Cins

1. Növləri birləşdirən qrup. 2. Müəyyən hal şəkilçisini xarakterizə edən leksik-qrammatik ad kateqoriyası, uzlaşma xüsu- siyyətləri və onların kişi, qadın və orta cinsi müəyyən etmə əlamətləri vardır.
Buraxılma və əlavə
Cümlə səviyyəsində tərcümə
OBASTAN VİKİ
Cyrebia (cins)
Danaidlər (cins)
Danaidlər (lat. Danaus) — Nymphalidae fəsiləsinə və Danainae alt fəsiləsinə daxil olan kəpənək cinsi. Danaus cleophile (Godart, 1819) — Yamayka monarxı Danaus plexippus (Linnaeus, 1758) — Danaida monarxı Danaus erippus (Cramer, 1780) — Cənub monarxı Danaus ismare (Cramer, 1775)) Danaus genutia (Cramer, 1779) Danaus affinis (Fabricius, 1775) Danaus melanippus (Cramer, 1777) Danaus petilia (Stoll, 1790) Danaus chrysippus (Linnaeus, 1758) Danaus dorippus Linnaeus, 1758) Danaus eresimus (Cramer, 1777) — Tropik kraliça Danaus gilippus (Cramer, 1776) Əvvəllər cins üç alt cinsə bölünürdü: Danaus, Salatura, və Anosia. Ackery, P. & Vane-Wright, R. (1984) Milkweed Butterflies: Their Cladistics and Biology. London: British Museum (Natural History). Jiggins, F. M.; Hurst, G. D. D.; Jiggins, C. D.; Schulenburg, J. H. G. v. D. & Majerus, M. E. N. (2000): The butterfly Danaus chrysippus is infected by a male-killing Spiroplasma bacterium. Parasitology 120(5): 439–446. Lushai, G., Goulson, D., Allen, J. A., Maclean, N., Smith, D. A. S., & Gordon, I. J. (2003). Incomplete sexual isolation in sympatry between subspecies of the butterfly Danaus chrysippus (L.) and the creation of a hybrid zone.
Dichagyris (cins)
Düyü (cins)
Euchalcia (cins)
Galeodes (cins)
Galeodes — Bövlər dəstəsinə, Galeodidae fəsiləsinə aid cins. Cinsə ümumilikdə 175 növ daxildir.
Geogarypus (cins)
Geogarypus — Yalançıəqrəblər dəstəsinə, Geogarypidae fəsiləsinə aid cins
Hadena (cins)
Hepard (cins)
Hepard (lat. Acinonyx) — pişiklər fəsiləsinə aid heyvan cinsi.
Isochlora (cins)
Jenşen (cins)
Korduleqastralar (cins)
Korduleqastralar (lat. Cordulegaster) — İynəcələr dəstəsinə aid növ.
Cins
Cins (insan)
Mintay (cins)
Mintay (lat. Theragra) — Treskakimilər (Gadidae) fəsiləsinə aid balıq cinsi. Cinsə iki növ daxildir: Atlantik mintayı (Theragra finnmarchica) əsasən Barens dənizində və Mintay isə Sakit okeanın Yapon dənizi və Kaliforniya sahillərində yayılmışdır Mintaylar ortala 55 sm uzunluğa və 1,5 kq çəkiyə malik olurlar. Bədənləri olduqca uzundur. Qısa bığlara sahibdirlər. Bu cinsə daxil olan növlərdə bir qayda olaraq üç bel üzgəci olur. Mintaylar əsasən okeanların səthində sularında yaşayırlar. Əsasən 200–300 m dərinliklərdə yayılırlar. Yetkinliyə 3-4 illiyində çatırlar.
Morimus (cins)
Morimus — Uzunbığlar fəsiləsinə aid böcək cinsi.
Morj (cins)
Morj (lat. Odobenus) — Morjkimilər fəsiləsinə daxil olan cins. Cinsə bir müasir və bir nəsli kəsilmiş növ daxildir: Odobenus rosmarus Linnaeus, 1758 — Morj, hazırda növə üç yarımnöv daxildir: Odobenus rosmarus rosmarus — Atlantik morju Odobenus rosmarus divergens — Sakitokean morji Odobenus rosmarus laptevi — Laptev morju † Odobenus mandanoensis Tomida, 1989 — Yaponiya sahillərində yayılmış növ hətta ölçülərinə görə sakitokean morjunu belə keçirdi.
Mərcimək (cins)
Mərcimək (lat. Lens) - paxlakimilər fəsiləsinə aid (paxlalılar fəsiləsindən birillik) bitki cinsi. fars mənşəli olan mərcimək kəlməsi, bəzi türk dillərində yasmıq adlanır. Proteinlə zəngin olan bitki növüdür. Vətəni həm Avropa, həm də Asiyadır. Hətta qədim Misir piramidalarında da mərciməyin qalıqları tapılmışdır. Yarpaqları yaşıl, çiçəkləri ağ, çəhrayı, bənövşəyidir. Toxumlarının ölçüsünə görə həm iritoxumlu, həm də xırdatoxumlu mərciməklər var. Ən çox məlum olan növləri qırmızı, sarı və yaşıl mərciməkdir. Mərcimək ən çox Avropa, Asiya, Afrika ölkələrində yayılmışdır.
