Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Xarab qan insidenti
Xarab qan insidenti (ing. Corrupted Blood incident) və ya World of Warcraft pandemiyası – 13 sentyabr 2005-ci ildə "World of Warcraft" onlayn video oyununda başlayan virtual pandemiya. Pandemiya Zul'Qurub adlı yeni basqının və Ruhsoyan Hakkar adlı bosun oyuna gəlməsindən son başlamışdır. Hakkar onunla döyüşən oyunçulara "Xarab qan" adlı yoluxucu və öldürücü debaff sehri tətbiq edirdi. "Xarab qan" effekti oyunda ancaq bir neçə saniyə çəkməli və Zul'Qurubun bölgəsində davam etməli idi, lakin proqramlaşdırma diqqətsizliyi ucbatından bu yoluxucu debaff bütün "World of Warcraft" dünyasında oyunçular arasında yayılmağa başlamış və virtual pandemiyaya çevrilmişdir. "Xarab qan" aşağı səviyyəli oyunçuları dərhal öldürdüyü üçün oyunun normal geympleyi dəyişmişdir. Belə ki, oyunçular infeksiyadan qorunmaq üçün oyunçuların kütləvi toplaşdığı yerlərdən uzaq durmağa başlamışdırlar. Proqramlaşdırma karantinalarına və oyunçuların oyundakı şəhərləri tərk etmələrinə baxmayaraq pandemiya 1 ay davam etmişdir. Nəhayət tətbiq edilən yeniləmələrdən sonra pandemiya sona çatmışdır. Hadisənin səbəb olduğu vəziyyət və reaksiyalar epidemioloqların diqqətini cəlb etmiş, real həyatda baş verə biləcək mümkün pandemiyalar üçün araşdırma mövzusu olmuşdur.
Darab
Darab — İranın Fars ostanınında şəhərlər və Darab şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 54,513 nəfər və ya 13,279 ailədən ibarət idi.Əhalisinin əksəriyyəti baharlı və inanlı ellərindən ibarətdir, fars dilində danışırlar və şiə müsəlmandırlar.
Sarab
Sərab – İranın Şərqi Azərbaycan ostanında qədim şəhərlərdən biridir. Bu şəhərin təbii-coğrafi şəraitinin əlverişli olması, onun Yaxın və Orta Şərqin ən işlək ticarət yolunun üstündə yerləşməsi qədim dövrlərdən etibarən bu şəhərin iqtisadiyyatına mühüm təsir göstərmişdir. == Etimologiyası == Bəzi mənbələrə əsasən Sərab fars dilində "suyun başı (mənbəyi)" deməkdir. Ehtimal ki, vilayətin mərkəzi Heydərxan və Tacyar çaylarının mənbəyində yerləşdiyinə görə vilayət və şəhər bu adı almışdır. "Sərab" sözünün farsca digər mənası da "miraj, ilğım"dır.Bir sıra müəlliflər, o cümlədən Beryozin şəhərin və vilayətin adını "Serah" (se - üç, rah - yol) kimi qeyd etmişlər. Ərdəbil, Təbriz və Tehrana gedən yollar üzərində yerləşən Sərab vilayətinin etimologiyasının bu amilə əsaslanması əksər tədqiqatçılar tərəfindən də qəbul olunur. Sərab adının etimologiyası haqqında İran tarixçisi R.Hüveyda yazırdı: "Müasir Sərab məfhumunun qədim forması Sərat, Sərav və yaxud Səro olmuşdur." Hüveyda hər cəhdlə Sərab adını iran dilləri əsasında izah etməyə çalışmışdır. X əsrdə yazılmış və müəllifi məlum olmayan Hüdud əl-aləm "Minəl məşrie iləl məğrib" əsərində şəhərin adı Sərav kimi verilmişdir. Bu əsərdə Sərabın sıx əhaliyə və bol nemətlərə malik olması göstərilir. İstəxrinin coğrafi xəritəsində bu şəhərin adı Sərah, Yaqut Həməvidə Sərav kimi göstərilmişdir.
Xaraba
Xaraba Gilan (film, 1991)
Xaran
Xaran (urdu خاران) — səhra Pakistanın Bəlucistan vilayətinin Xaran dairəsi ərazisinə daxildir. Dyunlarla zəngin olan səhrada daim hərəkət edirlər. Burada dyunların hündürlüyü 15-30 metr təşkil edir. Səhra Elburs silsiləsi ilə əhatələnir. Şimal hissədə səhranın hündürlüyü 1000 m, cənub-şərqdə isə 250 metrdir. Orta illik yağıntının miqdarı 100 mm azdır. Xaran səhrasında 28 may 1998-ci ildə Pakistan tərəfindən Atom sınağı həyata keçirilmişdir.
