1. Artilleriya silahlarının ümumi adı. Artilleriya topu. Zenit topu.
// Uzunlüləli artilleriya silahı. Uzunlüləli top.
□ Topa tutmaq – hədəfə top atmaq, top atəşi açmaq.
2. tib. Radioaktiv maddələrin şüaları ilə müalicə edən cihaz. Kobalt topu.
3. şahm. Diaqonal üzrə istənilən qədər hərəkət edən fiqur. Topla şah elan etmək. – Hər bir oyunçunun bir şahı, iki vəziri, iki topu, iki fili, iki atı və səkkiz piyadası olur. “Şahmat oyunu”.
◊ Top gülləsi (mərmisi) kimi partlamaq – bərkdən səslənmək, bərk səs çıxarmaq, beyni sarsıtmaq.
Top kimi açılmaq – birdən hiddətlə bərk qışqırmaq.
Top kimi partlamaq – bax top gülləsi (mərmisi) kimi partlamaq.