Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Cedey
Geely
Geely və ya Zhejiang Geely Holding Group Co., Ltd ( ZGH ) ― Çin Transmilli şirkəti, avtomobil istehsalı üzrə ixtisaslaşıb. Mərkəzi Çin Xalq Respublikasının Çjetzsyan əyalətinin Hançjou şəhərində yerləşir. Şirkət özəl olaraq Çinli milyarder və biznes maqnatı Li Şufuya məxsusdur. Şirkət1986-cı ildə qurulmuş və 1997-ci ildə Geely Auto markası ilə avtomobil sənayesinə daxil olmuşdur. Geely Auto, Lotus, Lynk & Co, Proton və Volvo markaları ilə sərnişin nəqliyyat vasitələrinin, həmçinin London EV Company və Yuan Cheng Auto (Farizon Auto) markalarına sahibdir. Qrup 2018-ci ildə 1,5 milyondan çox avtomobil satıb. "Zhejiang Geely Holding Group" 2010-cu ildə "Ford"dan, İsveç minik avtomobili istehsalçısı "Volvo Cars"ı satın alır. 2013-cü ildə İngilis taksi istehsalçısı "London EV Company"ni və 2017-ci ildə isə İngilis idman avtomobil istehsalçısı "Lotus"un səhmlərinin böyük hissəsini satın alır. Geely Automobile Holdings Ltd (吉利汽车; ) (Zhejiang Geely Holding Group-un törəmə şirkəti), Hong Kong Fond Birjasında qeydiyyata alınmışdır. == Adı == Geely sözu, Çinin yerli pinyin dilində "xeyirli" və ya "əlverişli" mənasını verən "Jili" (吉利) sözundəndir == Tarixi == 1986-cı ildə ailəsindən borc aldığı pulla soyuducu istehsalçısı olaraq "Geely"ni quran Li Şufu, şirkətin ilk illərində Çinli istehlakçılara ucuz məhsul satan müvəffəqiyyətli iş adamına çevirilir.
Weebly
Weebly - 29 mart 2009-cu ildə qurulmuş web-hostinq xidmətidir. Şirkətin mərkəzi ofisi ABŞ-nin San-Fransisko əyalətində yerləşir. İcarçı direktoru Devid Rusenkodur. Sayt vasitəsi ilə domen almaq, hostinqdən yararlanmaq, şəxsi elektron poçtlardan istifadə və sayt (bloq) hazırlamaq mümkündür. Weebly eyni xidmətləri göstərən beynəlxalq şirkətlar arasında ilk pillələrdə qərarlaşır. == Rəqabət == Şirkət əsasən wix.com və Wordpress ilə rəqabətdədir. Lakin bu sıralamaya Squarespace.com, Jimdo, SnapPages və Yolanı da əlavə etmək olar. Adı çəkilən bütün saytlar demək olarki eyni xidmətləri göstərir. Lakin saytın istifadəçiləri müxtəlif böyük və ya kiçik üstünlüklərə görə əsasən wik.com və weeblyə üstünlük verir. == Yeni dövr == Weebly ös istifadəçilərinə çox gözəl bir şans vermişdi.
Wendl.
İohann Kristof Vendland (alm. Johann Christoph Wendland‎; 17 iyul 1755 – 27 iyul 1828) — Almaniya botaniki. == Elmi fəaliyyəti == İohann Kristof Vendland toxumlu bitkilər üzrə ixtisaslaşmışdır. == Əsərləri == Hortus Herrenhusanus, 1788–1801. Verzeichnis der Glas- und Treibhauspflanzen des Königlichen Berggartens zu Herrenhausen. 1797. Botanische Beobachtungen nebst einigen neuen Gattungen und Arten. 1798. Ericarum icones et descriptiones. 1798–1823 (26 Hefte).
Bedey (Aryej)
Bedey (fr. Bédeille) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Aryej. Sent-Krua-Volvestr kantonuna daxildir. Kommunanın dairəsi — Sen-Jiron. INSEE kodu — 09046. == Əhalisi == 2008-ci il üçün kommunanın əhalisi 83 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə 44 yaşda (15-64 yaş arasında) 32 nəfər iqtisadi cəhətdən fəal, 12 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 72,7%, 1999-cu ildə 69.2%). 32 aktiv adamdan 27 nəfəri (14 kişi və 13 qadın), 5 nəfər işsizdir (4 kişi və 1 qadın). 12 hərəkətsiz 2 nəfər arasında şagird və ya tələbə, 3 nəfər təqaüdçü, 7 nəfər digər səbəblərə görə fəaliyyətsizdir..
