Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Xankişi Xankişiyev
Xankişiyev Xankişi Səməd oğlu — "Tərəqqi" medalı laureatı, Azərbaycan Dövlət İqtisad Universitetinin "İqtisadi nəzəriyyə” kafedrasında dosent,iqtisad elmləri namizədi. Xankişi Xankişiyev 28 aprel 1952-ci ildə Sabirabad şəhərində anadan olub. 1959-cu ildən 1969-cu ilədək orta məktəbdə oxuyub. 1969-cu ildə D.Bünyadzadə adına Xalq Təsərrüfatı İnstitutunun (indiki İqtisad Universiteti) Ümumiqtisad fakultəsinə daxil olub. 1974-cü ildə həmin institutu bitirərək iqtisadçı, siyasi iqtisad müəllimi ixtisası alıb. 1974-cü ilin noyabrından 1975-ci ilin noyabrınadək ordu sıralarında hərbi xidmətdə olub. 1978-1982-ci illərdə Bakı Dövlət Universitetində siyasi iqtisad ixtisası üzrə qiyabi aspiranturada oxuyub. 1987-ci ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetində siyasi iqtisad ixtisası üzrə namizədlik dissertasiyası müdafiə edib iqtisad elmləri namizədi elmi dərəcəsini alıb. 1988-ci ildə dosent elmi adı alıb. 1974-1988-ci illərdə D.Bünyadzadə adına Azərbaycan Xalq təsərrüfatı İnstitutunda Siyasi iqtisad kafedrasında laborant, baş laborant, kabinet müdiri, müəllim və baş müəllim vəzifələrində çalışıb.
Nil xanısı
Nil xanısı, ( Latinca: Lates niloticus) Xanıkimilər dəstəsinin Latidae fəsiləsinə aid balıq növü. Xüsusilə Nil çayı və Nil hövzəsindəki göllərdə, həmçinin Volta çayı, Seneqal çayı, Çad gölü və Viktoriya gölü kimi digər Afrika çay və göllərində yayılmışdır. Nil xanısının orta ölçüləri — uzunluğu 45-65 sm, çəkisi 10-20 kq-dır. Maksimum uzunluğu 200 sm, çəkisi isə 200 kq ola bilir. Bədəninin rəngi adətən gümüşü boz olur və beli uzunu gümüşü mavi rəngli zolaqlar keçir. Yırtıcı balıq olan Nil xanısı, kiçik balıqlar və xərçəngkimilərlə qidalanır. Yetkin Nil xanıları suyun dərinliklərində üzməyi seçdikləri halda, balacalar daha çox suyun dayaz yerlərində üzürlər. Bəzi xanıkimilərdə olduğu kimi Nil xanısının da qəlsəmə qapağında iti bir sümük çıxıntısı var. Həmçinin bu çıxıntılara gözləri və qəlsəmələri arasında da rast gəlmək olar. Onlar kiçik və tikan şəklindədirlər.
Çay xanısı
Çay xanısı (lat. Perca fluviatilis) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin xanıkimilər dəstəsinin xanılar fəsiləsinin xanı cinsinə aid heyvan növü. Koladan Kolımayadək Şimal Buzlu okeanın çaylarında, Baltik, Qara, Azov, Xəzər və Aral dənizləri hövzələrində, Baykal gölündə yayılmışdır. Xəzərdə bütün çayların aşağı axarlarında, az miqdarda onların mənsəb hissələrində qeydə alınır. Azərbaycanda Küryanı göllərdə, Dəvəçi limanında, bəzən Samurçaydan Bakıya qədər dənizin sahil zonasında yaşayır. Kiçik körfəzdə nisbətən çoxsaylıdır. Qumbaşı çayında belə qeydə alınır. DXIII–XV, I-III 13-14, A II 8-9, fəqərələrin sayı 41, birinci qəlsəmə qövsünün alt şəxəsindəki dişcikləri sayı 15-20-dir. Pulcuqları ktenoiddir, başının örtük sümükləri üzərində sikloid pulcuqlar da olur. Yanaqları pulcuqlarla örtülüdür, buradakı eninə pulcuq sıralarının sayı 20-dən 23-ə qədərdir.