Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Too Shy
Too Shy — Kajagoogoo qrupunun 1983-cü ildə White Feathers albomundan çıxrdığı sinql.
Work and Travel USA
İş və səyahət Amerika-(ing. Work and Travel USA).Proqramı Amerika Dövlət Departamenti tərəfindən idarə edilən, dünyanın müxtəlif yerlərindən tələbələrin yay tətili ərzində Amerika Birləşmiş Ştatları işləyib ingilis dilini təkmilləşdirmək imkanları verən, dünyanı və fərqli mədəniyyətləri tanımalarını təmin edən bir tələbə mübadilə proqramıdır. Work and Travel (WAT) Amerika Birləşmiş Ştatları hökumətinin nəzarəti altında olan tələbə mübadilə proqramıdır. Bu proqram dünyanın müxtəlif ölkələrindəki universitet tələbələrinə yay tətili müddətində Amerikada işləyib, ingiliscə danışıq təcrübəsini inkişaf etdirmək, dünya və müxtəlif xalqların mədəniyyətləri ilə tanış olmaq imkanı verir. WAT həmçinin, tələbələrin turist kimi deyil, Amerika vətəndaşı kimi yaşamağı və düşünməyi təmin edən və bununla yanaşı səyahət xərclərini qazanıb, əlavə olaraq müəyyən miqdarda pul yığmaq fürsətini verir. Work and Travel proqramının əsas şərtləri bunlardır: 18-28 yaş arası olmaq Ali məktəblərin birinin tələbəsi olmaq.Proqramda sonuncu kurs tələbələrinin iştirakına icazə verilmir. Ən azı orta səviyyədə ingilis dilini bilmək.(Burada əsas tələb olunan şərt, qarşında olan şəxsə öz fikrini normal formada izah etdirməkdir.) Ali məktəb qiymətlərinin normal olması. Hər il bir çox ölkələrdən gələn minlərlə universitet tələbəsi WAT proqramına qoşularaq yüksək səviyyəli beynəlxalq təcrübə qazanmaq fürsəti əldə edir.Əsasən proqramın tələbələr üçün faydaları sırasında bunları qeyd etmək olar.Ayda təqribən 1000-1500 ABŞ dolları qazana bilmək və proqram üçün lazımi yaşayış və səyahət xərclərini ödəyə bilmək imkanı. Eyni zamanda həm işləmək, həm də dincəlmək fürsəti, Proqramın sonunda ömür boyu unudulmayacaq təcrübə və xatirələr qazanmaq.Amerikada qalınan 4 ay müddətində ingiliscə danışıq qabiliyyətini inkişaf etdirmək və ingilis dili məlumatını real həyatda praktiki olaraq tətbiq etmək fürsəti əldə etmək.Tələbələrin gələcək karyerası üçün təcrübə qazanmaq.Həm Amerika Birləşmiş Ştatları vətəndaşları, həm də digər ölkələrdən gələn tələbələrlə tanış olub onların mədəniyyətlərini yaxından tanımaq, eyni zamanda öz milli mədəniyyətlərini də əcnəbilər arasinda nümayiş etdirmək və tanıtmaq fürsəti qazanmaq. Work and Travel USA proqramına qatılmaq üçün ciddi şərtlər tələb olunmadığından, dünyanın hər bir yerindən, hər il təxminən 150.000 tələbə iştirak edir.Proqram üçün tələb olunan ən önəmli şərt, iştirakçının tələbə olmasıdır.Proqramda yalnız əyani şöbədə oxuyan tələbələr yararlana bilər.Digər bir şərt isə,tələbənin orta səviyyədə ingilis dilini bilməsi hesab olnurur.Bu əsasən tələbələrin Amerika Birləşmiş Ştatlarında öz fikirlərini sərbəst ifadə etməsi üçün lazımdır.Tələbənin xeyrinə olacaq sonuncu məsələ isə, onun illik qiymətlərinin kafi olmamasıdır.Bütün bu şərtlərə cavab verən, tələbələrin viza almaq ehtimalı 95% hesab olunur.