Puma (cins)
Puma (lat. Puma) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinə aid heyvan cinsi.
Qaragilə (cins)
Qarğıdalı (cins)
Qarğıdalı (lat. Zea) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin qırtıckimilər fəsiləsinə aid bitki cinsi. Qarğıdalı mədəni şəkildə becərilən birillik bitkidir. Gövdəsinin hündürlüyü 3 m-ə qədər yoğunluğu 3 sm, budaqlanmayan, lakin aşağı hıssəsi oduncaqlaşan bitkidir. Saçaqlı kök sisteminə malik,yarpaqları növbəli, uzun, xətti, yuxarı hissəsi qatlanmış, aşağı hissəsi isə çılpaqdır. Erkək çiçəkləri süpürgəşəkilli, dişi çiçəkləri çoxlu sayda (30 sm) qıça olmaqla, yarpaqların arasında yerləşir. Yumşaq gövdəli, erkəkcik və dişcik çiçək qrupları, zirvəsində isə 2 ayaqlı ağızcığı yerləşmişdir. Çiçəkləri qəhvəyi-qırmızı və açıq-sarı rəngilidir. Özünəməxsus zəif iyli olub, dadı hiss olunacaq dərəcədə olub, seliklidir. Yazda və ya erkən payızda “saçaqlar”ını südlü-mumlu qıçalarını, avqust-sentyabr aylarında silos kimi gövdə və yarpaqları toplanılır.
Qaz (cins)
Qorallar (cins)
Qoral (lat. Naemorhedus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin boşbuynuzlular fəsiləsinə aid heyvan cinsi. Bu canlılar əsasən orta ölçülərə malik olurlar. Yayılmasına gəldikdə isə isə əsasə Cənub-Şərqi Asiya, Şərqi Asiya və Uzaq Şərq bölgələrində yayılmışlar.
Sarıcalar (cins)
Sarıcalar (lat. Colias) — Ağ kəpənəklər fəsiləsinə aid kəpənək cinsi. Qanadlarının kənarları dairəvi olması ilə seçilir. Cins 70 bioloji növü özündə birləşdirir. Onlar əsasən tropik qurşağdan kənar ərazilərdə yayılmışlar.
Stevia (cins)
Stevia (lat. Stevia) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. Cinsə aid bütün növlər Şimali və Cənubi Amerikada bitir.
Yerfındığı (cins)
Danquşcuq cinsi
Danquşcuq (lat. Ixobrychus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qutankimilər dəstəsinin vağlar fəsiləsinə aid heyvan cinsi.
Danquşu cinsi
Danquşu (lat. Botaurus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qutankimilər dəstəsinin vağlar fəsiləsinə aid heyvan cinsi. Bir növ (Botaurus stellaris Linn., 1758, Böyük danquşu), nominativ yarımnövlə təmsil olunmuşdur. Uzun, ağır dimdiyi, böyük başı və yoğun boynu olan iri quşdur. Rəngi kürən-qonurdur. Ayaqları və dimdiyi yaşılımtıl-sarıdır. Gecə quşu olub, gündüzlər qamışlıqda gizlənərək, demək olar ki, hərəkət etmir. Yalnız ayaq altından uçarkən gözə dəyir. Təhlükə zamanı boynunu və dimdiyini yuxarı uzadıb sıx qamış gövdələri arasında az qala görünməz olaraq gizlənməyə üstünlük verir. Arealı Avropa, Asiya və Şimal-Qərbi Afrikanı əhatə edir.
Dağtərxunu cinsinin növləri
Dendroxilum cinsinə aid növlər
Ev siçanı (cins)
Ev sıçanı (lat. Mus musculus) — gəmiricilər dəstəsinin sıçanlar fəsiləsinə aid məməli heyvan cinsi.
