POZİTİVİZM

müsbət münasibət, təsdiqedici olma, etimad göstərmə. Pozitivizm \[alm. Pisitivismus; fr. Positivisme; ing. Positivism; osm. tr. ispatiye; tr. Olguçuluq; ər. إعجبر خٍّ \] – tədqiqat-larını aktlara, həqiqətlərə əsaslanan, metafizik açıqlamaları nəzəri olaraq imkansız, qaydasız, hesabsız edən, təcrübə ilə isbatlanma-yan, problemləri sözdə problem olaraq xarakterizə edən fəlsəfi dünyagörüşü. Təcrübə ilə reallaşmamış olan hər şeyi rədd edib, faktlardan və onlar arasındakı dəyişməyən münasibətlərdən hərə- kət edərək, real olmayan heç bir məlumat mövzusunu qəbul etmə-yən fəlsəfə məktəbi.
POSTULAT
PRAQMATİKA
OBASTAN VİKİ
Pozitivizm
Pozitivizm (lat. positivus — müsbət) — XIX əsrdə meydana çıxan fəlsəfi cərəyanlardan biri. Banisi Fransa filosofu və sosioloqu Ogüst Kont hesab olunur. Pozitivizm konkret elmləri həqiqi, gerçək biliyin yeganə mənbəyi sayır və fəlsəfi tədqiqatın idraki əhəmiyyətini inkar edir, nəzəri spekulyativliyi, biliklər əldə etməyin vasitəsi kimi abstraktlaşdırmanı qəbul etmirdi. Mahiyyətinə görə pozitvizm müəyyən münasibətlərdə ifrat məntiqi nəticələrə gətirib çıxarmış empirisizmdir. Bu cərəyanın idealarına əsasən, cəmiyyətdə baş verən hər hansı bir hadisəni və hər hansı bir insanın hərəkətini onun yaşadığı mühitə baxaraq başa düşmək olar. Misal üçün, pozitivizm cərəyanının ən görkəmli nümayəndələrindən biri olan Emile Durkheim (fransız) hər kəsə bir individual hərəkət kimi görsənən intihar hadisəsini cəmiyyət tərəfindən təsirləndiyini və ortaya çıxdığını apardığı empirik araşdırmalarla sübut etmişdir, amma təbii ki bütün intihar hadisələri cəmiyyətin təsirindən baş vermir. Durkheim araşdırmalarının nəticəsində müəyyən etmişdir ki, sosial-iqtisadi və yaxud siyasi böhran keçirən, sosial və ya dini dəyərlərin insanların həyatına ifrat dərəcədə təsir edən, insanın azadlığının nəzərə çarpacaq dərəcədə məhdud olduğu cəmiyyətlərdə intihar hadisələrinin sayı adətən yüksək olur. Durkheimin bu möhtəşəm və müasir dünyamızda da ekspertlər tərəfindən istinad edilən araşdırması sosiologiya elminin problemləri dərk etmək cəhətdən nə dərəcədə dəyərli elm olduğunu sübut edir. İstifadə olunan metodlar statistik məlimatları tədqiqat, intervyular və uzun müddətli zamanda bir qrupun tədqiqat metodlarıdır.

Digər lüğətlərdə

вцементи́ровать доку́чливо жизнесто́йкость курдю́к нащёлкиваться подмалёвывать пододви́нуться поча́ться топы́риться уло́в главбу́х домётываться застогова́ть подогрева́тель пра́вдашний радиобио́лог скоропи́сный туркме́ны band tyre coelosphere market shop-breaker unjaded обыдёнщина шнырять