Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Verter effekti
Verter effekti — kütləvi intiharlar. Psixologiyada "Verter effekti (sindromu)" deyilən bir fenomen mövcuddur. Effekt ilk dəfə dahi alman yazıçısı Yohann Volfqanq Götenin "Gənc Verterin iztirabları" adlı əsəriylə əlaqədar müşahidə olunduğundan bu əsərin baş qəhrəmanının adı ilə də adlandırılıb. Əsər Verter adlı personajın intiharı ilə bitir. Əsərin təsir gücü o dərəcədə böyük olur ki, onun təsiri ilə özünəqəsd epidemiyası Avropanı bürüyür. Fenomen o qədər güclü səviyyə alır ki, bir çox ölkələrdə əsərin çapı və yayılması dövlət səviyyəsində qadağan edilir. Fenomenin izahını Kaliforniya universitetlərindən birinin sosioloqu Devid Filips verdi. 1947-1962-ci illər ərzində ABŞ-nin ayrı-ayrı ştatlarında baş verən intiharlarla, həmin ştatın mətbuatında intiharlar barədə dərc olunan materialları əlaqələndirərək Filips bu qənaətə gəlir ki, hansı ərəfədə hansı ərazinin mətbuatında intihar faktları barədə ardı-arası kəsilməyən geniş materiallar dərc olunubsa, orada bundan sonra intiharların sayı da həndəsi silsilə üzrə artmağa başlayıb. Onun tədqiqatlarına görə, intihar halının epidemiya şəkli alıb yayılmasında bu intiharlar barədə mətbuatın geniş materiallar dərc etməsi əlahiddə rol oynayır. Özü də, mətbuatda hansı məqam, hansı formalı intihar xüsusi qeyd olunur, vurğulanırsa, növbəti intiharçılar da özlərini məhz həmin qaydada öldürür, intihar stilində məhz həmin məqamı vurğulayır, saxlayırlar.
Cucumis melo var. ananas-i-chair-verte
Yemiş (lat. Cucumis melo) — bitkilər aləminin balqabaqçiçəklilər dəstəsinin balqabaqkimilər fəsiləsinin xiyar cinsinə aid bitki növü. == Qısa morfoloji təsviri == Qovun qarpıza nisbətən daha çox istisevən bitkidir və quruluşuna görə qarpızdan fərqlənir. Bunun toxumları içərisi boş olan toxum kamerasında yerləşir. Əsasən Orta Asiya respublikalarında və Zaqafqaziya respublikalarında becərilir. Tərkibində şəkərin miqdarı 5-17%-ə çatır. 20 mq% C, 1,2 mq% A, 0,5 mq% B1, 0,3 mq% B2, 0,6 mq% PP vitaminləri vardır. Mineral maddələrdən ən çox rast gələni dəmirdir ki, bunun da miqdarı 2,5 mq%-ə bərabərdir. Qarpızdan fərqli olaraq saxlanılarkən yetişə bilir. Qovunların təsərrüfat-botaniki sortları biri-digərindən meyvəsinin ölçüsünə və kütləsinə, qabığının rənginə və bərkliyinə, ətli hissəsinin konsistensiyası və rənginə, dad və ətrinə, yetişmə müddətinə və saxlanılmasına görə fərqlənirlər.
Femtex
Femtex ("qadın texnologiyası"nın qısaltması) – qadın sağlamlığına yönəlmiş həllər və startapları birləşdirən informasiya texnologiyası terminidir. Bu sahəyə qadınların reproduktiv sağlamlığı, cinsi həyata nəzarət, menstruasiya, təbii artım, hamiləlik və ana südü ilə bağlı cihazlar və tətbiqlər daxildir. == Terminin mənşəyi == "Femtex" termini 2016-cı ildə menstruasiya (aybaşı) dövrü və təbii artımın monitorinqi üçün Clue mobil proqramını inkişaf etdirən danimarkalı sahibkar İda Tin tərəfindən yaradılmışdır. Femtex sənayesi gigiyena məhsulları, müxtəlif portativ qadcetlər, mobil proqramlar, internet bağlantısı və smartfonlar vasitəsilə idarə olunan tibbi cihazları əhatə edir. == Rusiyada və MDB-də Femtech == Rusiyada və MDB-də femtex-in inkişaf etməsi üçün əsas amillər- rəqəmsal səhiyyənin inkişafı və rəqəmsal tibb xidmətlərinə artan tələbat, sağlam həyat tərzinin artan populyarlığı, minillərdir mövcud olan nəslin aktiv valideynlik dövrünə daxil olması, eləcə də İT sahəsində çalışan qadınların sayının artmasıdır. 2017-ci ildə Yuri Gurskinin Flo.Health şirkəti Flint Capital və model Natalia Vodyanovadan 5 milyon dollar, 2019-cu ildə isə beynəlxalq fondlardan 7,5 milyon ABŞ dolları məbləğində sərmayə toplayıb. 2020-ci ildə rus xidməti Amma pregnancy tracker İqor Rıbakovdan təxminən 24,5 milyon dollar dəyərində 200.000 dollar investisiya cəlb etdi. 2021-ci ildə isə SOSV fondundan 250.000 dollar və bir qrup rus investorundan 2 milyon dollar investisiya cəlb etdi. 2021-ci ildə Forbes amma pregnance trackeri gələcək "təkbuynuzlular" siyahısına daxil etdi. == Femtex bazarının perspektivləri == 2021-ci ilin məlumatlarına görə, beynəlxalq tədqiqatlar yaxın illərdə femtex bazarının böyüməsinə işarə edir: 2021-ci ildə femtex-ə investisiyalar 1 milyard dolları keçdi FemTech Industry 2021 araşdırması bazarın həcmini 21,7 milyard dollar olaraq qiymətləndirir .