The Sims 4: Get to Work
The Sims 4: İşə get! (ing. The Sims 4: Get to Work) — The Sims 4 kompüter oyununa ilk oyun paketi 4 fevral 2015-ci ildə oyunun rəsmi saytında elan edildi və 31 mart 2015-ci ildə Rusiya, MDB ölkələri, ABŞ və İngiltərədə, 2 aprel 2015-ci ildə isə fiziki və rəqəmsal olaraq bütün dünyada satışa çıxarıldı. Oyun paketi The Sims 4 oyununun imkanlarını peşə baxımından genişləndirir, həkim, detektiv və alim peşəsini əlavə edir. The Sims 2: Biznes oyun paketində də olduğu kimi xüsusi biznes yaratma funksiyası əlavə edilmişdir. Aktiv peşələrin mövzusu tərtibatçılar tərəfindən seçilmişdir, çünki iş yerlərində personajları idarə etmək həmişə Sims seriyasının pərəstişkarlarının əsas istəklərindən biri olmuşdur. Bundan əlavə, paketdə The Sims 2 oyununa əsaslanan yadplanetlilər də vardır. İşə get oyun paketinin daha dinamik və müxtəlif vəziyyətə gətirildiyinə baxmayaraq, tənqidçilər tərəfindən peşələrin azlığı səbəbilə mənfi rəylər almışdır. Oyun paketində 3 yeni peşə: iş prosesi tamamilə oyunçu tərəfindən idarə olunan həkim, alim və polis məmuru vəzifələri təqdim olunmuşdur. İşdə olduğu zaman personaj ona verilən tapşırıqları yerinə yetirməlidir.
Kork
Kork (irl. Bruachbhaile Chorcaí, ing. Cork) — İrlandiyanın cənub-qərbində Manster vilayətində yerləşən şəhər. 2016-cı il hesablamalarına görə, şəhər əhalisi 125,622 nəfər təşkil edir. Şəhər qərb istiqamətində iki kanala bölünən və şəhər mərkəzini kiçik adalara bölən Li çayı dərəsində yerləşir. Dünyanın ən böyük təbii limanı da burada yerləşir. Yerli sakinlər şəhəri İrlandiya vətəndaş müharibəsində inqilabçı qüvvələrin mərkəzi olmasına istinadən ölkənin "həqiqi paytaxtı" adlandırırlar. Şəhərin şüarı latın dilində "Statio Bene Fida Carinis", yəni "Gəmilər üçün təhlükəsiz liman" mənasını verir. 2017-ci ilə olan məlumata əsasən, Kork şəhəri aşağıdakı şəhərlərlə qardaşlaşmış şəhər əlaqələrinə malikdir. 2017-ci ilin fevralına olan məlumata görə, şəhər şurası Bordo, Sankt Peterburq və Mayami şəhərləri ilə də "qardaşlaşmış şəhər" olmaq üçün danışıqları davam etdirir.
York
York — Böyük Britaniyada, İngiltərədə şəhər.
Say Say Say
Say Say Say — Maykl Cekson və Pol Makkartninin birgə ifa etdiyi mahnı. Elə ifaçı cütlük tərəfindən yazılan mahnının prodüserliyini Makkartninin 1983-cü ildə çıxardığı Pipes of Peace albomunun da prodüseri olan George Martin edib. Mahnı cütlüyün Maykl Ceksonun 1982-ci ildə çıxardığı Thriller albomuna daxil olan "The Girl Is Mine" mahnısından sonra ikinci duetidir. 1983-cü ilin oktyabrında mahnı satışa çıxarılandan sonra "Say Say Say" Ceksonun bir ildə top onluğa daxil olmuş yeddinci mahnısı oldu. Mahnı ABŞ-də birinci, Böyük Britaniyada isə ikinci yerə qədər yüksələ bildi. Mahnı həmçinin Norveç, İsveç, Avstriya, Avstraliya, Yeni Zellandiya, Niderland və İsveçrədə də hit paradların zirvələrini fəth etdi. ABŞ-də Recording Industry Association of America tərəfindən pltinium sertifikatı verilən mahnıya klip də çəkilib. Klipin rejissoru Bob Giraldidir.
Duayt York
Duayt Eversli York (ing. Dwight Eversley Yorke; 3 noyabr 1971, Kanaan, Trinidad və Tobaqo) — Trinidad və Tobaqo futbolçusu. Duayt York 3 noyabr 1971-ci ildə anadan olmuşdur. Yorkun futbolçu karyerasında ən böyük uğurları 1998–2002-ci illərdə oynadığı Mançester Yunayted komanda (151 görüşdə 64 qol) ilə bağlıdır. Belə ki, o, Mançester Yunayted ilə ÇL-nin qalibi olmaqla yanaşı, üç dəfə ölkə çempionluğunu qazanıb. Duayt İngiltərədə həmçinin "Aston Villa", "Blekbörn", "Birmingem", "Sanderlend" klublarında oynayıb. Son vaxtlar Avstraliyanın "Sidney" klubunda çıxış edən York uzun müddət şərəfini qoruduğu milli komandasının lideri sayılırdı. 2006-cı ildə Almaniyada keçirilən dünya çempionatının final mərhələsində iştirak edən Trinidad və Tobaqoda Duayt milli qəhrəman hesab olunur. 2009-cu ildə - 37 yaşında karyerasını bitirib.