Erigeron tweedyi
Erigeron tweedyi (lat. Erigeron tweedyi) — mürəkkəbçiçəklilər fəsiləsinin xırdaləçək cinsinə aid bitki növü.
Senecio reedi
Senecio reedi (lat. Senecio reedi) — mürəkkəbçiçəklilər fəsiləsinin xaçgülü cinsinə aid bitki növü.
Webby Awards
"Webby Awards" və ya "Vebbi" mükafatları — beynəlxalq peşəkar internet mükafatı. Hər il dünyanın ən yaxşı veb layihələri mükafatlandırılır. "Vebbi" mükafatları 1996-cı ildə təsis edilmişdir. Veb layihələr dünya internetinin tanınmış və səlahiyyətli şəxsləri tərəfindən seçilir. Onların arasında musiqiçi Devid Boui, "Simpsonlar" serialının yaradıcısı Mett Qreyninq, "Real Networks" şirkətinin baş direktoru Rob Qleyzer və Beynəlxalq Rəqəmsal İncəsənət və Elmlər Akademiyasını (IADAS) təşkil edən 550-dən çox mütəxəssis var. 2006-cı ildə münsiflər heyətinin üzvləri və ümumxalq səsverməsinin iştirakçıları 60 ölkədən 8 minə yaxın veb layihə arasından namizəd və laureatları seçiblər. Bu illər ərzində "Vebbi" mükafatlarının qalibləri öz şəbəkə seqmentlərində lider olan layihələr olub: "Russia Today", "Amazon", "eBay", "Yahoo!", "iTunes", "Google", "BBC", "CNN", "Vikipediya", "YouTube" və s.. Mükafat bəzən "İnternet Oskar" kimi də adlandırılır. "Vebbi" mükafatları veb-saytların, interaktiv reklamların, mobil telefon xidmətləri və videolarının tədqiqi və dizaynı, yaradılması, məlumat və marketinq inkişafı ilə məşğul olan bütün təşkilatlar və şəxslər, habelə onların sahibləri və pərəstişkarları üçün açıqdır.
Populus tweedyi
Populus angustifolia (lat. Populus angustifolia) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin söyüdkimilər fəsiləsinin qovaq cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Populus balsamifera var. angustifolia (E.James) S.Watson Populus × canadensis var. angustifolia (E.James) Wesm. === Heterotipik sinonimləri === Populus angustifolia var. coloradensis (Dode) Gombócz Populus coloradensis Dode Populus fortissima A.Nelson & J.F.Macbr.
Ready for Romance
Ready for Romance (azərb. Romantikaya hazır‎) - 1986-cı ildə Modern Talking qrupu tərəfindən çıxarılmış albomdur. Bu albom qrupun 3-cü çıxarılmış albomudur.
Ready to Die
Ready to Die — The Notorious B.I.G. repperin debüt albomudur. 1994-cü ilin sentyabrın 13-ü buraxılmışdı. Albom 1993 və 1994 illər arasında, Nyu-York şəhərin "The Hit Factory" və "D&D Studios" studiolarında yazılmışdı. Bu albom cavan repperin yaşadığı zaman yeganə buraxılmış albomudur. Ready to Die albomu, Dr. Dre, Snoop Dogg və digər tanınmış "west-coast hip-hop" repperlərin əksinə şöhrətini itirmiş "east-coast hip-hop" janrını təzədən canlandırdı. Bir neçə musiqi kritiklər tərəfindən bu albom ən yaxşı hip-hop albomlardan biri kimi qiymətləndirilib, 2003-cü ildə Rolling Stone jurnalının "500 Greatest Albums of All Time" siyahının 133-cü yeri tutub, 2006-da isə Time jurnalı bu albomu bütün zamanın 100 ən yaxşı albomlarının arasına əlavə edib.
Thekla Carola Wied
Thekla Carola Wied (5 fevral 1944, Vrotslav, Prussiya[d], Almaniya Reyxi[d]) — alman aktrisa.
While My Guitar Gently Weeps
While My Guitar Gently Weeps (azərb. Gitaram Sakitcə Ağlayarkən‎ ) — The Beatles qrupunun 1968-ci ilin noyabrında buraxılmış "The White Album" albomundan Corc Harrisonun bəstələdiyi mahnısıdır. "Beatles"ı mahnıda solo gitaraçı kimi Erik Klapton müşayiət edib.
