Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Rusudan Xoperiya
Rusudan Xoperiya (d. 9 sentyabr 1972; Tbilisi, Gürcüstan) — Gürcüstanı təmsil edən batut gimnastı. Rusudan Xoperiya, 2000 və 2004-cü illərdə Gürcüstanı Olimpiya Oyunlarında təmsil edib. == Karyerası == Rusudan Xoperiya, 2000-ci ildə Gürcüstan bayrağı altında Avstraliyanın Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarına qatıldı. Yarışların finalında Xoperiya, 34.10 xal topladı və 8 idmançı sırasında 7-ci yeri tutdu. Rusudan Xoperiya növbəti dəfə Olimpiya Oyunlarına, 2004-cü ildə Yunanıstanın Afina şəhərində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında qatıldı. Bu səfər, yarışların təsnifat mərhələsində Xoperiya, 62.50 xal topladı və 16 idmançı sırasında 9-cu yeri tutaraq mübarizəni dayandırdı.
Xopeş
Xopeş və ya kxopeş — Qədim Misirdə Soyuq silah növü. == Etimologiyası == "Xopeş" sözü forma oxşarlığına görə "qaramal ayağı" kimi "ayaq" sözündən yaranmış ola bilər. Qədim Misir dilində ḫpš ("ayaq") üçün heroqlif sarkofaq mətnləri dövrünə aiddir. == Təsviri == Xopeş bir kənarlı sinusoidal tiyəyə malikdir. Bu silahın tiyəsi qabarıq tərəfində itidir və bu səbəbdən oraqla zahiri oxşarlığa malikdir. Xopeşin şumerlərə aid daha qədim ekvivalenti əsasında yarandığına dair bir nəzəriyyə var. == İstinadlar == == Əlavə ədəbiyyat == Бёртон Р. Ф. Книга мечей. Холодное оружие сквозь тысячелетия / Пер. с англ. Д. А. Лихачева.
Xopok dağı
Xopok (slovak. Chopok) — Slovakiyada dağ zirvəsi. Hündürlüyü 2024 metr olan bu dağ Alçaq Tatra silsiləsinin üçüncü ən hündür zirvəsidir ( Dyumber və Ştyavnitsa zirvələrindən sonra). Xopok dağı Slovakiyanın mərkəzi hissəsində yerləşir. Xopok zirvəsindən Yüksək Tatraya silsiləsinə, Liptov bölgəsinə və Qron çayı vadisinə gözəl mənzərə açılır. Zirvəyə yaxın ərazidə kiçik bir çay evi var (Kamenná chata). == Ümumi məlumat == Xopok dağı avropa piyada marşrutu olan E8 -in üzərində, Dyumbler və Dereşe zirvələri arasında yerləşir. Əlavə olaraq zirvəyə şərqdən qərbə doğru hərəkət etməklə çatmaq mümkündür. Həmçinin turist cığırı ilə şimaldan (Demenovska vadisi ilə) və ya cənubdan (Tranqoşka və Srdeçko avtobus dayanacaqlarından) getmək mümkündür. Kant yolunun qalxdığı ən yüksək zirvələr, şimal yamacında olan Xopok Uboçdur (1834 m) və cənub yamacında olan Kosodrevinadır (1494 m).
Xopto-Terer adası
Xopto-Terer adası — elədə böyük olmayan qayalıq Şimal Buzlu okeanda yerləşir. Lyaxovski adaları qrupuna daxildir. Saxa dilində "qağayıların yumurta qoyduğu yer" mənasını verir. Böyük Lyaxovski adasında yerləşən Şalaurov burnundsn 800 metr cənub-şərqdə yerləşir. Materikdən aralığı 59 km-dir. Ada qayalıqdır. Dairəvi formaya malikdir. Sahilləri hündürdür. Adanın sahil zolağında dərinlik 1–5 metr arasında dəyişir. Adanın daimi əhalisi yoxdur.