Dvayt York
Duayt Eversli York (ing. Dwight Eversley Yorke; 3 noyabr 1971, Kanaan, Trinidad və Tobaqo) — Trinidad və Tobaqo futbolçusu. Duayt York 3 noyabr 1971-ci ildə anadan olmuşdur. Yorkun futbolçu karyerasında ən böyük uğurları 1998–2002-ci illərdə oynadığı Mançester Yunayted komanda (151 görüşdə 64 qol) ilə bağlıdır. Belə ki, o, Mançester Yunayted ilə ÇL-nin qalibi olmaqla yanaşı, üç dəfə ölkə çempionluğunu qazanıb. Duayt İngiltərədə həmçinin "Aston Villa", "Blekbörn", "Birmingem", "Sanderlend" klublarında oynayıb. Son vaxtlar Avstraliyanın "Sidney" klubunda çıxış edən York uzun müddət şərəfini qoruduğu milli komandasının lideri sayılırdı. 2006-cı ildə Almaniyada keçirilən dünya çempionatının final mərhələsində iştirak edən Trinidad və Tobaqoda Duayt milli qəhrəman hesab olunur. 2009-cu ildə - 37 yaşında karyerasını bitirib.
Ectomorphed Works
Ectomorphed Works — L'Arc~en~Ciel qrupunun kompilasiya albomudur.
Keyp-York
Keyp-York (ing. Cape York Peninsula) — Avstraliyanın Kvinslend ştatı ərazisində yerləşən, şərqdən Mərcan dənizi, qərbdən Karpentariya körfəzi, şimaldan isə Torres boğazı ilə əhatələnir. Bu dünyanın mənimsənilməmiş yarımadasıdır. Onun insan sivilizasiyası tərəfindən toxunulmayan rütubətli meşələrəri və savannaları böyük dərin ekoloji əhəmiyyət daşıyır. Hazırda rütubətli tropik meşələrin UNESCO Ümumdünya irsi siyahısına namizədliyi göstərilir. Keyk-York yarımadası 137 000 km² sahəyə malikdir. Yarımadanın şərq hissəsi dağlıqdır, qərbi isə düzən relyefə malikdir. Yarımada ərazisində ümumilikdə 18 min insan yaşayır ki, onlarında ~60 % yerli avstraliya aborigenlərindən ibarətdir. Yarımadanın şimal qutaracağında York burnu yerləşir. Buradan Yeni Qvineya sahillərinə qədər məsafə 160 km təşkil edir.
Microsoft Word
Microsoft Word – mətn redaktoru olub istənilən mürəkkəb sənəd yaratmaq üçün nəzərdə tutulmuşdur. Hazırda dünyada ən populyar proqram hesab olunur. Word sürətli əmrlər yığımı və yazının qramatikasını yoxlayan proqramlar, sinonimlər lüğəti kimi müasir alətlərlə təchiz olunmuşdur ki, onların köməyi ilə sənədi savadlı tərtib etmək, çox asanlıqla və vaxt itirmədən məktubları, hesabatları, qeydləri və təsvirləri birləşdirmək mümkündür. Microsoft Word proqramı mətn yaratmaq üçün istifadə edildiyinə görə bu cür proqramlara mətn redaktorları deyilir (Notepad, WordPad və s.) Kompyuteri işə saldıqdan sonra Windows əməliyyat sistemi yüklənir. Windows yüklənəndən sonra Word proqramını işə salmaq üçün "Start" düyməsi basılır və "Programs" menyusundan Microsoft Word seçilir. Mətn redaktorlarının görünüşləri təxminən eynidir. Yəni bu proqramların əsas hissələri mətn daxil edilən ərazi və menyulardır. Menyulardan əlavə alətlər paneli və xətkeş də mövcuddur. Alətlər panelindəki düymələr əsasən menyularda olan əməliyyatları daha rahat işə salmaq üçün istifadə olunur. MS Word proqramının düymələri yerinə yetirdikləri əməliyyatlara görə qruplara bölünüb panellərə düzülüblər.