Nick Cave and the Bad Seeds
Nick Cave and the Bad Seeds Melburn şəhərində əsas ifaçı Nick Cave,multi instrumetalist Mick Harvey və gitarist Blixa Bargeld tərəfindən qurulan alternativ rok qrupudur.Qrup indiyə qədər 15 studia albumu buraxmış və bir çox sayda beynəlxalq qastrollarda iştirak etmişdir. Qrup Cave və Harvey-in əvvəlki qrupu The Birthday Party qrupunun dağılmasından sonra yaranmışdır.Nick Cave and the Bad SeedsÖz müasirlərinin noise rok kökündən çıxıb, bir çox digər janrlara:post-punk,gothic rock,no wave və blues janrlarına təsir edən yeni alternativ rok yaratdılar. == Diskoqrafiya == From Her to Eternity (1984) The Firstborn Is Dead (1985) Kicking Against the Pricks (1986) Your Funeral… My Trial (1986) Tender Prey (1988) The Good Son (1990) Henry’s Dream (1992) Let Love In (1994) Murder Ballads (1996) The Boatman’s Call (1997) No More Shall We Part (2001) Nocturama (2003) Abattoir Blues/The Lyre of Orpheus (2CD) (2004) Dig, Lazarus, Dig!!!
Ready For The Victory (Modern Talking)
Ready For The Victory (azərb. Qələbə üçün hazır‎) - Modern Talking qrupu tərəfindən ifa edilən sinqldır.
Ready for Romance (Modern Talking albomu)
Ready for Romance (azərb. Romantikaya hazır‎) - 1986-cı ildə Modern Talking qrupu tərəfindən çıxarılmış albomdur. Bu albom qrupun 3-cü çıxarılmış albomudur.
Baby I Need Your Love
Baby I Need Your Love (azərb. Beybi, sənin sevginə ehtiyacım var‎) – C. C. Catch tərəfindən 1988-ci ildə ifa edilmiş mahnıdır. Klipdə, əsasən, Almaniyanın idman sayəsində uğurlarından danışılır.
Cədəy
Cədəy xan — türk və altay mifologiyasında keşikçi tanrı. Şedey (Şaday, Çaday) Xan olaraq da bilinir. Altındağın (qızıl dağ) qoruyucusudur. Yeddi iti vardır. İtləriylə birlikdə Altındağa gedən yolu qoruyar. Başında tolgası (dəbilqəsi) ilə təsvir olunur. Qaya qapısı adlı yer altı keçidinin başında dayanmaqdadır. Bu qapı böyük bir dənizin kənarındadır. Zəncirlərlə bağlanmış yeddi azğın iti Ağ Dənizin kənarında qiyamət gününü gözləyir. Bəzən yer üzündə pisliklərə səbəb olduğu deyilər.
Gedəy (Şot)
Giday (fars. گداي‎‎) və ya Əhmədabad - İranın Qərbi Azərbaycan ostanının Şövt şəhristanı ərazisinə daxil olan kənd.
Hacı Səədi
Səədi Hacı Həsən oğlu (?, Göyçay - ?) — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin xüsusi qərarına əsasən, dövlət hesabına ali təhsil almaq üçün xaricə göndərilmiş tələbələrdən biri. == Həyatı == 1919-cu ildə Türkiyədə İstanbul Universitetinin tibb fakültəsinin son kursunda oxuyarkən maddi çətinlik üzündən təhsilini yarımçıq buraxmağa məcbur olmuş və Azərbaycana qayıtmışdı. Parlamentin 1919-cu il 1 sentyabr tarixli qərarına əsasən, təhsilini davam etdirmək üçün yenidən İstanbul Universitetinə (Türkiyə) göndərilmişdi. Sonrakı taleyi barədə məlumat aşkar olunmamışdır.
Səədi sultanlığı
Səədi sultanlığı və ya Səədilər (ərəb. سعديون‎ — sa‘adiyūn‎) 1509-dan 1659-a qədər Məğribdə (Mərakeş) hökmranlıq etmişdilər. 1509-1554-cü illərdə Mərakeşin cənubunu, sonra 1603-cü ilə qədər bütün Mərakeşi, daha sonra yalnız Fəs və Marakeş bölgələrini idarə etmişdilər. == Tarix == === Mənşələri === Saadilər əsillərinin Məhəmməd peyğəmbərdən gəldiklərinə inanırdılar. Saadilərin əcdadı Yambu şəhərindən Məhəmməd an-Nafsa az-Za-kiyidir - Məhəmməd peyğəmbərin nəvəsi İmam Həsənin nəvəsi. XVI əsrin əvvəllərində Dra çay vadisində Taqmadertdə yaşayırdılar. Onların ata yurdu Zaqoradan 10 km şimalda yerləşən Ksar Tiji qalası hesab olunur . Saadilərin siyasi rəqibləri onların İmam Həsənin nəslindən olmasını qəbul etmirdilər. Onların əcdadlarını Məhəmməd peyğəmbərin südanası Həlimə bint Abi Zu'ayb'a bağlayırdılar . Saadilər Məğribdə sufizmi yayırdılar.