Abbasabad (Sarab)
Abbasabad (fars. عباس اباد‎) — İranın Şərqi Azərbaycan ostanının Sərab şəhristanı ərazisinə daxil olan kənd. Əbərqan kəndistanı ərazisinə daxil olan kənd, Sərab şəhərindən 37 km qərbdə, Sərab-Təbriz avtomobil yolunun 10 km-liyində qərarlaşır. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 36 nəfər yaşayır (9 ailə).
Darab şəhristanı
Darab şəhristanı — İranın Fars ostanının şəhristanlarından biridir. Şəhristanın inzibati mərkəzi Darab şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 172,938 nəfər və 39,955 ailədən ibarət idi.
Harab (Bostanabad)
Harab (fars. هراب‎) — İranın Şərqi Azərbaycan ostanının Bostanabad şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 276 nəfər yaşayır (68 ailə).
Narab (Sərab)
Narab (fars. ناراب‎) - İranın Şərqi Azərbaycan ostanının Sərab şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 175 nəfər yaşayır (35 ailə).
Sarab Dövrə
Sarab Dövrə-İranın Luristan ostanının şəhərlərindən və Dövrə şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 1,312 nəfər və 326 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti Çegeni elindən ibarətdir, lur dilində danışırlar və şiə müsəlmandırlar.Çegeni elindən əlavə ləklərdə bu şəhərdə yaşayırlar.
Sarab Şəhristanı
Sərab şəhristanı (fars. شهرستان سراب‎) — İranın Şərqi Azərbaycan ostanının 21 şəhristanından biri və bu ostanda inzibati ərazi vahidi. Sərab Şərqi Azərbaycanın cənub-şərq bölgəsində yerləşir. Bu şəhristan Bozquş və Savalan dağlarının arasında yerləşdiyi üçün soyuq hava şəraitinə malikdir. Cənubi Azərbaycanın bir bölgəsi olaraq şəhərin əhalisi azərbaycanlılardan ibarətdir və Azərbaycan türkcəsində danışır.
Xaraba Gilan
Kiran, Gilan və ya Giran — Ordubad rayonunun Kələntər Dizə kəndi yaxınlığında yerləşən orta əsrlərə aid şəhər. Şəhərin xarabalıqları elmi ədəbiyyatda Xarabagilan adı ilə tanınır. Mənbələrin məlumatına görə, Xarabagilan abidəsinin yerləşdiyi ərazi ən qədim dövrdə Urartu, Midiya, Atropatena, Böyük Ermənistan və Qafqaz Albaniyasının tərkibinə daxil olmuşdur. Xarabagilan ərazisində yaşayışın nə vaxtdan başlaması dəqiq olmasa da, abidə yaxınlığında yerləşən Muncuqlutəpə nekropolu e.ə. IX–IV əsrlərə aid edilmişdir. Naxçıvan ərazisindəki ən əhəmiyyətli orta əsr arxeoloji abidələrindən biri olan Xarabagilanın tədqiqinə XIX əsrin sonlarından başlanılmışdır.1896-cı ildə Xarabagilanı ziyarət etmiş arxeoloq Karl Dumberq, abidə ərazisindən ərəb yazılı iki daş plitəni Qafqaz muzeyinə (hazırda Gürcüstan Milli Muzeyi) aparmışdır. XX əsrin əvvəllərində E. Lalayan Xarabagilan ərazisində qısa tədqiqat işləri aparır. "Moskva arxologiya cəmiyyətinin Qafqaz bölməsinin Xəbərləri"ndə Lalayan tərəfindən tərtib edilmiş alboma çoxlu sayda üzəri yazılı məzar daşları və Xarabagilan şəhərinin xarabalıqlarının fotolarının daxil edilməsi haqqında məlumat verilir. Xarabagilan ərazisində ilk arxeoloji tədqiqatlar 1913-cü ildə Moskva arxologiya cəmiyyətinin Qafqaz bölməsinin üzvü S. V. Ter-Avetisyan tərəfindən aparılmışdır. 1926-cı ildə V. M. Sısoyev Xarabagilanda yoxlanış qazıntılarına başlayır.
Xaraba karvansara
Orta əsrlər zamanı Naxçıvan bölgəsində fəaliyyət göstərən tanınmış karvansaralardan biri də hazırda Kəngərli rayonunun Xok kəndi yaxınlığında qalıqları qalan karvansaradır. Yerli əhali tərəfindən qalıqlarına əsasən “Xaraba karvansara” adlandırılan bu abidənin sahəsi 2 hektara yaxındır. Karvansaranın yerində xeyli kərpic qalıqlarına rast gəlinir. Bu qalıqlara əsasən demək olar ki, vaxtilə burada olan tikintilərin inşasında bişmiş kərpicdən geniş istifadə olunmuşdur. Hazırda tikintilərin yerində dördkünc formalı çalalar və kərpic təpəcikləri qalmışdır. Tikinti qalıqlarına əsasən karvansara kompleksinə daxil olan binaların bir-birinə bitişik yerləşdirilmiş, dörd¬künc formalı tikililərdən ibarət olduğunu demək olar.Karvansara ərazisindən əldə olunan yerüstü arxeoloji materiallar başlıca olaraq çəhrayı rəngli şirsiz və şirli keramika məmulatlarından ibarətdir. Aşkar olunan yerüstü keramika məmulatı başlıca olaraq Son Orta əsrlər dövrü üçün xarakterikdir. Arxeoloji materiallara əsasən karvansaranın qalıqlarını XIV-XVIII əsrlərə aid etmək olar.