New York
Nyu-York (ing. New York; New York City) qısa adı ilə NYC — Nyu-York ştatında yerləşən Amerika Birləşmiş Ştatlarının əhalisinin sayına görə ən böyük şəhəri. Şəhərin ərazisi 778,2 km², əhalisi isə 2020-ci ilin siyahıyaalması ilə 8.804.190 nəfərdir. Nyu-York ştatının cənubunda yerləşən şəhər Nyu-York aqlomerasiya regionunun mərkəzidir, həmçinin ərazisinə görə dünyanın ən böyük aqlomerasiya regionudur. 2020-ci ilin statistikasına əsasən şəhər 20 milyondan çox əhali ilə həm də dünyanın ən sıx məskunlaşılan meqapolislərindən biridir. Nyu-York dünyanın mədəni, maliyyə və media mərkəzi kimi təsvir edilmişdir və ticarət, əyləncə, tədqiqat, texnologiya, təhsil, siyasət, turizm, yemək, incəsənət, dəb və idman sahələrində yer alır. Dünyanın ən çox fotoşəkil çəkilən şəhəridir. Birləşmiş Millətlər Təşkilatının Baş Qərərgahının yerləşdiyi Nyu-York beynəlxalq diplomatiya mərkəzlərindən biri və qlobal investorlar üçün etibarlı sığınacaqdır. Nyu-York bəzən dünyanın paytaxtı kimi təsvir edilir. Dünyanın ən böyük limanlarından birində yerləşən və sahəsinin 36,4%-i su ilə əhatələnmiş Nyu-York şəhəri beş borodan ibarətdir.
Nyu-York
Nyu-York (ing. New York; New York City) qısa adı ilə NYC — Nyu-York ştatında yerləşən Amerika Birləşmiş Ştatlarının əhalisinin sayına görə ən böyük şəhəri. Şəhərin ərazisi 778,2 km², əhalisi isə 2020-ci ilin siyahıyaalması ilə 8.804.190 nəfərdir. Nyu-York ştatının cənubunda yerləşən şəhər Nyu-York aqlomerasiya regionunun mərkəzidir, həmçinin ərazisinə görə dünyanın ən böyük aqlomerasiya regionudur. 2020-ci ilin statistikasına əsasən şəhər 20 milyondan çox əhali ilə həm də dünyanın ən sıx məskunlaşılan meqapolislərindən biridir. Nyu-York dünyanın mədəni, maliyyə və media mərkəzi kimi təsvir edilmişdir və ticarət, əyləncə, tədqiqat, texnologiya, təhsil, siyasət, turizm, yemək, incəsənət, dəb və idman sahələrində yer alır. Dünyanın ən çox fotoşəkil çəkilən şəhəridir. Birləşmiş Millətlər Təşkilatının Baş Qərərgahının yerləşdiyi Nyu-York beynəlxalq diplomatiya mərkəzlərindən biri və qlobal investorlar üçün etibarlı sığınacaqdır. Nyu-York bəzən dünyanın paytaxtı kimi təsvir edilir. Dünyanın ən böyük limanlarından birində yerləşən və sahəsinin 36,4%-i su ilə əhatələnmiş Nyu-York şəhəri beş borodan ibarətdir.
Nyu York
Nyu-York (ing. New York; New York City) qısa adı ilə NYC — Nyu-York ştatında yerləşən Amerika Birləşmiş Ştatlarının əhalisinin sayına görə ən böyük şəhəri. Şəhərin ərazisi 778,2 km², əhalisi isə 2020-ci ilin siyahıyaalması ilə 8.804.190 nəfərdir. Nyu-York ştatının cənubunda yerləşən şəhər Nyu-York aqlomerasiya regionunun mərkəzidir, həmçinin ərazisinə görə dünyanın ən böyük aqlomerasiya regionudur. 2020-ci ilin statistikasına əsasən şəhər 20 milyondan çox əhali ilə həm də dünyanın ən sıx məskunlaşılan meqapolislərindən biridir. Nyu-York dünyanın mədəni, maliyyə və media mərkəzi kimi təsvir edilmişdir və ticarət, əyləncə, tədqiqat, texnologiya, təhsil, siyasət, turizm, yemək, incəsənət, dəb və idman sahələrində yer alır. Dünyanın ən çox fotoşəkil çəkilən şəhəridir. Birləşmiş Millətlər Təşkilatının Baş Qərərgahının yerləşdiyi Nyu-York beynəlxalq diplomatiya mərkəzlərindən biri və qlobal investorlar üçün etibarlı sığınacaqdır. Nyu-York bəzən dünyanın paytaxtı kimi təsvir edilir. Dünyanın ən böyük limanlarından birində yerləşən və sahəsinin 36,4%-i su ilə əhatələnmiş Nyu-York şəhəri beş borodan ibarətdir.
