Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Web3D
Web3D, həmçinin 3D Web — üçölçülü kompüter qrafikasından istifadə edərək vebsaytları göstərmək və gəzmək üçün texnologiyalar qrupu. == WebGL-dən əvvəl == Web3D-nin meydana çıxması 1994-cü ilə təsadüf edir. Bunun tarixi ümumdünya hörümçək torunda üçölçülü qrafik məlumatların saxlanması və görüntülənməsi üçün nəzərdə tutulmuş fayl formatı olan VRML-nin meydana çıxması ilə başlayır. 1995-ci ilin oktyabrında İnternet Dünyasında Şablon Qrafik Proqramı "Netscape Communications" tərəfindən "Netscape 2.0"ın beta versiyası üçün 3D/VRML plaginini nümayiş etdirmişdir. 2000–2010-cu illər arasında bu plaginlərdən biri olan "Adobe Flash Player" masaüstü kompüterlərdə geniş şəkildə quraşdırılmış və interaktiv veb səhifələri və onlayn oyunları göstərmək, video və audio məzmunu oynamaq üçün istifadə edilmişdir. Nəhayət, "Abobe", "Flash player" və AIR məhsulları üçün GPU sürətləndirici ilə interaktiv üçölçülü qrafika təqdim etmək üçün "Stage3D" API-ni inkişaf etdirmişdir. Bu, sonradan proqram təminatçıları tərəfindən qəbul edilmişdir. 2009-cu ildə "Google" tərəfindən "O3D" adlı açıq mənbəli üçölçülü veb texnologiyası təqdim edilmişdir. Bu, həmçinin brauzer plaginini tələb edirdi, lakin "Flash/Stage3D"dən fərqli olaraq "JavaScript" API-yə əsaslanırdı. "O3D" təkcə oyunlar üçün deyil, həm də reklamlar, 3D model izləyiciləri, məhsul demoları, simulyasiyalar, mühəndis proqramları, nəzarət və monitorinq sistemləri və kütləvi onlayn virtual dünyalar üçün nəzərdə tutulmuşdur.
Ariel Kebbel
Ariel Kebbel (ing. Ariele Kebbel; 19 fevral 1985, Vinter-Park[d], Florida) — amerikalı aktrisa və modeldir. Amerika Tortu: Düşərgə Kamandası (2005), Con Tuker Ölməlidir (2006), Akuamarin (2006) və Vampir Məni Dişlədi (2010) filmləri ilə tanınır. Eyni zamanda Gilamur Qızları (2003-04), Vampirin gündəlikləri (2009-2014), Gözlənilməyən həyat (2010) və 90210 (2011-13) teleserialları da ona uğur gətirən filmlərdəndir. == Həyatı və model karyerası == Ariel Florida ştatının Vinter Park şəhərində doğulub. Anası Şeri, öz şəxsi kompaniyasənda istedadlı menecerdir. Ariel Üinter Parkda yerləşən Crenshaw School məktəbində məzun olub. O 2002-ci ildə Miss Florida Teen USA tamaşasında iştirakçı kimi çıxış edib. Aktrisalığa başlamazdan əvvəl, Ariel model şirkətində çalışırdı. Həmin vaxtlar o, Maxim, H, Lucky, Men's Health, FHM, kimi jurnallarda görünürdü.
Astragalus webberi
Astragalus webberi (lat. Astragalus webberi) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin gəvən cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Tragacantha webberi (A.Gray) Kuntze Xylophacos webberi (A.Gray) Rydb.
Cynometra webberi
Cynometra webberi (lat. Cynometra webberi) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin cynometra cinsinə aid bitki növü.
Mark Vebber
Mark Vebber Avstraliyalı Formula 1 pilotu. 2002-ci ildə Minardi komandasında çıxış edirdi. 2003-cü ildə isə Jaguar Racing komandasına transfer olundu. 2004-cü ilə qədər Jaguar Racing komandasında qalıb, 2005-ci ildə BMW Williams-a getdi. Amma BMW ilə Williams-ın ayrılması səbəbiylə Williams Cosworth-u seçdi. Mövsümün sonuna qədər Williams-da qalıb, 2007-ci ildə Red Bull Racing-ə keçti. 2007-ci il mövsümündə Red Bull-da ən yaxşı dərəcəsi Nürnburgring-dəki üçüncülüyü oldu. 2008-ci ili Red Bull-da keçirən Mark Webber, 2009-cu ildə Sebastian Vettel ilə birlikdə Red Bull-da yarışmağa başladı.2009-cu ildə F1 karyerasındakı 1-ci və 2-ci birinciliklərini qazandı. 2010 mövsümünün çempionu komanda yoldaşı Sebastian Vettelin 14 xal gerisində üçüncü bitirmişdir.