Göydimdik cinsi
Harvi Vaynşteynin cinsi təcavüz iddiası
Harvi Vaynşteynin cinsi təcavüz iddiası - 2017-ci ilin oktyabrında The New York Times və The New Yorker tərəfindən nəşr edilmiş məqalələrdə səsləndirilən, Miramax və The Weinstein Company film şirkətlərinin yaradıcısı olan Oskar mükafatlı film prodüseri Harvi Vaynşteynin onlarla Hollivud aktrisasına qarşı cinsi təcavüz, hücum və ya zorlama törətdiyini bildirən iddiadır. Kino sənayesində çalışan bir neçə qadın sonradan verdikləri açıqlamada Vaynşteynlə oxşar təcrübə yaşadıqlarını bildirmişlər. Məlumatların yayılmasından qısa müddət sonra, "The Weinstein Company" direktorlar şurasının qərarı ilə Harvi Vaynşteyn şirkətin direktoru vəzifəsindən azad edilmiş, Vaynşteynin həyat yoldaşı olan aktrisa və dəb dizayneri Corciya Çepmen boşanmaq üçün məhkəməyə müraciət etmiş, bir çox nüfuzlu sənət xadimləri və siyasətçilər Vaynşteyni tənqid edən fikirlər səsləndirmişlər. Harvi və Bob Vaynşeyn qardaşları yaratdıqları Miramax film şirkətinə 1979-2005-ci illərdə rəhbərlik etmişlər. 2005-ci ilin martında "The Weinstein Company" şirkətinin əsasını qoyan qardaşlar elə həmin ilin sentyabrında "Miramax"dan uzaqlaşmışlar. İlk məlumatlar, "The New York Times" müxbirləri olan Codi Kantor və Meqan Touhinin 5 oktyabr 2017-ci ildə nəşr edilmiş araşdırma məqaləsində verilmişdir. Məlumatda Vaynşteyn otuz illik bir müddətdə bir neçə aktrisaya, o cümlədən "Miramax" və "The Weinstein Company" ilə əməkdaşlıq etmiş köməkçi, müvəqqəti əməkdaş və digər vəzifələrdə çalışmış bir neçə qadına qarşı cinsi təcavüz etməkdə günahlandırılır. 10 oktyabr 2017-ci ildə "NBC News" müxbiri Ronan Farrou "The New Yorker"ə verdiyi məlumatda bildirir ki, ən azı 13 qadın Vaynşteyn tərəfindən cinsi təcavüzə məruz qalmış və ya təqib edilmiş, üçü isə zorlanmışdır. Farrou bildirir ki, bir neçə ay əvvəl bu haqda NBC-də məlumat yaymaq istəsə də, telekanal ola bilsin ki, təzyiq altında qalaraq buna icazə verməmişdir; NBC isə bu məlumatı təkzib edir. Farrounun sözlərinə görə, Vaynşteynlə birlikdə çalışmış 16 işçi və ya köməkçi onun qadınlara qarşı seksual hərəkətlərinin şahidi olmuş və ya bu haqda məlumatlı olduqlarını bildirmişlər.
Hindistan fili (cins)
Katolik kilsəsində cinsi təcavüz qalmaqalı
Katolik kilsəsində cinsi təcavüz qalmaqalı (ing. Catholic Church sexual abuse cases, it. Casi di pedofilia all'interno della Chiesa cattolica, alm. Sexueller Missbrauch in der römisch-katholischen Kirche‎, fr. Abus sexuels sur mineurs dans l'Église catholique, nid. Seksueel misbruik binnen de Rooms-Katholieke Kerk) — 1990–2000-ci illərdə keşişlər, rahibələr və Roma-Katolik kilsəsinin dini ordenlərinin üzvləri arasında uşaqlara qarşı (3 yaşdan 11–14 yaşa qədər olan oğlan və qızların) bir sıra cinsi zorakılıq hallarının müəyyən edilməsi ilə bağlı yaranmış kilsə qalmaqalıdır. "The New York Times" qəzetinin araşdırmasına görə, rəsmi Vatikan nəinki azyaşlılarla baş verən hadisələrə səssiz qalıb və törədilən cinayətlər barədə hakimiyyət orqanlarına məlumat verməyib, həm də zorakılıqda şübhəli bilinən şəxslərlə bağlı daxili araşdırmalar aparmayıb. Öz növbəsində Katolik kilsəsi amerikalı jurnalistlərin ittihamlarını təkzib edib. Tarixçi və din alimi (ing. John Philip Jenkins) qeyd edir ki, çoxsaylı araşdırmalar nəticəsində sübut olunub ki, katolik keşişlərinin təxminən 0,2%-i uşaqlara qarşı zorakılıq hallarında iştirak edir.
Kazarka cinsi
Kiçik Asiya gürzəsi (cins)
Kiçik Asiya gürzələri(lat. Montivipera) — Gürzələr fəsiləsinə aid ilan cinsi. Əvvəllər isə bura daxil növlər Əsl gürzələr cinsinə daxil edilirdi. Cinsə 8 növ daxildir: Montivipera albicornuta — İranın şimal-qərbi Zəncan Montivipera albizona — Anadolu gürzəsi — Türkiyə endemiki Montivipera bornmuelleri — Livan, İsrail, Suriya Montivipera bulgardaghica — Türkiyə endemiki Montivipera latifii — Lətif gürzəsi — İran endemiki Montivipera raddei — Radde dağ gürzəsi — Ermənistanda, Naxçıvan (Azərbaycan), İran və Türkiyə. Montivipera wagneri — Vanqer gürzəsi — Şərqi Türkiyə və şimal-qərbi İran Montivipera xanthina — Kiçik Asiya gürzəsi — Türkiyə, Suriya, Yunanıstanın adalarında.
Kişi cinsiyyət üzvü
Malaleuca cinsinə aid növlərin siyahısı

Digər lüğətlərdə