York Universiteti
York Universiteti (fr. Université York) — həmçinin YorkU və ya sadəcə YU kimi tanınan, Kanadanın Ontario əyalətinin Toronto şəhərində ictimai tədqiqat universiteti. Təxminən 55,700 tələbə, 7,000 müəllim və işçi heyəti və 370,000-dən çox məzuna malikdir. Onun 11 fakültəsi, o cümlədən Lassonde Mühəndislik Məktəbi, Şuliç Biznes Məktəbi, Osgoode Hall Hüquq Məktəbi, Qlendon Kolleci və 28 tədqiqat mərkəzi var. York Universiteti 1959-cu ildə York Universiteti Aktı ilə məzhəb olmayan bir qurum olaraq qurulmuşdur və həmin il martın 26-da Ontario Qanunvericilik Assambleyasında kralın razılığı ilə qəbul edilib. İlk mühazirə 1960-cı ilin sentyabrında Toronto Universitetinin kampusundakı Falconer Hall-da cəmi 76 tələbə ilə keçirilib. 1961-ci ilin payızında York, U of T-dən icarəyə götürülmüş ilk kampusuna, Glendon Kollecinə köçdü və liberal sənətləri və böyüklər üçün part-time təhsili önə çıxardı. Universitet 1965-ci ildə Nort Yorkda, hazırda York Universiteti Heights adlanan məhəllə icması daxilində Keele Kampusu adlı ikinci kampus açdı.
York burnu
York burnu (Avstraliya)
York dairəsi
York dairəsi və ya York County ABŞ-nin Pennsylvania əyalətində yerləşən bir distriktdir. Rayonun əhalisi 2010-cu il siyahıyaalma nəticələrinə görə 434 972 nəfərdir. Bu dairə 19 avqust 1749-cu ildə Lancaster dairəsinin tərkibində yaradılmışdır. Bu dairənin adı İngiltərənin York şəhərindən gəlir.
York hersoqu
York hersoqu (ing. Duke of York) — Birləşmiş Krallığın monarxial strukturunda olan əsilzadə ünvanlarından biri. XV əsrdən etibarən bu ünvan ənənəvi olaraq, İngiltərə (daha sonra Britaniya) monarxlarının ikinci oğul övladına verilir. Bu ünvan Şotlandiya krallığının monarxial strukturundakı Albani hersoqu ünvanı ilə ekvivalentlik təşkil edir. İngiltərə və Şotlandiya krallıqlarının 1707-ci ildə birləşməsinin ardından bu 2 ünvan bir müddət birlikdə verilsə də, York və Albani hersoqu ünvanı yalnız 3 dəfə yaradıldı. Ünvan İngiltərə tarixində ümumilikdə 8 dəfə yaradıldı. Hal-hazırda ünvanın sahibi Birləşmiş Krallığın kraliçası II Elizabetin ikinci oğlu Şahzadə Endryudur. Ancaq hersoqun hal-hazırda yalnız 2 qız övladı var və evliliyi 1996-cı ildə xanımından boşanması ilə baş çatmışdır. Bu səbəblə, hersoqun yenidən evlənib oğul övladının dünyaya gəlməməsi halında, York hersoqu ünvanı onun vəfatının ardından yenidən ləğv ediləcək. İlk verildiyi Edmond Lanqli istisna olmaqla, York hersoqu olan şəxslər ya taxta çıxaraq bu ünvanı səltənətlə birləşdirmiş, ya da oğul varisi olmadan vəfat etmişdir.
York sülaləsi
York sülaləsi (ing. House of York) — İngiltərənin məşhur kral ailəsi olan Plantagenetlərin alt qolu. Bu ailəyə mənsub 3 şəxs (IV Eduard, V Eduard, III Riçard) XV əsrin ikinci yarısında İngiltərə taxtına oturmuşdur. Ailənin mənşəyi İngiltərə kralı III Eduardın dördüncü oğlu York hersoqu Edmond Lanqlinin oğul şəcərəsindən qaynaqlanır. Sonrakı illərdə bu ailənin varisinin (Konisburqlu Riçard) III Eduardın ikinci oğlu Klarens hersoqu Lionelin varisi (Anna Mortimer) ilə evlənməsi, York ailəsinin taxt üzərindəki iddialarını daha da gücləndirdi. Ailənin İngiltərə taxtındakı son nümayəndəsi olan III Riçard 1485-ci ildə Bosvort döyüşündə həlak oldu və taxt Tüdor ailəsinin əlinə keçdi. Ailənin oğul şəcərəsindən gələn sonuncu nümayəndəsi 17. Vorvik lordu Eduard Plantagenet isə 1499-cu ildə edam edildi və beləcə ailənin soyu kəsildi. 1. Kembric qrafı və 1.