Mimosa lebbek
Albizia lebbeck (lat. Albizia lebbeck) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin güləbrişin cinsinə aid bitki növü. == Sinonimləri == Acacia lebbeck (L.) Willd. Acacia macrophylla Bunge Acacia speciosa (Jacq.) Willd. Albizia latifolia B. Boivin Feuilleea lebbeck (L.) Kuntze Inga borbonica Hassk. Inga leucoxylon Hassk. Mimosa lebbeck L. Mimosa lebbek L. (orth.var.) Mimosa sirissa Roxb. Mimosa speciosa Jacq. Pithecellobium splitgerberianum Miq.
Swire Seabed
Tragacantha webberi
Astragalus webberi (lat. Astragalus webberi) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin gəvən cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Tragacantha webberi (A.Gray) Kuntze Xylophacos webberi (A.Gray) Rydb.
Xylophacos webberi
Astragalus webberi (lat. Astragalus webberi) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin gəvən cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Tragacantha webberi (A.Gray) Kuntze Xylophacos webberi (A.Gray) Rydb.
Webby Awards
"Webby Awards" və ya "Vebbi" mükafatları — beynəlxalq peşəkar internet mükafatı. Hər il dünyanın ən yaxşı veb layihələri mükafatlandırılır. "Vebbi" mükafatları 1996-cı ildə təsis edilmişdir. Veb layihələr dünya internetinin tanınmış və səlahiyyətli şəxsləri tərəfindən seçilir. Onların arasında musiqiçi Devid Boui, "Simpsonlar" serialının yaradıcısı Mett Qreyninq, "Real Networks" şirkətinin baş direktoru Rob Qleyzer və Beynəlxalq Rəqəmsal İncəsənət və Elmlər Akademiyasını (IADAS) təşkil edən 550-dən çox mütəxəssis var. 2006-cı ildə münsiflər heyətinin üzvləri və ümumxalq səsverməsinin iştirakçıları 60 ölkədən 8 minə yaxın veb layihə arasından namizəd və laureatları seçiblər. Bu illər ərzində "Vebbi" mükafatlarının qalibləri öz şəbəkə seqmentlərində lider olan layihələr olub: "Russia Today", "Amazon", "eBay", "Yahoo!", "iTunes", "Google", "BBC", "CNN", "Vikipediya", "YouTube" və s.. Mükafat bəzən "İnternet Oskar" kimi də adlandırılır. "Vebbi" mükafatları veb-saytların, interaktiv reklamların, mobil telefon xidmətləri və videolarının tədqiqi və dizaynı, yaradılması, məlumat və marketinq inkişafı ilə məşğul olan bütün təşkilatlar və şəxslər, habelə onların sahibləri və pərəstişkarları üçün açıqdır.
Nikolay Lebed
Mikola (Nikolay) Kirilloviç Lebed (ukr. Мико́ла Кирилович Ле́бідь или Ле́бедь təxəllüsü Maksim Ruban;11 yanvar 1909, Novoye Strelişa[d] – 18 iyul 1998 və ya 19 iyul 1998, Pitsburq, Pensilvaniya) — Ukrayna Millətçiləri Təşkilatı fəalı, Stepan Bandera tərəfdarı. "Çert", "Skiba", "Yaropolk" ləqəblərinə malik olub. Qərb mətbuatında o, dəfələrlə Ukrayna millətçilərinin lideri adlandırılıb və nasistlərlə əməkdaşlıqda ittiham olunub. == Həyatı == Nikolay Lebed 1909-cu ildə Jidaçovski rayonunun Novye Strelişça kəndində Kirill Artemyeviç Lebed və Adelina Fedotovnanın (Novojilova) ailəsində anadan olub. Lvov gimnaziyasını bitirib. 1925-ci ildən Ukrayna Millətçiləri Təşkilatının nəzdində Ukrayna Hərbi Təşkilatının, sonra onun Təhlükəsizlik Xidmətinin üzvü olub. 1930-cu ildən Təhlükəsizlik Xidmətinin Regional Gənclər bölməsinin subreferenti vəzifəsini icra edib. 1934-cü ildə o, Polşanın daxili işlər naziri Bronislav Peratskiyə qarşı sui-qəsdin təşkilatçısı olub. Bundan sonra o, Danziq-Ştettin vasitəsilə Almaniyaya getməyə cəhd edib.