Xoptolox
Xoptolox — Laptevlər dənizi akvatoriyasında, üç elədə böyük olmayan adadan ibarət arxipelaq. İnzibati cəhətdən Yakutiyanın Bulunski ulusu ərazisinə daxildir. Kotelnı adasından qərbdə yerləşir. Qrupa üç kiçik adalar daxildir. Adalar əsasən qumdan ibarətdir.
Hop-hop
Hop-hop (lat. Upupa) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin bucerotiformes dəstəsinin hop-hoplar fəsiləsinə aid heyvan cinsi.
Pop
Pop musiqi (ing. pop-music, popular music sözlərinin qısaltması) — müasir musiqi istiqamətlərindən biri, müasir kütləvi mədəniyyət növüdür. == Terminologiya == "Pop musiqi" termini iki mənada işlənir. Geniş mənada, bu bütün kütləvi musiqi növlərini (rok, elektron musiqi, caz, blyuz və s.) nəzərdə tutur. Dar mənada isə populyar musiqinin müəyyən özünəməxsus xüsusiyyətlərə malik ayrıca növüdür.
Sop
Sop (Zop) — Gürcüstan Respublikasının Aşağı Kartli mxaresinin Sarvan bələdiyyəsinin inzibati-ərazi vahidində kənd. Sop (azərb. Zop‎; rus. Цопи) kəndi Gürcüstanin Marneuli rayonunun (Borçalı bölgəsinin) cənub-şərqində Kiçik Qafqaz dağlarının qoynunda yerləşir. Kənddə təxminən 180-200 ev mövcuddur. Etnik tərkibi 70% azərbaycanlılar, 30% yaxın ermənilər, yunanlılar və s. ibarətdir. Kənddə cəmi bir 8 illik ümumtəhsil orta məktəbi var ki, burada da Azərbaycan və erməni dillərində təhsil tədris olunur (etnik Azəri və erməni kənd sakinlərindən asılı olaraq). Məhz buna görə də kəndin ümumi quruluşu şərqdə Təpə məhləsi (etnik Azərilər), qərbdə O Toy (etnik ermənilər), orta hissədə isə ikimərtəbəli bina evləri (Baraklar) yerləşir ki, burada da qarışıq yaşayırlar. Kənddə tapılan arxioloji tapıntılara görə, Sop kəndi Gürcüstandakı ən qədim yaşayış məskəni kimi təsdiqlənib.
Top
İdmanda Top (şahmat) — Şahmat fiquru. Top (idman) — Futbolda "meşin yumru" olaraq da xatırlanar.Kəndlər Top (Oğuz) — Azərbaycan Respublikasının Oğuz rayonunun inzibati ərazi vahidində kənd.Digər Top (silah) — Artileriya silah növü. Top (ölçü vahidi) — sadə ölçü vahidi.
Xoa
Koa — Hindistan yarımqitəsinə məxsus süd məhsulu. Əsasən Hindistan, Nepal, Banqladeş və Pakistanda tədarük olunur. Qurudulmuş yağlı süddən və ya ağzı açıq dəmir tavada isidilərək qatılaşdırılmış süddən hazırlanır. Sululuq səviyyəsi tipik təzə pendirlərdən (məsələn, rikottadan) daha aşağıdır. == Hazırlanması == Koa istehsalında südün qatılığının 1/5 miqdarda olması kifayətdir. Koa bir sıra Hindistan şirniyyatlarının hazırlanması zamanı təməl inqrediyent kimi isifadə olunur. Hindistanda hər il təxminən 600,000 metrik ton koa istehsal olunur. Koa həm inək, həm də camış südündən hazırlanır. Koa tam yağlı südün böyük və dayaz dəmir qazanda bir neçə saat orta dərəcədə qaz üzərində qaynadılması ilə əldə edilir. Tərkibindəki suyun tədricən buxarlanması bərkimiş süd qalıqlarının qalması ilə nəticələnir.