Xaran (şəhər)
Xaran (şəhər) — Bəlucistan əyalətinin Xaran rayonunda şəhər..Xaran səhrasında yerləşir.
Xaran rayonu
Xaran rayonu — Pakistanın Bəlucistan əyalətində şəhər.Əsası 15 mart, 1952-ci ildə qoyulub.
Xaran səhrası
Xaran (urdu خاران) — səhra Pakistanın Bəlucistan vilayətinin Xaran dairəsi ərazisinə daxildir. Dyunlarla zəngin olan səhrada daim hərəkət edirlər. Burada dyunların hündürlüyü 15-30 metr təşkil edir. Səhra Elburs silsiləsi ilə əhatələnir. Şimal hissədə səhranın hündürlüyü 1000 m, cənub-şərqdə isə 250 metrdir. Orta illik yağıntının miqdarı 100 mm azdır. Xaran səhrasında 28 may 1998-ci ildə Pakistan tərəfindən Atom sınağı həyata keçirilmişdir.
Xara yosunları
Charophyta (lat. Charophyta) — Hazırda 300 növü məlumdur. Xəzər dənizində xaraların 10 növü məlumdur. Onlar dənizin dayaz yerlərində əsasən dalğalardan qorunan körfəzlərdə yayılmışdır.
Xaraba Gilan (1991)
== Məzmun == Film vaxtilə Azərbaycanın inkişaf etmiş şəhərlərindən olan, indi ölü şəhər adlandırılan Gilan xarabalıqları haqqındadır. == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: Zaur Məhərrəmov Ssenari müəllifi: Zaur Məhərrəmov Operator: Zaur Məhərrəmov Səs operatoru: Şamil Kərimov == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 356.
Xaraba Çölarx (Bicar)
Xaraba Çöl Arx (fars. خرابه چول ارخ‎) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 170 nəfər yaşayır (39 ailə). Əhalisini azərbaycan türkləri təşkil edir.
Yuxarı Xatab (Marağa)
Yuxarı Xatab (fars. خطب سفلي‎) — İranın Şərqi Azərbaycan ostanının Marağa şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 167 nəfər yaşayır (39 ailə).
Xara-Tumus yarımadası
Xara-Tumus yarımadası (rus. Полуостров Хара-Тумус) — Krasnoyarsk diyarı şimal-şərqində, Xatanqa körfəzi suları ilə əhatələnən yarımada. Cənub-şərqdən Saxanın Anabarski ulusu ilə sərhədlənir. Şərqində Nordvik buxtası yerləşir. İnzibati cəhətdən Krasnoyarsk diyarı ərazisinə daxil olsa da onunla quru əlaqəsi yoxdur.
Darab mirzə Qovanlı-Qacar
Darab mirzə Şahrux mirzə oğlu Qovanlı-Qacar (9 may 1869, Şuşa – 1930, Tehran) — Çar ordusunun polkovniki, Bəhmən mirzə Qovanlı-Qacarin nəvəsi. Xidmətdə olduğu illərdə "Müqəddəs Stanislav" ordeni, "Müqəddəs Anna" ordeni, "Şiri-Xurşid" ordeni və I Dünya Müharibəsində göstərdiyi şücaətə görə Georgi silahı ilə təltif edilib. == Həyatı == Darab Mirzə Şahrux Mirzə oğlu 9 may 1869-cu ildə Şuşa şəhərində andan olub. Bəzi mənbələrdə onun doğum tarixi 15 dekabr 1868-ci il, 9 mart 1869-cu il kimi də göstərilir. İbtidai təhsilini evdə aldıqdan sonra Tiflis kadet korpusunda oxuyub. Sonra Pavlov Hərbi məktəbində təhsilini davam etdirərək buranı I dərəcə ilə bitirib. Bundan başqa Atıcı zabit məktəbinin kazak bölməsində təhsil alıb. === Hərbi xidməti === 1889-cu il sentyabr 1-dən etibarən sıravi yunker kimi xidmətə başlayıb. 1890-cı il mayın 5-də unter zabit rütbəsi alıb. Məktəbi bitirdikdən sonra 1891-ci il avqustun 5-də xorunji rütbəsi alaraq, Kuban kazak ordusunun I Poltava atlı alayına təyinat alır.