Verbee
VERBEE (əsl adı: Yevgeni Verbitski; 20 noyabr 1995 ) — rusiyalı repçi. Onun iki mahnısı, “Hooked” və “One” “VKontakte” sosial şəbəkəsi və “Boom” musiqi proqramına görə 2019-cu ilin ən populyar otuzluğuna daxil edilib . == Bioqrafiya == VERBEE Rusiyanın cənubunda, Yeysk şəhərində anadan olub. 12 yaşında Cey təxəllüsü ilə ilk trekini yazdı. Werb. Valideynlər rep sənayesində sabit gəlirin olmadığını əsas gətirərək musiqi etməyi qadağan etdilər. Valideynlərinin təsiri ilə VERBEE Sankt-Peterburqa köçdü və SPbGUAP -a daxil oldu . Universiteti radio mühəndisliyi sahəsində iki ali təhsillə bitirdikdən sonra Yevgeni NPO Pribor zavodunda işləməyə getdi. Bir neçə ildən sonra gələcək sənətçi istədiyini etmədiyini anlayaraq yenidən musiqiyə qayıtmaq qərarına gəldi. 2018-ci ilin avqustunda VERBEE SOYUZ MUSIC etiketi ilə müqavilə imzalayır və onun "On the Sea" treki bütün platformalarda yayımlanır.
Verden
Verden — fransız dilində Verdun, latın dilində Verodunum güclü volfram deməkdir. Şəhər Qrand-Este Maas çayının sol sahilində yerləşir. Sahəsi 31 kv.km, əhalisi 23 min nəfərdir. Digər şəhərlərlə avtomobil və dəmir yolları ilə əlaqə saxlanılır. I dünya müharibəsində şəhərin tarixi məhv edilir. == Tarixi == Romalıların bura gəlişinə kimi burda hollandlar məskunlaşmışıar. 843-cü ildə Verden müqaviləsinə əsasən frank imperatoru Böyük Karl onu Fransa, Almaniya və İtaliya arasında bölür. Orta əsrlərdə Verden katolik kilsəsinə aid olur. 1552-ci ildə İtaliya və Fransa arasında müharibədə Verden Fransaya verilir. 1870-73-cü illərdə prusiyanın tərkibinə daxil olur.
Verxel
Verxel (isp. Vergel) — İspaniyada yerləşən bələdiyyə. Bələdiyyə Marina-Alta ərazisinin 8,16 km² hissəsini əhatə edir. 2010-cu ildə hesablamalara görə əhali 4858 nəfərə çatmışdır.
Vestel
Vestel - 1975-ci ilde Asil Nadir tərəfindən Türkiyə'də yaradılmış Türk texnologiya şirkətidir.
Vetrix
Söyüd (lat. Salix) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin söyüdkimilər fəsiləsinə aid bitki cinsi. == Botaniki xarakteristikası == Söyüd qışda yarpağını tökən, iri ölçülü ağac və ya xırda kol şəklində olan bitkidir. Yarpaqları uzunsov lansetvaridir, damarlanması lələkvaridir, saplağı qısadır. Çiçək sırğaları sallaq və ya dikdayanandır. Yarpaqlamadan əvvəl və ya sonra, yaxud yarpaqlama vaxtı çiçəkləyirlər. Nektarlı bitkilərdir. Cinsin yer kürəsində 600-dən artıq növü məlumdur. Qafqazda təqribən 25 növü, Azərbaycanda isə 15 növü bitir. Çox qədim cinsdir və onun qazıntı halında tapılmış nümunələri üçüncü dövrə aiddir.
Serex
Serex — Qədim Misir fironlarının Hor adına əlavə edilmiş, saray fasadını stilizə edən bir təsvir. Adətən serex üzərində Hor və ya Set, bəzən də hər ikisi birilikdə təsvir edilirlər.
