DARAB

əslən: su qapısı; suyun başlanğıcı.
DARA
DARƏB
OBASTAN VİKİ
Darab
Darab — İranın Fars ostanınında şəhərlər və Darab şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 54,513 nəfər və ya 13,279 ailədən ibarət idi.Əhalisinin əksəriyyəti baharlı və inanlı ellərindən ibarətdir, fars dilində danışırlar və şiə müsəlmandırlar.
Darab şəhristanı
Darab şəhristanı — İranın Fars ostanının şəhristanlarından biridir. Şəhristanın inzibati mərkəzi Darab şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 172,938 nəfər və 39,955 ailədən ibarət idi.
Darab mirzə Qovanlı-Qacar
Darab mirzə Şahrux mirzə oğlu Qovanlı-Qacar (9 may 1869, Şuşa – 1930, Tehran) — Çar ordusunun polkovniki, Bəhmən mirzə Qovanlı-Qacarin nəvəsi. Xidmətdə olduğu illərdə "Müqəddəs Stanislav" ordeni, "Müqəddəs Anna" ordeni, "Şiri-Xurşid" ordeni və I Dünya Müharibəsində göstərdiyi şücaətə görə Georgi silahı ilə təltif edilib. == Həyatı == Darab Mirzə Şahrux Mirzə oğlu 9 may 1869-cu ildə Şuşa şəhərində andan olub. Bəzi mənbələrdə onun doğum tarixi 15 dekabr 1868-ci il, 9 mart 1869-cu il kimi də göstərilir. İbtidai təhsilini evdə aldıqdan sonra Tiflis kadet korpusunda oxuyub. Sonra Pavlov Hərbi məktəbində təhsilini davam etdirərək buranı I dərəcə ilə bitirib. Bundan başqa Atıcı zabit məktəbinin kazak bölməsində təhsil alıb. === Hərbi xidməti === 1889-cu il sentyabr 1-dən etibarən sıravi yunker kimi xidmətə başlayıb. 1890-cı il mayın 5-də unter zabit rütbəsi alıb. Məktəbi bitirdikdən sonra 1891-ci il avqustun 5-də xorunji rütbəsi alaraq, Kuban kazak ordusunun I Poltava atlı alayına təyinat alır.
Darabaz (Zəngəzur)
Dərəbas — Yelizavetpol quberniyasının Zəngəzur qəzasında, indi Sisyan rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 29 km məsafədə yerləşir. Qafqazın 5 verstlik xəritəsində Dərəbaz formasında qeyd edilmişdir. Kəndin adı 844-cü ildən çəkilir. Toponim Azərbaycan dilində «iki dağ arasında çuxur» mənası bildirən dərə sözünə türk dillərində «dağın başı», «zirvə» mənasında işlənən bas sözünün birləşməsindən əmələ gəlmişdir. Orotoponimdir. Quruluşca mürəkkəb toponimdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 10.IX.1946-cı il fərmanı ilə adı dəyişdirilib Darbas (Darvaza) qoyulmuşdur. == Əhalisi == Ermənilər buraya 1828-29-cu illərdə Türkiyədən köçürüllərək yerləşdirilmişdir. Ermənilərlə yanaşı kənddə 1831-ci ildə 164 nəfər, 1873 - cü ildə 515 nəfər, 1886-cı ildə 553 nəfər, 1897-ci ildə 730 nəfər, 1908-ci ildə 440 nəfər azərbaycanlı yaşamışdır.
Pərvin Darabadi
Pərvin Darabadi — azərbaycanlı alim, tarix elmləri doktoru, Bakı Dövlət Universitetinin professoru. Hərbi-siyasi tarix, geosiyasət və konfliktologiyanın müxtəlif məsələlərinə dair 100-dən çox elmi, akademik-metodoloji və elmi-populyar əsərlərin müəllifidir.
Rza Darablı
Rza Darablı (orijinal adı: Rza Nəcəfəli (Nəcəfqulu) oğlu Hüseynov; 1883 – 23 mart 1942) — Azərbaycan aktyoru, rejissor, Azərbaycan SSR-in əməkdar artisti (1933). Rza Darablı 1883-cü ildə Bakıda doğulub. Əvvəlcə mədrəsədə, sonra türk-rus məktəbində təhsil alıb. Savadını ölkə xaricində ali məktəbdə davam etdirməyə çalışıb, lakin buna nail ola bilməyib. Mədəniyyətin müxtəlif sahələrinə maraq göstərib. 1911-ci ildən arasıra "Nicat" mədəni-maarif cəmiyyətinin truppasında epizodik, sözsüz surətlər oynayıb, üç il sonra isə müntəzəm şəkildə teatr tamaşalarında iştirak edib. Azərbaycanın ilk parodiyaçı aktyorlarından sayılır. Rza Darablı "Nicat", "Səfa", "Zülfüqar bəy və Üzeyir bəy Hacıbəyov qardaşlarının müdiriyyəti" truppalarında dram, faciə, komediya, opera və operetta tamaşalarında maraqlı rollar oynayıb. Üzeyir bəy Hacıbəyovun "Şah Abbas və Xurşid Banu" operasındakı Məstavər obrazının ifaçısı olub. 1919-cü ildən bugünkü Milli Dram Teatrının truppasında aparıcı aktyorlardan biri kimi çıxışlar edib.
Frenk Darabont
Frenk Arpad Darabont (28 yanvar 1959, Monbelyar[d], Du, Fransa) — amerikalı film rejissoru. O, üç dəfə "Oskar" və bir dəfə "Qızıl Qlobus" mükafatına namizəd olmuşdur. Karyerasına başladığı ilk vaxtlarda qorxu filmləri "Qarağac küçəsində qarabasma 3", "The Blob" və "The Fly II" üçün ssenari yazmışdır. Frenk ən çox yazıçı Stiven Kinqin əsərlərini ekranlaşdırması ilə tanınma qazanmışdır. O, Kinqin müəllifi olduğu romanları əsasında "Şouşenkdən qaçış", "Yaşıl mil" və "Duman" filmlərini çəkmişdir. Frenk həmçinin "Gəzən ölülər" teleserialının ilk mövsümünün rejissorluğunu etmişdir. == Həyatı == Frenk Darabont 1959-cu ildə Fransanın Monbelyar şəhərindəki qaçqın düşərgəsində anadan olub. Onun valideynləri 1956-cı ildə Macar inqilabından sonra uşaqları ilə birlikdə Fransaya üz tutmuşdur. Frenk körpə olarkən ailəsi ABŞ-ə köçüb. Onlar Əvvəlcə Çikaqoya, daha sonra isə Frenkin beş yaşı olarkən Los-Ancelesə köçdülər.