Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Viziy
Viziy (fr. Vizille) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Uazan Romanş kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38562. Kommunanın 2012-ci il üçün əhalisi 7647 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 268 до 1016 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 500 km cənub-şərqdə, Liondan 105 km cənubda, Qrenobldan 13 km şimal-qərbdə yerləşir.
Samara Vivinq
Samara Vivinq (ing. Samara Weaving; 23 fevral 1992, Adelaida) — avstraliyalı aktrisa və model. O, karyerasına öz ölkəsində "Mavidən kənar" (2008) adlı serialda rol alaraq başlamışdır. "Ev və uzaq" (2009–2013) adlı teleserialda canlandırdığı İndi Volker roluna görə 2011-ci ildə "Ən yaxşı qadın rol" başlığı altında Avstraliya İncəsənət Akademiyası mükafatına (AACTA) namizəd görülmüşdür. Vivinq 23 fevral 1992-ci ildə Cənubi Avstraliyanın Adelaida şəhərində ingilis ata Simon Vivinq və maltalı ana Helena Bezzinanın ailəsində dünyaya gəlmişdir. O, Sinqapur, Fici, Avstraliya və İndoneziyada böyümüşdür. Atası kinorejissor, Yeni Cənubi Uelsin Nyukastl şəhərində yerləşən Nyukastl Universitetində müəllim və həmçinin Kanberra Beynəlxalq Film Festivalının bədii rəhbəridir. Anası Nyukastl Universitetində muzeyşünaslıq dərsi keçən sənət terapevtidir. Kiçik bacısı Morqan da aktrisadır. Aktyor Huqo Vivinq əmisidir.
Vivian Mayer
Vivian Doroti Mayer (1 fevral 1926[…], Nyu-York, Nyu-York ştatı – 21 aprel 2009[…], Çikaqo) – ABŞ küçə fotoqrafı. Peşəcə uşaq dayəsi olan və fotoqrafiya ilə bağlı heç bir təhsil almayan Mayer həyatı boyunca 150.000-dən çox şəkil çəkmiş və onları bir nəfərə də göstərməmişdir. Yalnız 2009-cu ildə əşyalarını saxladığı depo borcları səbəbilə əşyalarını hərraca çıxardıqdan sonra tanınmışdır. Nyu-York qalereyasında açılan sərgisi və yaradıcılığından bəhs edən kitabı sayəsində Mayer ölümündən sonra dünya şöhrətli bir fotoqrafa çevrilmişdir. Vivian Mayer 1 fevral 1926-cı ildə ABŞ-nin Nyu-York şəhərində anadan olmuşdur. Çətin uşaqlıq keçirən Mayer atasını erkən yaşda itirmiş, fransız əsilli anası ilə yaşamağa davam etmişdir. Anasının ölümündən sonra parça fabrikində işə düzəlsə də, daha sonra dayəlik etməyə başlayır. Bu dövrdə Rolleiflex marka kamerası ilə küçələrdə fotoqraflıq etməyə başlayır. Küçə ilə yanaşı mədəni tədbirlərə də tez-tez qatılaraq şəkillər çəkməyə çalışır. Heç vaxt evlənməmiş və uşaq sahibi olmamışdır.
Vivien qalereyası
Vivien qalereyası — Fransanın paytaxtı Parisdə Borsa adlı ərazidə yerləşən qalereya. 176 m uzunluğu və 9 m eni vardır. 1974-cü il 7 iyul tarixindən sonra qalereya tarixi abidə kimi qeydə alınmışdır. Qalereya 1823-cü ildə Vanel de Serrant oteli və Petits Peres keçidinin yerləşdiyi ərazidə Notariat Palatasının prezidenti Markus tərəfindən inşa edilmişdir. Tikilişi memar Frankoz Cek Delanninin layihəsinə əsaslandırılmışdır. 1826-cı ildə qalereya Markuz adı ilə açıldı, lakin sonradan Vivien adlandırıldı. Qalereyanın yerləşdiyi mükəmməl ərazi onun ecazkarlığını daha da artırır. Öz dərzi mağazaları, şərab dükanları, restoranları, kitab evləri ilə bu ərazi əksər turistləri özünə cəlb edir. Royal palasın, fond birjasıının və Qrandz bulvarın əhatəsində yerləşən keçid İkinci İmperiyanın sonuna kimi əhəmiyyətli uğurlara nail olmuşdur. Lakin ərazidə yerləşən prestijli mağazaların Madelin və Çempz-Elyes ətrafına köçürülməsindən və ən əsası da Georg-Engin Hausmanın səbəb olduğu inqiabdan sonra öz üstünlüyünü itirir.
Vivi (jurnal)
Vivi (ヴィヴィ) – Kodansha tərəfindən nəşr olunan Yaponiya dəb jurnalı. Asiyanın əsas dəb jurnallarından biridir və Yaponiya, Honkonq, Çin, Tayvan, Tailandda nəşr olunur. "Vivi" jurnalının ilk sayı 1983-cü ilin mayında işıq üzü görmüşdür. Jurnal yeniyetmələr və 17-27 yaşında olan gənc qadınlar üçün nəzərdə tutulub. Əsas oxucuları kollec tələbələri və gənc ofis xanımlarıdır. Jurnalın "üzlük kraliçası" olan Namie Amuro jurnalın üzlüyündə ən çox görünən fotomodeldir. Jurnalın üzlüklərində tez-tez görünən digər modellər isə Ayumi Hamasaki və Kumi Kodadır. Tayvan, Çin, Honkonqda jurnal Çin dilində nəşr olunur. "Vivi" jurnalının 2010-cu ildə tirajı 286.039, 2011-ci ildə isə 234.370 idi. Aşağıdakı modellər jurnal üçün fəaliyyət göstərirlər və ya göstəriblər.
Vivi gölü
Vivi — Rusiyanın Krasnoyarsk diyarında, Evenk rayonda yerləşən şirin sulu göl. Vivi gölü özündən çıxan Vivi çayı ilə (Aşağı Tunqus çayının qolu) birlikdə Yenisey çayı hövzəsinə aiddir. Vivi gölü Puturan platosunun cənub-qərbində yerləşir. Gölün sahilində daima yaşayış məntəqəsi yoxdur. Vivi gölü zəngin balıq ehtiyatına malikdir. Sahəsi 229 км² olan bu göl dartılmış, uzunsov formaya malikdir. Göl ətrafında qara şam meşələri üstünlük təşkil edir. Bu göl müasir dövürdə az öyrənilmiş göllər siyahısına daxildir. Gölün dərinliyini hələdə dəqiq təyin edilməyib. Dərinliyi 80–200 m arasında olması olan bu gölə 33 yaxın yetərincə böyük çay tökülür.