Səədi Hacı Həsən oğlu (?, Göyçay - ?) — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin xüsusi qərarına əsasən, dövlət hesabına ali təhsil almaq üçün xaricə göndərilmiş tələbələrdən biri.
Hacı Səədi | |
---|---|
Hacı Həsən Səədi | |
Doğum yeri | Bərgüşad, Göyçay qəzası, Rusiya imperiyası |
1919-cu ildə Türkiyədə İstanbul Universitetinin tibb fakültəsinin son kursunda oxuyarkən maddi çətinlik üzündən təhsilini yarımçıq buraxmağa məcbur olmuş və Azərbaycana qayıtmışdı.
Parlamentin 1919-cu il 1 sentyabr tarixli qərarına əsasən, təhsilini davam etdirmək üçün yenidən İstanbul Universitetinə (Türkiyə) göndərilmişdi.
Sonrakı taleyi barədə məlumat aşkar olunmamışdır.