Xok
Xok — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonunda kənd. == Toponimikası == Arazboyu düzənlikdədir. Qədim yaşayış məntəqələrindəndir. Bəzi tədqiqatçılara görə, oykonim türk dillərindəki "çəmən, otlaq" mənasında işlənən xok/xak sözü ilə əlaqədardır. Toponimin İran dillərindəki xak (torpaq) sözündən olmasını da güman etmək olar.Qıvraq və Yeni Kərki arasında yerləşən bu kənd füsunkar gözəllikləri ilə insanların marağını cəlb edir. == Əhalisi == Əhalisi 5234 nəfərdir.
Xor
Xor (yun. χορός yığıncaq, camaat) — Vokal musiqinin kollektiv ifası. == Tarixçə == Yəhudilik, xristianlıq və islam oxumalarının əsasını birsəsli oxuma tərzi tutur. Bu həm şərq xalqlarının musiqi təfəkkürü ilə, həm də monoteizmin ideologiyası ilə əlaqədardır: Allah tərəfindən verilən səs ən mükəmməldir əqidəsi vokal ifanı. "Allah tərəfindən bəxş olunan səs, insan əməlinin nəticəsi olan alətlərdən mükəmməldir" əqidəsi instrumental müşayətsiz ifanı. Təksəsli oxuma, hətta xor (kollektiv) oxumaların unison ifası allahın vahidlik rəmzi ilə bağlı olub islam dini oxumalarının ifa qanunlarının əsasını qoyur.Təksəsli oxuma tərzi barəsində ədəbiyyatda belə yanlış fikirlərə rast gəlmək olur ki, təksəslilik musiqini çoxsəslinin o biri səslərlə birləşib çətinlik yaratmasından azad edib. Beləliklə, çoxsəslilik təksəslinin mürəkkəb forması kimi tarixin inkişaf mərhələsində meydana gəlməsi fikri ortaya atılır. M. Xarlap qeyd edir ki, musiqişünasları düşündürən "çoxsəslinin nə vaxt yaranması" problemini, təksəslinin nə vaxt yaranması ilə əvəz etsələr, daha düzgün olar. Belə ki, musiqi əvvəlcə çoxsəsli yaranmışdır". Skrebkov isə yazır: "Təksəsli oxuma çoxsəsli oxumanın bir növ monodik təkrarıdır.
Xot
Xotanan, Xot — Yelizavetpol quberniyasının Zəngəzur qəzasında, indiki Gorus rayonunda kənd. == Tarixi == Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim xotan türk tayfa adına cəmlik bildirən -an şəkilçisinin artırılması ilə düzəlmişdir və «xotan tayfasının (Xotanların) yaşadığı yer» mənasını ifadə edir. Etnotoponimdir. Quruluşca düzəltmə toponimdir. == Əhalisi == Kənddə 1873 - cü ildə 53 nəfər, 1886-cı ildə 58 nəfər, 1897-ci ildə 74 nəfər, 1904 - cü ildə 91 nəfər, 1914 - cü ildə 81 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1918-ci ildə kənd erməni təcavüzünün qurbanı olmuş, sakinləri tarixi-etnik torpaqlarından deportasiya olunmuşdur. 1920-ci ildə ləğv edilmişdir. İndi xaraba kənddir.
Xoy
Xoy (azərb. Xoy‎; fars. خوی‎) — İran İslam Respublikasının Qərbi Azərbaycan ostanındakı Xoy şəhristanının inzibati mərkəzi. Şəhər ərazisi 30 km².-dir.2012-ci ildə aparılmış siyahıya almanın yekunlarına əsasən əhalisi 200,985 & 354,309 nəfərdir. == Tarixi == Xoy şəhərinin tarixi e.ə. 3000–4000-ci illərdən başlayır. Şumer mənbələrində adı çəkilən Arrata adlı bölgənin bu günkü Urmiya ilə Van şəhərləri arasındakı bölgə olduğu tarixçilər tərəfindən təsdiqlənmişdir. O illərdə bu bölgədə məskunlaşmanın olması da öz təsdiqi tapmışdır. Əvvəlcə Xoy şəhəri Azərbaycan ərazisində qurulan Manna dövlətinin sərhədləri içində olmuş, sonra Van və onun ətrafını özündə birləşdirən Urartu dövlətinin ərazisinə qatılmışdır. İslam dininin yayılması və xilafətin bu bölgəni ələ keçirməsi ilə şəhər müsəlmanların idarəsi altına keçmiş və uzun illər müxtəlif bəyliklərin tərkibində olmuşdur.
