Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Ekosistemin qida xarakterinə görə quruluşu
Ekosistemdə canlılar qidalanma xüsusiyyətinə görə bu cür qruplaşırlar: Avtotrof canlılar (trofe-yem deməkdir) sərbəst qidalanan canlılardır. Onlar günəş enerjisindən və qeyri-üzvi birləşmələrdən oksidləşmə reaksiyası nəticəsində ayrılan enerjidən istifadə edib, ətraf mühitin mineral komponentləri (karbon qazı, birləşmə halında olan azot, kükürd və s.) hesabına öz hüceyrələrinin üzvü maddələrini sintez edir, yəni biokütləsini yaradırlar. Belə canlılara ilk produsentlər deyilir, yaşıl bitkilər, fotosintezedici prokariot mikroorqanizimlər, hemosintezedici bakteriyalar buraya aiddir. Deməli ekosistemdə üzvü maddə və onunla bağlı enerji yaradan canlılar avtotrof orqanizimlərdir. Heterotrof canlılar- başqa canlılnı yeyənlərdir. Bunlar fotosintez və hemosintez nəticəsində yaranan üzvü maddələri yeməklə onların parçalanması və çürüməsi nəticəsində alınan enerji hesabına yaşayırlar. Heterotrof orqanizimlər enerji baxımından şərti olsa da iki böyük qrupa ayrılırlar: Konsumentlər-yəni hazır üzvü maddə yeyənlər, heyvanlar, həşaratyeyən və parazit bitkilər. Redusentlər-mikrokansumentlər, yəni ölü orqanizimləri yeyənlər. Onlar ölü orqanizimləri çürüdüb mineral qalıqlara qədər parçalayırlar. Üzvü birləşmələrin karbon turşularına, suya və mineral komponentlərə (anion və kationlar) qədər parçalanması prosesi redusentlərin köməyi ilə sürətlənir.Nəticədə ölü orqanizimlərin tərkibindəki biogen elementlər bioloji dövrana qayıdır və dəfələrlə istifadə edilir.Heteretrofların konsumentlərə və redusentlərə ayrılması şərtidir.
Mikroelektronikanın xarakterik xüsusuiyyətləri
Mikroelektronika elektronikanın bir istiqaməti olub mikrominiatür quruluşlu cihaz və qurğuların yaradılması və onların hazırlanmasında qrup texnologiyasının istifadəsi ilə əlaqədardır. Mikroelektronikanın məhsullarında miniatürləşmə,ayrılmaz surətdə,elementar cihazların birləşməsini təmin edir. == İnteqral elementlər == İnteqral sxemlərdə elementlərin sıxlığı o dərəcədə artdı ki, artıq onlara bütöv bir sistem, yəni mikroelektron qurğu kimi baxmağa başladılar. Funksiyalar artdıqca, inteqral mikrosxemlər daha da mürəkkəb quruluşa malik olur. Çünki onlarda inteqrasiya dərəcəsi yüksəlir. İnteqral mikrosxemlərin inkişafını inteqrasiya dərəcəsinə görə aşağıdakı mərhələlərə bölmək olar: 1) 1960‐1969‐cu illər. Bu mərhələdə üzərində 102 tranzistor yerləşən kiçik inteqrasiya dərəcəli inteqral sxemlər (KİS) istehsal olunurdu; 2) 1969‐1975‐ci illər. Bu mərhələdə üzərində 103 tranzistor yerləşən orta inteqrasiya dərəcəli inteqral sxemlər (OİS) istehsal olunurdu; 3) 1975‐1980‐cı illər. Bu mərhələdə üzərində 104 tranzistor yerləşən böyük inteqrasiya dərəcəli inteqral sxemlər (BİS) istehsal olunurdu; 4) 1980‐1985‐ci illər. Bu mərhələdə üzərində 105 tranzistor yerləşən ifrat böyük inteqrasiya dərəcəli inteqral sxemlər (İBS) istehsal olunurdu; 5) 1985‐ci ildən sonra.