Səəd Həriri
Səəd əl-Həriri (ərəb. سعد الحريري‎; tam adı Sə’dəddin Rəfiq əl-Həriri; ərəb. سعد الدين رفيق الحريري‎; 18 aprel 1970[…], Ər-Riyad) — livanlı siyasətçi və milyarder, 2016- ci ildən etibarən Livanın baş naziri olmuşdur. Həmçinin, o, 2009-cu ilin noyabr ayından 2011-ci ilin iyun ayına qədər Baş nazir vəzifəsində çalışmışdır. O, 2005-ci ildə öldürülən keçmiş Livan baş naziri Rəfiq Həririnin ikinci oğludur. Həriri, 2005-ci ildən "Gələcək hərəkatı "nın lideri olmuşdur. O, 14 mart Koalisiyasının "ən güclü namizədidir". 3 il xaricdə yaşadıqdan sonra 2014-cü il 8 avqustda Livana döndü və 3 noyabr 2016-cı ildə baş nazir təyin edildi. 4 noyabr 2017-ci ildə Səudiyyə dövlət televiziyasında yayımlanan Həriri'nin istefa etmək niyyəti gözlənilməz olmuş, İran-Səudiyyə Ərəbistan vasitəçilik müharibəsinin Livanda bir hissəsi kimi qəbul edilmiş və Livan və Səudiyyə Ərəbistanı arasındakı mübahisəyə səbəb oldu. Prezident Mişel Övnün çıxışından sonra 5 dekabrda Həriri istefasını təxirə saldı.
Çuxur Səəd
Çuxursəəd — Səfəvilər dövlətinə bağlı bölgələrdən biri. Çuxursəəd əyaləti Qərbi Azərbaycanın tarixi adıdır. Bəzi mənbələrdə Çuxur Səəd kimi də yazılır. == Tarixi == Çuxursəd bu gün Ermənistan Respublikası adlanan torpaq uzun əsrlər boyu Çuxursəd adlanmış yurdun bir hissəsidir. Professor Minorski Mirzə Səmianın "Təzkirat-ül Moluk" kitabı üzərində apardığı araşdırmalarla bağlı yazdığı şərhdə mərkəzi İrəvan olan Çuxursəd vilayəti haqqında yazır":Çuxursəd sonradan geniş yayılmış bir coğrafi termindir. O, ilk dəfə Səvfəvilər dövründə və daha çox İrəvan əyaləti haqqında işlənib. "Aləmara"nın 168-ci səhifəsinin məzmununa görə, Qars Çuxursədlə Ərzurum arasında yerləşir. Həmin kitabın 558-ci səhifəsində yazılıb ki, Çuxursəd Axısxada qurtarır və onunla həmsərhəddir. Çuxursəd türk lüğətində "topağın enişi" kimi şərh olunur. Burada zahirən Arazın tərəflərinin aşağı olması nəzərdə tutulur" (1) Əllamə Mirzə Məhəmməd xan Qəzvini də yazır"":Aləmara-ye Abbasi"də və qaim-məqamın təmtəraqlı ədəbi yazılarının bir-iki yerində adı çəkilən və mənə məxsus "Aləmara"nın haşiyəsində müsyö Minorskinin qeydində tez-tez bəhs olunan Çuxursəd İrəvanın yaxınlığında yerləşir.
I Feed You My Love
I Feed You My Love — (Azərbaycanca: Mən Səni Bəsləyirəm, Sevgilim) Norveçin 2013 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı.
Need for Speed (oyun seriyası)
Need for Speed (azərb. Sürət həzzi‎, abreviaturası: NFS) — ilk olaraq "Electronic Arts", daha sonra isə "Ghost Games" tərəfindən hazırlanan videooyun seriyası. İlk oyun 1994-cü ildə "The Need for Speed" adı ilə çıxmışdır. "Need for Speed: High Stakes" oyunundan başlayaraq isə oyunçuların öz maşınlarında istədiyi dəyişikliyi edə bilməsi xüsusiyyəti əlavə edildi. "Need for Speed" oyunları ilk çıxışından oyunçular tərəfindən sevilməyə başlandı. Oyunun bu günə qədər 150 milyon nüsxəsi satılmışdır. Oyunun uğurlu olması nəticəsində ona uyğun film (Sürət həzzi) çəkildi və "Hot Wheels" oyuncaq maşınları satışa çıxarıldı. == Geympley == Demək olar ki, bütün "Need For Speed" oyunları eyni geympley formasına malikdir. Oyunçu yarış zamanı seçdiyi maşını idarə edir və yarışda birinci olmağa çalışır. Karyera modu və çempionatda alınan qalibiyyətlər ilə qıfıllı maşınlar və yollar açılır.