Vitex
Viteks (lat. Vitex) - dalamazkimilər fəsiləsinə aid bitki cinsi. == Növləri == == Həmçinin bax == Vitex ajugaeflora == İstinadlar == Viteks:The Plant List saytında takson barədə məlumat.
Alfred Verner
Alfred Verner(alm. Alfred Werner‎; 12 dekabr 1866, Müluz — 15 noyabr 1919, Sürix) — İsveçrə kimyaçısı. Kimya üzrə Nobel mükafatı laureatı (1913). == Həyatı == Müluzda (Elzas, Fransa) (1866–1919), İsveçrə kimyaçısı Verner Alfred 1889- cu ildə Sürix Politexnik institutunu bitirmişdir. 1893–1915- ci illərdə Sürix Universitetində professor vəzifəsində çalışmış, 1909- cu ildə Universitetin nəzdindəki Kimya İnstitutunun direktoru olmuşdur. 1913- cü ildə molekulda atom rabitələrinin xarakterinin öyrənilməsi sahəsindəki işlərinə və qeyri- üzvi kimyanın yeni sahələrinin kəşfi ilə əlaqədar həyata keçirdiyi tədqiqatlara görə alimə Nobel mükafatı verilmişdir. Alfred Verner 15 noyabr 1919-cu ildə vəfat edib.
Amblyseius euvertex
Amblyseius euvertex (lat. Amblyseius euvertex) — phytoseiidae fəsiləsinin amblyseius cinsinə aid heyvan növü. == İstinadlar == Amblyseius euvertex Catalogue of Life saytında Mites GSDs: PhytoseiidBase.
Bernar Verber
Bernar Verber (fr. Bernard Werber; d. 18 sentyabr 1961, Tuluza, Fransa) — müasir fransız yazıçısı, publisisti, filosofu. == Həyatı == === Uşaqlıq illəri === Bernar Verber 1961-ci ildə Tuluzada yəhudi ailəsində dünyaya gəlmişdir. Gələcək yazıçının uşaqlığı nisbətən sakit keçmiş, beş yaşından o, rəsmə marağı ilə seçilmişdir. Onun bu marağını görən müəllimi uşağa xüsusi tədris mühiti yaradaraq rəssamlıqla məşğul olmasına şərait yaratmışdı. Hələ yeddi yaşında olanda Bernar sərbəst mövzu kimi özünün ilk əsərini - Birənin sərgüzəştlərini yazır. Burada birənin dilindən onun insan bədənində başına gələn hadisələrdən danışılırdı. Maraqlıdır ki, bu yaşlarında fransız ədəbiyyatı istisna olmaqla o, digər fənlərdə elə də uğur əldə etmirdi. Xüsusilə də Bernar çoxsaylı düsturları və mətnləri yadda saxlamaqda çətinlik çəkirdi.
Bertel Torvaldsen
Bertel Torvaldsen (dan. Bertel Thorvaldsen; 19 noyabr 1770[…], Kopenhagen – 24 mart 1844[…], Kopenhagen) — Danimarka rəssam və heykəltaraşı, son klassizmin ən parlaq nümayəndəsi. Romadakı müqəddəs Luka Akademiyasının (1833-cü ildən) prezidenti olmuşdur. Əsərləri əsasən mərmərdəndir. == Həyatı == Bertel Torvaldsen, İslandiyalı taxta istehsalçısı Danimarkada məskunlaşan Qottskalk Torvaldsonun (Gottskálk Þorvaldsson) Skagafjord (Skagafirði) sahillərində doğulan oğludur. Ata adının danimarkalaşmış formasından oğul adını almışdır. Bertel Kopenhagen İncəsənət Akademiyasını bitirib. 1797-ci ildə Romaya yola düşdü və qırx ildən çox İtaliyada oldu. Qədim sənət dünyasının kəşfi onun həyatını dəyişdi və Romaya gəlişini doğum günü kimi qeyd etdi. Kanova özü Torvaldseni Yasonun heykəlinə görə təriflədi (1803) və sonradan danimarkalı heykəltaraş böyük Venesiya varisi olaraq ictimaiyyət tərəfindən qəbul edilməyə başladı.
Frans Verfel
Frans Verfel (d. 10 sentyabr 1890, Praqa - ö. 26 avqust 1945, Beverli-Hillz, Kaliforniya) - Avstriya yazıçısı, dramaturqu və şairi. 1920-ci illərdə Almaniyanın ən tanınmış yazıçılarından biri idi. Nasist Avstriyanın 1938-ci il işğalından sonra Vyananı tərk etdi, ilk olaraq Fransaya, Fransanın istilasından sonra isə ABŞ-də məskunlaşdı. == Həyatı == 1890-cı ildə Praqada anadan olub. Alman dilli yəhudi icmasına mənsub idi. Atası əl sənayesi əlcəklərinin zəngin istehsalçısı Rudolf Verfel, anası isə fabrik sahibinin qızı Albine Kussi idi. Franz Verfel cütlüyün üç övladından birincisi olub. Katolik dayə Barbara Simunkovanın təsiri ilə xristian mədəniyyətinə yaxın bir şəkildə böyümüşdü.