Qarab-i Süfla (Miyanə)
Qarab-i Süfla (fars. قاراب سفلي‎) və ya Aşağı Qarab — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 39 nəfər yaşayır (16 ailə).
Qarab-i Ülya (Miyanə)
Qarab-i Ülya (fars. قاراب عليا‎) və ya Yuxarı Qarab— İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 125 nəfər yaşayır (33 ailə).
Qızılca-i Xarabə (Heris)
Qızılca-i Xarabə (fars. قزلجه خرابه‎) - İranın Şərqi Azərbaycan ostanının Heris şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 100 nəfər yaşayır (24 ailə).
Araba
Аrаbа – türk mənşəli söz оlub, qədim nəqliyyat vasitəsidir. == Ümumi məlumat == Kəndli təsərrüfаtındа аrаbаnın nəqliyyаt və dаşımа vаsitəsi kimi əvəzsiz rоlu оlmuşdur. Аrаbаyа qоşqu kimi işlədilən hеyvаn növlərindən аsılı оlаrаq аrаbаnın dа müхtəlif növləri hаzırlаnırdı: аt аrаbаsı, kəl аrаbаsı, öküz аrаbаsı, еşşək аrаbаsı. Аrаbаnın hаzırlаnmаsı хüsusi tехniki hаzırlığа mаlik ustаlаr tərəfindən icrа еdilirdi. Аrаbаyа lаzım оlаn hissələr хаrrаtlаr və dəmirçilər tərəfindən hаzırlаnır və sоnrа lаzımi qаydаdа qurаşdırmа işi аpаrılırdı. Аrаbа hissələrinin аdlаrı аşаğıdаkılаrdır: təkər, bаn, pər, kəmər, çərçivə, rеykа, sаmı, bоyunduruq, qоl, lаydır (çəmbər), ох, tоp, dislə, çumаçа. Аrаbа tək аt üçün hаzırlаndıqdа оnа qаrşı tərəfdən аt qоşmаq üçün iki qоl düzəldilir. Cüt qоşqu аrаbаlаrı təkqоllu оlub, аrаbаnın qаrşı tərəfindən оrtа hissəyə bərkidilir. Qоl аrаbаnın müхtəlif tərəflərə yönələ bilməsini təmin еtmək məqsədi ilə оnun ön hissəsinə birləşdirilmiş dişləyə bəndlənir. Dişlə türk mənşəli tuşlа sözündən оlub, аrаbаnın tuşlаnа biləcəyi istiqаməti ifаdə еdir.
Baraba
Baraba (tatar. Бараба, Baraba, Sibirtatarca: Бараба, Baraba) ― Rusiyanın Novosibirsk vilayətinə bağlı Baraba rayonunun mərkəzi olan şəhərdir. Şəhər, Baraba Çöllərindənda yer almaqdadır. sahəsi 69.48 km² olan şəhərin əhalisi 2010 ilə görə 30,394'dür.
Barak
Barak — Kişi adı. Bu adı olan tanınmışlarBarak Obama — ABŞ prezidenti.DigərBarak (mifologiya) — türk mifologiyasında müqəddəs it.
Cavab
Cavab — verilən suala və ya hər hansı hadisəyə qarşı göstərilən reaksiya. Cavab həmçinin qarşıya qoyulan sual və ya məsələ ilə bağlı müvafiq olaraq verilən məlumat da ola bilər. Cavab qısa və ya dolğun ola bilər. Hesab edilir ki, cavab verilən suala adekvat olmalıdır. == Suallara cavablar == Verilən suallara cavab "hə" və ya "yox" formasında ola bilər. Bəzi hallarda susmaq da cavab forması sayılır.
Corab
Corab, ayaqlara geyilən və tez-tez topuq və ya baldırın bir hissəsini örtən geyimdir. Ayaqqabı və ya çəkmələrin bəzi növləri adətən corabın üstündən geyilir. Qədim dövrlərdə corablar dəri və ya tutqun heyvan tükündən hazırlanırdı.
Daran
Daran — İranın İsfahan ostanının şəhərlərindən və Fəridən şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 18,930 nəfər və 4,763 ailədən ibarət idi. Əhalisi ustaclılar, qaşqaylar, bəxtiyarilər, gürcülər və ermənilərdən ibarətdir, fars dili, azərbaycan dili, gürcü dili, erməni dili, qaşqay dili və bəxtiyari dialekti bu şəhərdə danışılır. Əhalisinin əksəriyyəti şiə müsəlmandır,ermənilər xristiandırlar.
Faryab
Ənbərabad — İranın Kirman ostanının şəhərlərindən və Faryab şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 4,508 nəfər və 971 ailədən ibarət idi.
Gərab
Gərab (Luristan)