Endryu Lloyd Vebber
Endryu Lloyd Vebber (Andrew Lloyd Webber, Baron Lloyd Webber; 22 mart 1948[…], Kensinqton) — İngiltərə müzikl bəstəkarı və musiqili teatr impresariosu. Yaradıcılığı boyunca 17 müzikla imza atmışdır. Kommersiya baxımından tarixin ən uğurlu bəstəkarı olaraq göstərilir. Müzikllarından bəziləri West End'də ve Broadway'də 10 ildən artıq müddətdə səhnələşdirilmişdir. Eyni zamanda 7 Tony mükafatı, bir Oscar mükafatı, bir Emmy, 6 Olivier mükafatı və bir Qızıl Qlobus mükafatı sahibidir. 1992-ci ildə fəxri kavaler ünvanını almışdır. == Həyatı == 24 yaşında ikən ilk həyat yoldaşı Sarah Hugill ilə 24 iyul 1972-ci ildə evlənmişdi. Imogen Lloyd Webber (d. 31 mart 1978) və Nicholas Lloyd Webber (d. 2 Temmuz 1979) olmaq üzrə iki uşaqları oldu.
Gəbbə
Gəbbə bir növ xalçadır ki Qaşqay elində toxulur. Gəbbənin uzun qılları var və onun toxumasında daha çox hörmə işlənir ki gəbbənin yumşaqlığında əhəmiyyətli dərəcədə təsir edir.
Məbəd
Məbəd (tapınaq, ibadətxana və ya ibadətgah) — bütün inanc sistemlərində insanların dini sitayiş üçün istifadə etdiyi məkan. Məbəd insanların müqəddəs saydıqları yerdə inşa edilir. Təbii məbədlər olaraq da qayalar üzərinə oyulmuş olan və ya təbii mağaralardan istifadə edilmişdir. Texniki olaraq kilsələr, məscidlər, sinaqoqlar və paqodalar da umumi ad olan Məbəd kateqoriyasına daxil edilir. Bir çox başqa dində ibadət məkanı(ibadətgah) üçün xüsusi isim bilinmədikdə və ya təyin olunmadıqda Məbəd sözündən istifadə olunur. Məsələn Buddist məbədi və ya Şintoist məbədi. == Məbəd tikililəri == Qədimlərdən bu günə qədər memarlıqda ən məsuliyyətli tikililər içərisində məbəd tikililəri əsas yer tutur. Çünki bu tikililər insanları sadəcə estetik yox həm də şüuraltı təsirləndirməli, ilahi məhiyyətini büruzə etməlidir. Digər tərəfdən bu binalar ibadət üçün idisə deməli memarın qarşısında qeyri-adi problem qoyulur – ibadətin düzgün alınması. Çünki ibadət zamanı insanların fəzaya buraxdıqları vibrasiyalarla kosmosun biovibrasiyaları üst-üstə düşməlidir ki bu da ilahi qatla birbaşa əlaqə deməkdir.
Əbcəd
Əbcəd hesabı – Türk, ərəb və fars ədəbiyyatında bir hadisəni, bir işin tarixini bildirmək üçün işlənən və rəqəmləri hərflərdən ibarət olan hesabdır. Biz orta əsrlərdə müsəlman səyyahların coğrafi kordinatları Əbcəd hesabı ilə verdiyinin şahidi oluruq. Məsələn: Hacı Zeynalabdin Şirvani özünün Riyaz əs-siyahət əsərində Səmərqənd, Konya, Qeysəriyyə və s. şəhərlərin coğrafi kordinatlarını verərkən Əbcəd hesabından istifadə etmişdir.
Təbbət (Urmiya)
Təbbət (fars. تبت‎‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 531 nəfər yaşayır (155 ailə).
Dairəvi məbəd
Dairəvi məbəd, Nuxa Üçmüqəddəs kilsəsi (rus. Нухинская трехсвятительская церковь) və ya Nuxa Müqəddəs kilsəsi" (rus. Нухинская Святительская церковь) — Şəki şəhərindəki Nuxa qalasında yerləşən ölkə əhəmiyyətli memarlıq abidəsi. Hazırda bu tikilinin içində Şəki Xalq Tətbiqi Sənət Muzeyi yerləşir. == Haqqında == Dairəvi məbədin əsas hisəsinin (artırmalarsız) üstü günbəzlə tamamlanır və bu ilkin hissə memarlıq üslubuna, tikintisində istifadə edilmiş inşaat materiallarının növünə görə qaladakı digər tikililərdən xeyli fərqlənir. Həmin səbəbdən də bəzi tədqiqatçılar onun tarixini Qafqaz Albaniyası dövrünə aid edirlər. Lakin XX əsrin ortalarında mütəxəssislər Nuxa qalası ərazisinə baxış keçirərkən bu qənaətə gəlmişlər ki, 6 ha ərazini əhatə edən qalanın içində məscid və Şəki xan sarayı istisna olmaqla, bütün tikililər rus dövrünə aiddir. Dairəvi məbəd XIX əsrin ən geci 1853-cü ildən XX əsrin əvvəllərinə qədər indiki Şəki şəhərində fəaliyyət göstərmiş yeganə pravoslav kilsəsi idi. Kilsə binası təmiz yonulmuş əhəngdaşı ilə əvvəl dairəvi planda tikilmiş və üstü günbəzlə tamamlanmışdı. Sonralar isə ona üç tərəfdən çay daşı və kərpic hörgüsü ilə əlavələr edilərək genişləndirilmiş və o xaç formasına (yuxarıdan baxdıqda) salınmışdır.