Jan Verden
Jan Verden (fr. Jean Verdun 21 mart 1931 – 21 oktyabr 2021[…], Nöyi-sür-Sen) — fransız yazıçı və Böyük Britaniyanın Böyük Fransa lojasının keçmiş ustası. Müxtəlif roman və əsərlərin müəllifidir, Fransada masonluq haqqında bir sıra kitablar yazmışdır. 1985–1988-ci illərdə Fransanın Böyük lojasının böyük ustası olmuşdur. O, siyasətçi Andre Deythelmanın qardaşı oğludur.
Karlos Verdexo
Karlos Verdexo (2 Oktyabr 1934 – 24 Yanvar 2017) — Hücumçu kimi çıxış etmiş peşəkar Çili futbolçusudur.
Nivola-Vermel
Nivola-Vermel (fr. Nivolas-Vermelle) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Burquen-Jalyo-Syud kantonuna daxildir. Kommunanın dairəsi — La-Tur-dyu-Pen. INSEE kodu — 38276. Kommunanın 1999-cu il üçün əhalisi 1823 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 405 ilə 700 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 430 km cənub-şərqdə, Liondan 45 km cənub-şərqdə, Qrenobldan 55 km şimal-qərbdə yerləşir.
Pol Verlen
Pol Verlen (fr. Paul Marie Verlaine, 30 mart 1844[…], Mets, Mozel – 8 yanvar 1896[…], Paris) — fransız şairi. == Həyatı == Pol Verlen 1844-cü ildə Fransanın şərqində anadan olmuşdur. Orta təhsilini Parisdə almış, və 20 yaşında şəhər Valisi idarəsində işə düzəlmişdir. Gənc və zərif hissiyyatlı Verlen bütün boş vaxtını poeziyaya həsr etmiş, ilk dəfə “Müasir Monparnas” jurnalında “Saturn şerləri” dalı şerlər silsiləsini çap etdirmişdir. Üç il sonra onun daxili sıxıntılarını açıq büruzə verən başqa əsərləri çap olunur. Həmən dövrdə o artıq sərsəm həyat keçirməyə başlamış və içkiyə meyli güclənmişdi. Buna baxmayaraq Matild Mote adlı mülayim və məlahətli bir qız ona ərə gedir və şair bir neçə ay xoşbəxt ailə həyatı sürür. 1870-ci ildə Parisin almanlar tərəfindən mühasirəyə alınması, ictimai qarışıqlıqlar, xüsusən də şair Artur Rəmbo ilə yaxınlığı Verlenin ailə həyatına son qoymuşdur. Rəmbo ilə birgə o iki il avara həyat keçirmiş, İngiltərə və Belçikaya səfərlər etmişdir.
Quido Verbek
Quido Herman Fridolin Verbek (nid. Guido Herman Fridolin Verbeck; 28 yanvar 1830, Zeyst[d], Utrext – 10 may 1898, Tokio[d]) – Yaponiyada fəaliyyət göstərmiş holland missioner. Meyci hökumətinin məsləhətçilərindən biri olmuşdur. == Həyatı == Quido Verbek 1830-cu ildə Niderlandda doğulmuşdur. O, 1859-cu ildə Holland Reformist Kilsəsi tərəfindən Yaponiyaya göndərilmişdir. Yaponiyada dini fəaliyyətlər ilə yanaşı ingilis dili, sosial elmlər və Qərb texnologiyasını tədris etməklə məşğul olmuşdur. İto Hirobumi, Okubo Toşimiçi, Okuma Şiqenobu, Soecima Taneomi kimi tələbələri Meyci hökumətinin əhəmiyyətli şəxsləri olmuşdur. 1869-cu ildə Okumanın məsləhəti ilə Tokioya getmiş və müasir Tokio Universitetinin sələfi olan tədris müəssisəsində köməkçi başçı vəzifəsinə təyin olunmuşdur. O, yeni hökumətin etibarlı məsləhətçilərindən biri olmuşdur. Verbekin məsləhətləri əsasında Yaponiyada prefektura sistemi qurulmuş (1871), Qərb dünyasına İvakura missiyası göndərilmiş (1871), təhsil haqqında qanun (1872) və hərbi xidmət haqqında sərəncam (1873) qəbul edilmişdir.