York yarımadası
York yarımadası (ing. Yorke Peninsula) — Avstraliyanın cənubunda yerləşən yarımada. Ölkənin ayrıca bir regionu. Spenser və Sent Vinset körfəzləri arasında yerləşir. York yarımadası Cənubi Avstraliya ştatının ərazisində yerləşir. Adelaida şəhərindən 150 km aralıda qərarlaşır. Səmadan çəkməni xatırladır. Bu baxımdan Apennin yarımadasına bənzəyir. Qərbdən Spenser körfəzi, şərqdən isə Sent Vinset körfəzi ilə əhatələnir. Müvafiq olaraq Eyr və Fleurieu yarımadalarından ayrılır.
Nort York
Nort York — keçmiş qəsəbə və şəhər, hal-hazırda isə Kanadanın Ontario əyalətinin Toronto şəhərinin altı inzibati rayonundan biridir. O, Torontonun şimal bölgəsində, mərkəzi Yanq-strit ətrafında, Ontario şossesi 401-in şimalında yerləşir. Şimaldan Stils prospektində York bölgəsi ilə, qərbdə Hamber çayı ilə, şərqdə isə Viktoriya Park prospekti ilə həmsərhəddir. Onun cənub sərhədi keçmiş Toronto bələdiyyələrinin şimal sərhədlərinə uyğundur: York, Qədim Toronto və Şərqi York. 2016-cı il siyahıyaalınmasına görə rayonun 644,685 nəfər əhalisi var. Nort York, 1922-ci ildə köhnə York qəsəbəsinin şimal hissəsindən, Qədim Torontonun qərb sərhədi boyunca yerləşən bir qəsəbə olaraq yaradılmışdır.
York Kolleci
York Kolleci — 1999-cu ildə İngiltərənin York şəhərində yaradılmış ali təhsil kolleci. Kollec 1999-cu ildə York Kolleci ilə əvvəllər York İncəsənət və Texnologiya Kolleci kimi tanınan York Əlavə və Ali Təhsil Kollecinin birləşməsi nəticəsində yaradılmışdır. Keçmiş kolleci 60 milyon funt sterlinq dəyərində yenidən qurulması 2005-ci ildə başladı və hazırkı kampus 2007-ci ilin sentyabrında açıldı. Layihə üçün 21 milyon funt sterlinq ayırdı 2015-ci ilin sentyabr ayında York Kolleci əsas kampusununda Memarlıq və Tikinti bölməsinin binasını açdı. Bina rəsmi olaraq 14 mart 2016-cı ildə Nik Boles tərəfindən açılmışdır. York Kolleci Kommersiya, Peşə, Ali təhsil və Təlim kursları təklif edir. Bu, York Universitetinin əlaqəli kollecidir. Kollecdə 8000-dən çox tələbə təhsil alır. 2012-ci ilin aprelində York Kolleci və York St. Con Universiteti tələbələr üçün “imkanları maksimuma çatdırmaq” bakalavr dərəcəsindən aspirantura səviyyəsinə qədər aydın inkişaf marşrutu təmin etmək məqsədilə tərəfdaşlıq qurdular.
Say
Say bir rəqəmi ifadə edən simvol ya da rəqəmlər yaxud simvollar qrupudur. Bu mənalara gələ bilər: Say sistemləri Say (qrammatika) Say — rəqəm.
Soy
Soylar — nəsillər, familiyalar. Sosial həyatın ən mühüm anlayışlarından biri. O, sinfi cəmiyyətə qədərki dövrün əsas ictimai-iqtisadi hüceyrəsidir. Nəsil öz mənşəyini vahid bir əcdaddan götürən qan qohumlarının ittifaqıdır. Antik dünyada nəsil sözünə "gens" anlayışı uyğun gəldiyindən kentil quruluş, kentil təşkilat terminlərindən də istifadə olunur. Ana nəsli – ana xətti ilə qohum olan qan qohumlarının ittifaqıdır. Ata nəsli – isə ata xətti ilə qohum olan qan qohumlarının ittifaqıdır. Qərbi Avropa ədəbiyyatında "klan" termini ata nəsli termini ilə sinonim sayılır. Məsələn, Şotlandiyada ata nəsli quruluşu klan quruluşu kimi xarakterizə olunur. Nəsli ağsaqqallar idarə edirdilər.
THY
Türk Hava Yolları (qısaca: THY) — Türkiyə Respublikasında fəaliyyət göstərən beynəlxalq hava yolları şirkəti. Mərkəzi İstanbul hava limanıdır. 20 may 1933-cü ildə qurulub.