Məbəd adı
Məbəd adı — Çin, Koreya (Koryö və Coson dövrləri) və Vyetnam tarixində hökmdarların istifadə etdiyi ad növü. Bu adlar imperatorun ölümündən sonra verilirdi və adətən iki hecadan ibarət idi: Sifət — imperatorun hakimiyyətinin səciyyəvi xüsusiyyətlərindən seçilirdi. Sülalənin baniləri çox vaxt Uca (高) və ya Böyük (太) epitetləri ilə anılırdılar. İmperator — əsasən çu (祖) və ya çonq (宗) heroqlifləri ilə bildirilirdi. Çu (祖 — əcdad) — əsasən sülanin banilərinə verilirdi. Koreya ekvivalenti co (조), Vyetnam ekvivalenti to adlanır. Çonq (宗 — ulu baba) — sülalənin digər üzvlərinə verilirdi. Koreya ekvivalenti conq (종), Vyetnam ekvivalenti tonq adlanır. Bu adların yazıldığı löhvələr saraylardakı əcdad məbədlərində yerləşdirilir, insanların ibadəti üçün açılırdı. Xan sülaləsi, Tan sülaləsi və Min sülaləsində bu adlar geniş istifadə olunurdu.
Məbəd cəngavərləri
Tampliyerlər (fr. templiers — "məbədçilər"; fr. temple sözündən), Məbəd cəngavərləri və ya Məsihin və Süleyman məbədinin cəngavərləri (lat. Pauperes commilitones Christi Templique Salomonici) — orta əsrlərdə Fransada və digər Avropa ölkələrində mövcud olmuş cəngavər ordenlərindən biri. Səlib yürüşlərində fəal iştirak etmişlər. I Səlib yürüşü zamanı ələ keçirilmiş Qüdsü ətrafdakı müsəlman dövlətlərindən qorumaq və bura ziyarətə gələn xristian zəvvarları mühafizə etmək məqsədilə Huqo de Peynin başçılıq etdiyi bir qrup cəngavər tərəfindən 1119-cu ildə yaradılmışdır. Təriqət Avropada bank və sələm sistemini genişləndirmişdir. Fransa kralı IV Filipin 1307-ci il sentyabrın 22-də verdiyi göstərişə əsasən oktyabrın 13-ü, cümə günü ordenin Fransa ərazisindəki bütün üzvləri həbs olunaraq istintaqa cəlb edilmişdir. Tampliyerlərə vurulan son zərbə, 23-cü və sonuncu magistr olan Jak de Molenun tonqalda yandırılması olmuşdur. Orden XII–XIII əsrlərdə çox varlı olmuşdur.
Məbəd dağı
Məbəd dağı (ərəb. الحرم القدسي الشريف‎; ivr. ‏הַר הַבַּיִת‏‎) — Qüdsdə olan köhnə şəhərin ən əsas dini məkanlarından biridir. Əl-Əqsa məscidi burada yerləşir.
Qızıl Məbəd
Qızıl məbəd (Hindistan)
İkinci məbəd
Herod məbədi (ivr. ‏מקדש הורדוס‏‎) və ya İkinci məbəd (ivr. ‏בֵּית־הַמִּקְדָּשׁ הַשֵּׁנִי‏‎: Beyt HaMikdaş HaŞeni) — Yerusəlim şəhərindəki Məbəd dağında olmuş yəhudi müqəddəs məbədinə verilən ad. Məbəd dağında eyni yerdə iki yəhudi məbədi olmuş və onlar təxminən e.ə. 516-cı ildən b.e. 70-ci ilinə kimi fasiləsiz və ardıcıl olaraq ibadətçilərə xidmət etmişlər. Yəhudi tarixinin İkinci məbəd dövrünün adı bu məbədlə əlaqəlidir. Yəhudi Bibliyasına görə İkinci məbəd e.ə. 586-cı ildə Yeni Babil imperiyasının Yerusəlimi işğal edib, İudey krallığının əhalisinin bir hissəsini əsir alması zamanı dağıdılmış Solomon məbədinin (Birinci məbəd) yerində inşa edilmişdir. Bibliyaya görə, İkinci məbəd əvvəlcə Əhəmənilərin hakimiyyəti dövründə Babildən Lenavta qayıtmış bir qrup yəhudi tərəfindən Zarovavelin rəhbərliyi ilə inşa edilmiş kiçik tikili olmuşdur.