Tessa Vertyu
Tessa Vertyu (ing. Tessa Virtue; d. 17 may 1989, London, Ontario, Kanada) — Kanadanı təmsil edən fiqurçu. Tessa Vertyu, Skot Moir ilə birgə 2003-cü ildən 2018-ci ilə qədər beynəlxalq yarışlarda mübarizə aparıb. Vertyu və Moir cütlüyü həm Olimpiya Oyunları tarixində, həm də Dünya idmanı tarixində bu idman növü üzrə ən yaxşı idmançılardan hesab olunurlar. Vertyu və Moir cütlüyü, 2010-cu ildə Kanadada baş tutan XXI Qış Olimpiya Oyunlarında qızıl medala, 2014-cü ildə Rusiya Federasiyasının Soçi şəhərinin ev sahibliyində baş tutan XXII Qış Olimpiya Oyunlarında 2 gümüş medala (Komanda və fərdi), 2018-ci ildə Cənubi Koreyanın Pxençxan şəhərində baş tutan XXIII Qış Olimpiya Oyunlarında isə 2 qızıl medala (Komanda və fərdi) sahib olub. Vertyu və Moir cütlüyü həmdə Dünya Çempionatlarında ciddi uğurlara imza atıblar. 2009-cu ildə baş tutan Dünya Çempionatının bürünc medalına, 2008, 2011 və 2013-cü illərdə baş tutan çempionatların gümüş medalına, 2010, 2012 və 2017-ci illərdə baş tutan çempionatların isə qızıl medalına sahib olub Vertyu və Moir cütlüyü, üç dəfə (2008, 2012 və 2017-ci illərdə) Dörd Qitə Çempionatının qalibi olub, 2 dəfə (2008 və 2012-ci illərdə) gümüş medala, 2 dəfə (2006 və 2007-ci illərdə) isə bürünc medala sahib olub. Vertyu və Moir cütlüyü həm də ISU Qran-Pri yarışlarında da bir sıra uğurlara imza atıblar. Onlar ISU Qran-Pri Finalının bir dəfə (2006-2007-ci il mövsümündə) qızıl medalına, beş dəfə (2009—2010, 2011—2012, 2012—2013, 2013—2014 və 2017—2018-ci illər mövsümlərində) isə gümüş medalına sahib olub.
Timo Verner
Timo Verner (6 mart 1996-cı ildə anadan olub) — Bundesliqa təmsilçilərindən olan RB Leypziq klubunda və Almaniya milli futbol komandasında hücumçu kimi çıxış edən peşəkar Almaniya futbolçusudur. == Klub karyerası == === VfB Ştutqart === Verner Ştutqart klubu ilə debütünü 1 avqust 2013-cü ildə 2013-14 UEFA Avropa Liqası təsnifat mərhələsində Botev Plovdiv klubunaq qarşı oyunda etmişdir. 17 yaş, 4 ay və 25 günlüyündə meydana çıxan Verner rəsmi oyunlarda oyuna daxil olan ən gənc futbolçu kimi Bundesliqa klubu olan Ştutqart klubunun tarixinə düşmüşdür. O, Bundesliqada debütünü 17 avqust 2013-cü ildə Bayer Leverkuzen klubuna qarşı oyunda etmişdir. Verner Bundesliqada ilk qolunu 22 sentyabr 2013-cü ildə Ştutqart klubu ilə Ayntraxt Frankfurt klubuna qarşı oyunda vurmuşdur. 10 noyabr 2013-cü ildə Verner Frayburq klubuna qarşı oyunda iki qolla yadda qalmışdır. O, ikinci və üçüncü qolun müəllifi olmuş və komandası 3-1 hesabı ilə qalib gəlmişdir. Bu nəticə ilə Verner Bundesliqa tarixində bir oyunda iki qol vuran ən gənc futbolçu kimi tarixə düşmüşdür. Verner 18-ci ad günündə Ştutqart klubu ilə 2018-ci ilin iyun ayına qədər peşəkar müqavilə imzalamışdır. Amma Leypziq 2016-cı ilin yayında 10 milyon avro qarşılığında onu transfer etmişdir.
Verden (dəqiqləşdirmə)
Verden —
Verden (rayon)
Verden (fr. Verdun) — Fransanın Lotaringiya regionun rayonlarından (fr. Arrondissement) biri . Departamenti — Möz. Suprefektura — Verden. Rayonun əhalisi 2006-cı ildə 86 211 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 30 nəf / km² . Rayon ərazisi — 2829 km².
Verden döyüşü
"Verden döyüşü" — Birinci dünya müharibəsinin gedişində 1916-cı ilin fevral-dekabr aylarında Verden qalasına hücum edən almanlarla fransızlar arasında döyüşlər başlandı. Döyüşlər uzandığından hər iki tərəfdən saysız-hesabsız ölənlər və yaralananlar olurdu. Meyitlərin çoxu parça-parça olduğundan bu vuruşma tarixə "Verden qəssabxanası" adı ilə daxil olmuşdur. Altı ay davam edən bu döyüşlərdə bir milyona qədər alman və fransız əsgər və zabit məhv edilmişdi. == Verden qələbə hədəfi olaraq == 1914-1915-ci illərdə gedən qanlı döyüşlərdə verilən itkilərə görə Almaniyanın genişmiqyaslı hərbi addım atmağa qüvvəsi qalmamışdı. Bu səbəbdən də 8 Fransız diviziyası tərəfindən qorunan kiçik rayon olan Verden Parisə daxil olmaq üçün əlverişli yol ola bilərdi. Almanlar Verdendə qazanılacaq qələbənin Fransanın təslim olmağı ilə bağlı ilk addım kimi hesab etmişdilər.