Adi hop-hop
Hop-hop (lat. Upupa) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin bucerotiformes dəstəsinin hop-hoplar fəsiləsinə aid heyvan cinsi.
Adi hop hop
Hop-hop (lat. Upupa) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin bucerotiformes dəstəsinin hop-hoplar fəsiləsinə aid heyvan cinsi.
Abati (Xoy)
Abati — İranın Qərbi Azərbaycan ostanında kənd.. == Coğrafi yerləşməsi == Xoy şəhristanının Rəhal bölgəsinin Nazlı kəndistanında, Xoy şəhərindən 16,5 km cənubda, Xoy-Şahpur avtomobil yolunun 5,5 kilometrliyindədir. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 85 nəfər yaşayır (22 ailə).
Adıyaman (Xoy)
Adıyaman (fars. كشك زر‎) — İranın Qərbi Azərbaycan ostanının Xoy şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2020-ci il məlumatına görə kənddə 478 nəfər yaşayır (65 ailə).
Almadı (Xoy)
Almadı (fars. امينه ده‎) - İranın Qərbi Azərbaycan ostanının Xoy şəhristanı ərazisinə daxil olan kənd.
Almalı (Xoy)
Almalı (fars. المالو‎) - İranın Qərbi Azərbaycan ostanının Xoy şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 930 nəfər. yaşayır (203 ailə).
Alsürmə (Xoy)
Alsürmə (fars. ‎‎السرمه‎) - İranın Qərbi Azərbaycan ostanının Xoy şəhristanı ərazisinə daxil olan kənd.
Arıqlı (Xoy)
Arıqlı (fars. اريگلو‎‎‎‎) - İranın Qərbi Azərbaycan ostanının Xoy şəhristanı ərazisinə daxil olan kənd.
Azab (Xoy)
Azab (fars. عذاب‎‎) - İranın Qərbi Azərbaycan ostanının Xoy şəhristanı ərazisinə daxil olan kənd.
Ağtorpaq (Xoy)
Ağtorpaq (fars. ‎) - İranın Qərbi Azərbaycan ostanının Xoy şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə nə qədər əhalinin yaşaması haqqda məlumat yoxdur.
Ağışlı (Xoy)
Ağışlı - İranın Qərbi Azərbaycan ostanında kənd.. == Coğrafi yerləşməsi == Xoy şəhristanının Ətraf bölgəsinin Eloğlu kəndistanında, Xoyindən 9 km şimal-şərqdədir. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 673 nəfər yaşayır (129 ailə).
Babəkan (Xoy)
Babəkan (fars. بابكان‎‎‎) - İranın Qərbi Azərbaycan ostanının Xoy şəhristanı ərazisinə daxil olan kənd.
Balaban (Xoy)
Balaban (fars. بلبان‎) - İranın Qərbi Azərbaycan ostanının Xoy şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 306 nəfər. yaşayır (63 ailə).
Balacıq (Xoy)
Balacıq (fars. بلجوك‎‎‎) - İranın Qərbi Azərbaycan ostanının Xoy şəhristanı ərazisinə daxil olan kənd.
Batçı (Xoy)
Batçı (fars. بطچي‎) - İranın Qərbi Azərbaycan ostanının Xoy şəhristanı ərazisinə daxil olan kənd.
Bayramkənd (Xoy)
Bayramkənd (fars. بايرام كندي‎) - İranın Qərbi Azərbaycan ostanının Xoy şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 209 nəfər. yaşayır (50 ailə).