Məbəd İnstitutu
Temple Institute (מכון המקדש – Machon HaMikdash) Yerusəlimdə bir muzey, tədqiqat institutu və təhsil mərkəzi edir. Bu 1987-ci İnstitutu-ci ildə qurulan iki həsr olunur [Qüds Yerusəlimdə Temples və İkinci Temple s Süleymanın Məbədi adlanır.
D.A.Webb
Devid Allardis Uebb (ing. David Allardice Webb; 1912[…], Dublin, İrlandiya – 26 sentyabr 1994, Oksford, İngiltərə, Birləşmiş Krallıq) — İrlandiya botaniki. == Elmi fəaliyyəti == Devid Allardis Uebb toxumlu bitkilər sahəsində ixtisaslaşıb. == Əsərləri == 1948. Notes Preliminary to a Revision of the Irish Dactyloid Saxifrages. Proc. Royal Irish Academy 51 (B): 16. Webb, DA; MJP Scannell. 1983. Flora of Connemara and the Burren.
Arılıqbinə məbəd kompleksi
Arılıqbinə məbəd kompleksi Balakəndən Gürcüstana gedən magistral yolun sağında, dağın ətəyində, son dərəcə mənzərəli bir yerdə, rayon mərkəzindən 5 km qərbdə, yoldan 1 km şimalda yerləşir. Əsas kilsə binası qismən salamatdır və çox keyfiyyətli kərpiclə tikilib. Təxminən 4 hektar sahədə çay daşı və hasar daxilindəki ərazidə çoxsaylı tikili qalıqları, o cümlədən xeyli qəbirlər vardır. Məbəd Qafqaz Albaniyasının maddi-mədəniyyət abidələrindəndir.
Dəndərə məbəd kompleksi
Dəndərə məbəd kompleksi (q.misir Iunet və ya Tantere) — Misirin Dəndərə şəhərindən təqribən 2.5 kilometr (1.6 mil) ) məsafədə yerləşir. Misirdə ən yaxşı qorunan məbəd komplekslərindən biridir. Ərazi Abidosun cənubunda, Yuxarı Misirin altıncı nomu kimi istifadə olunurdu. == Hathor məbədi == Kompleksdə üstünlük təşkil edən bina Hathor məbədidir. Məbəd orta padşahlıq dövründən başlayaraq Roma imperatoru Trayanın dövrünə qədər eyni yerdə olmuş, lakin bir qədər dəyişdirilmişdir. Mövcud strukturun tikintisi e.ə. 54-cü ilin iyulunda XII Ptolemey Neos Dionisin dövründə başlamışdır. və hipostil zalı Tiberi dövründə tikilmişdir. Trayan Misirdə binalar tikməkdə və onları bəzəməkdə kifayət qədər fəal idi. O, Domisian ilə birlikdə Hathor məbədinin propilonunda səhnələr təqdim etmişdir.
Webb's First Deep Field
Webb's First Deep Field ("Vebbin ilk dərin sahəsi") — "Ceyms Vebb" kosmik teleskopunun çəkdiyi ilk fotoşəkil. 11 iyul 2022-ci ildə ictimaiyyətə yayımlanmışdır. Fotoşəkil 4,6 milyard işıq ili məsafəsində yerləşən SMACS 0723 qalaktik klasterini göstərir. "Ceyms Vebb" yaxın infraqırmızı kamera ilə çəkilmiş kompozit şəkil Cənub yarımkürəsinin səmasının təqribən qum dənəciyi ölçüsündə bir sahəsini göstərir. Şəkildə minlərlə qalaktika göstərilir. Bu, kainatın indiyə qədər çəkilmiş ən yüksək dəqiqlikli təsviridir. == Əhəmiyyəti == Şəkil kainatın indiyə qədər çəkilmiş ən yüksək dəqiqlikli təsviridir. Şəklin ictimaiyyətə təqdimatı 11 iyul 2022-ci ildə Ağ Evdə baş tutmuşdur. == İstinadlar == == Xarici keçidlər == Webb's First Deep Field "James Webb Space Telescope" veb saytında.