Verden müqaviləsi
Verden müqaviləsi — Böyük Karlın ölümündən sonra onun varisləri arasında aramsız müharibələr baş verdi. Sonradan, 843-cü ildə Böyük Karlın üç nəvəsi - Daz Karl, almaniyalı Lüdviq və Lotar Verdendə Frank imperiyasının üç yerə bölünməsi haqqında müqavilə bağladılar. Bu müqaviləyə əsasən, imperiyanın Şelda, Maas və Reyn çayından qərbdəki ərazisi Qərbi Frank Krallığı adı altında Daz Karla verildi. Şərqi Frank Krallığına imperiyanın Alp dağlarından şimaldakı və Reyn çayında şərqdəki torpaqlar daxil edildi. Bu torpaqlar almaniyalı Lüdoviqə çatdı. Lotar isə imperator ləqəbini saxlamaqla Reynboyu torpaqlara - Qərbi və Şərqi Frank krallıqları arasındakı əraziyə, həmçinin İtaliyaya yiyələndi. Bu bölüşdürmə nəticəsində sonralar imperiya ərazisində üç böyük krallıq - Fransa, İtaliya və Almaniya dövlətləri meydana gəldi. Lakin bu dövlətlər vahid deyildilər. Onların hər biri feodal mülklərinə, iri feodal mülkləri isə saysız-hesabsız xırda feodallıqlara parçalandı. Beləliklə, Qərbi Avropada IX-XI əsrləri əhatə edən feodal dağınıqlığı dövrü başlandı.
Bərzəx
Bərzəx ( (ərəb.) برزخ) — Coğrafi termin olaraq iki quru parçasını birləşdirən dar, ensiz keçidə deyilir. Bərzəx bir növ boğazın əksidir. Belə ki, boğazlar iki tərəfdən quru ilə əhatələndiyi halda, bərzəx iki su sahəsi ilə əhatələnir. Boğaz iki su sahəsini birləşdirdiyi halda, bərzəx iki quru parçasını birləşdirir. Bərzəx termini dilimizə ərəb dilindən keçmişdir. Dilimizə tərcümədə Aralıq və ya Keçid anlamını verir. Bərzəxlər bir növ əlverişli kanal tikintisinə imkan verir. Belə ki, onların dar, ensiz olması praktiki və maliyyə cəhətdən bunu mümkün edir. Buna Süveyş kanalı və Panama kanalını misal çəkmək olar. Dünyada bir çox bərzəxlər vardır: Panama bərzəxi — Şimali Amerika ilə Cənubi Amerikanı birləşdirir.
Fərsəx
Fərsəx; fərsəng; pərəsənk (fars. پارسنگ٫ پاره‌سنگ‎ parasang) — 12 min addıma (təxminən 5–8 km-ə) bərabər olan qədim İran uzunluq ölçü vahidi. Müasir İran fərsəngi dəqiq 10 000 m-dir. == Ümumi məlumat == Fərsəngin dəqiq ölçüsü məlum deyil və yolun növünə və hərəkət sürətinə görə fərqli olmuşdur. Bəzi yerlərdə hər fərsəngdən bir daş və ya ağacdan işarə qoyulduğu uçün daş, ağac da deyilirdi. Muxtəlif ərazilərdə ölçusü fərqli olurdu. Bəzi yerlərdə fərsəng hətta 9,5 km-ə, digər yerlərdə isə 5–6 km-ə bərabər idi. Orta əsrlərdə Yaxın Şərq ölkələrində, Azərbaycanda, Orta Asiyada və s. yerlərdə geniş yayılmışdı. == Yeni fərsəng == 1926-cı ildə İran parlamentinin qəbul etdiyi qanunla uzunluğu 10 km-ə bərabər olan yeni metrik ölçü vahidi təsis edildi və fərsəng adlandırıldı.