Ağayevlər (soy)
Ağayevlər — Azərbaycanın tanınmış soylarından biri. Qarabağ xanlığı qurulandan sоnra Ağcabədi kəndi Kəbirli mahalının tərkibinə qatıldı. Kənd xan tərəfindən Əliqulu ağa Əmir оğlunun törəməsinə tiyul verildi. Əliqulu ağanın оğlu Hacı Aslan bəyin yükdə gəbəsi tavana çatar, qaytabanda dəvəsi qatardı. Sürüsü dağ dоlandırardı, naxırı оtlaq. Əliqulu ağanın törəmələri Ağayev sоyadını daşıyırlar. Əliqulu ağa varından оğlu Hacı Əlirza bəyə saxlamağa dövlət, paylamağa xələt ayırmışdı. Hacı Əlirza bəy İbrahimxəlil xan Sarıcalı-Cavanşirin yaxın adamlarından sayılırdı. Hacı Əlirza bəyin Nağı bəy, Tağı bəy, Ağarza bəy, Əmir ağa və Aslan ağa adlı оğulları vardı. Nəsir bəy Ağayev — Qarabağ bəyi, çar məmuru, şair.
Boro (Nyu-York)
Boro (ing. Borough) — Nyu-Yorkun inzibati vahidləri. Şəhərin beş inzibati vahidi var: Manhetten, Bruklin, Kuins, Bronks, Staten-Aylend. Hər bir inzibati vahidi öz seçdiyi prezident idarə edir.
Edmund Börk
Edmund Börk (12 yanvar 1729[…], Dublin – 9 iyul 1797[…]) — Böyük Britaniya filosofu. Britaniya mühafizəkarlığının banisi irland protestantı Edmund Börk (1729–1797) hesab olunur. Mahir polemikaçı, filosof və siyasi xadim Börk 1776-cı ildə parlamentə seçilir və görkəmli natiq və erudit kimi şöhrət qazanır. Börk parlamentdə köləliyin və kölə alverinin ləğvi uğrunda mübarizə aparır, Amerika kolonistlərinin və bir az əvvəl zəbt edilmiş Hindistanın əhalisinin müdafiəsi üçün çıxış edir. Viqlər Partiyasının əqi dəli üzvü olan Börk xalq idarəçiliyi və insan hüquqları konsepsiyasına skeptik münasibətinin nəticəsi olaraq sonralar torilik ideologiyasının əsasını təşkil etmiş öz ideya və baxışlarının kompleksini irəli sürür. Fransa inqilabının və hər bir inqilab kimi onun gətirdiyi qarışıqlıqların şahidi olan Börk özünün "Fransada inqilab haqqında düşüncələr" kitabında belə bir mövqedən çıxış edir ki, insan öz taleyini həll etmək hüququnu dövlətə verməlidir, dövlət isə insanların qayğısına qalmalıdır. Börk həmçinin hesab edirdi ki, dövlət insanların iradəsindən nə qədər az asılı olsa, bir o qədər yaxşıdır. Börkün nəzəriyyəsi "Fransada inqilab haqqında düşüncələr" (Reflections on the Revolution in France, 1790) çox vədə verən Fransa inqilabına və zəkanın Maarifçi filosoflar tərəfindən yüksəklərə qaldırılmasına qarşı reaksiya kimi meydana gəldi. Maarifçilik dövrünün adamları zəkanı ənənələrdən, tarixdənkənar anlaşılan fərdi isə birlikdən üstün tuturdular. Börk bunların yerini dəyişdi: ənənə ayrı-ayrı intellektualların yaratdıqları nəzəriyyədən daha aqildir.
Fort-Corc (Nyu-York)
Fort-Corc (ing. Fort George) — indiki Nyu-York ştatında mövcud olmuş beş qalanın adı. İlk Fort-Corc 1626-cı ildə Niderlandın Yeni Amsterdam koloniyasında tikilmiş və Fort-Amsterdam adlandırılmışdır. Britaniya ordusu 1664-cü ildə onun adını Fort-Ceyms adlandırmışdır. 1673-cü ildən 1674-cü ilə qədər qısa müddətə Hollandiyalılar tərəfindən Fort-Villem Hendrik kimi yenidən tutulmuşdur. Britaniyalılar onu 1691-ci ildə Fort-Vilyam Henri, 1703-cü ildə Fort-Enn və ya Kraliça qalası, nəhayət 1714-cü ildə Fort-Corc adlandırmışdılar. Şimal tərəfindəki qalalar 1776-cı ildə ABŞ İstiqlal müharibəsində amerikalılar tərəfindən dağıdıldı və nəhayət 1790-cı ildə sökülmüşdür. İkinci Fort-Corc 1755-ci ildə Nyu-Yorkun Osveqo şəhərində britaniyalılar tərəfindən tikilmiş, lakin 1756-cı ildə Fransa komandiri Lui-Jozef de Monkalm tərəfindən dağıdılmışdır. Üçüncü Fort-Corc 1755-ci ildə Nyu-Yorkun Leyk-Corc gölündə inşa edilmişdir. 1777-ci ildə dağıdılmış və 1780-ci ildə tərk edilmişdir.
