — müasir fransız yazıçısı, publisisti, filosofu. == Həyatı == === Uşaqlıq illəri === Bernar Verber 1961-ci ildə Tuluzada yəhudi ailəsində dünyaya gəlmişdir. Gələcək yazıçının uşaqlığı nisbətən sakit keçmiş, beş yaşından o, rəsmə marağı ilə seçilmişdir. Onun bu marağını görən müəllimi uşağa xüsusi tədris mühiti yaradaraq rəssamlıqla məşğul olmasına şərait yaratmışdı. Hələ yeddi yaşında olanda Bernar sərbəst mövzu kimi özünün ilk əsərini - Birənin sərgüzəştlərini yazır. Burada birənin dilindən onun insan bədənində başına gələn hadisələrdən danışılırdı. Maraqlıdır ki, bu yaşlarında fransız ədəbiyyatı istisna olmaqla o, digər fənlərdə elə də uğur əldə etmirdi. Xüsusilə də Bernar çoxsaylı düsturları və mətnləri yadda saxlamaqda çətinlik çəkirdi.
Beryer dili
Beryer dili — elə də böyük olmayan ada. Laptevlər dənizi akvatoriyasına daxildir. İnzibati cəhətdən Krasnoyarsk diyarında qərarlaşır. Şimal adasından şərqdə qərarlaşır. Şimal adasından Dvoynoy buxtası ilə ayrılır. Ada cənub-qərbdən şimal-şərqə uzanır. Ada 1736-cı ildə Vasili Vasileviç Pronçişev tərəfindən kəşf edilmişdir.
Emma Terner
Emma Luiza Terner və ya E L Terner — ingilis ornitoloq və qabaqcıl quş fotoqrafı idi. Terner vəhşi təbiət fotoqrafı Riçard Kearton ilə tanış olduqdan sonra 34 yaşında fotoqrafiya ilə məşğul olmağa başladı. O, 1901-ci ildə Kral Fotoqrafiya Cəmiyyətinə (KFC) qoşulmuş və 1904-cü ilə qədər öz foto slaydları ilə təsvir edilmiş çıxışlar etməyə başlamışdır. Terner 1908-ci ildə, 41 yaşında peşəkar mühazirəçi adını alır. Terner hər ilin müəyyən bir hissəsini Norfolkda keçirirdi. Onun 1911-ci ildə Norfolkda çəkdiyi yuva quran danquşunun şəkli növün 19-cu əsrin sonlarında müvafiq ərazidə nəsli kəsildikdən sonra yuva quran quş olaraq Birləşmiş Krallığa qayıtmasının ilk sübutu idi. Turner səkkiz kitab və çox sayda jurnal və jurnal məqaləsinin müəllifi olmuş və onun çəkdiyi Böyük maygülü fotosu onun KFC-nin Qızıl medalına layiq görülməsinə səbəb olmuşdur. == Erkən həyatı == Emma Luiza Terner 9 iyun 1867-ci ildə Kent ştatının Royal-Tanbric-Uells ştatının Lanqton-Qrin şəhərində Con və Emma Ternerin ailəsində anadan olub. O, Meri adlı bacısı və Con və Frenk adlı qardaşlarından sonra ailənin dördüncü və sonuncu övladı idi. Onun atası üç işçisi olan paltar satıcısı və baqqal idi.
Vərnəsər
Vərnəsər (az-əbcəd. ورنه‌سر‎, fars. وزنه‌سر‎) - İranın Zəncan ostanının Tarım şəhristanının Mərkəzi bəxşinin Dəram qəsəbəsinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 52 nəfər yaşayır (20 ailə).
Vəznlər
Vəzn (yunanca: τό μέτρον — ölçü, vahid) — şeirin ölçüsü, onun struktur vahididir. Ölçü və yaxud vəzn şeirdə ahəngi yaradan, formanın musiqililiyini və obrazlığını gücləndirən amillərdən biridir. Şeir vəznlə — səslərin nizam, qayda- qanun və tənasübü ilə yaranır. Vəzn şerə məna-məzmun, hərəkət və poetik vüsət verir. Lüğətlərdə vəzn, "bir şeyin ağırlığı, çəkisi" mənalarında işlədilir. Terminoloji, yəni şeirşünaslıq mənasinda isə vəzn misranın səslər kəmiyyətincə ölçüsü, yaxud bəhrə görə misralardakı uzun və qısa hecaların müəyyən şəkildə tərtibi ilə yaranan ritmin ölçüsüdür. == Xüsusiyyətləri == Dünya ədəbiyyatında daha çox heca, əruz və sərbəst vəzndən istifadə olunmuşdur. Xalqlar vəznləri mənimsəmiş, dillərinin təbiyyətinə uyğunlaşdırmış, onları yeni milli keyfiyyət, əlamət və ünsürlərlə zənginləşdirmişlər, amma təzə vəznlər yaratmağa ehtiyac duymamışlar. Ona görə də vaznlərin mahiyyətini həmişə milli fərdi xüsusiyyətlərdən daha çox ümumilik və bəşərilik şərtləndirmişdir. Sərbəst vəzndə, hecada və əruzda — müxtəlif xalqlar üçün ümumi olan kateqoriyalarda ayrı- ayrı xalqların şairləri və alimləri tərəfindən yaradılmış xüsusiyyətləri də vardır.