Tərtər
Tərtər (əvvəlki adı: Mirbəşir) — Azərbaycan Respublikasının Tərtər rayonunun inzibati mərkəzi. 1949-cu ildə rayon tabeli şəhər statusu almışdır.. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Mirbəşir rayonunun Mirbəşir şəhəri Tərtər şəhəri adlandırılmışdır. == Tarixi == Tərtər rayonu Azərbaycanın ən qədim yaşayış məskənlərindən hesab edilir. Orta əsrlərdə Tərtər Qərblə Şərq arasında karvan yolunun üstündə yerləşdiyinə görə bura ətraf məntəqlərdən sifariş və məktub göndərmək üçün çoxlu çaparlar gələrmiş. Məhz buna görə Tərtər keçmişdə Çaparxana adlanıb. Bəziləri isə rayonun keçmiş adının Çəpərxana olduğunu iddia edirlər. Bunu isə Tərtərin sıx meşələri, ağacdan çəkilmiş çəpərləri ilə bağlayırlar. IX–XIII əsrlərdə cənubi rus çöllərində və Şimali Qafqazda yaşamış qıpçaq tayfalarından olan tərtərlilər 1280–1323-cü illərdə Bulqarıstanda hökmdarlıq sülaləsinə başçılıq etmişlər. Tərtərlilərin bir qisminin erkən orta əsrlərdə Azərbaycana gəlmələri ehtimal olunur[mənbə göstərin].
Vərdək
Vərdək vilayəti, Vərdəg və ya Məydən-Vərdək (puşt. وردګ, dəri وردک) — Əfqanıstan İslam Respublikasının 34 vilayətindən biri. == Coğrafiyası == Vilayətin sahəsi 8.938 km², 2009-cu ilin əvvəlinə olan rəsmi məlumata əsasən əhalisi 540.1 min nəfər, inzibati mərkəzi Meydanşəhr şəhəridir. == Əhalisi == Əhalisinin 70%-ni puştunlar, 20%-ni həzaralar və 10%-ni digər xalqların nümayəndələri (kuçilər, taciklər, qızılbaşlar və s.) təşkil edir. Vilayətdə puştunların böyük Vardak tayfası məskunlaşıb. Bu tayfa Mayar, Mirxel (və ya Mirel) və Nuri qəbilələrindən ibarətdir. Bu tayfaya mənsub insanlar Hisai-Əvvəli Behsud və Mərkəzi Behsud rayonlarında əhalinin əksəriyyətini təşkil etməklə yanaşı digər rayonlarda da yaşayırlar. Həmçinin vilayətdə puştunlarına Qılzay (Xəlci) İttifaqına daxil olan Hotak və Xaroti tayfaları da yaşayırlar. Qızılbaşlar Əfqanıstana Səfəvilər və Əfşarlar imperiyası zamanı Azərbaycandan köçürülmüşlər. Yüksək savadlılığı ilə seçilir və dövlət idarəsi orqanlarında çalışırlar.
Vərəm
Vərəm infeksion xəstəlik olub, adətən, Mycobacterium tuberculosis bakteriyası tərəfindən törədilir. Xəstəlik əsasən ağciyərlərə təsir edir, ancaq vücudun başqa hissələrinə də təsir edə bilir. Yoluxmuş fərdlərin çoxu heç bir simptom göstərmir. Simptomsuz orqanizmlərin 10%-ində xəstəlik aktiv mərhələyə keçir və müalicə olunmazsa, yarısı ölür. == Ümumi == Vərəm hal-hazırda, dünyada ən təhlükəli infeksiyalardan biri olaraq qalmaqdadır və əsasən əhalinin əmək qabiliyyətli hissəsini sıradan çıxarır. Ümumdünya Səhiyyə Təşkilatının rəqəmlərinə əsasən hazırda dünyada 20 milyondan artıq vərəm xəstəsi vardır və bunların 7 milyonu açıq formalı vərəmdir. Hər il 3.5 milyon insan vərəmlə xəstələnir və 1 milyon insan bu xəstəlikdən ölür. Hər dəqiqə təxminən 2 insan vərəmdən dünyasını dəyişir. XX əsrin əvvəllərində insan ölümlərinin 20 faizi vərəmdən baş verirdi. Hazırda Azərbaycanda rəsmi statistikaya görə, 8 minə yaxın vərəmli xəstə var.
Vətən
Vətən — İnsanın anadan olduğu, dədə-babaların, qohum-əqrəbalarının yaşadığı, soykökü ilə bağlı olduğu ölkə və fərdi inkişaf zamanı bu ölkə ilə əlaqəli olan emosional məfhum. Vətənə bağlılıq insanlarda vətənpərvərlik ilə səciyyələndirilir.
Vətər
Vətər - çevrənin iki müxtəlif nöqtəsini birləşdirən düz xətt parçası adlanır. Çevrənin mərkəzindən keçən vətərə diametr deyilir. Başqa sözlə ən uzun vətər elə diametrin özüdür. Vətər başqa adla xorda da adlanır. Vətərlə ayrılan çevrənin hissələrinə qövs deyilir. Eyni çevrənin qövsləri bərabərdirsə uyğun vətərlər də bərabərdir. Vətərə perpendikuliyar olan çevrə diametri onun əmələ gətirdiyi qövsləri və və vətərin özünü tən yarıya bölür. Bir çevrə daxilində istənilən kəsişən vətərlərin ikiyə bölünmüş hissələrinin hasilləri bir-birilərinə bərabərdir. Dairənin vətər və onun ayırdığı qövs arasında qalan sahəyə seqment (şətri işarəsi: ⌓)) deyilir.