Bora-Bora
Bora-Bora adası - Sakit Okeanda Fransanın xarici ümumiliyində adadır. Ada təxminən 230 kilometr şimal-qərbi, laqun ilə və maneəli mərcan rifinin əhatə edilir. Adanın mərkəzində iki pikə, Pahia iki Dayağına və Otemanu-ya, 727 metrdə ən yüksək nöqtəyə qalxan nəsli kəsilmiş vulkanın qalıqlarıdır. Taiti dildə adanın orijinal adı Pora Pora kimi daha yaxşı verilə bilər, "Əvvəl Apardı" bildirərək ; erkən transkripsiya 18-cidə tapdı və 19-cu əsr hesabları, Bolabolla-dır və ya Bollabolla-dır. Əsas tənzimləmə , Vaitape adanın qərbi tərəfindədirlər, əsas kanalın qarşısında laquna. Adanın məhsulları əsasən məhdudlaşdırılır, nə tarixən olan kopra üçün iqtisadi əhəmiyyətdən dənizdən və hindqozu ağaclardan əldə edilə bilər. 2007 avqust siyahıyaalması ərzində, adada əhali təxminən 8 880 əhali var idi.
Devid Uork Qriffit
David Llewelyn Wark Griffith (22 yanvar 1875[…], La-Qreynj[d], Kentukki – 23 iyul 1948[…], Hollivud, Kaliforniya) Akademiya Mükafatına layiq görülmüş Amerika kinorejissoru idi. O, 1915-ci ildə çəkdiyi və kinematoqrafik şücaətinə görə bəyənilən və eyni zamanda bütün zamanların ən mübahisəli filmlərindən biri olan və "Bir millətin doğulması" filmi ilə tanınır. David Wark Griffith (1875–1948), jurnalist, teatr tənqidçisi, teatr aktyoru kimi müxtəlif işlərdə çalışdıqdan və tamaşaçılar tərəfindən maraqla qarşılanmayan "The Fool and The Girl" ("Axmaq və Qız", yaxud "Çılğın və Qız") adlı komediya yazdıqdan sonra Biograph Production House adlı studiyaya daxil olan və filmlərə rejissorluq etməyə başlayan cənublu bir zabitin oğlu olub, qeyri-adi intuisiyası və nadir məharəti ilə yalnız istehlak mallarının istehsalı ilə məşğul olan kinonu müstəqil ifadə vasitəsinə, şəxsi baxışın ifadəsi üçün müvafiq olan yeni bədii dilə çevirməyə müvəffəq olmuşdur. Dostu ilə ilk dəfə kinoya getdiyi zaman kinonu çox darıxdırıcı görmüş və "belə bir şoudan zövq alan hər kəsi səhər tezdən güllələmək lazımdır" demişdir, lakin Nyu-Yorkda işsiz qalandan sonra o, Edison və Bioqraf şirkətlərinə film mövzularını tövsiyə etməyə başlamışdır. 15 il nümayiş etdirilmiş və Qriffitin şah əsəri sayılan "Bir millətin doğulması" filmi Tomas Diksonun həm roman, həm də pyes kimi yazdığı "The Clansmen" əsərindən uyğunlaşdırılmışdır. Hətta prezident Uilson üçün belə Ağ Evdə filmi xüsusi olaraq nümayiş etdirmişdirlər və o filmi "videoya çəkilmiş tarix" kimi təsvir edərək filmi çox yüksək səviyyədə qiymətləndirilmişdir. Məşhur Variety jurnalında da "Qriffitin iki dollarlıq filmi kino sənayesinə həyəcan gətirdi" başlığı ilə bir məqalə çap olunmuşdur. Bir Millətin Doğulması öz istehsalçılarına öz dövrünə görə inanılmaz sayılacaq bir miqdarda, iyirmi milyon dollar gəlir qazandırmışdır. Bir Millətin Doğulması xüsusi ilə Atlanta yanğını, Peterburq müharibəsi, ağdərili qadının zorlanması və Linkolnun qətli kimi səhnələrin yer aldığı kino tarixinin əsas filmlərindən biridir. "Bir Millətin Doğulması" əsərindən sonra, qismən də ona ünvanlanan tənqidlərə cavab vermək üçün Qriffit tarix boyu dözümsüzlük anlayışından bəhs edən dörd hissədən ibarət Intolerance ("Dözümsüzlük") (1916) əsərini çəkmişdir.