Cəəd İbn Dirhəm
Cəəd İbn Dirhəm, Əl Cəəd İbn Dirhəm (الجعد بن درهم) (666, Xorasan – 14 oktyabr 742, Kufə) — VIII əsr mütəkəllimi. İslamda Cəbriti cərayanının ilk nümayəndəsi. Cəhm ibn Səfvanın müəllimi. Məhs Cəhm ibn Səfvan sonradan Cehmiliyin əsasənı qoymuş. Doğulduğu yer (Hərran, yaxud Xorasan). Uzun müddət Dəməşqdə yaşamışdır. == Bioqrafiyası == Xorasanda anadan olan Cəəd İbn Dirhəm Banu Mərvan nəslindən idi. Sonradan Dəməşqə köçmüş. İbn Asakir və başqa tarixçilərin fikirlərinə görə Cəəd İbn Dirhəmin dünya görşünün formalaşmasında Bayan İbn Samaanın rolu böyük olmuş. İbn Samaan isə Talutun tələbəsi olmuş.
Məsud Səəd Salman
Məsud Səəd Salman (1046–1121) — İran şairi. == Həyatı == Məsud 1046-cı ildə Lahorda anadan olub. Şairin ailəsi Həmədandan olsa da sonra Qəzvinə köçmüşlər. Onun atası 60 il Qəznəvilər dövlətinin əyanlarından (mustovfi) biri olmuş və müxtəlif dövlət işlərini görmüşdür. Bu barədə şair şeirlərinin birində deyir: Şair hələ gənc yaşlarından yaxşı təhsil almış və dövlət işlərini, maliyyə hesablarını yaxşı bilmişdir. Eləcə də özündən əvvəlki poeziyanı dərindən öyrənmişdir. Mənbələrin verdiyi məlumata görə, onun üç dildə: dəri, ərəb və hind dilində divanı olmuşdur. Şairin həmin divanlarından yalnız dəri dilindəki divanı bizə gəlib çatmışdır. Ərəb dilində yazdığı şeirlərdən isə təkcə bir beyt Vətvatın divanından bizə məlumdur. Vətvat onu çox sevmişdir və şeirlərindən nümunələr vermiş, onlara nəzirə yazmışdır.
In the Wee Small Hours
In the Wee Small Hours (Qısa zamanlarda) — Frenk Sinatranın sayca doqquzuncu studiya albomudur. Albom 9 aprel 1955-ci il tarixində Capitol Records'da çıxarılmış; Voyl Gilmor tərəfindən istehsal olunmuş və Nelson Ridl tərəfindən aranjeman edilmişdir. Albomda yalnızlıq, özünüdərk, itirilmiş sevgi, gerçəkləşməyən münasibətlər, depressiya, gecə həyatı kimi mövzular işlənmiş, nəticədə In the Wee Small Hours ilk konsepsiya albomlarından biri kimi yadda qalmışdır. Albomun üz qabığında bu mövzular əks olunmaqla, Sinatranın xəyali və tərk edilmiş küçənin maviyə çalan işıqlarının altındakı təsviri verilmişdir. Buraxdığı ilk albom olan The Voice üçün 1946-cı ildən bəri üzərində düşündüyü "konsepsiya" ideyasını Songs for Swingin' Lovers və Only the Lonely kimi növbəti albomlarında da uğurla davam etdirmişdir. In the Wee Small Hours iki 10 düymlük LP diskləri şəklində buraxılmış və həmçinin 12 düymlük LP kimi də istehsal olunaraq, bir ilkə imza atmışdır. Həmçinin albom dörd EP olmaqla dörd parçadan ibarət olan 45-rpm diskləri şəklində 45-rpm-lik sinql kimi kağız üz qabığı ilə deyil, LP-dəki ilə eyni üz qabığı ilə karton üzlüklərlə buraxılmışdır. Albomun satışı uğurlu alınmış, Bilboard 200-də 2-ci yerə yüksəlmiş və 18 həftə həmin pillədə qalmağı bacarmışdır. Bu, eyni zamanda, Sinatranın 1947-ci ildə çıxardığı Songs by Sinatra-dan sonrakı ən yüksək nəticə əldə edən albomu idi. 2002-ci ilə qədər albom RIAA tərəfindən Qızıl sertifikatına layiq görülərək, yarım milyondan çox satılmışdır .