Ağkənd (Tərtər)
Ağkənd, Təzəkənd (?-2015) — Azərbaycan Respublikasının Tərtər rayonunun Dəmirçilər kənd inzibati ərazi vahidində kənd. == Tarixi == 29 may 2015-ci ildə Dəmirçilər kənd inzibati ərazi dairəsi tərkibindəki Təzəkənd kəndi Ağkənd kəndi adlandırılmışdır. Ağkənd kəndi İncəçayın sahilindədir. XX əsrin 20-ci illərində bir qədər yerini dəyişdiyindən Təzəkənd də adlanıb.
Bayandur (Tərtər)
Bayandur — Azərbaycan Respublikasının Tərtər rayonunun inzibati ərazi vahidində kənd. Bayandur Tərtər rayonunun Səhlaabad inzibati ərazi vahidində kənd. Qarabağ düzündədir. Yaşayış məntəqəsi Laçın rayonunun keçmış Bayandur kəndindən gəlmiş ailələrin məskunlaşması nəticəsində yaranmışdır. Etnotoponimdir. 1933-cu ildə Bərdə rayonunun Xoruzlu və Güloğlular inzibati ərazi vahidilərində eyniadlı iki kənd qeydə alınmışdır. Ermənistanda Bayandur, Türkiyədə Baymdur yaşayış məntəqələri vardır. == Tarixi == Bayandur kəndi 1920-ci ildə Sovet Rusiyası Azərbaycanı işğal edəndən sonra Laçının Bayandur və Minkənd kəndlərindən köçüb gələn bayandur tayfasından olanlar tərəfindən salınmışdır. Amma bu tayfadan olanlar artıq 1905-ci ildən Tərtərə köçməyə başlamışdılar. 1920-ci ildəki köç zamanı tayfa təmsilçiləri içərisində yaranan bölünmə nəticəsində Tərtər çayının hər iki sahilində yurdlar salınmışdır.
Borsunlu (Tərtər)
Borsunlu — Azərbaycan Respublikasının Tərtər rayonunun inzibati ərazi vahidində kənd.İncəçay (Kürün sağ qolu) sahilində, düzənlikdədir. Etnotoponimdir. == Mədəniyyəti == Əhalinin əsas məşquliyyəti əkinçilik və heyvandarlıqdı. Bu zaman əhali su mənbəyi olaraq İncə çayından, vaxtilə Qarabağ xanı tərəfindən çəkilmiş "Xan arxı"ndan, o cümlədən sovet dövründə isə Sərsəng su anbarından gələn kanaldan istifadə edirlər. Borsunlu kəndi tarixi memarlıq abidələri ilə də zəngindir. Köhnə kənd qəbirsanlıqında qədim türbələr,sildırım kiçik dağ silsiləsində Kaftar mağarası, küp qəbirlər, o cümlədən kənd yaxınlığındakı, düzənlikdə yerləşən kurqanlar (yerli əhali bunlara təpələr deyir), gələcəkdə arxeoloqlar tərəfində araşdırılması üçün öz növbələrini gözləyirlər. == Coğrafiyası və iqlimi == Borsunlu kəndi rayon mərkəzindən 27 km, Tərtər-Gəncə magistral yolundan isə 9 km aralı şimal-qərbdə yerləşir. Bosunlu kəndindən Kiçik Qafqazın Murov dağ silsiləsi aydın görünür. Kənd çox da yüksək olmayan dağ silsilələrinin əhatəsində və İncə çayının sahilində düzənlikdə yerləşir. == Əhalisi == Kənddə 300-ə yaxın ailə yaşayır,1500-ə yaxın əhalisi var.
Bərzəx aləmi
Bərzəx aləmi (ərəb. برزخ,‎) - İslam inancına görə insanların öldükdən sonra qaldığı müvəqqəti yer. İslama görə insanlar öldükdən sonra bir başa cənnət və ya cəhənnəmə yox, Bərzəx aləminə gedirlər. Qiyamət günündən sonra insanların əməllərinə görə hara getdiyi müəyyənləşir. Bərzəx sözünün əsl mənası iki şey arasında yerləşən deməkdir. Elə ona görə də o aləm ki, dünya və axirət aləmi arasında yerləşir - Bərzəx adlanır. Bəzən bu aləmi qəbir aləmi, bəzən də ruh aləmi kimi adlandırırlar.
Cəmilli (Tərtər)
Cəmilli — Azərbaycan Respublikasının Tərtər rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Cəmilli Tərtər rayonunun Dəmirçilər inzibati ərazi vahidində kənd. Qarabağ düzündədir. Etnotoponimdir.